• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

Ərdoğanın "Türk erası" planı Avrasiyanın fəthinə aparır: Türkiyənin hərbi xərcləri artırması Yunanıstanda niyə xof yaradır

dunya

Dünən, 09:14

Ərdoğanın "Türk erası" planı Avrasiyanın fəthinə aparır: Türkiyənin hərbi xərcləri artırması Yunanıstanda niyə xof yaradır


“Məkkə müdafiə ittifaqı”, Orta Dəhliz və müdafiə sənayesinin sürətli inkişafı Türkiyənin yeni strategiyasının əsas dayaqlarına çevrilməyə başlayıb... Egey və Şərqi Aralıq dənizlərində Yunanıstanla qarşıdurma isə Türkiyənin yüksələn hərbi-siyasi gücünün ən həssas sınaq meydanlarından biri olaraq qalır...
Türkiyənin son dövrdə müdafiə, diplomatiya və regional əməkdaşlıq istiqamətində atdığı prinsipial, eləcə də qətiyyətli addımlar böyük maraq doğurur. Çünki rəsmi Ankaranın indi yalnız Türkiyənin milli təhlükəsizlik imkanlarını daha da gücləndirməklə kifayətlənmir. Eyni zamanda, Avrasiya və Yaxın Şərqdə yeni güc balansının formalaşmasında daha fəal rol oynamağa çalışlaşdığını göstərir.

Onu da qeyd etmək lazımdır ki, Türkiyənin müdafiə xərclərinin kəskin şəkildə artırılması, Pakistan və Səudiyyə Ərəbistanı ilə təhlükəsizlik əməkdaşlığının dərinləşdirilməsi, eləcə də Şanxay Əməkdaşlıq Təşkilatında fəallaşması rəsmi Ankaranın yeni strategiyasının bir-birini tamamlayan istiqamətləri kimi görünür. Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın açıqlamasına görə, rəsmi Ankara qarşıdakı üç il ərzində müdafiə xərclərini 229 faiz artırmağı planlaşdırır. Və bu, sadəcə, hərbi büdcənin böyüdülməsi deyil, həm də Türkiyənin uzunmüddətli strateji prioritetlərinin dəyişdiyini göstərən ciddi mesajdır.

Məsələ ondadır ki, rəsmi Ankara xüsusilə də hərbi müdafiə sənayesində yerli texnologiyaların inkişaf etdirilməsinə və yüksək əlavə dəyərə malik məhsulların istehsalının genişləndirilməsinə üstünlük verir. Yəni, Türkiyə xarici silah və texnologiyadan asılılığı azaltmaqla yanaşı, həm də, regional hərbi-texnoloji güc mərkəzinə çevrilmək xəttini davam etdirir. Bu baxımdan, müdafiə sənayesinə sərmayələrin artması pilotsuz uçuş aparatları, raket sistemləri, hərbi elektronika, hava hücumundan müdafiə vasitələri və digər strateji texnologiyalar üzrə Türkiyənin imkanlarını daha da genişləndirə bilər.

Eyni zamanda, bu prosesin digər önəmli istiqaməti isə Pakistan və Səudiyyə Ərəbistanı ilə təhlükəsizlik əməkdaşlığının dərinləşdirilməsidir. Belə ki, bu üç ölkənin xarici işlər nazirləri hərbi müdafiə ittifaqı çərçivəsində əldə olunan razılaşmaları artıq daha intensiv müzakirə etməyə üstünlük verirlər. Ona görə də, hərbi müdafiə imkanlarının gücləndirilməsi, birgə fəaliyyətlərin artırılması və müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi barədə razılıq yeni regional təhlükəsizlik arxitekturasının formalaşması baxımından da diqqət çəkir.

Təbii ki, bu əməkdaşlığın “Məkkə alyansı” çərçivəsində inkişaf etdirilməsi Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında münasibətlərin yalnız siyasi və iqtisadi xarakter daşımadığını göstərir. Çünki hazırda ortaq fəaliyyətin təhlükəsizlik sahəsində də daha koordinasiyalı xarakter almağa başladığı müşahidə olunur. Və burada indi əsas məsələlərdən biri də məhz yeni ittifaqın yaxın gələcəkdə hansı səviyyəyə qədər genişlənə biləcəyi ilə birbaşa bağlıdır.

Məsələ ondadır ki, indiki mərhələdə əsas hədəflərdən biri bu üç ölkə arasında müdafiə sənayesi, hərbi təlimlər, kəşfiyyat mübadiləsi və təhlükəsizlik üzrə koordinasiyanın dərinləşdirilməsinə indeksləşdirilib. Ona görə də, bu önəmli və yeni hərbi-siyasi format Yaxın Şərq və Cənubi Asiyada mövcud olan güc balansına birbaşa təsir göstərə biləcək yeni platformaya çevrilə bilər. Və bu "Məkkə alyansı"nın belə sürətlə güclənməsi bəzi qlobal siyasi iradə mərkəzlərini artıq ciddi şəkildə narahat etməyə də başlayıb.

Bütün bunlara paralel olaraq, Türkiyənin Orta Asiya və Avrasiya istiqamətində də fəallaşması isə qlobal rəqabəti daha da genişləndirir. Belə ki, prezident Rəcəb Tayyib Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının “ŞƏT+” formatında rəsmi Ankaranın regional münaqişələrin siyasi dialoq və diplomatiya yolu ilə həllində məsuliyyəti bölüşməyə hazır olduğunu bildirmişdi. Və bu, rəsmi Ankaranın Türkiyəni yalnız sadəcə, NATO çərçivəsində fəaliyyət göstərən dövlət kimi təqdim etmədiyini də göstərir.

Digər tərəfdən, prezident Rəcəb Tayyib Ərdoğanın ŞƏT-in çoxqütblü dünyanın formalaşmasında artan roluna xüsusi diqqət çəkməsi də qətiyyən təsadüfi deyil. Belə ki, rəsmi Ankara bir tərəfdən, NATO üzvü olaraq, Qərb təhlükəsizlik sistemindəki mövqeyini qoruyur. Və digər tərəfdən isə rəsmi Ankara Rusiya, Çin, Orta Asiya və Yaxın Şərq ölkələri də daxil olmaqla, müxtəlif güc mərkəzləri ilə əlaqələrini daha da genişləndirir.

Təbii ki, rəsmi Ankaranın bu strategiyasının mərkəzində isə Türkiyə üçün geoiqtisadi və geopolitik baxımdan, böyük əhəmiyyət daşıyan Orta Dəhliz dayanır. Belə ki, Azərbaycan üzərindən keçən bu nəqliyyat xəttinin Çinin “Bir kəmər, bir yol” təşəbbüsü ilə əlaqələndirilməsi Türkiyəyə Orta Asiya və Avropa qitəsi arasında əsas tranzit qovşaqlarından birinə çevrilmək imkanları yaradır. Və bu baxımdan, Türkiyə üçün Orta Dəhliz əslində, yalnız geoiqtisadi layihə deyil.

Məsələ ondadır ki, bu marşrut Türkiyənin Orta Asiyaya çıxışını, enerji və logistika imkanlarını, Azərbaycanla strateji əlaqələrini, eləcə də, Avropa ilə Asiya arasındakı geopolitik əhəmiyyətini paralel şəkildə artırır. Ancaq Türkiyənin geostrateji gücünün artması Egey və Şərqi Aralıq dənizində rəsmi Ankara ilə Yunanıstan arasındakı fundamental ziddiyyətləri də qətiyyən aradan qaldırmır. Və bu, rəsmi Ankara üçün yaxın gələcəkdə daha intensiv məğlub olmaq məcburiyyətində qala biləcəyi önəmli problemlərin sırasına daxildir.

Onu da qeyd etmək lazımdır ki, Yunanıstanın baş naziri Kiriakos Mitsotakis Türkiyə ilə yaxşı münasibətlərdə maraqlı olduqlarını bildirib. Ancaq bu iki ölkə arasında əsas mübahisənin Egey və Şərqi Aralıq dənizində nəzarət zonalarının delimitasiyası ilə bağlı olduğunu vurğulayıb. Və rəsmi Afina Türkiyənin qaldırdığı, Yunanıstanın isə mübahisə predmeti hesab etmədiyi məsələləri müzakirə niyyətində olmadığını bildirir.

Eyni zamanda, Yunanıstan ərazi sularını 12 dəniz milinədək genişləndirmək hüququna malik olduğunu da iddia edir. Məhz bu məqam Türkiyənin sürətlə artan hərbi potensialı fonunda xüsusilə böyük əhəmiyyət qazanır. Çünki Türkiyə ilə Yunanıstan arasında siyasi-diplomatik dialoq davam etsə də, Egey və Şərqi Aralıq hövzələrində enerji ehtiyatları, kontinental şelf və dəniz yurisdiksiyası məsələləri geostrateji rəqabətin əsas mənbələrindən biri olaraq qalır.

Bütün bunların nəticəsində isə Türkiyənin qarşısında tamamilə yeni geopolitik situasiya formalaşır. Belə ki, rəsmi Ankara eyni vaxtda üç istiqamət üzrə hərəkət edir. Yəni, Türkiyə müdafiə sənayesini və hərbi potensialını gücləndirir. Yaxın Şərqdə Pakistan və Səudiyyə Ərəbistanı ilə təhlükəsizlik əməkdaşlığını dərinləşdirir. Avrasiya istiqamətində isə ŞƏT və Orta Dəhliz kimi önəmli geopolitik platformalar vasitəsilə öz təsir imkanlarını daha da genişləndirir.

Maraqlıdır ki, bu strategiyanın əsas xüsusiyyəti isə Türkiyənin hər hansı bir güc mərkəzinə tam şəkildə bağlanmadan, müxtəlif geopolitik qütblərlə paralel şəkildə işləməsidir. Belə ki, əsmi Ankara NATO üzvlüyünü qoruyaraq, Qərblə münasibətlərini davam etdirir. Eyni zamanda, Çin və Orta Asiya ölkələri ilə iqtisadi əlaqələrini genişləndirir. Və Yaxın Şərqdə isə Türkiyənin regional təhlükəsizlik mexanizmlərini yenidən formalaşdırmağa çalışır.

Bu baxımdan, əgər, müdafiə xərclərinin 229 faiz artırılması planı və regional təhlükəsizlik əməkdaşlığının genişləndirilməsi real layihələrlə müşayiət olunarsa, onda, Türkiyənin qarşıdakı illərdə hərbi və siyasi çəkisinin daha da artacağı qətiyyən şübhə doğurmur. Bu haldasa, Türkiyə artıq yalnız regional güc deyil, həm də müxtəlif geopolitik məkanları bir-birinə bağlayan və ayrı-ayrı güc mərkəzləri arasında geniş manevr imkanlarına malik önəmli geostrateji aktor statusu qazana bilər.

Göründüyü kimi, “Məkkə müdafiə ittifaqı”, Orta Dəhliz və müdafiə sənayesinin sürətli inkişafı rəsmi Ankaranın yeni strategiyasının əsas dayaqlarına çevrilməyə başlayıb. Bütün bunlara paralel olaraq, Egey və Şərqi Aralıq dənizlərində Yunanıstanla qarşıdurma isə Türkiyənin yüksələn hərbi-siyasi gücünün ən həssas sınaq meydanlarından biri olaraq qalır. Bu baxımdan, indi rəsmi Ankara üçün əsas məsələ hərbi imkanlarını artırmaqla yanaşı, sahib olduğu gücü siyasi-diplomatik təsir alətinə çevirməkdir. Və bu halda, rəsmi Ankaranın müxtəlif regional böhranlarda Türkiyəni alternativ təhlükəsizlik mərkəzi kimi təsdiqləmək imkanları da ciddi şəkildə genişlənmiş olacaq.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

Oxunub: 0
Paylaş:
Digər xəbərlər

dunya

24-04-2026, 09:00

“Türk faktoru” NATO-da hegemoniya qazanır: Türkiyə hərbi blokadanı yardı, indi şərtləri diqtə edir

dunya

7-07-2026, 09:00

ABŞ geri çəkilir, “klassik NATO” artıq dağılır: Türkiyə Avropa üçün yeni hərbi-siyasi liderə çevrilir

dunya

2-02-2026, 09:11

Türkiyə alternativ NATO yaradır, Qərb indidən qorxuya düşüb: Azərbaycanın yeni hərbi-siyasi ittifaqda təmsilçiliyi istisna deyil

dunya

11-08-2026, 16:00

Türkiyənin İsrailə qarşı böyük planı – Ankaranın Səudiyyəyə verdiyi məsləhət Təl-Əvivi ayağa qaldırdı

dunya

1-11-2025, 09:00

Ərdoğanın yeni hərbi doktrinası qlobal güc balansını pozur: Türkiyə dünya təhlükəsizlik sisteminin mərkəzinə çevrilir

Şou Biznes
Cem Yılmazdan sonra gündəm oldu: Qulaqdakı bu xətt infarkt xəbərçisidir? - ŞOK
Son Dəqiqə: "Ehdiparfum"un videosunu yayanları bu cəza gözləyir - ŞOK
“Nikosayağı” buna görə qol transplantasiyası etdirməyib
Ukrayna PUA-ları Rusiyanın dərinliklərini VURDU: Çuvaşiya və Tatarıstanda həyəcan siqnalı
Türk lirəsinə mühüm xalq güvəni - 61,5 faizə qalxdı, inflyasiya azalır
“Survivor”da ayağını itirmişdi - Acundan 100 milyon dollar tələb etdi
Cəmiyyət
Dünən, 11:12
Bu xanımlara yüksək vəzifə verildi
Dünən, 10:55
Aeroport yolunda sürət həddi bərpa edildi - Yenilənib
Dünən, 10:32
Nazirlik bu işçilərlə bağlı vacib məlumat yaydı - XƏBƏRDARLIQ ETDİ
7-09-2026, 11:16
Üç qurumdan dərslərin başlaması ilə bağlı birgə XƏBƏRDARLIQ - YENİLƏNDİ
7-09-2026, 08:18
Həftəyə tıxacla başladıq
5-09-2026, 09:22
Ölkəyə "brutto" modeli gəlir - avtobuslarda NƏ dəyişəcək?
Kriminal
20-07-2026, 10:43
Lənkəranda evlərdən oğurluq edən şəxs həbs edildi
6-07-2026, 09:38
Ölənlərdən biri sürücünün 7 yaşlı qızıdır - Dəhşətli qəzanın təfərrüatı
24-06-2026, 09:46
Ağcabədidə çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkarlanıb
Son xəbərlər
  • Bu gün, 16:00
    Osmanlı yenidən dirilişdə - Türkiyədən rekord hərbi həmlə
  • Bu gün, 15:30
    Ermənilər qan ağlayır: Laçından Cəbrayıla qədər otlaqlardan istifadə edirdik, indi isə...
  • Bu gün, 09:13
    Tiflis bunu Türkiyəyə əmanət etdi - 110 milyon dollarlıq nəhəng layihə
  • Bu gün, 09:03
    Mehriban Əliyevadan xalq artistinin vəfatı ilə bağlı PAYLAŞIM
  • Bu gün, 09:00
    İki nəfərin öldüyü istirahət mərkəzi məşhur iş adamına məxsus imiş
  • Bu gün, 09:00
    Azərbaycanın məşhur Xalq artisti vəfat etdi
  • Bu gün, 08:58
    DYP-dən 5 nəfərin yanaraq öldüyü qəza ilə bağlı AÇIQLAMA
  • Bu gün, 08:55
    DYP-dən 5 nəfərin yanaraq öldüyü qəza ilə bağlı AÇIQLAMA
  • Bu gün, 08:34
    Messi bu klubu alır - RAZILIQ ƏLDƏ OLUNDU
  • Bu gün, 08:30
    Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - YENİLƏNDİ
  • Bu gün, 08:24
    Paytaxtın 7 yolunda sıxlıq var
  • Dünən, 17:00
    Vaşinqton sərhədləri yenidən çəkdi – bu ölkə və ərazilər rəsmən ABŞ torpağı elan edildi
  • Dünən, 16:00
    “Türkiyə qardaşlarına qovuşacaq” – Ərdoğandan tarixi mesaj
  • Dünən, 15:30
    Ruslar “köhnə dost”undan üz döndərir – araq istehsalı çöküşdə
  • Dünən, 14:46
    Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM
  • Dünən, 14:22
    Şuşada Azərbaycan Ordusunu “mühasirəyə alın” deyən general – 84 yaşında pasportunu təhvil verib Rusiyaya qayıtdı
  • Dünən, 13:44
    Moskva görüşü ərəfəsi Avropadan Paşinyana ağır zərbə
  • Dünən, 13:17
    Cem Yılmazdan sonra gündəm oldu: Qulaqdakı bu xətt infarkt xəbərçisidir? - ŞOK
  • Dünən, 11:12
    Bu xanımlara yüksək vəzifə verildi
  • Dünən, 11:07
    Qarğıdalı sahəsində narkotik əkdi
  • Dünən, 11:03
    Son Dəqiqə: "Ehdiparfum"un videosunu yayanları bu cəza gözləyir - ŞOK
  • Dünən, 10:55
    Aeroport yolunda sürət həddi bərpa edildi - Yenilənib
  • Dünən, 10:32
    Nazirlik bu işçilərlə bağlı vacib məlumat yaydı - XƏBƏRDARLIQ ETDİ
  • Dünən, 10:28
    “SOS” MMC-nin növbə rəisi həbs edildi - 20 min manatı qumarda uduzub
  • Dünən, 09:47
    Ronaldo və Messi eyni komandada oynayacaq - Rəsmi
  • Dünən, 09:14
    Ərdoğanın "Türk erası" planı Avrasiyanın fəthinə aparır: Türkiyənin hərbi xərcləri artırması Yunanıstanda niyə xof yaradır
  • Dünən, 08:46
    “Nikosayağı” buna görə qol transplantasiyası etdirməyib
  • Dünən, 08:40
    Dəmiryoluna qəfil çıxan gənci qatar vurub öldürdü - Yenilənib
  • Dünən, 08:36
    Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
  • Dünən, 08:33
    Generala ağır itki
  • Dünən, 08:29
    Bu yollarda tıxac var - Siyahı
  • 7-09-2026, 19:29
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə MÜRACİƏT
  • 7-09-2026, 19:00
    Türkiyədən Yunanıstanı mat edən gediş – Ankara keçmiş düşməni ilə anlaşır
  • 7-09-2026, 15:30
    İsrailə eyni anda hər tərəfdən ZƏRBƏ VURULACAQ: İran BÖYÜK HÜCUMA hazırlaşır - ŞOK İDDİA
  • 7-09-2026, 13:39
    İran ABŞ-a gözlədiyi şoku yaşada bilmədi: Tehranda narahatlıq artır
Daha çox
3-09-2026, 08:52
Azərbaycan neftinin qiyməti 100 dolları keçdi
4-09-2026, 09:34
İsrail artilleriyası Suriyaya zərbələr endirib
4-09-2026, 09:47
Avtomobil şəhid abidəsinə çırpıldı - Video
3-09-2026, 10:46
Prezident onları təbrik etdi
3-09-2026, 12:14
Avqustda temperatur normadan yuxarı olub
3-09-2026, 14:22
Asfalt lazım deyil, torpağa da enəcək – Yeni sərnişin təyyarəsi gəlir
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 399 05 04
  • E-mail: ofis@patriot.az
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə