• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

Sülhə doğru son addımlar: Bakıdan mesaj - yaxın aylarda həlledici qərarlar verilə bilər

siyaset

Bu gün, 12:17



Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Ermənistan-Azərbaycan arasında normallaşma prosesindən danışıb. APA-nın Türkiyə bürosuna açıqlamasında XİN başçısı bildirib ki, yaxın aylarda Ermənistan-Azərbaycan normallaşma prosesinə dair labüd məsələlərin həlli yekunlaşa bilər.

Nazirin sözlərinə görə, son dövrlərdə normallaşma prosesi ilə bağlı mühüm hadisələr baş verib:

“Xüsusilə Vaşinqton sammiti diqqət çəkir. Ötən ilin avqust ayında Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri birgə bəyanat imzaladılar. Həmin sənəd ABŞ Prezidenti Donald Trump tərəfindən də şahid qismində təsdiqləndi. Bununla yanaşı, sülh sazişinin paraflanması baş tutdu və Minsk Qrupunun ləğvi ilə bağlı müraciət imzalandı. Ümumilikdə, bu addımlar Ermənistan-Azərbaycan normallaşma prosesinin növbəti mərhələsi üçün yol xəritəsini müəyyənləşdirdi. Bundan sonra Prezident İlham Əliyev Ağ Evdə keçirilən rəsmi mərasimdə bildirdi ki, Azərbaycan üçün sülh artıq reallığa çevrilib. Sonrakı dövrdə atılan addımlar da bu yanaşmanın təsdiqi oldu. Bu sadəcə siyasi bəyanat deyil, Azərbaycanın strateji baxışını əks etdirən mövqedir”.

Nazir vurğulayıb ki, 2025-ci ilin payızından etibarən Azərbaycan bir sıra praktiki addımlar atmağa başladı: “Ermənistanın müraciətləri əsasında üçüncü ölkələrdən yüklərin Azərbaycan ərazisindən tranzitinə icazə verildi. İlk belə müraciətlər Qazaxıstan və Rusiya Federasiyası tərəfindən daxil oldu və müsbət cavablandırıldı. Bununla yanaşı, enerji və digər iqtisadi sahələrdə də əməkdaşlıq elementləri formalaşmağa başladı. Paralel olaraq, vətəndaş cəmiyyəti nümayəndələri arasında görüşlər intensivləşdi. Delimitasiya üzrə hökumətlərarası komissiyanın iclası Azərbaycanın Qazax rayonunda keçirildi. Bundan əlavə, IPU çərçivəsində İstanbulda Azərbaycan və Ermənistan parlament sədrlərinin birbaşa görüşü baş tutdu. Bütün bu proseslər regionda yeni və daha müsbət bir atmosferin formalaşdığını göstərir. Ümumilikdə, normallaşma gündəliyinin müsbət istiqamətdə inkişaf etdiyini demək olar”.

C.Bayramov diqqətə çatdırıb ki, hələ də həllini gözləyən məsələlər mövcuddur: “Biz hesab edirik ki, yaxın aylarda bu məsələlər də yekunlaşa bilər. Biz buna kifayət qədər optimist baxırıq. Hesab edirik ki, Ermənistanda referendum keçirilməsi, yeni konstitusiyanın qəbul edilməsi, sülh sazişi üzrə son imzaların atılması və onun ratifikasiya edilməsi yolunu da aça bilər. Və bununla da daha müsbət addımların şahidi ola bilərik”.

Qeyd edək ki, Ermənistanın ədliyyə naziri və Konstitusiya islahatları üzrə şuranın rəhbəri Srbuhi Qalyan yeni konstitusiyanın mətninin 7 iyun seçkilərindən əvvəl dərc olunacağını bəyan edib.

Milli Məclisin deputatı Rizvan Nəbiyev Musavat.com-a şərhində bildirib ki, Ermənistanda yeni Konstitusiya layihəsinin seçkilərdən əvvəl açıqlana biləcəyi barədə siqnallar, təkcə daxili hüquqi islahat məsələsi deyil. Deputat hesab edir ki, bu, birbaşa regional sülh prosesinin, xüsusilə Azərbaycan-Ermənistan normallaşma gündəliyinin mərkəzi elementlərindən biridir:

“Müzakirələrin əsas düyün nöqtəsi isə Konstitusiyada Ermənistanın 1990-ci il Müstəqillik Bəyannaməsinə istinadla bağlı veriləcək qərardır. Hazırkı Konstitusiyanın preambulasında Müstəqillik Bəyannaməsinə istinad var. Bu istinad isə ölkəmizə, o cümlədən Türkiyəyə qarşı “ərazi iddialarının hüquqi əsasının qalması” kimi şərh olunur. Belə ki, Müstəqillik Bəyannaməsinin bəzi müddəaları Azərbaycan ərazisinin bir hissəsinə, keçmiş “Dağlıq Qarabağ” regionuna 1 dekabr 1989-cu ildə Ermənistan SSR Ali Sovetinin qəbul etdiyi mürtəce “Yenidənbirləşmə haqqında Akt” əsasında ərazi iddialarını özündə ehtiva edir. Bu isə geniş mənada bəzi qüvvələr tərəfindən həm də Ermənistanın hüquqi-siyasi diskursunda “identiklik elementi” kimi də təqdim edilir. Bunlar isə 8 avqust 2025-ci ildə Vaşinqtonda paraflanmış “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında” Sazişlə tam ziddiyyət təşkil edir”.

R.Nəbiyev vurğulayıb ki, Azərbaycan üçün əsas prinsip aydındır və dəyişməz olaraq qalır:

“Prezident İlham Əliyev ölkəmizin prinsipial mövqeyini dəfələrlə bütün beynəlxalq platformalarda tam qətiyyətlə ortaya qoyub. Ermənistan Konstitusiyasında dolayı və ya birbaşa ərazi iddiası qalarsa, bu, imzalanacaq sülh sazişinin ratifikasiyası və ümumilikdə hüquqi sabitliyini sual altına alacaq. Belə ki, Konstitusiya-beynəlxalq müqavilələrdən üstün hüquqi aktdır. Beynəlxalq hüquq və müqavilə təcrübəsi də, elə Ermənistanın hazırkı 1995-ci ildə qəbul olunmuş Konstitusiyası da təsbit edir ki, hər hansı beynəlxalq müqavilə əsas qanuna-Konstitusiyaya zidd olarsa, hüquqi üstünlük Konstitusiyaya verilir. Ona görə də Konstitusiyanın preambulasında sözügedən dəyişiklik edilməzsə, gələcək hökumətlər həmin normaya istinad edərək, sülh sazişinin hüquqi qüvvəsini sual altında qoya bilərlər. Bu isə uzunmüddətli risk yaradır. Bu mənada Konstitusiya dəyişikliyi həm hüquqi, həm də etimad quruculuğu mexanizmi kimi olduqca labüddür. Baş nazir Nikol Paşinyan hökuməti son dövrlərdə daha realist və praqmatik xətt nümayiş etdirir. Real Ermənistan və sülh gündəliyi ilə parlament seçkilərinə gedən Ermənistan baş naziri revanşist, əslində, faşist “Qarabağ hərəkatı”na qarşı sərt siyasi kurs nümayiş etdirir. Lakin daxildə ciddi müqavimət var: revanşist müxalif qüvvələr, bəzi diaspora nümayəndələri bu dəyişikliyi “tarixi imtina”, emosional “milli identiklik məsələsi” kimi təzyiq alətinə çevirməyə çalışırlar. Əslində isə bu, tarixi, siyasi, hüquqi faktların ciddi təhrifi, separatizmin təşviqi və Azərbaycana qarşı ərazi iddiaları deməkdir. Bu iddiaları canlandırmaq cəhdləri həm də Ermənistan daxilində siyasi sabitliyin pozulması cəhdləridir. Nikol Paşinyan və sülh tərəfdarları anlayırlar ki, preambuladan müvafiq ərazi iddiasının çıxarılması Ermənistan üçün sadəcə Konstitusiya islahatı deyil, həm də geosiyasi seçimin təsdiqidir, dayanıqlı sülhün və sabitlik şəraitində dövlətin inkişafı üçün zəmanətdir”.

