SON DƏQİQƏSON
cemiyyet

Şad xəbər: Pensiyalar, müavinətlər, təqaüdlər artırılır

Şad xəbər: Pensiyalar, müavinətlər, təqaüdlər artırılır


Milli Məclisin Əmək və sosial siyasət komitəsinin və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən birgə iclasında “Dövlət Sosial Müdafiə Fondunun 2027-ci il büdcəsi haqqında” və “İşsizlikdən Sığorta Fondunun 2027-ci il büdcəsi haqqında” qanun layihələri müzakirə olunacaq.
İclasda əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, Hesablama palatasının sədri Vüqar Gülməmmədov, maliyyə nazirinin müavini Himalay Məmişov, iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov, dövlət statistika komitəsi sədrinin birinci müavini Vahab Məmmədov, Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyəti sədrinin müavini Şahin Əliyev və digər dövlət qurumlarının təmsilçiləri iştirak edir.

Qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2027-ci il üçün gəlirləri 9 220 500,0 min manat, xərcləri 9 272 540,0 min manat məbləğində proqnozlaşdırılıb. Dövlət sosial müdafiə fondunun 2027-ci il yanvarın 1-nə yaradılmış ehtiyatından 2027-ci ilin xərclərinin maliyyələşdirilməsinə 52 040,0 min manat yönəldiləcək.

İlkin hesablamalara görə, növbəti ildə pensiyalar minimum 10 faiz artacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İşsizlikdən Sığorta Fondunun (İSF) büdcə xərclərinin 319,2 milyon manat (2026-cı illə müqayisədə 19,8% çox) olması proqnozlaşdırılır.

Xərclərin 268,9 milyon manatının (12,8 % çox) İSF-nin gəlirlərinin, 50,3 milyon manatının (79 % çox) isə Fondun cari ilin sonuna istifadə olunmamış qalığının hesabına qarşılanması nəzərdə tutulur.

2027-cı ildə İcbari Tibbi Sığorta Fondunun (İTSF) büdcə xərclərinin 2 milyard 980,2 milyon (2026-ci illə müqayisədə 13,7% çox) olması proqnozlaşdırılır.

Gələn il Azərbaycanda dövlət büdcəsi xərclərinin 1,1 milyard manatı və yaxud 2,6%-i İTSF-yə ayırmaların payına düşəcək. Bu, 2026-cı ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 22,2% çoxdur.

2027-ci il üçün Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarı artırılır.

"2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə əsasən ölkə üzrə yaşayış minimumu 300 manatdan 314 manata qaldırılacaq. Yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün 274 manat müəyyən ediləcək.

Gələn il üçün ehtiyac meyarının həddi də 300 manatdan 314 manata qaldırılacaq.

Qeyd edək ki, 2027-ci il dövlət büdcəsinin gəlirləri 39 254 000,0 min manat, xərcləri 42 400 000,0 min manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 38 518 425,0 min manat, yerli gəlirləri 735 575,0 min manat, mərkəzləşdirilmiş xərcləri 41 664 425,0 min manat, yerli xərcləri 735 575,0 min manat) məbləğində təsdiq edilməsi nəzərdə tutulur.
Xəbəri qiymətləndir:
Səhv tapdınız? Bildirin

ƏLAQƏLİ XƏBƏRLƏR

BUNU DA OXU