Sabunçu tuneli bərpa ediləcək.
“Bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması ilə bağlı görüləcək işlərin siyahısı”nda öz əksini tapıb.
Sərəncama əsasən, Sabunçu rayonu, A.Əsədullayev küçəsindəki tunelin daxili kanalizasiya kollektorunda baş vermiş çökmə aradan qaldırılacaq. Eyni zamanda xəttin bərpası da nəzərdə tutulub.