Azərbaycanda bir sıra əkin sahələrinin su təminatının yaxşılaşdırılması ilə bağlı tədbirlərə başlanılır.
Bu məqsədlə Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” “Hovers Group” MMC ilə razılığa gəlib.
Belə ki, MMC Zərdab rayonunun Dəkkoba kəndinin əkin sahələrinin su təminatının yaxşılaşdırılması ilə bağlı tədbirləri icra edəcək.
Görüləcək işlərlə bağlı şirkətə 9 mln 287 min 306 manat ödəniş ediləcək.