Xəbər lenti
» » İtkin düşmüş alpinistlərin axtarışları 2700-3000 m yüksəklikdə aparılır

İtkin düşmüş alpinistlərin axtarışları 2700-3000 m yüksəklikdə aparılır

Tarix: 13 yanvar 10:11
İtkin düşmüş alpinistlərin axtarışları 2700-3000 m yüksəklikdə aparılır















Quba rayonu ərazisində itkin düşmüş alpinistlərin axtarışları bu gün davam edib.
“Ölkə.Az” Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, əməliyyatda FHN-nin peşəkar xilasedicilərdən ibarət dəstələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, peşəkar alpinistlərdən ibarət könüllü dəstələr iştirak edib.

Gün ərzində alpinistlərin itkin düşdüyü ehtimal olunan ərazilər üzrə axtarış işləri aparılıb, həmçinin onların olduğu güman edilən digər ərazilərdə yoxlamalar davam etdirilib.

Axtarış-xilasetmə işləri mürəkkəb reylefli yüksək dağ massivində (dəniz səviyyəsindən 2700-3000 m yüksəklikdə) aparılır.
 Oxunub: 32 


Oxşar xəbərlər:
Ən çox oxunanlar