Deputatın fikrincə, Ermənistan bu istinadı nə qədər tez aradan qaldırarsa, bu, real sülhə doğru atılmış ciddi addım olacaq:

“Hazırkı de-fakto sülhün de-yure təsdiqlənməsi üçün bu zərurətdir. 2025-ci il avqustun 8-də Vaşinqtonda imzalanmış Birgə Bəyannamənin 1-ci bəndində də bu zərurət əksini tapıb: “Bu kontekstdə, biz (yəni, Azərbaycan Prezidenti, Ermənistan Baş naziri və şahid qismində ABŞ Prezidenti) Sazişin imzalanması və yekun olaraq ratifikasiyası üçün əlavə tədbirlərin görülməsinin davam etdirilməsinə ehtiyac olduğunu qəbul etdik və ölkələrimiz arasında sülhün təmin edilməsi və gücləndirilməsinin vacibliyini vurğuladıq”. “Sazişin imzalanması və ratifikasiyası üçün əlavə tədbirlərin görülməsinin zəruriliyinin” vurğulanması məhz Konstitusiyada müvafiq dəyişikliyi də ehtiva edir. Əks halda, sülh prosesi formal çərçivədə qalsa da, onun davamlılığı daim hüquqi qeyri-müəyyənlik altında olacaq”.

Oxunub: 110
Paylaş:
Digər xəbərlər

siyaset

1-09-2025, 14:24

ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının fəaliyyətinə xitam verilib - RƏSMİ

siyaset

6-08-2025, 09:35

İlham Əliyev-Tramp-Paşinyan görüşü - Hansı sənəd İMZALANACAQ...

siyaset

12-12-2024, 10:27

Hikmət Hacıyev Azərbaycan-Ermənistan normallaşma prosesindən danışıb

siyaset

1-08-2023, 09:00

Ərdoğan: Ermənistanla normallaşma prosesi üçün Zəngəzur dəhlizinin tezliklə açılması vacibdir

siyaset

29-03-2023, 13:03

Nazir Ermənistanla münasibətlərin normallaşma şərtlərini açıqladı

Şou Biznes
Mustafa Ceceli və digər məşhur simalar saxlanıldı
Türkiyə millisinə yeni himn bəstələyəcək
"Mənim gücüm olsaydı eləsinin nəslini süpürərdim"
Hasan Can Kaya və “Reynmen” saxlanıldı
Azərbaycan şou-biznesində vətənpərvər xanım müğənni
Ağadadaş Ağayev amnistiyaya düşdü - cəzadan azad edilir
Cəmiyyət
Bu gün, 11:52
“İdrak”da güllələnən müəllim şagirdi BAĞIŞLADI
Bu gün, 10:41
"Azərpoçt"a yeni sədr təyin olunub - YENİLƏNİB
Bu gün, 09:17
"Azərpoçt"un rəhbəri işdən çıxıb
Bu gün, 09:00
Sosial müavinətlərin ödəniş tarixi bəlli oldu
17-04-2026, 11:18
10 ildən köhnə maşınlara QADAĞA: Bazarda son vəziyyət
17-04-2026, 11:10
Bakı–Kürdəmir qatarında gediş haqqı bəlli oldu
Kriminal
7-04-2026, 09:32
Tovuzda 19 yaşlı qız oğurlandı - 4 nəfər tutuldu
2-04-2026, 09:32
Bakıda ər-arvad bıçaqlandı - 18 yaşlı övladları tutuldu
30-03-2026, 08:40
Doğum zamanı körpə öldü
Son xəbərlər
  • Bu gün, 14:22
    "Bu hələ son deyil" – Netanyahu İrana qarşı yeni hücum planından danışdı
  • Bu gün, 13:13
    Daha bir saxta həkim qalmaqalı: Katibə cərrahlıq edir? –VİDEO
  • Bu gün, 13:00
    ABŞ-ın ələ keçirdiyi gəmi Çindən İrana nə aparırdı? - Açıqlanır...
  • Bu gün, 12:26
    Paşinyandan tarixi etiraf – "Bakı və Ankara ilə münasibətlərdə səhv etmişik"
  • Bu gün, 12:21
    Ərdoğan İrəvana GEDİR, Bakı ilə SÜLH müqaviləsi isə...
  • Bu gün, 12:17
    Sülhə doğru son addımlar: Bakıdan mesaj - yaxın aylarda həlledici qərarlar verilə bilər
  • Bu gün, 11:52
    “İdrak”da güllələnən müəllim şagirdi BAĞIŞLADI
  • Bu gün, 11:47
    İntensiv yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
  • Bu gün, 11:05
    Lukaşenko: İmperator mən yox, Putinlə və Trampdır
  • Bu gün, 11:01
    Kiyevdən Ankaraya ilginc təklif: Zelenski ilə Putinin görüşünü təşkil et
  • Bu gün, 10:41
    "Azərpoçt"a yeni sədr təyin olunub - YENİLƏNİB
  • Bu gün, 09:40
    İran ABŞ gəmilərinə zərbə endirib - Tasnim
  • Bu gün, 09:25
    Sosial inkişafın təşviqinə dair Bakı–Banqkok Bəyannaməsi qəbul olunub
  • Bu gün, 09:21
    Tramp: Bu dəfə Tehranla İslamabadda razılaşma əldə edilməsə…
  • Bu gün, 09:17
    "Azərpoçt"un rəhbəri işdən çıxıb
  • Bu gün, 09:11
    Xüsusi təyinatlılar boş məbədə hücum etdi - Bild
  • Bu gün, 09:06
    Hakan Fidan: Ankara Zəngəzur dəhlizinin açılması üçün Brüssellə sıx işləyir
  • Bu gün, 09:00
    Sosial müavinətlərin ödəniş tarixi bəlli oldu
  • Bu gün, 08:27
    İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir
  • Bu gün, 08:17
    Ceyhun Bayramov Tailandın Baş naziri Anutin Çarnvirakul ilə görüşüb
  • Bu gün, 08:14
    Prezident BMT-nin Komissiyasının 82-ci sessiyasının iştirakçılarına müraciət edib
  • 18-04-2026, 11:11
    Trampın paylaşımı İsrail rəhbərliyini şoka salıb
  • 18-04-2026, 09:40
    Lənkəranda ağır QƏZA - 7 nəfər yaralandı
  • 18-04-2026, 09:30
    Premyer Liqa: "Şamaxı" "Karvan-Yevlax"la, "Qarabağ" "Sabah"la üz-üzə gələcək
  • 18-04-2026, 09:25
    Türkiyədə məktəbə yeni hücum planı: 8 şagirdə qəfil əməliyyat - DETALLAR
  • 18-04-2026, 09:20
    Azərbaycanla Aİ arasında yeni ikitərəfli saziş üzrə növbəti müzakirələr aparılıb
  • 18-04-2026, 09:16
    Azərbaycan neftinin qiyməti azalıb
  • 18-04-2026, 09:12
    Karapetyanın ev dustaqlığı daha 3 ay artırıldı
  • 18-04-2026, 09:04
    Əhaliyə ŞAD XƏBƏR - Bu gün giriş pulsuz olacaq
  • 18-04-2026, 09:00
    Banklar hansı müştərilərə kredit vermir?
  • 18-04-2026, 08:59
    Başlıbel qətliamından 33 il ötür
  • 17-04-2026, 18:10
    Əli Əsədovun biznes və tikinti imperiyası...
  • 17-04-2026, 16:00
    İlham Əliyev Antalyada - Bakı-Ankara xətti güc nümayişinə çevrilir
  • 17-04-2026, 15:30
    Dəməşqdən tarixi sülh həmləsi: Əş-Şaraa İsrail ilə saziş imzalamağa hazır olduğunu açıqladı
  • 17-04-2026, 14:22
    Xankəndi Dəmir Yolunun açılış vaxtı açıqlandı
Daha çox
17-04-2026, 10:18
Şirvan şəhər kollecində Xatirə Məlikovanin özbaşnalığı
13-04-2026, 15:30
Hər evdə var: İşıq pulunu çox yazan cihaz
13-04-2026, 16:00
Tramp niyə İranla atəşkəs elan etdi? - ŞOK SƏBƏBLƏR
17-04-2026, 14:22
Xankəndi Dəmir Yolunun açılış vaxtı açıqlandı
17-04-2026, 08:37
Bakıdan Kürdəmirə rəmzi qatar yola salındı
16-04-2026, 11:46
Sabah 21 dərəcə isti olacaq
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 399 05 04
  • E-mail: ofis@patriot.az
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə