• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

Vaşinqtonun yeni Bakı strategiyası - sülhdən əvvəl investisiya

siyaset

Bu gün, 15:30

Vaşinqtonun yeni Bakı strategiyası - sülhdən əvvəl investisiya


ABŞ Azərbaycanın enerji sektoruna investisiyaların genişləndirilməsini və infrastruktur layihələrində, o cümlədən TRIPP (Trampın Beynəlxalq Sülh və Rifaha Doğru Yolu) ilə bağlı təşəbbüslərdə iştirakı müzakirə edir. Musavat.com bildirir ki, bu barədə ABŞ Dövlət Katibinin İqtisadiyyat, Enerji və Biznes Məsələləri üzrə köməkçisi Keleb Orr bildirib. Onun sözlərinə görə, ABŞ enerji sektoruna konkret investisiyalar qoymağı planlaşdırır. “Bu iqtisadi dialoqun məqsədi iqtisadi təkliflərimizi birləşdirmək, icra planı hazırlamaq və konkret nəticələr əldə etməkdir. Nəticədə, sülh iqtisadi rifahda ortaq maraqlar əsasında qurulur”.
Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması istiqamətində aparılan danışıqlar fonunda ABŞ-ın regiona iqtisadi marağının artması diqqət çəkir. Vaşinqton uzun müddətdir ki, Cənubi Qafqazda sabitliyin təmin olunmasının iqtisadi layihələr üçün yeni imkanlar açacağını vurğulayır. ABŞ rəsmiləri dəfələrlə bəyan ediblər ki, Bakı ilə İrəvan arasında sülhün əldə olunması Mərkəzi Asiyanı Aralıq dənizi və Avropa bazarları ilə birləşdirən yeni ticarət və nəqliyyat marşrutlarının inkişafına təkan verə bilər.

Bu baxımdan, ABŞ-ın investisiya marağının sülh sazişindən əvvəl görünməsi təsadüfi deyil. Vaşinqton regionda təhlükəsizlik və iqtisadi inteqrasiyanın paralel şəkildə inkişaf etməsini istəyir. ABŞ üçün əsas məqsədlərdən biri Orta Dəhlizin gücləndirilməsi, enerji və logistika layihələrinin genişləndirilməsi, həmçinin Cənubi Qafqazın qlobal ticarət zəncirində rolunun artırılmasıdır.
Ekspertlər hesab edirlər ki, böyük investisiyalar çox zaman siyasi razılaşmaları sürətləndirən amillərdən biri olur. Xarici kapitalın cəlbi yeni iş yerləri, infrastruktur layihələri və regional əməkdaşlıq imkanları yaradır. Bu səbəbdən ABŞ şirkətlərinin və maliyyə institutlarının regiona marağı həm iqtisadi, həm də geosiyasi məna daşıyır. Digər tərəfdən, Vaşinqton anlayır ki, sülh olmadan iri investisiya layihələrinin təhlükəsizliyi tam təmin edilə bilməz. Məhz buna görə ABŞ rəsmiləri son illərdə Azərbaycan və Ermənistan arasında sülh prosesinin tezliklə yekunlaşmasının vacibliyini xüsusi vurğulayıblar.
Beləliklə, ABŞ-ın sülhdən əvvəl investisiya marağı əslində gələcək dövrə hazırlıq kimi qiymətləndirilə bilər. Vaşinqton regionda sabitliyin bərqərar olacağı təqdirdə Cənubi Qafqazı Avrasiya ticarətinin əsas qovşaqlarından birinə çevirmək niyyətini gizlətmir. Bu isə Azərbaycan üçün əlavə sərmayə, yeni nəqliyyat layihələri və beynəlxalq iqtisadi çəkisinin artması demək ola bilər.

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirovun bildirdiyinə görə, Bayden administrasiyasından fərqli olaraq, Tramp hökuməti Cənubi Qafqaza münasibətdə ədalətli yanaşmağa çalışır. Keçmiş iqtidarın aşkar ermənipərəst olduğunu xatırladan X.Bəşirova görə, indiki ABŞ hakimiyyəti balansı gözləməyə üstünlük verir: "Tramp hökuməti Cənubi Qafqaz siyasətində sanki Gürcüstanı bir o qədər prioritet saymır. Açığı, Tiflislə təmasları müşahidə etmirəm. Görünür ki, ABŞ üçün bölgədə əsas açar Azərbaycan və Ermənistan məsələləridir. Çünki münaqişə vəziyyətində olan ölkələrin barışığı, dayanıqlı sülh həm də investisiyaların yatırılmasına ən böyük zəmanətdir. Əgər Bakı və İrəvan anlaşırsa, Tiflislə bağlı narahatlıq qalmır, çünki tranzit ölkədir - o səbəbdən, sabitlik olan məkana əminliklə investisiya qoymaq olar. ABŞ isə investisiya qoyduğu bölgədə münaqişə, konflikt, qeyri-sabitlik, hərbi eskalasiya əleyhinədir. Odur ki, Rubionun köməkçisinin açıqlaması Vaşinqtonun regionla bağlı ümumi planlarını ifadə edir".
Siyasi şərhçi istisna etmir ki, Rusiya ABŞ-nin və bütövlükdə Qərbin regiondakı maraqlarının reallaşmasına siyasi-iqtisadi və diplomatik yollarla mane olmağa çalışacaq: "Amma Rusiya əvvəlki deyil və özünün keçmiş təsir zonasına nüfuz edə bilmir. Bu, regional proseslərdə güc itkisindən irəli gəlir. Müharibə Rusiyanı zəiflətdikcə, ABŞ və Avropa Birliyi fürsət bilib MDB məkanında təsirini artırır. Qarşıdakı dövrdə ABŞ Azərbaycan və Ermənistanla əlaqələri daha da genişləndirəcək. Artıq regiona Gürcüstan üzərindən giriş siyasəti yoxdur. Bunu Saakaşvili dövründə sınaqdan keçirdilər. Tramp hökuməti isə Azərbaycan və Ermənistandan Cənubi Qafqaza nüfuz edir".

Oxunub: 170
Paylaş:
Digər xəbərlər

siyaset

8-08-2025, 11:14

"Sülh gəlsə, Cənubi Qafqaz pul yağışına düşəcək"

dunya

5-08-2025, 10:09

Vaşinqton və Paris Bakı ilə İrəvan arasında sülh məsələsini müzakirə etdi

siyaset

6-06-2024, 09:17

İrəvan Bakının nəhəng strateji layihəsinə göz dikib: Ermənistan Azərbaycanın tam nəzarətinə keçir

siyaset

23-05-2022, 12:32

Son görüş hansı nəticələr vəd edir? - ŞƏRH

gundem / siyaset

15-03-2022, 08:35

Rusiyasız sülh modeli ön plana keçirilir: Paşinyanın Kremlə müqavimət cəsarəti varmı?

Şou Biznes
“Maşın” şou yenidən başlayır - Foto
Rəşad Dağlı azadlığa buraxılıb? - AÇIQLAMA
Mustafa Ceceli və digər məşhur simalar saxlanıldı
Türkiyə millisinə yeni himn bəstələyəcək
"Mənim gücüm olsaydı eləsinin nəslini süpürərdim"
Hasan Can Kaya və “Reynmen” saxlanıldı
Cəmiyyət
Bu gün, 16:00
Atəş açılıb, PUA qaldırılıb, ölən var - DSX SƏRHƏDLƏ BAĞLI MƏLUMAT YAYDI
Bu gün, 12:30
Avtonom nəqliyyat vasitələri ilə bağlı tələblər və qaydalar müəyyənləşir
Bu gün, 12:26
Azərbaycanda yeni dövlət rüsumu müəyyən edilir
Bu gün, 12:22
1008 nəfər boşandığı adamla yenidən evləndi
Bu gün, 10:54
Hesablama Palatasına yeni səlahiyyətlər verilir, hüquqları genişləndirilir
Bu gün, 10:51
Qanunvericiliyə yeni anlayışlar daxil edilir
Kriminal
18-05-2026, 09:41
Sabirabadda ağır qəza - 3 ölü, 8 yaralı
7-04-2026, 09:32
Tovuzda 19 yaşlı qız oğurlandı - 4 nəfər tutuldu
2-04-2026, 09:32
Bakıda ər-arvad bıçaqlandı - 18 yaşlı övladları tutuldu
Son xəbərlər
  • Bu gün, 16:00
    Atəş açılıb, PUA qaldırılıb, ölən var - DSX SƏRHƏDLƏ BAĞLI MƏLUMAT YAYDI
  • Bu gün, 15:30
    Vaşinqtonun yeni Bakı strategiyası - sülhdən əvvəl investisiya
  • Bu gün, 14:42
    Mehriban Abasquliyeva məhkəmə zalında - Həbs edildi
  • Bu gün, 14:22
    Sabah 32 dərəcə isti olacaq
  • Bu gün, 12:30
    Avtonom nəqliyyat vasitələri ilə bağlı tələblər və qaydalar müəyyənləşir
  • Bu gün, 12:26
    Azərbaycanda yeni dövlət rüsumu müəyyən edilir
  • Bu gün, 12:22
    1008 nəfər boşandığı adamla yenidən evləndi
  • Bu gün, 10:54
    Hesablama Palatasına yeni səlahiyyətlər verilir, hüquqları genişləndirilir
  • Bu gün, 10:51
    Qanunvericiliyə yeni anlayışlar daxil edilir
  • Bu gün, 10:46
    Tramvay xətləri dövlət mülkiyyətində olacaq
  • Bu gün, 10:41
    Dubay şahzadəsinin azərbaycanlı keçmiş xanımı və üç qızı qaçırıldı
  • Bu gün, 10:37
    Bakıda yeni körpü tikilir
  • Bu gün, 10:32
    Mopedlərlə bağlı yeni qaydalar
  • Bu gün, 10:29
    Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
  • Bu gün, 10:20
    Qətlə yetirilən şəhid xanımının atası danışdı - VİDEO
  • Bu gün, 10:15
    Rusiyada 15 il həbs cəzası verilən tələbə - Rafael Məmmədov kimdir, suçu nə?
  • Bu gün, 09:00
    Azərbaycanlı jurnalistlərin Kəlbəcərdə şəhid olmalarından beş il ötür
  • Bu gün, 08:45
    Azərbaycanlı Əhməd bir saniyədə necə 22 milyard dollar QAZANDI - ŞOK HADİSƏ
  • Bu gün, 08:38
    “Tikinti yubadılır, kirayə pullarımız da verilmir” - 4 ildir evi sökülən vətəndaş
  • Bu gün, 08:30
    Dünyanın ilk “nüvə qəbiristanlığı” açılır - 100 min il möhürlü qalacaq
  • Bu gün, 08:17
    hərbi helikopter qəzaya uğradı - Ölənlər var
  • Dünən, 16:00
    Sabah 31 dərəcə isti olacaq
  • Dünən, 13:14
    Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
  • Dünən, 13:07
    DYP gecəki qəza ilə bağlı məlumat yaydı
  • Dünən, 13:03
    Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
  • Dünən, 12:58
    Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
  • Dünən, 12:39
    Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
  • Dünən, 12:29
    İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
  • Dünən, 11:15
    Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
  • Dünən, 11:06
    Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
  • Dünən, 10:40
    Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
  • Dünən, 10:35
    Sankt-Peterburqda neft terminalı vuruldu
  • Dünən, 10:31
    Alternativ Şuşa yolu istifadəyə verildi
  • Dünən, 10:16
    Rusiyadan Zəngəzur dəhlizinə yeni HƏDƏ
  • Dünən, 09:50
    SON DƏQİQƏ! İrandan Küveytə dəhşətli hücum: Hava limanı darmadağın edildi, yaralılar var
Daha çox
30-05-2026, 12:11
Dünəndən bəri Bakıda 41 ağac sınıb - Fotolar
1-06-2026, 07:03
Cgg
2-06-2026, 16:00
Kremlin kabusu reallaşır: Nüvə aviasiyası Rusiyaya YAXINLAŞIR
29-05-2026, 22:07
Əlavə mərtəbələrə görə ev sahibi sayılmırlar: MTK ofisində GƏRGİNLİK - VİDEO
1-06-2026, 20:47
Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıb
Dünən, 16:00
Sabah 31 dərəcə isti olacaq
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 399 05 04
  • E-mail: ofis@patriot.az
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə