“Pərvaz Kişiyevin fəaliyyəti ilə bağlı suallar açıq qalır – redaksiyamız araşdırmanı davam etdirir”
gundem / cemiyyet
21-07-2026, 19:45
Bu cavabda redaksiyamızın ünvanladığı konkret suallara birbaşa cavab verilməyib. Xüsusilə, Pərvaz Kişiyevin hazırda hansı ixtisas üzrə fəaliyyət göstərməsi, sertifikasiya sənədinin hansı ixtisasa aid olması və LOR həkimi kimi fəaliyyəti barədə sorğuda qaldırılan məsələlər cavablandırılmayıb. Media nümayəndələrinin vəzifəsi ictimai maraq doğuran məsələləri araşdırmaq və bütün tərəflərin mövqeyini İşıqlandırmaqdır. Tibb sahəsi isə birbaşa insan sağlamlığı ilə bağlı olduğundan, həkimlərin ixtisası, sertifikasiyası VƏ fəaliyyət istiqaməti barədə ictimaiyyətin suallar verməsi təbii qarşılanmalıdır. Bu cür suallara aydın və konkret cavabların verilməsi həm şəffaflığın, həm də ictimai etimadın güclənməsinə xidmət edir. Redaksiyamız hər hansı nəticəyə gəlmək niyyətində deyil və yalnız faktların aydınlaşdırılmasını qarşıya məqsəd qoyur. Hazırda açıq qalan əsas suallar bunlardır: Pərvaz Kişiyev hazırda "VIP Milan Hospital"da rəsmi olaraq hansı ixtisas üzrə fəaliyyət göstərir? Onun qüvvədə olan sertifikasiya şəhadətnaməsi hansı ixtisasa aiddir? Əgər LOR həkimi kimi fəaliyyət göstərirsə, bunun hüquqi və peşəkar əsasları nədən ibarətdir? Qeyd edək ki, redaksiyamız bu suallara cavab almaq üçün aidiyyəti dövlət qurumlarına da müraciət etməyi planlaşdırır. Məqsəd hər hansı şƏxs və ya tibb müəssisəsi barədə ittiham irəli sürmək deyil, ictimai maraq doğuran məsələlərin rəsmi məlumatlar əsasında araşdırılmasıdır Onu da xatırladaq ki, redaksiyamıza daxil olmuş məlumata görə, Pərvaz Kişiyev Əvvəllər "Vimay" klinikasında anestezioloq kimi çalışıb. Hazirda isə onun "VIP Milan Hospital"da LOR həkimi kimi fəaliyyət göstərdiyi bildirilir. Bu məlumatların dəqiqləşdirilməsi məqsədilə araşdırmamiz davam edir. Hal-hazırda "VIP Milan Hospital"n rəhbəri Xuraman Muradovadır Redaksiyamiz qarşı tərəfin mövqeyini dərc etməyə hazırdır. MöVZU ilə bağlı yeni rəsmi məlumatlar və ya izahat daxil olacağı təqdirdə, onlar olduğu kimi OXUcularımiza təqdim ediləcək.