• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

Azərbaycanın axtarışa verdiyi “üç müşketyor” - DOSYE

cemiyyet

Bu gün, 14:22

Azərbaycanın axtarışa verdiyi “üç müşketyor” - DOSYE


Bakı–Moskva münasibətlərində gərginliyin yeni dalğası: Rusiyada azərbaycanlı diaspor rəhbərinin deportasiyası, Azərbaycanda isə üç Rusiya vətəndaşının beynəlxalq axtarışa verilməsi diqqət çəkir

Avqustun 17-də Azərbaycan–Rusiya münasibətlərinin nə qədər həssas və kövrək mərhələdə qaldığını göstərən iki hadisə eyni gündə baş verdi.

Əvvəl Rusiya tərəfi Moskvadakı Azərbaycan Milli-Mədəni Muxtariyyətinin rəhbəri Bəxtiyar Həsənovu Azərbaycana deportasiya edilməsi barədə qərarı elan edib. Elə həmin gün axşama doğru Azərbaycan üç Rusiya vətəndaşını – “Moskva 24” telekanalının aparıcısı İvan Knyazevi, siyasi texnoloq və media eksperti Semyon Uralovu, jurnalist və Rusiyanın nəqliyyat nazirinin müşaviri Aleksey Çadayevi beynəlxalq axtarışa verildiyini elan edib.

“Hadisələrin eyni günə təsadüf etməsi ilk baxışdan onları bir-birinə qarşılıqlı cavab addımları kimi qiymətləndirməyə imkan verir. Lakin açıq mənbələrdə Həsənovun deportasiyası ilə Azərbaycanın üç Rusiya vətəndaşı barəsində qərarı arasında birbaşa səbəb-nəticə əlaqəsini təsdiqləyən fakt yoxdur. Həsənovun işi ən azı bir neçə ay əvvəl başlamışdı. Buna görə də bu iki hadisəni birbaşa “cavab tədbiri” adlandırmaq hüquqi baxımdan düzgün olmazdı. Bununla belə, hər iki hadisə son dövrlərdə davam edən Azərbaycan–Rusiya münasibətlərindəki gərginliyin ümumi mənzərəsinə daxil olur”- jam-news.net saytı belə yazır.
Azərbaycanın axtarışa verdiyi şəxslərə gəlincə, Musavat.com xəbər verir ki, hər üç şəxs Rusiya ictimai-siyasi və media məkanında tanınan simalardır. Lakin onların fəaliyyət sahələri və siyasi çəkiləri bir-birindən fərqlənir.

İvan Knyazev televiziya jurnalisti və aparıcı kimi tanınır. O, “Moskva 24” telekanalında fəaliyyət göstərir. Knyazevin peşəkar fəaliyyəti əsasən televiziya jurnalistikası, xəbər proqramları və media sahəsi ilə bağlıdır. Bu baxımdan üçlükdə ənənəvi jurnalist profili daha qabarıq görünür.
Semyon Uralov isə siyasi texnoloq, publisist və media ekspertidir. O, uzun illər postsovet məkanındakı siyasi prosesləri şərh edib, müxtəlif media layihələrində iştirak edib və siyasi texnologiyalar üzrə fəaliyyət göstərib. Uralov xüsusilə Rusiya, Ukrayna və digər postsovet ölkələrində baş verən siyasi proseslərə dair sərt və kəskin mövqeyi ilə tanınır.

Aleksey Çadayev də jurnalist, politoloq və siyasi analitikdir. Onun fəaliyyətində dövlət idarəçiliyi və Rusiya siyasəti xüsusi yer tutur. Çadayevin digər iki şəxsdən fərqi onun Rusiya nəqliyyat naziri Andrey Nikitinin müşaviri kimi də fəaliyyət göstərməsidir. Bu səbəbdən onun açıqlamaları yalnız jurnalist və ya ekspert mövqeyi kimi deyil, Rusiya siyasi elitası ilə əlaqəli şəxsin fikirləri kimi də diqqət çəkə bilər.

Azərbaycan tərəfinin məlumatına görə, üç Rusiya vətəndaşı Semyon Uralovun YouTube kanalında 14 iyul və 13 avqust tarixlərində yayımlanan proqramlarla bağlı araşdırmaya cəlb olunub.

