Nepal və Çində iki gün əvvəl baş verən sel və torpaq sürüşməsinin dəhşətli nəticələri üzə çıxmaqdadır.
Reuters xəbər verir ki, dəhşətli sel Nepalda 400 nəfəri xarici turist olmaqla, minə yaxın insanın itkin düşməsinə, 150-dən çoxunun ölməsinə səbəb olub. Fəlakət bölgəsində olan kəndlərlə əlaqə olmadığına görə itkin və ölü sayının 2-3 minə yaxın olması ehtimal edilir.
Çinin Nepalla sərhədində eyni səbəbdən ən azı 558 nəfərin itkin düşdüyü elan edilib. Çin Dövlət Televiziyasının məlumatına görə, hazırda itkin düşənlərin sayı dəqiqləşdirilir.
Təbii fəlakətə Nepal ərazisində yüksək dağlıq bölgədə qarın sürətlə əriməsi və uçqunun səbəb olduğu ehtimal edilir.