• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

Zəngəzur dəhlizinə TƏHLÜKƏ – Gələn ay...

siyaset

Dünən, 14:22

Zəngəzur dəhlizinə TƏHLÜKƏ – Gələn ay...


“TRIPP layihəsi Azərbaycan və Ermənistan üçün Orta Dəhlizə inteqrasiyanı dərinləşdirmək üçün imkanlar açır”. Bu mövzuda politoloq Suren Sarkisyan qeyd edib ki, son aylarda baş verən hadisələr Ermənistanda TRIPP layihəsinin həyata keçirilməsinə mane olan amillərin daha dolğun mənzərəsini təqdim edir: “Bu amillərdən birincisi İranla bağlıdır. ABŞ və İsrailin İrana qarşı müharibəsi regional təhlükəsizlik mənzərəsini kökündən dəyişdirib. Tehran ABŞ hərbi bazalarına və qonşu ölkələrdəki raketlərinin məsafəsindəki digər hədəflərə zərbələr endirir. Bu fonda, TRIPP layihəsi ABŞ tərəfindən dəstəklənən və İranın şimal sərhədi boyunca birbaşa uzanan strateji nəqliyyat marşrutunu təmsil edir - bəzi yerlərdə ondan bir neçə yüz metr aralıda”.


Analitikə görə, bu marşrutun yeri və strateji əhəmiyyəti Tehranda ciddi narahatlıqlar doğurub və İran layihəyə qarşı çıxdığını açıq şəkildə bildirib: “Buna görə də gecikmələrin qismən İranla ABŞ arasında danışıqlar və onların nəticələri ilə bağlı qeyri-müəyyənliklə əlaqəli olduğunu istisna etmək olmaz”. Onun fikrincə, yenidən hərbi əməliyyatlar baş verərsə, üçüncü bir ölkənin ərazisindən keçməsinə baxmayaraq, bu marşrut potensial olaraq İran üçün hədəfə çevrilə bilər...

ABŞ ilə İran arasında Zəngəzurla bağlı anlaşma mümkündürmü? Doğrudanmı layihənin taleyi bu iki dövlətin münaqişəsindən asılıdır? Əgər noyabrda İrana zərbələr bərpa olunarsa, dəhlizin açılması gecikə bilərmi?

Hərbi ekspert Ramil Məmmədli Musavat.com-a bildirib ki, İranın TRİPP layihəsinə qarşı hərbi və ya qeyri-hərbi təsir göstərməsi nəzəri cəhətdən mümkündür. Onun fikrincə, lakin belə bir addımın baş verməsi, İranın buna hansı formada cəhd etməsi və layihənin real hərbi hədəfə çevrilməsi ayrı-ayrı məsələlərdir: "Tehran üçün əsas məsələ təkcə nəqliyyat dəhlizinin açılması deyil, onun İranın regional mövqeyinə, Ermənistanla sərhəd əlaqələrinə və Cənubi Qafqazdakı güc balansına necə təsir edəcəyidir. Marşrutun əsas geosiyasi əhəmiyyəti Ermənistanın Zəngəzur bölgəsi və İranla sərhədinə yaxın ərazidən keçməsi ilə bağlıdır. Layihənin ABŞ-la əlaqələndirilməsi Tehran üçün məsələni sadəcə nəqliyyat və ticarət deyil, həm də təhlükəsizlik məsələsinə çevirə bilər. Amma İranın layihəyə qarşı çıxması onun mütləq hərbi hücuma hazırlaşması demək deyil. Hazırkı layihə sənədlərində ABŞ hərbi qüvvələrinin yerləşdirilməsi nəzərdə tutulmur; Ermənistan rəsmiləri də belə bir hərbi iştirakın planlaşdırılmadığını bildiriblər. O baxımdan sual yaranır ki, İran TRIPP-in fəaliyyətinə mane ola bilərmi? Bəli, diplomatik, siyasi və iqtisadi vasitələrlə buna cəhd edə bilər".


