İran parlamentinin Mehrdad Əxlaqi Kitabçinin müdafiə və silahlı qüvvələrə dəstək naziri vəzifəsinə təyin olunmasına razılıq verməsi və ona etimad göstərməsi dünyaya aydın və güclü mesaj verir.
Bunu İran Prezidenti Məsud Pezeşkian bildirib.
O qeyd edib ki, parlamentin hökumətə dəstəyi milli birliyi, həmrəyliyi və silahlı qüvvələrə sarsılmaz inamı əks etdirir.
Qeyd edək ki, İran parlamenti Mehrdad Əxlaqi Kitabçinin müdafiə naziri vəzifəsinə namizədliyini təsdiqləyib. O, nazir vəzifəsini müvəqqəti olaraq icra edən Məcid ibn əl-Rzanı əvəzləyib.
Xatırladaq ki, İranın əvvəlki müdafiə naziri Əziz Nəsirzadə fevral ayında ABŞ və İsrailin zərbələri nəticəsində həyatını itirib.