İstintaq zamanı müəyyən olunub ki, Rusiya Federasiyası vətəndaşları – “Moskva 24” telekanalının aparıcısı, jurnalist Knyazev İvan Andreyeviç, Rusiya Federasiyasında siyasi məsləhətçi və media eksperti kimi özünü təqdim edən Uralov Semyon Sergeyeviç və televiziya jurnalisti və müxbiri kimi fəaliyyət göstərən, Rusiya Federasiyası nəqliyyat nazirinin müşaviri Çadayev Aleksey Aleksandroviç 14 iyul 2026-cı il tarixdə “YouTube” platformasında “Семён Уралов” adlı kanalda yayımlanan “Чистота понимания” verilişində Azərbaycan Respublikasına qarşı zorakı üsulların tətbiq edilməsi, ölkənin konstitusiya quruluşunun zorla dəyişdirilməsi və ərazi bütövlüyünün parçalanması, eləcə də milli nifrət və düşmənçiliyin salınmasına yönələn çağırışlarla çıxış etmələrinə əsaslı şübhələr müəyyən edilib.Bundan başqa, həmin şəxslər 13 avqust 2026-cı il tarixdə qeyd olunan kanalda yayımlanan verilişdə Azərbaycan Respublikasına qarşı zorakı üsullardan istifadə edilməsi, o cümlədən ayrı-ayrı şəxslərin birbaşa fiziki məhvetmə təhlükəsi altında saxlanılması və ünvanlı şəkildə sıradan çıxarılması barədə fikirlər səsləndirərək terrorçuluğa açıq çağırışlar etmələrinə əsaslı şübhələr müəyyən olunub. Faktla bağlı Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-2 (terrorçuluğa açıq çağırışlar), 281.2 (dövlə əleyhinə yönələn açıq çağırışlar) və 283.2.1-ci maddələri (milli nifrət və düşmənçiliyin salınması) ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub.

Toplanmış sübutlar əsasında Semyon Uralov, İvan Knyazev və Aleksey Çadayev barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-2, 281.2 və 283.2.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmələrinə dair qərarlar qəbul edilib, həmin şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənar olduqlarından axtarış elan olunaraq məhkəmənin müvafiq qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib. Eyni zamanda, təqsirləndirilən şəxslərin tərəfdaş dövlətlərin ərazisində müəyyən edilərək tutulması və Azərbaycan Respublikasına təqdim olunması məqsədilə aidiyyəti dövlət qurumlarına Baş Prokurorluq tərəfindən müvafiq müraciətlər edilib, habelə onların İnterpol kanalları vasitəsilə beynəlxalq axtarışının təşkili istiqamətində zəruri tədbirlər görülüb.

Əlbəttə ki, ölkəmizə qarşı böyük qələt etmiş bu şəxslər indi qorxuya düşərək Azərbaycanın mövqeyi ilə razılaşmırlar. Aleksey Çadayev ona qarşı milli ədavəti qızışdırmaq ittihamını qəbul etməyib. Semyon Uralov da Azərbaycanın hüquq-mühafizə orqanlarının qərarını “siyasi motivli” adlandırıb. O, sonrakı Telegram paylaşımlarında da postsovet ölkələrinin siyasi sistemlərini, o cümlədən Azərbaycan hakimiyyətinə dil uzatmaqda davam edib.

Yada salaq ki, 2022-ci il 22 fevralında iki ölkə prezidenti arasında Moskvada imzalanmış müttəfiqlik haqqında bəyannamənin 41 və 42-ci bəndlərində tərəflərin media, humanitar və informasiya sahəsində əlaqələri inkişaf etdirməsi, obyektiv informasiya mühitinin təşviq olunması və qarşılıqlı informasiya əlaqələrinin dəstəklənməsi nəzərdə tutulurdu. Amma elə həmin ilin iyununda “RİA Novosti” agentliyinin Azərbaycanın ərazi bütövlüyünə zidd material yaydı, rəsmi Bakı buna etiraz olaraq onları ölkəmizdə blokladı (hələ də davam edir). Bu cür anti-Azərbaycan ritorikası Rusiya mediasında davamlı olaraq müşahidə edilir. Elə çox da uzaq olmayan keçmişdə “Rossiya 1" dövlət telekanalında yayımlanan reportajda hazırda Ukraynada döyüşən ermənilərin geyimində “artsax” yazılı şevronlar və separatçı simvollar nümayiş etdirilib. Rusiyanın XİN rəhbəri Sergey Lavrov isə ötən ay Moskvada azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşündə iki ölkənin informasiya məkanındakı mənfi fondan giley edərək, birbaşa media əlaqələrinin inkişafının vacibliyini bildirmişdi. Ekspertlər Moskvanın bu təşəbbüsünü son dövrlər koordinasiyalı şəkildə artan informasiya hücumları fonunda gərginliyi azaltmaq cəhdi kimi dəyərləndirirsə də, görünür ki, bu gözlənti əbəsmiş. Rusiya mediasında anti-Azərbaycan əhvalın son sübutu da həmin üç nəfərin Azərbaycana qarşı tutduqları düşmən mövqedir...

Sirr deyil ki, Azərbaycan və Rusiya arasında münasibətlər son illərdə bir sıra ciddi sınaqlardan keçib. Buna baxmayaraq, Bakı və Moskva arasında siyasi, iqtisadi, enerji, nəqliyyat və təhlükəsizlik sahələrində əlaqələr davam edir. Amma Rusiyanın informasiya məkanında Azərbaycan hakimiyyətinə qarşı getdikcə sərtləşən ritorika yeni qarşıdurma xəttinin formalaşdığını göstərir...musavat.com

Oxunub: 0
Paylaş:
Digər xəbərlər

cemiyyet

22-02-2024, 14:22

İndi Rusiyaya getməyək? - AKTUAL

hadise

11-01-2022, 16:00

Azərbaycanlı qadın beynəlxalq axtarışa verildi - FOTO

gundem / hadise

2-08-2019, 08:36

Azərbaycanlı həkim axtarışa verildi – İnsan alverinə görə

gundem / kriminal

6-12-2018, 13:54

Azərbaycanda qətllər törədən məşhur killer saxlanıldı – Bankirlərin qatili…

gundem / medeniyyet

1-05-2018, 12:14

Azərbaycanlı diaspor sədrinin qızı erməniyə ərə getdi: Toy Moskvada olub – FOTO

Şou Biznes
Milli Qəhrəman Şükür Həmidovun qızının toyu oldu
Onu görmək üçün avtomobilin qarşısını kəsdilər - Video
Burak Özçivit “Quruluş Osman”la vidalaşdı - hər bölümə 4 milyon istəyirmiş!
Ceki Çan Bakıda film çəkilişlərinə başlayır
Arzum ev dustaqlığına buraxıldı - Yenilənib
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
Cəmiyyət
Bu gün, 14:22
Azərbaycanın axtarışa verdiyi “üç müşketyor” - DOSYE
Bu gün, 09:32
“İnsanların oturması üçün yer yoxdur, amma bu tikiliyə icazə verdilər” - Fotolar
Bu gün, 09:26
70 minə yaxın abituriyent ixtisas seçimini təsdiqləyib
Bu gün, 09:17
Avtomobilin nömrəsini gizlədən sürücüləri hansı cəza gözləyir? - VİDEO
Dünən, 12:20
Pensiyalara 4 milyard manatdan çox vəsait yönəldildi
Dünən, 12:14
“General-leytenant” ali hərbi rütbəsi verilən zabitlər kimlərdir?
Kriminal
20-07-2026, 10:43
Lənkəranda evlərdən oğurluq edən şəxs həbs edildi
6-07-2026, 09:38
Ölənlərdən biri sürücünün 7 yaşlı qızıdır - Dəhşətli qəzanın təfərrüatı
24-06-2026, 09:46
Ağcabədidə çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkarlanıb
Son xəbərlər
  • Bu gün, 14:22
    Azərbaycanın axtarışa verdiyi “üç müşketyor” - DOSYE
  • Bu gün, 13:39
    Biznesin soyulması görünməmiş həddə çatdı: Bu dəfə adını "əvəzsiz ianə" qoyublar
  • Bu gün, 12:40
    TƏCİLİ: Rusiyanın Azərbaycandakı səfiri XİN-ə ÇAĞIRILDI
  • Bu gün, 12:23
    Binəqədidə istifadə olunmayan tikilidə yanğın
  • Bu gün, 11:23
    “Dedi ki, bərk sürürdüm, saxlaya bilmədim...” - Dəhşətli qəzanın təfərrüatı - Video
  • Bu gün, 11:17
    Rusiya Xarkovu vurdu - 17 ölü
  • Bu gün, 10:47
    Azərbaycandan qaçan hərbçi Rusiyada tutuldu - Geri qaytarılacaq
  • Bu gün, 10:37
    Doğuşdan sonra 20 gündür komada olan Şəhla vəfat etdi - Foto
  • Bu gün, 09:44
    Özünü qayıqdan atmağa məcbur oldu, öldü
  • Bu gün, 09:40
    Moskvaya rekord sayda dronla hücum - Video
  • Bu gün, 09:32
    “İnsanların oturması üçün yer yoxdur, amma bu tikiliyə icazə verdilər” - Fotolar
  • Bu gün, 09:26
    70 minə yaxın abituriyent ixtisas seçimini təsdiqləyib
  • Bu gün, 09:23
    Yevlax Gigiyena və Epidemiologiya Mərkəzində işçinin maaşı yarıbayarı kəsildi - VİDEO
  • Bu gün, 09:17
    Avtomobilin nömrəsini gizlədən sürücüləri hansı cəza gözləyir? - VİDEO
  • Bu gün, 09:08
    Baş nazir müavininin sürücüsü rayon rəhbəri təyin olunacaq
  • Bu gün, 09:04
    Bölgələrdə yanğın törədən 3 nəfər məsuliyyətə cəlb olundu
  • Bu gün, 09:00
    Azərbaycan malları Ermənistana axır, əks istiqamətdə cəmi 960 dollar – İrəvanda şok rəqəmlər
  • Bu gün, 08:59
    Ərdoğan Trampla danışdı - Bu məsələlər müzakirə edildi
  • Bu gün, 08:55
    “Neçə nəfəri öldürdüyümü xatırlamıram” - 10 ərini öldürən iranlı qadın
  • Bu gün, 08:39
    Həmin günlərdə qəzalar artırmış
  • Bu gün, 08:35
    Jurnalist Ədalət Mədətoğlu vəfat etdi
  • Bu gün, 08:30
    Son Dəqiqə: 54 il sonra ilk - Dünya nüvə savaşının astanasındadır...
  • Bu gün, 08:26
    Azərbaycanın MDB ölkələri ilə ticarətdə əsas tərəfdaşları
  • Dünən, 16:00
    Talibandan ABŞ-yə gözlənilməz çağırış – “Əfqanıstana geri qayıdın”
  • Dünən, 15:30
    İrandan Zəngəzura yeni TƏHDİD – Tehran HƏDDİ aşdı
  • Dünən, 14:22
    Bakı gözləmədə: Paşinyan üçün KRİTİK tarix
  • Dünən, 12:20
    Pensiyalara 4 milyard manatdan çox vəsait yönəldildi
  • Dünən, 12:14
    “General-leytenant” ali hərbi rütbəsi verilən zabitlər kimlərdir?
  • Dünən, 12:05
    Ağcabədi RİH yayılan iddialara aydınlıq gətirdi: “Dava barədə məlumat yalandır”
  • Dünən, 11:38
    Bir sıra hərbi qulluqçular təltif edildi - Siyahı
  • Dünən, 11:33
    Onlar general-leytenant oldu - Sərəncam
  • Dünən, 11:28
    Prezidentə “İrpin şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim olundu - Fotolar
  • Dünən, 11:22
    DSX-nin şəhid hərbçiləri təltif olundu - Siyahı
  • Dünən, 10:50
    Zakir Həsənovla Elçin Quliyev generalın dəfnində - Fotolar
  • Dünən, 10:38
    Prezident həmkarını təbrik etdi
Daha çox
12-08-2026, 16:00
“907-ci düzəliş” ətrafında yeni qarşıdurma
11-08-2026, 22:32
İlham Əliyev Naxçıvanda AzTV-yə müsahibə verdi - Fotolar
12-08-2026, 14:22
İslam alimlərindən Türkiyə, Səudiyyə, Pakistan ittifaqına xeyir-dua – “Ümmətin birliyi güclənəcək”
12-08-2026, 13:44
Azərbaycanın Türk dünyasına açılan qapısı güclənir - Naxçıvanın tarixi missiyası yenidən formalaşır
12-08-2026, 15:30
TRIPP-ə qarşı sürətlənən Araz dəhlizi
11-08-2026, 16:00
Türkiyənin İsrailə qarşı böyük planı – Ankaranın Səudiyyəyə verdiyi məsləhət Təl-Əvivi ayağa qaldırdı
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 399 05 04
  • E-mail: ofis@patriot.az
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə