Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampın Azərbaycan və Ermənistan arasında davamlı sülhün bərqərar olması səylərinin Nobel Sülh Mükafatı ilə qiymətləndiriləcəyinə ümid etdiyini bildirib.
Dövlət başçısı bunu "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Prezidentinin Nobel Sülh Mükafatına namizədliyini birgə irəli sürüblər. Bu barədə 2026-cı il avqustun 10-da yayımlanan Azərbaycan, ABŞ və Ermənistanın birgə bəyanatında da məlumat verilib.