SON DƏQİQƏSON
hadise

Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video

Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video


Turab Zeynalov adlı əslən azərbaycanlı olan Rusiya vətəndaşı bu yaxınlarda Ermənistanın paytaxtı İrəvana səfər edib.

Bu barədə məlumatı T.Zeynalov özünün “YouTube” kanalında paylaşıb.

Təəssüratlarını və səfərlə bağlı detalları lentə alan gənc videonun əvvəlində tanışları ilə İrəvana dostlarının toyu üçün yollandıqlarını, əslən Azərbaycandan olduğuna görə sərhəddən buraxılıb-buraxılmayacağına əmin olmadığını söyləyib.

Onun sözlərinə görə, sərhəddə bir neçə saat gözləməli olsa da, sonradan problemsiz ölkəyə buraxılıb: “Sərhəddə məni 3 saat saxladılar. Azərbaycanda sonuncu dəfə nə vaxt olduğuma dair sorğu-sual etdilər. Bir çoxu alınmayacağını deyirdi”.

Turab Zeynalov həmçinin İrəvanda gəzdiyini, şəhərin müəyyən mənada Bakıya bənzədiyini iddia edib.
Xəbəri qiymətləndir:
Səhv tapdınız? Bildirin

ƏLAQƏLİ XƏBƏRLƏR

BUNU DA OXU