• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA

cemiyyet

Dünən, 10:42

Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA


Müasir Bakının ən böyük və aktual problemlərindən biri, şübhəsiz ki, hər gün şəhər yollarını iflic edən nəqliyyat sıxlığı və bitmək bilməyən tıxaclardır. Son illərdə paytaxtın sürətli iqtisadi inkişafı və demoqrafik artımı, şəhərləşmə tempinin sürətlənməsi və fərdi avtomobillərin sayının sürətlə çoxalması sözügedən problemin daha da dərinləşməsinə səbəb olub.
Hər kəs Bakı tıxaclarında itirilən vaxtdan danışsa da, həmin itkinin iqtisadi dəyərinin nə qədər olduğunu bilmir.

Ölkə.az buradan yola çıxaraq daha sadə dillə desək, Bakıda tıxacın qiymətini manatla hesablamağa çalışıb.

Saytın bununla bağlı suallarını ABŞ-nin dövlət araşdırma universiteti “George Mason” Universitetinin tədqiqatçısı Ramil Abbasov cavablandırıb. Araşdırmada aşağıdakı suallara cavab axtarılıb:

Bakıda tıxacda itirdiyimiz vaxtı pul ifadəsində hesablamaq mümkündürmü? Məsələn, gün ərzində tıxac səbəbindən itirilən orta vaxtı müəyyənləşdirib, onu bir saatın iqtisadi dəyərinə vurmaqla Bakının tıxac səbəbindən nə qədər iqtisadi itki verdiyini hesablaya bilərikmi?

Ekspert mövcud rəqəmlər əsasında empirik yanaşmanın mümkün olduğunu deyib və qeyd edib ki, nəqliyyat iqtisadiyyatında bu məqsədlə “Value of Time” - vaxtın iqtisadi dəyəri yanaşmasından istifadə olunur.

“Sadələşdirilmiş formada məntiq belədir:

Tıxacda itirilən saatlar × 1 saatın iqtisadi dəyəri = tıxac nəticəsində vaxt itkisinin pul ifadəsi.

Lakin hesablamanın düzgün aparılması üçün bir mühüm fərqi nəzərə almaq lazımdır. İnsanın yolda keçirdiyi bütün vaxt tıxac itkisi deyil. Tıxac olmasa belə, evdən işə və ya digər ünvana çatmaq üçün müəyyən vaxt tələb olunur.

Ona görə iqtisadi itki hesablanarkən tıxacın yaratdığı əlavə vaxt müəyyənləşdirilməlidir.
Məsələn, normal hərəkət şəraitində bir səfər 20 dəqiqə, tıxac şəraitində isə 40 dəqiqə çəkirsə, iqtisadi hesablamada 40 dəqiqənin hamısı deyil, aradakı 20 dəqiqəlik əlavə gecikmə nəzərə alınmalıdır.

Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının Azərbaycan üzrə nəqliyyat sənədlərində Bakı-Abşeron ərazisində pik saatlarda orta hərəkət sürətinin təxminən 15 km/saat olduğu göstərilir. Bu məlumat əsasında 10 kilometrlik standart səfəri götürək. 15 km/saat orta sürətlə 10 kilometr yolun qət edilməsi 40 dəqiqə çəkir.

Müqayisə üçün sərbəst və ya daha normal hərəkət şəraitində orta sürəti 30 km/saat qəbul etsək, eyni məsafəni 20 dəqiqəyə qət etmək mümkündür. Yəni bu ssenaridə 10 kilometrlik bir səfərdə tıxac səbəbindən təxminən 20 dəqiqə əlavə vaxt itirilir.

Bir şəxsin səhər işə gedərkən və axşam geri qayıdarkən iki belə səfər etdiyini qəbul etsək o zaman 40 dəqiqə/gün, il üzrə isə 40 dəqiqə x 230 gün = 9200 dəqiqə və ya təxminən 153 saat.
Beləliklə, gündə iki dəfə 10 kilometrlik pik-saat səfəri edən bir Bakı sakini üçün tıxacın yaratdığı əlavə vaxt itkisi ildə təxminən 153 saata çata bilər. Bunu səkkizsaatlıq iş günü ilə hesablasaq, təxminən 19 iş gününə bərabərdir. Burada xüsusi vurğulamaq lazımdır ki, 153 saat Bakı üzrə rəsmi ölçülmüş orta göstərici deyil. Bu, mövcud sürət məlumatları və qəbul etdiyimiz baza sürəti əsasında hazırlanmış ssenari hesablamasıdır.

Bəs bir saatın iqtisadi dəyəri nə qədərdir?

Ən sadə yanaşma orta aylıq əməkhaqqını aylıq iş saatlarının sayına bölərək orta saatlıq gəliri hesablamaqdır. Bakı üzrə orta aylıq əməkhaqqının təxminən 1 381 manat olduğunu götürsək və ayda 176 iş saatı qəbul etsək: 1 381 ÷ 176 = 7,85 manat/saat. Yəni orta əməkhaqqı əsasında bir iş saatının dəyəri təxminən 7,85 manatdır. Lakin burada bir metodoloji məsələ ortaya çıxır. İşə gedib gələrkən itirilən bir saatın iqtisadi dəyərini tam şəkildə bir saatlıq əməkhaqqına bərabərləşdirmək nəticəni olduğundan yüksək göstərə bilər. Buna görə “Value of Time” hesablamasında saatlıq əməkhaqqının müəyyən hissəsindən istifadə etmək mümkündür. Məsələn, baza ssenarisi kimi 75 faiz götürsək 5,88 manat/saat olacaq. Bu halda bir nəfərin ildə tıxacda itirdiyi 153 saatın iqtisadi dəyəri 153 × 5,88 = təxminən 900 manat təşkil edir.

Yəni ssenarimizdə müntəzəm olaraq pik saatlarda 10 kilometrlik səfər edən bir şəxsin yalnız tıxacda itirdiyi əlavə vaxtın illik iqtisadi dəyəri təxminən 900 manat ola bilər.
Bir nəfər üzrə hesablamadan şəhər səviyyəsinə keçmək üçün Bakıda tıxacdan təsirlənən səfərlərin sayını müəyyənləşdirmək lazımdır. Rəsmi məlumatlara əsasən, Bakıda ildə 2 milyarddan çox səfər həyata keçirilir. Bu səfərlərin təxminən 50 faizi fərdi avtomobil və taksilərin payına düşür. Sadələşdirilmiş şəkildə bu, ildə təxminən 1 milyard avtomobil və taksi səfəri deməkdir. Təbii ki, bu səfərlərin hamısı pik saatlarda və tıxac şəraitində həyata keçirilmir. Buna görə ssenari yanaşmasından istifadə edilməlidir.

Bu, rəsmi şəkildə hesablanmış tıxac itkisi deyil. Mövcud açıq məlumatlar və bir sıra fərziyyələr əsasında hazırlanmış ilkin iqtisadi qiymətləndirmədir.

Dünyanın böyük şəhərləri də tıxacda vaxt və pul itirir.

Tıxac yalnız Bakının problemi deyil. Dünyanın bir çox iri şəhərində nəqliyyat sıxlığının yaratdığı vaxt itkisi ayrıca hesablanır və pul ifadəsində qiymətləndirilir. Bu sahədə ən tanınmış beynəlxalq məlumat mənbələrindən biri “TomTom Traffic Index”dir. “TomTom”un 2025-ci il göstəricilərinə əsasən, pik saatlarda tıxac nəticəsində bir sürücünün illik vaxt itkisi bəzi böyük şəhərlərdə yüzlərlə saat təşkil edir. Məsələn, Dublində 191 saat, Mexikoda 184 saat, Buxarestdə 171 saat, Nyu-Yorkda 125 saat, İstanbulda 112 saat, Los-Ancelesdə 83 saat, Çikaqoda isə 79 saat tıxac səbəbindən itirilir.

Digər beynəlxalq mənbə olan “INRIX Global Traffic Scorecard” fərqli metodologiyadan istifadə edir. INRIX-in 2025-ci il göstəricilərində İstanbulda bir sürücünün illik vaxt itkisi 118 saat, Çikaqoda 112 saat, Mexikoda 108 saat, Nyu-Yorkda isə 102 saat göstərilir.

“INRIX” və “TomTom”un rəqəmlərinin fərqli olmasının səbəbi onların məlumat mənbələrinin, şəhər əhatəsinin və hesablama metodologiyalarının eyni olmamasıdır.

Məhz buna görə Bakı üçün hesabladığımız 153 saatlıq ssenari göstəricisini “TomTom” və ya “INRIX”in rəsmi şəhər göstəricisi kimi təqdim etmək olmaz. Lakin müqayisə bir daha göstərir ki, tıxac problemi tək Bakıda deyil.

Tıxacın ümumi iqtisadi xərcini hesablamaq üçün əlavə yanacaq sərfiyyatı, avtomobillərin aşınması və amortizasiyası, yük daşımalarında gecikmələr, bizneslərin logistika xərcləri, avtobus sərnişinlərinin vaxt itkisi, hava çirklənməsi və karbon emissiyaları da nəzərə alınmalıdır. Məsələn, avtomobil tıxacda hərəkətsiz və ya aşağı sürətlə qaldıqda yanacaq sərfiyyatı artır. Bu, sürücünün şəxsi xərcini yüksəltməklə yanaşı, ölkənin yanacaq istehlakına da təsir edir.

Eyni zamanda, məhsul və xidmətlərin çatdırılmasının gecikməsi biznes üçün əlavə xərc yaradır. İşçilərin işə gecikməsi və uzun səfər müddəti isə məhsuldarlığa dolayı təsir göstərə bilər.

Daha dəqiq hesablamada Bakının müxtəlif yolları üzrə GPS məlumatlarından istifadə etməklə normal və pik saat sürətləri müəyyənləşdirilə, mobil hərəkət məlumatları əsasında səfərlərin sayı və istiqaməti hesablana, avtomobil, taksi və avtobus səfərləri ayrıca qiymətləndirilə bilər.
Bu yanaşmanın üstünlüyü ondan ibarətdir ki, tıxac artıq yalnız “yolda neçə dəqiqə gözlədik?” sualı ilə deyil, “bu gecikmə şəhər iqtisadiyyatına neçəyə başa gəldi?” sualı ilə qiymətləndirilir. Belə hesablama nəqliyyat siyasətinin səmərəsini ölçmək üçün də istifadə oluna bilər”.

Oxunub: 2
Paylaş:
Digər xəbərlər

siyaset

1-09-2022, 10:57

Prezident: “Bu gün İtaliya-Azərbaycan əlaqələrinin yeni səhifəsi açılır”

cemiyyet

11-08-2025, 08:21

Azərbaycanda bu universitetlərin rus bölməsinə qəbul dayandırıldı - SİYAHI

gundem / siyaset

6-04-2018, 09:59

İlham Əliyev TAS-a maraqlı müsahibə verdi: "Mehriban Əliyeva mənə və ailəmizin bütün üzvlərinə çox sevinc bəxş edir"

gundem / siyaset

11-01-2023, 06:00

Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

gundem / siyaset

6-01-2026, 06:05

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB

Şou Biznes
Rusiya rəsmən etiraf etdi - “Hələ belə müsibət görməmişdik”, Moskvanın başına od ələndi
Afra Saraçoğlu da saxlanıldı
ABŞ Ermənistanı döyüşə hazırlayır – Kimə və nəyə qarşı?
Cem Yılmazdan sonra gündəm oldu: Qulaqdakı bu xətt infarkt xəbərçisidir? - ŞOK
Son Dəqiqə: "Ehdiparfum"un videosunu yayanları bu cəza gözləyir - ŞOK
“Nikosayağı” buna görə qol transplantasiyası etdirməyib
Cəmiyyət
Dünən, 15:30
Ət yenə bahalaşacaq? – Yeni qiymət proqnozu
Dünən, 14:22
Gələn ay bu məhsullar BAHALAŞACAQ
Dünən, 13:36
Əli Həsənovun qızı Dubayda brend mallar mağazası açdı - FOTOLAR
Dünən, 10:47
"Prezidentin mənə verdiyi bu rütbə böyük məsuliyyətdir" - Naxçıvan MR prokuroru
Dünən, 10:42
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
28-09-2026, 16:00
Müharibədən 6 il sonra İrəvanda qorxulu xəbərdarlıq – “Yeni savaş yaxınlaşır”
Kriminal
20-07-2026, 07:43
Lənkəranda evlərdən oğurluq edən şəxs həbs edildi
6-07-2026, 06:38
Ölənlərdən biri sürücünün 7 yaşlı qızıdır - Dəhşətli qəzanın təfərrüatı
24-06-2026, 06:46
Ağcabədidə çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkarlanıb
Son xəbərlər
  • Dünən, 16:00
    AKP-nin “Nene Hatun”u necə batdı - 5 ayda 2 milyardlıq qazanc və arxa qapıdan çıxış
  • Dünən, 15:30
    Ət yenə bahalaşacaq? – Yeni qiymət proqnozu
  • Dünən, 14:48
    İlham Əliyev Məsud Pezeşkiana zəng etdi
  • Dünən, 14:22
    Gələn ay bu məhsullar BAHALAŞACAQ
  • Dünən, 14:00
    İran 3 noyabrdan sonra müharibənin yenidən alovlanacağını gözləyir
  • Dünən, 13:36
    Əli Həsənovun qızı Dubayda brend mallar mağazası açdı - FOTOLAR
  • Dünən, 13:01
    FIFA prezidenti İlham Əliyevə üzərində soyadı yazılmış forma və top hədiyyə edib
  • Dünən, 12:40
    İlham Əliyev: U-15 və U-20 dünya çempionatına hazırlıq işləri yüksək səviyyədə aparılır
  • Dünən, 12:36
    İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi - FOTO
  • Dünən, 12:33
    Bakıda sərnişinin üzərindən 4 milyon manatlıq brilyant çıxdı
  • Dünən, 12:28
    Formula 1-də Prezident və xanımı ilə şəkil çəkdirən ailə kimdir?
  • Dünən, 12:11
    Si Cinpinin irəli sürdüyü qlobal inkişaf təşəbbüsünün 5 ili tamam olur
  • Dünən, 12:05
    Yüksək maaşlı işə düzəltmək adı ilə 150 min manatı ələ keçirtdi
  • Dünən, 12:01
    FIFA prezidenti Azərbaycana gəlib
  • Dünən, 11:46
    Qazi aşpazın ölüm səbəbi - Şüşəyə yumruq vurubmuş...
  • Dünən, 11:22
    Macarıstanda korrupsiya təmizliyi başladı: Orbanın iki naziri həbs olundu
  • Dünən, 11:19
    Qarabağ Universitetinin müəllimi həbs olundu - Tələbələri şantaj edib
  • Dünən, 10:47
    "Prezidentin mənə verdiyi bu rütbə böyük məsuliyyətdir" - Naxçıvan MR prokuroru
  • Dünən, 10:42
    Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
  • Dünən, 10:38
    Nazirlikdən 189 min nəfəri SEVİNDİRƏCƏK AÇIQLAMA
  • Dünən, 09:37
    Putindən Rusiya ordusu ilə bağlı YENİ FƏRMAN
  • Dünən, 09:34
    ABŞ və Çin 30 milyard dollarlıq məhsullar üzrə tarif razılaşması əldə edib
  • Dünən, 09:31
    Azərbaycanda devalvasiya təhlükəsi varmı? - AÇIQLAMA
  • Dünən, 09:25
    İran həmin xəbərləri təkzib etdi
  • Dünən, 09:11
    Azərbaycanla sərhəddə yeni vəziyyət – Ermənistan hökuməti təcili açıqlama verdi
  • Dünən, 09:00
    Manatın sabitliyi xarici kapitallaşmaya belə təsir etdi — Açıqlama
  • 28-09-2026, 18:32
    Prezident 3 rayona icra başçısı təyin etdi
  • 28-09-2026, 16:00
    Müharibədən 6 il sonra İrəvanda qorxulu xəbərdarlıq – “Yeni savaş yaxınlaşır”
  • 28-09-2026, 15:30
    Netanyahu bazar günü Əbu-Dabiyə gizli səfər edib – İsrail telekanalından şok məlumat
  • 28-09-2026, 14:22
    Netanyahudan başından böyük qələt – Ərdoğana qarşı böyük dosye hazırlanır
  • 28-09-2026, 14:19
    Əvəz Zeynallı vəfat etdi
  • 28-09-2026, 14:00
    ABŞ İraqı tərk edir, kürdlər həyəcan təbili çalır: Bizi müdafiəsiz qoymaq biabırçılıqdır
  • 28-09-2026, 13:16
    “Ruslar olmasa, yiyəsiz qalacağıq” – Kremlin adamı dediyi sözü yedi
  • 28-09-2026, 12:08
    Hörmüz boğazında GƏRGİN ANLAR: İran raketi ABŞ dəniz piyadalarının gəmisini vurdu, yaralılar var!
  • 28-09-2026, 12:02
    Qusarda “Diqqət, uşaqlar!” aylığı çərçivəsində maarifləndirici görüş keçirilib
Daha çox
25-09-2026, 10:00
Bu gün Qazaxıstanda milli matəm günüdür
26-09-2026, 12:31
“Minkənd” KSES açıldı, “Tekstil Klasteri”nin isə təməli qoyuldu - Fotolar
Dünən, 12:11
Si Cinpinin irəli sürdüyü qlobal inkişaf təşəbbüsünün 5 ili tamam olur
25-09-2026, 14:22
Bu şəxslər üçün avtobus və metro PULSUZDUR
26-09-2026, 10:18
İlham Əliyev: Azərbaycan xarici dövlət borcunu bir gün ərzində sıfıra endirə bilər
26-09-2026, 11:26
Yardımlıda 16 kiloqram narkotiki belə aşkarladılar - Video
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 399 05 04
  • E-mail: ofis@patriot.az
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə