• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

Görüş yerini dəyişmək olar - Putin-Zelenski sammitinə yer axtarılır...

dunya

21-08-2025, 12:30



Ukrayna Prezidenti Vladimir Zelenski və RF Prezidenti Vladimir Putinin arasında görüşün hazırlıqları başlanıb, lakin sammitin keçiriləcəyi yer daha sonra müəyyənləşəcək.

Zelenski də Rusiyanın görüş təklif etdiyini təsdiqləyib və əlavə edib ki, ərazi məsələsi yalnız onunla Putin arasında təkbətək görüşdə müzakirə edilə bilər.

Putinin köməkçisi Yuri Uşakovun mümkün görüş barədə açıqlaması isə qeyri-müəyyəndir. O, təkbətək Zelenski-Putin görüşünün olacağını birmənalı təsdiqləməyib. Uşakov deyib ki, Putinlə Tramp Ukrayna və Rusiya tərəfinin birbaşa danışıqlarda iştirak edən nümayəndələrinin səviyyəsinin yüksəldilməsi imkanlarının nəzərdən keçirilməsinin mümkünlüyünü müzakirə ediblər.

Ancaq Avropa liderləri və Qərb mətbuatı Uşakovdan fərqli məlumatlar paylaşırlar. “Agence France-Presse” (AFP) öz mənbələrinə istinadla məlumat yayıb ki, Putin ABŞ lideri Donald Trampa Ukrayna Prezidenti Zelenski ilə görüşə hazır olduğunu bildirib.

Avropa liderləri də buna bənzər açıqlamalar verirlər. “Reuters” Ağ Evdəki mənbəyə istinadən yazıb ki, Zelenski və Putin görüşü Macarıstanda keçirilə bilər. Lakin Kreml buna razılıq verdiyini açıq şəkildə elan etməyib. Almaniya kansleri Fridrix Merts bundan əvvəl bildirib ki, Ukrayna və Rusiya prezidentləri növbəti iki həftə ərzində görüş keçirəcəklər. Finlandiya Prezidenti Aleksander Stubb isə Ağ Evdə keçirilən görüşün nəticələri barədə açıqlama verib. Onun sözlərinə görə, ilk nəticə Ukraynaya təhlükəsizlik zəmanətləri barədə “məhsuldar dialoq” olub. Prezident qeyd edib ki, tərəflər dərhal konkret addımlar üzərində işləməyə başlayıblar. Stubbun sözlərinə görə, Tramp bu mövzunu Putinlə telefon danışığında qaldırıb və Putin də buna razılıq verib. “Əgər ikitərəfli görüş uğurla nəticələnsə, üçtərəfli görüş təşkil olunacaq”, - deyə Finlandiya Prezidenti bildirib. Stubb əlavə edib ki, Tramp doğrudan da müharibəni dayandırmağa çalışır və bütün tərəflər bu istiqamətdə işləyir.

Fransa Prezidenti Emmanuel Makron Rusiya və Ukrayna liderlərinin görüş yeri kimi İsveçrəni təklif edib. Bütün tərəflərin açıqlamaları göz qabağındadır, qalır 2 həftə sonra Putinlə Zelenskinin görüşməsi. Ancaq harada, necə? Ümumiyyətlə, Kreml lideri ukraynalı həmkarı ilə bir araya gəlmək istəyərmi? Siyasi şərhçi Heydər Oğuz “Yeni Müsavat”a açıqlamasında Ukrayna-Rusiya savaşı ilə bağlı irəli sürülən sülh təkliflərini Mirzə Fətəli Axundovun “Hekayəti Molla İbrahimxəlil kimyagər” komediyasındakı məşhur bir epizoda bənzədib: “Bilirsiniz ki, həmin əsərdə İbrahimxəlil kimyagər şəhər əhalisini bir araya toplayıb onlara gümüşlərini qızıla çevirə biləcəklərini bildirir. Amma bir şərtlə, gərək sakinlərdən heç biri "reaksiya"nın getdiyi vaxt meymunu ağıllarına gətirməyələr. Gümüşü qızıla “çevirdiyi” zaman yenə üzünü tutub sakinlərə xəbərdarlığı onlara xatırladır: “Meymunu ağla gətirməyin, ha”. “Reaksiya” tutmayanda isə yenə sakinləri günahlandırır: “Axı mən demişdim ki, meymunu ağlınıza gətirməyin. Sizlərdən kimsə mənim sözümə əhəmiyyət verməyib beynində meymun obrazı canlandırıb. Ona görə də gümüş qızıla çevrilmədi. Bu gün Ukraynada sülh üçün də elə təkliflər irəli sürülür ki, danışıqlar alınmasın. Sonra da Tramp ortaya çıxıb bütün günahı Avropa liderlərinin üstünə yıxsın”.

Heydər Oğuzun fikrincə, Zelenski ilə Putinin danışıqlar aparması üçün irəli sürülən iki məkanın ikisi də real deyil: “Təkliflərdən biri budur ki, Zelenski-Putin görüşü İsveçrənin Cenevrə şəhərində keçirilsin. Məlumdur ki, İsveç Roma statutunu qəbul edən ölkədir və bu nizamnaməni qəbul edən ölkələr Beynəlxalq Cinayət Məhkəməsinin hökmlərini qeyd-şərtsiz yerinə yetirməlidirlər. BCM isə Putinin həbsinə qərar verib və Putin harada görünsə, yerli hökumətlər onu dərhal qandallayıb məhkəməyə təhvil verməlidirlər. Sözsüz ki, Putin bu təhlükəni və ya çıxa biləcək insidentləri nəzərə alıb İsveçrəyə ayaq basmaz. O, İsveçrəyə gedərsə və həbs olunmazsa, Qərb dövlətləri öz hüquq sistemlərinə hörmətsizlik etmiş olarlar. Buna görə də Putin həmin görüşdə iştirak etməyə qərar versə belə, İsveçrə onun bu istəyini geri çevirməyə məhkumdur.

Görüşün Macarıstanda keçirilməsi isə Avropa İttifaqını aşağılamaq, faktiki olaraq Rusiyanın bu ittifaqın ərazisində yerləşdirdiyi Orban “minasını” gücləndirmək deməkdir. Təsəvvür edin, dünya mediasının yazdığına görə, Avropa liderləri Ağ Ev görüşündə Trampa Orbandan şikayət etmiş və onu dayandırmaq ricasında bulunmuşdular. Üzərindən bir neçə gün keçməmiş Putin-Zelenski görüşü kimi olduqca mühüm toplantının Budapeştdə keçirilməsi təklif olunur. Faktiki olaraq bu təklif Orbanın nüfuzunun artırılmasına xidmət edir. Avropa liderləri bu təklifi qəbul edərlərsə, aşağılanmağa layiq olduqlarını göstərərlər. Nəticədə Orban hakimiyyəti müasir Avropanın “ağsaqqalına” çevrilər. Ukrayna savaşının əsas motivlərindən biri dünyada gedən ulusalçı-qlobalist mübarizəsidir və Avropa İttifaqı qlobalistlərin əsas qalası sayılır, Orban isə bu qalada yerləşdirilmiş “Troya atı” qismində çıxış edir, ona görə də “qoca qitə”nin heç bir ləyaqətli dövlət adamı görüşün Macarıstanda keçirilməsinə razılıq verməz. Bu, Avropanın liberal-demokrat hakimiyyətlərinin ağ bayraq qaldırması anlamına gəlir.

Halbuki bütün tərəflərin rahatlıqla qəbul edəcəyi İstanbul variantı da var. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bu görüşə ev sahibliyi etmək arzusunu dəfələrlə ifadə edib. Bu qədər uyğun alternativi kənarda buraxıb mübahisəli məkanlar üzərində düşünmək Ukraynada sülh arayışlarının ciddi olmadığını göstərir".

Heydər Oğuzun fikrincə, Tramp hökumətinin “olmayacaq duaya amin deməsi” təsadüfi deyil: “Məqsəd Ukrayna savaşının bitirilməməsidir. Tramp administrasiyasının bu ziddiyyətli mövqeyi ABŞ-nin rus xofundan Avropaya qarşı "Domokl" qılıncı kimi istifadə etməsindən qaynaqlanır. Fikrimcə, Tramp administrasiyası Avropanı özündən asılı vəziyyətdə saxlamaq üçün Putin kartından məharətlə istifadə edir. Bu siyasət cari planda Rusiyanın işinə yaradığından Putin də ona verilmiş rolu qüsursuz oynayır. Bu ortaq ssenaridə həm ABŞ-nin, həm də Rusiyanın ortaq çıxarları var. Trampın könüllü qamçısına çevrilən Putinin zərbələri Ukraynanın belinə dəydikcə, Avropa dövlətləri pul kisələrinin ağzını daha geniş açıb ABŞ-nin silah sənayesini maliyyələşdirir və aldıqları silahları Ukraynaya göndərərək müharibənin daha şiddətli davam etməsinə qatqıda bulunurlar. Nəticədə Avropa iqtisadi cəhətdən tükənir və aralarında yaranan gərginlik sayəsində heç zaman bir araya gələ bilməyəcək dərəcədə parçalanırlar. Beləcə, Avropada qlobalist hökumətlər yıxılır, yerlərinə millətçi hakimiyyətlər gəlir. Bu isə həm Rusiya, həm də ABŞ üçün faydalıdır. Rusiyanın faydası ondan ibarətdir ki, özünə qənim kəsilən Aropa İttifaqını zəiflədir, ittifaq ölkələrində hakimiyyətə gələn millətçilərlə daha rahat əlaqələr qurur.

ABŞ isə Rusiyanın ağzını yenidən Avropaya yönləndirərək Çini təcrid vəziyyətə salmağı planlaşdırır. Dolayısıyla Çinin Avropaya ən güvənli ticarət yolu da öz əhəmiyyətini itirir.

Dünya sənaye istehsalında Aİ-nin mövqeyinin Ukrayna savaşından nə qədər təsirləndiyinə dair göstəricilərə diqqət çəkən Heydər Oğuzun fikrincə, ABŞ-nin qurduğu bu mürəkkəb geosiyasi tənliyin məchulu “qoca qitə”nin Çinlə ticari münasibərlərdə gizlənir: “Statistik məlumatlara görə, Çinin Aİ-yə ixracı ümumi ixracatının 32,6%-nə yüksəlmişdi. Bu göstərici Çin ixracatında ən böyük artım kimi xarakterizə edilirdi. Avropa ittifaqını ABŞ izləyirdi - 27,5%. Çinin ASEAN ölkələrinə ixracatı isə 26,1% təşkil edirdi. Aİ 2021-ci ildə dünya sənaye istehsalının 21%-ni öz əlində cəmləşdirirdi. Müharibədən dərhal sonra - 2023-cü ildə bu pay 18%-ə qədər gerilədi. Bu fakt onu göstərir ki, Ukrayna müharibəsi Çin-Aİ ticarət əlaqələrini zəiflədir. Üstəlik, Ukrayna müharibəsi Rusiyaya da nəzarət etmək və onu iqtisadi-siyasi baxımdan tənzimləmək fürsəti yaradır. ABŞ-yə də elə bu lazımdır - Atlantik okeanından Sakit okeana qədər Avrasiya qitəsini öz nəzarəti altına almaq və getdikcə zəifləyən hegemoniyasını yenidən bərpa etmək. ABŞ nəyin xətrinə özünün ən böyük imperial hədəflərindən vaz keçməlidir - Trampın Nobel mükafatı xülyasına görə? Açığı, Trampın bu xülyasının da saxta olduğunu, dünya dövlətlərinin sadəlövh liderlərinin başını qatmağa hesablandığını düşünürəm. Tramp həqiqətən də Nobel sülh mükafatı almaq istəsə, bunu çox dağa-daşa düşmədən, sadəcə, Norveç kralına gözünü ağartmaqla əldə edə bilər. Bunun üçün min cür bəhanə də var”.

Heydər Oğuz sonda onu da vurğuladı ki, Ukrayna sülh arayışlarında ən çox diqqət çəkən hadisə Fransa Prezidenti Emmanuel Makronun canfəşanlığıdır: “Adam sülh danışıqlarının üçtərəfli yox, dördtərəfli formatda keçirilməsini tələb edir. Halbuki istənilən danışıqlarda "mız qoyanların" sayı artdıqca, ortaq fikrə gəlmək daha da çətinləşir. Hər halda, biz Fransanın vasitəçiliyinin nə ilə nəticələndiyini 30 illik Qarabağ işğalı zamanı görmüşük. Paris başa düşməlidir ki, II Dünya müharibəsinn yekunlarının ən ədalətsiz tərəfi onun da qaliblər sırasına salınması və BMT TŞ-nin 5 üzvündən birinə çevrilməsidir. Çünki o boyda Fransa II Dünya savaşında nəinki qalib gəlmək, hətta döyüşmək əzmi də göstərməmişdi. Almaniya onu cəmi 43 gün müddətində işğal etmişdi. Görünür, 80 il bundan əvvəl yediyi balın şirinliyi hələ də dodaqlarından çəkilməyib və yenə də bal yemək eşqinə düşüb".

Oxunub: 1 050
Paylaş:
Digər xəbərlər

dunya

18-08-2025, 09:16

Tramp-Zelenski-Putin görüşünün vaxtı bəlli oldu

dunya

19-08-2025, 06:33

Zelenski: Putinlə görüş heç bir şərt olmadan baş tutmalıdır

dunya

19-08-2025, 05:50

Tramp: Putin və Zelenski dil tapa biləcəklər

dunya

7-08-2025, 12:30

Ağ Ev Tramp-Putin-Zelenski görüşünün şərtlərini açıqladı

dunya

27-03-2025, 05:52

“Putin tezliklə öləcək...” - Zelenski

Şou Biznes
Azərbaycanda müğənnilər 15 min manat qazanıb, 20 manat vergi ödəyirlər
“Tacir bundan da pis günə qalacaq, oğlum öldü, yasına gəlmədi...” – Murad Rzayev
Rusiya rəsmən etiraf etdi - “Hələ belə müsibət görməmişdik”, Moskvanın başına od ələndi
Afra Saraçoğlu da saxlanıldı
ABŞ Ermənistanı döyüşə hazırlayır – Kimə və nəyə qarşı?
Cem Yılmazdan sonra gündəm oldu: Qulaqdakı bu xətt infarkt xəbərçisidir? - ŞOK
Cəmiyyət
Dünən, 12:47
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 12:16
Keçmiş deputatlar indi nə iş görürlər?
21-10-2026, 10:47
Nazirlik pensiyalarla bağlı yeni QƏRAR QƏBUL ETDİ
Kriminal
7-10-2026, 09:54
Bakıda məktəblinin qətlində ŞOK DETAL- VİDEO
20-07-2026, 07:43
Lənkəranda evlərdən oğurluq edən şəxs həbs edildi
6-07-2026, 06:38
Ölənlərdən biri sürücünün 7 yaşlı qızıdır - Dəhşətli qəzanın təfərrüatı
Son xəbərlər
  • Dünən, 16:00
    Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
  • Dünən, 15:30
    İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
  • Dünən, 14:22
    İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
  • Dünən, 13:39
    Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
  • Dünən, 12:56
    Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
  • Dünən, 12:51
    Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
  • Dünən, 12:47
    "Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
  • Dünən, 12:43
    İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
  • Dünən, 12:40
    Prezident yeni icra başçısı TƏYİN ETDİ
  • Dünən, 11:26
    Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
  • Dünən, 10:38
    Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
  • Dünən, 10:25
    Diplomatlarını bu ölkədən çıxarırlar
  • Dünən, 10:21
    Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
  • Dünən, 10:00
    Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
  • Dünən, 09:48
    Məktəblilərə şad xəbər: 7 gün...
  • Dünən, 09:45
    Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
  • Dünən, 09:41
    Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
  • Dünən, 09:36
    “ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
  • Dünən, 09:32
    İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
  • Dünən, 09:28
    Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
  • Dünən, 09:14
    "Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
  • Dünən, 09:00
    Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
  • 21-10-2026, 16:00
    44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
  • 21-10-2026, 15:30
    Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
  • 21-10-2026, 14:22
    Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
  • 21-10-2026, 13:29
    ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
  • 21-10-2026, 13:04
    Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI
  • 21-10-2026, 13:00
    Netanyahu oktyabrın 10-da İrana HÜCUM ƏMRİ VERİBMİŞ - Son anda NƏ BAŞ VERİB?
  • 21-10-2026, 12:43
    Bu şəxslərə pulsuz torpaq veriləcək
  • 21-10-2026, 12:16
    Keçmiş deputatlar indi nə iş görürlər?
  • 21-10-2026, 12:00
    Rusiya Ukrayna şəhərlərini YENİDƏN BOMBALADI: Kiyev, Zaporojye və Xarkovda ölən və yaralananlar var
  • 21-10-2026, 11:55
    Xalq artistinin kürəkəni həbs olundu - Yarım milyonlu dələduzluq
  • 21-10-2026, 10:54
    Mikayıl Cabbarovun İtaliyaya səfəri başlayır
  • 21-10-2026, 10:51
    Qaxda iki dost məktəbli qıza təcavüz etdi - TƏFƏRRÜAT
  • 21-10-2026, 10:47
    Nazirlik pensiyalarla bağlı yeni QƏRAR QƏBUL ETDİ
Daha çox
16-10-2026, 14:22
Xırdalanda Nurlan Həsənovun "mansard izi" - 10 il əvvəl təhvil verilən binada əlavə iki mərtəbə tikilir
18-10-2026, 09:00
Müstəqilliyimizin bərpasından 35 il keçir
20-10-2026, 09:12
Məktəblərə repetitorluğa son qoyacaq yeni sistem gəlir
20-10-2026, 15:30
Üzərində bu sözlər olan qidaları heç vaxt almayın
19-10-2026, 09:00
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır - Cibimizdən pul necə gedir?
19-10-2026, 12:28
Anar Bayramov səhiyyə naziri oldu - Sərəncam
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 300 23 10
  • E-mail: ofis@patriot.az
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə