Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə MÜRACİƏT
gundem / bolge / dunya
7-09-2026, 19:29
Hörmətli cənab Prezident, Sizə Ağdam rayonunda fəaliyyət göstərən “Ayingi” şirkətində usta kimi çalışan şəhid övladı Qurbanov İxtiyar Əlikismət oğlunun vəziyyəti ilə bağlı müraciət edirik. 17 avqust 2026-cı il tarixində iş zamanı hündürlükdən yıxılaraq ağır bədən xəsarətləri almış, qolu sınıb və hal-hazırda da ciddi müalicəyə ehtiyacı var. Hadisədən sonra şirkət rəhbərliyi ona şikayət etməməyi və kömək göstərəcəklərini bildirsə də, indiyədək nə müalicəsi, nə də hüquqları ilə bağlı lazımi tədbirlər görülməyib. Təəssüf ki, uzun müddət keçməsinə baxmayaraq şirkət rəhbərliyi tərəfindən lazım olan dəstək hələ də göstərilmir. Hörmətli cənab Prezident, Sizdən bu hadisənin araşdırılması, təqsirkarların məsuliyyətə cəlb edilməsi, zərərçəkən şəhid övladının müalicəsinin, hüquqlarının və dəyən ziyanın ödənilməsinin təmin olunması üçün aidiyyəti dövlət qurumlarına müvafiq tapşırıqlar verməyinizi xahiş edirik. Ədalətin bərqərar olacağına və müraciətimizin diqqətdə saxlanılacağına inanırıq. Hörmətlə.