• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib

cemiyyet

Bu gün, 12:47

"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib


Prezident İlham Əliyev 15 may 2014-cü il tarixli fərmanı ilə təsdiq edilmiş "Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə"də dəyişiklik edib.
Bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.

Fərmana əsasən, bundan sonra idarəedici təşkilatla (operatorun mülkiyyətində olan infrastruktur obyektlərinə münasibətdə ‒ operatorla) texnoparkın infrastrukturunun icarəsinə dair bağlanılmış müqavilə əsasında texnoparkın ərazisində sahibkarlıq fəaliyyətini (texnoparkın rezidentlərinə mal, iş və xidmətlərin təqdim edilməsini) həyata keçirən hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs texnoparkın qeyri-rezidenti hesab olunacaq.

İdarəetmə sazişində başqa qayda nəzərdə tutulmayıbsa, həmin sazişin müddəti bitdikdə, operatorun mülkiyyətində olan infrastruktur obyektləri tərəflərin qarşılıqlı razılığı və ya sazişdə nəzərdə tutulan kompensasiya şərtləri əsasında idarəetmə sazişində müəyyən edilən təhvil-təslim proseduru əsasında, üçüncü şəxslərin hüquqları və yüklülüklər nəzərə alınmaqla, idarəedici təşkilatın mülkiyyətinə verilə bilər. Elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması məqsədilə texnoparkın rezidentinin vəsaiti hesabına qurulan istehsal sahəsi, avadanlıq və qurğular rezidentin mülkiyyəti hesab edilir.

Bundan başqa, Əsasnaməyə aşağıdakı yeni anlayışlar daxil edilib:

rəqəmsal texnologiya – məlumatların rəqəmsal formada yaradılmasını, toplanılmasını, emalını, saxlanılmasını, ötürülməsini və istifadəsini təmin edən, proqram təminatı, qurğular, vasitələr, telekommunikasiya şəbəkələri və əlaqəli sistemlər toplusu olan, iqtisadi, sosial və idarəetmə fəaliyyətlərinin avtomatlaşdırılmasına, optimallaşdırılmasına və innovativ inkişafına xidmət edən texnoloji həllər;

süni intellekt texnologiyası – statistika və ya digər riyazi texnika ilə bağlı hesablama metodlarından istifadə edərək, insan zəkası tələb olunan funksiyaları (proqnozlaşdırma, planlaşdırma, təsnifatlaşdırma, nümunənin tanınması, təşkili və qavrayışı, nitqin, səsin və şəklin tanınması, mətnin, səsin və şəklin yaradılması, dil tərcüməsi, ünsiyyət qurma, öyrənmə, problemlərin həlli və s.) yerinə yetirən, bununla da insanlar tərəfindən müəyyənləşdirilmiş məqsədlər çərçivəsində məzmun, ehtimal, məsləhət və ya qarşılıqlı əlaqədə olduqları mühitlərə təsir edən qərarlar kimi nəticələr yaradan, insanların qərar qəbul etmələrinə və digər proseslərə kömək edən, onları əvəzləyə bilən alqoritmik sistem və ya belə sistemlərin kombinasiyası;

innovasiya məhsulu – texnoloji qeyri-müəyyənliyin aradan qaldırılmasına yönəlmiş, yeni yaradılmış və ya xassələrinə, tətbiq sahəsinə və (və ya) istifadə formasına görə əvvəlkilərdən əhəmiyyətli dərəcədə fərqlənən (əsaslı şəkildə təkmilləşdirilmiş), iqtisadi, sosial və ya ekoloji səmərə verən, istehlakçıya təqdim edilmiş (bazara çıxarılmış) və ya təcrübədə tətbiq olunmuş, yaxud normativ hüquqi aktlara uyğun olaraq patent (ixtira, faydalı model və sənaye nümunəsi) kimi qeydiyyata alınmasını təsdiq edən sənəd ilə təsdiqlənmiş məhsul (iş, xidmət) və ya texnoloji həll;

kibertəhlükəsizlik – informasiya infrastrukturunun kibertəhdidlərdən, kiberhücumlardan və kiberinsidentlərdən mühafizə edilməsi və kiberdayanıqlılığının (kiberinsidentlərə qarşı davamlılıq, həmin insidentlər zamanı fəaliyyətin saxlanılması və sonradan operativ bərpası qabiliyyəti) təmin edilməsi;

elmi tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor işləri – elm və texnologiya sahəsində mövcud elmi və ya texnoloji qeyri-müəyyənliklərin aradan qaldırılmasına, yeni biliklərin əldə edilməsinə, habelə yeni və ya əhəmiyyətli dərəcədə təkmilləşdirilmiş texnologiyaların, proqram təminatlarının, məhsulların, xidmətlərin və ya proseslərin yaradılmasına yönəlmiş, həmçinin yenilik, yaradıcılıq, sistemlilik və təkrar istehsal oluna (ötürülə) bilmə meyarlarına məcmu şəkildə cavab verən fəaliyyət;

bulud hesablama xidmətləri – proqram təminatı, tətbiqlər, platformalar, o cümlədən infrastrukturun, platformanın və proqram təminatının xidmət kimi təqdim edilməsi modelləri daxil olmaqla, şəbəkələr, serverlər, məlumat saxlama sistemləri və digər konfiqurasiya edilə bilən hesablama resurslarının ortaq fonduna internet və ya digər telekommunikasiya şəbəkələri vasitəsilə məsafədən, istifadəçinin tələbinə uyğun çıxışın təmin edilməsi fəaliyyəti.

Texnoparkın torpaq sahələri idarəedici təşkilat tərəfindən texnoparkda infrastrukturun yaradılması məqsədilə operatora icarəyə verilə bilər. Texnoparkın idarəedici təşkilatı ilə operatoru arasında bağlanılan idarəetmə sazişinə xitam verilməsi texnoparkın operatoru ilə bağlanılan icarə müqaviləsinin ləğvi üçün əsasdır.

Texnoparkın rezidentinə və qeyri-rezidentinə icarəyə verilmiş infrastrukturun idarəedici təşkilatın (operatorun) yazılı razılığı olmadan digər şəxslərə ikinci əldən icarəyə verilməsinə və ya texnoparkda fəaliyyətin həyata keçirilməsinə dair bağlanılmış müqavilədə göstərilməyən məqsədlər üçün istifadəsinə yol verilmir.

Nazirlər Kabineti "Texnologiyalar Parkının Ekspertlər Şurası haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" 15 may 2015-ci il tarixli qərarının təkmilləşdirilməsi ilə bağlı üç ay müddətində zəruri tədbirlər görüb dövlət başçısına məlumat verməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

2027-ci il yanvarın 1-nə qədər verilmiş texnologiyalar parkının qeydiyyat şəhadətnamələri öz qüvvəsini saxlayır. Həmin rezidentlər ilin sonuna qədər öz fəaliyyətlərini fərmanın tələblərinə uyğun təşkil etməlidirlər.

Oxunub: 0
Paylaş:
Digər xəbərlər

gundem / siyaset

26-05-2025, 06:29

Prezident Əfv Sərəncamı imzaladı - SİYAHI

siyaset

6-04-2020, 16:52

İlham Əliyev əfv sərəncamı imzaladı — SİYAHI

gundem / siyaset

11-04-2019, 09:28

İlham Əliyev 3 sərəncam, 6 fərman imzaladı

gundem / siyaset

14-06-2023, 08:18

İlham Əliyev fərman imzaladı

sehiyye

28-12-2019, 08:12

Yanvarın 1-dən Azərbaycanda dərmandan istifadə ilə bağlı qaydalar — DƏYİŞƏCƏK

Şou Biznes
Azərbaycanda müğənnilər 15 min manat qazanıb, 20 manat vergi ödəyirlər
“Tacir bundan da pis günə qalacaq, oğlum öldü, yasına gəlmədi...” – Murad Rzayev
Rusiya rəsmən etiraf etdi - “Hələ belə müsibət görməmişdik”, Moskvanın başına od ələndi
Afra Saraçoğlu da saxlanıldı
ABŞ Ermənistanı döyüşə hazırlayır – Kimə və nəyə qarşı?
Cem Yılmazdan sonra gündəm oldu: Qulaqdakı bu xətt infarkt xəbərçisidir? - ŞOK
Cəmiyyət
Bu gün, 12:47
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Bu gün, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Bu gün, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
Dünən, 12:16
Keçmiş deputatlar indi nə iş görürlər?
Dünən, 10:47
Nazirlik pensiyalarla bağlı yeni QƏRAR QƏBUL ETDİ
Kriminal
7-10-2026, 09:54
Bakıda məktəblinin qətlində ŞOK DETAL- VİDEO
20-07-2026, 07:43
Lənkəranda evlərdən oğurluq edən şəxs həbs edildi
6-07-2026, 06:38
Ölənlərdən biri sürücünün 7 yaşlı qızıdır - Dəhşətli qəzanın təfərrüatı
Son xəbərlər
  • Bu gün, 12:56
    Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
  • Bu gün, 12:51
    Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
  • Bu gün, 12:47
    "Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
  • Bu gün, 12:43
    İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
  • Bu gün, 12:40
    Prezident yeni icra başçısı TƏYİN ETDİ
  • Bu gün, 11:26
    Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
  • Bu gün, 10:38
    Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
  • Bu gün, 10:25
    Diplomatlarını bu ölkədən çıxarırlar
  • Bu gün, 10:21
    Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
  • Bu gün, 10:00
    Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
  • Bu gün, 09:48
    Məktəblilərə şad xəbər: 7 gün...
  • Bu gün, 09:45
    Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
  • Bu gün, 09:41
    Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
  • Bu gün, 09:36
    “ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
  • Bu gün, 09:32
    İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
  • Bu gün, 09:28
    Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
  • Bu gün, 09:14
    "Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
  • Bu gün, 09:00
    Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
  • Dünən, 16:00
    44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
  • Dünən, 15:30
    Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
  • Dünən, 14:22
    Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
  • Dünən, 13:29
    ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
  • Dünən, 13:04
    Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI
  • Dünən, 13:00
    Netanyahu oktyabrın 10-da İrana HÜCUM ƏMRİ VERİBMİŞ - Son anda NƏ BAŞ VERİB?
  • Dünən, 12:43
    Bu şəxslərə pulsuz torpaq veriləcək
  • Dünən, 12:16
    Keçmiş deputatlar indi nə iş görürlər?
  • Dünən, 12:00
    Rusiya Ukrayna şəhərlərini YENİDƏN BOMBALADI: Kiyev, Zaporojye və Xarkovda ölən və yaralananlar var
  • Dünən, 11:55
    Xalq artistinin kürəkəni həbs olundu - Yarım milyonlu dələduzluq
  • Dünən, 10:54
    Mikayıl Cabbarovun İtaliyaya səfəri başlayır
  • Dünən, 10:51
    Qaxda iki dost məktəbli qıza təcavüz etdi - TƏFƏRRÜAT
  • Dünən, 10:47
    Nazirlik pensiyalarla bağlı yeni QƏRAR QƏBUL ETDİ
  • Dünən, 10:36
    Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
  • Dünən, 10:09
    Ebola bu ölkəyə də sıçradı
  • Dünən, 10:05
    Lerikdə qanunsuz qızıl axtaranlara qarşı əməliyyat - Ölən var
  • Dünən, 10:02
    Fransadakı səfirimiz Makronun xanımı ilə görüşdü - Fotolar
Daha çox
16-10-2026, 14:22
Xırdalanda Nurlan Həsənovun "mansard izi" - 10 il əvvəl təhvil verilən binada əlavə iki mərtəbə tikilir
18-10-2026, 09:00
Müstəqilliyimizin bərpasından 35 il keçir
20-10-2026, 09:12
Məktəblərə repetitorluğa son qoyacaq yeni sistem gəlir
20-10-2026, 15:30
Üzərində bu sözlər olan qidaları heç vaxt almayın
19-10-2026, 09:00
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır - Cibimizdən pul necə gedir?
19-10-2026, 12:28
Anar Bayramov səhiyyə naziri oldu - Sərəncam
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 300 23 10
  • E-mail: ofis@patriot.az
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə