SON DƏQİQƏSON
cemiyyet

Şəhid ailələri bu ödənişdən azad olunur

Şəhid ailələri bu ödənişdən azad olunur


Azərbaycanda şəhid ailələrinin mənzil və ya ev alqı-satqısı və dəyişdirilməsi zamanı notariat hərəkətlərinə görə rüsumdan azad edilməsi təklif olunur.
Bu, “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Layihəyə əsasən, güzəştli şəxslərin siyahısına şəhid ailələri də əlavə edilir.

Hazırda həmin güzəştdən müharibə ilə əlaqədar və orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyənləşdirilmiş şəxslər, işləməyənlər, əlilliyi olan uşaqlar, qaçqınlar və məcburi köçkünlər yararlanırlar.

Təklif qəbul olunsa, şəhid ailələri mənzil və ya evin alqı-satqısı, eləcə də dəyişdirilməsi ilə bağlı notariat hərəkətlərinə görə dövlət rüsumu ödəməyəcəklər.
Xəbəri qiymətləndir:
Səhv tapdınız? Bildirin

ƏLAQƏLİ XƏBƏRLƏR

BUNU DA OXU