Hərbi şərhçi qeyd edib ki, TRIPP Ermənistanın suverenliyi altında mülki nəqliyyat layihəsi kimi qalarsa, İranın ona birbaşa hərbi zərbə endirməsini əsaslandırması daha çətin olar: "Əgər ABŞ–İran qarşıdurması yenidən genişlənər və Tehran marşrutu ABŞ-nin hərbi-strateji mövcudluğunun bir hissəsi kimi qəbul edərsə, risk mənzərəsi dəyişə bilər. Ancaq bunun üçün İranın mütləq seçkilərin nəticəsini gözləməsi lazım deyil. Əgər seçkilərdən sonra ABŞ İrana qarşı hərbi əməliyyatları genişləndirsə və Tehran TRIPP-i ABŞ-ın regional təhlükəsizlik mövcudluğunun bir hissəsi kimi görsə, layihəyə qarşı daha sərt tədbirlər gündəmə gələ bilər. Bununla belə, bu ssenari seçkilərin özündən avtomatik yaranmır. ABŞ-ın sonrakı qərarları, İranın hərbi vəziyyəti və Ermənistanla əldə olunan razılaşmalar həlledici olacaq".

Oxunub: 2
Paylaş:
Digər xəbərlər

siyaset

27-08-2025, 06:15

Prezident İlham Əliyev “Əl-Ərəbiyə” kanalına müsahibə verib: ölkə başçısından mühüm mesajlar(CANLI)

gundem / siyaset

11-01-2023, 06:00

Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

gundem / siyaset

6-01-2026, 06:05

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB

gundem / siyaset

28-09-2021, 09:02

Prezident İlham Əliyevin Türkiyənin "Anadolu" Agentliyinə müsahibəsi - TAM MƏTN

gundem / siyaset

11-08-2026, 19:32

İlham Əliyev Naxçıvanda AzTV-yə müsahibə verdi - Fotolar

Şou Biznes
Azərbaycanda müğənnilər 15 min manat qazanıb, 20 manat vergi ödəyirlər
“Tacir bundan da pis günə qalacaq, oğlum öldü, yasına gəlmədi...” – Murad Rzayev
Rusiya rəsmən etiraf etdi - “Hələ belə müsibət görməmişdik”, Moskvanın başına od ələndi
Afra Saraçoğlu da saxlanıldı
ABŞ Ermənistanı döyüşə hazırlayır – Kimə və nəyə qarşı?
Cem Yılmazdan sonra gündəm oldu: Qulaqdakı bu xətt infarkt xəbərçisidir? - ŞOK
Cəmiyyət
Dünən, 12:15
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
Dünən, 11:41
Evlənənlər də, boşananlar da azalıb
Dünən, 11:38
Hərbçilərin pensiya təyinatında - Yenilik!
Dünən, 11:34
Hərbçilərin maaşı ilə bağlı məsələ üçüncü oxunuşdan keçdi - 22,8% artım!
Dünən, 11:01
Mətbuat Şurasına dörd il ərzində nə qədər şikayət daxil olub?
Dünən, 09:51
Mətbuat Şurasının IX qurultayı keçirilir
Kriminal
7-10-2026, 09:54
Bakıda məktəblinin qətlində ŞOK DETAL- VİDEO
20-07-2026, 07:43
Lənkəranda evlərdən oğurluq edən şəxs həbs edildi
6-07-2026, 06:38
Ölənlərdən biri sürücünün 7 yaşlı qızıdır - Dəhşətli qəzanın təfərrüatı
Son xəbərlər
  • Dünən, 16:00
    Paşinyanın Bakıya məktub planı iflasa uğradı – Ermənistan poçtu baş naziri təkzib etdi
  • Dünən, 15:30
    Şuşada "Qarabağ Azərbaycandır!" demişdi - Dövlət Dumasındakı vəzifəsindən çıxardılar
  • Dünən, 14:22
    Xırdalanda Nurlan Həsənovun "mansard izi" - 10 il əvvəl təhvil verilən binada əlavə iki mərtəbə tikilir
  • Dünən, 14:22
    Zəngəzur dəhlizinə TƏHLÜKƏ – Gələn ay...
  • Dünən, 13:13
    Rəqəmsal İpək Yolu layihəsində mühüm mərhələ - Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin rəsmi açılışı olub
  • Dünən, 13:09
    Prezident onları təltif etdi - Adlar
  • Dünən, 12:15
    Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
  • Dünən, 11:41
    Evlənənlər də, boşananlar da azalıb
  • Dünən, 11:38
    Hərbçilərin pensiya təyinatında - Yenilik!
  • Dünən, 11:34
    Hərbçilərin maaşı ilə bağlı məsələ üçüncü oxunuşdan keçdi - 22,8% artım!
  • Dünən, 11:22
    Bakı-Sumqayıt yolunda avtobusların şüşələri sındırıldı - 2 yeniyetmə saxlanıldı-Foto
  • Dünən, 11:18
    15 yaşlı oğlan dayısı arvadını əxlaqsız təklifini rədd etdiyindən öldürübmüş
  • Dünən, 11:12
    “Ukrayna münaqişəsi Zelenskisiz həll olunacaq”
  • Dünən, 11:01
    Mətbuat Şurasına dörd il ərzində nə qədər şikayət daxil olub?
  • Dünən, 10:58
    Bakıda təcili yardım maşını ağır qəza törətdi: Ölən var
  • Dünən, 10:54
    Jurnalistlərin IX qurultayında Prezident İlham Əliyevə müraciət ünvanlanıb
  • Dünən, 10:38
    Azərbaycanda müğənnilər 15 min manat qazanıb, 20 manat vergi ödəyirlər
  • Dünən, 10:34
    Hesablama Palatasının strukturu dəyişir
  • Dünən, 09:57
    Məsud Pezeşkian İrəvanda səfərdədir
  • Dünən, 09:54
    Ukrayna kapitulyasiya edəcək? - Kiyevdən kritik açıqlama
  • Dünən, 09:51
    Mətbuat Şurasının IX qurultayı keçirilir
  • Dünən, 09:48
    Azərbaycan XİN Pakistana başsağlığı verdi
  • Dünən, 09:42
    ABŞ-də ibtidai məktəbə silahlı hücum - 3 şagird və 1 müəllim öldürüldü
  • Dünən, 09:39
    Pedro Sançezə qarşı istintaq başladı
  • Dünən, 09:35
    Milli Məclisin komissiyası bəyanat yaydı
  • Dünən, 09:32
    Məktəbin şüşələrini sındıran şəxs həbs edildi
  • Dünən, 09:12
    İstanbulda 84 ilin rekordu alt-üst oldu – 55 minlik qüvvə səfərbər edildi
  • Dünən, 09:00
    Azərbaycan nefti 124 dolları keçdi: büdcəyə nə qədər qazanc gələcək?
  • 15-10-2026, 16:00
    "20 Yanvar"da M7 XAOSU: Avtobuslar "qeybə çəkilib"
  • 15-10-2026, 15:30
    ABŞ bu dəhşətli bombanı İrana ATA BİLƏR
  • 15-10-2026, 14:25
    İsrail Prezidenti: Azərbaycan çox tolerant ölkədir
  • 15-10-2026, 14:22
    İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - YENİLƏNDİ
  • 15-10-2026, 14:22
    Kiyev və Ağ Ev arasında "Starlink" GƏRGİNLİYİ: Ukrayna tərəfi hələ də şübhəli yanaşır
  • 15-10-2026, 13:31
    Sabah 31° isti olacaq
  • 15-10-2026, 13:27
    Bu gün Bakıdan İrəvana təyyarə uçacaq - Kimləri aparacaq?
Daha çox
13-10-2026, 09:58
Bakı Metropoliteninə 300 milyon ayrıldı
14-10-2026, 09:00
Qarabağ ermənilərinə gözlənilməz cavab – İrəvandan uzaqda ev axtarın
12-10-2026, 09:54
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi
13-10-2026, 09:00
Dini komitə sədrindən məktəbli geyimləri ilə bağlı AÇIQLAMA
13-10-2026, 11:16
Nəsimi Musayev başına gələnləri istintaqa danışdı
13-10-2026, 13:59
Birgə Bəyanat qəbul olundu - Sənədlər mübadilə edildi - YENİLƏNİB
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 300 23 10
  • E-mail: ofis@patriot.az
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə