SON DƏQİQƏSON
iqtisadiyyat

Azərbaycanda benzin və dizel markalanacaq

Azərbaycanda benzin və dizel markalanacaq


"Vergi nəzarətinin effektivliyinin artırılması istiqamətində nəzərdə tutulan mühüm yeniliklərdən biri yanacağın markalanması və izlənilməsi mexanizminin tətbiqi ilə bağlıdır".
Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Milli Məclisin İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin noyabrın 6-da keçirilən iclasında deyib.

Onun sözlərinə görə, Dövlət Vergi Xidməti tərəfindən uzun müddətdir ki, bu sahədə beynəlxalq təcrübə və mümkün tətbiq mexanizmləri araşdırılır:

"Aparılmış təhlillər və hazırlıq işləri nəticəsində artıq bu mexanizmin praktik tətbiqinə keçid üçün imkanlar formalaşıb. Beləliklə, daxili istehsal və idxal olunan yanacaq məhsullarına tədarük, daşınma və satış mərhələlərində vergitutma və dövriyyə üzrə zəncirboyu nəzarətin təmin edilməsi məqsədilə, beynəlxalq təcrübəyə uyğun olaraq yanacaq məhsullarının markalanması və izlənilməsi mexanizminin tətbiqi nəzərdə tutulur".
Xəbəri qiymətləndir:
Səhv tapdınız? Bildirin

ƏLAQƏLİ XƏBƏRLƏR

BUNU DA OXU