• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

Paşinyan niyə "qorxunc təhlükə" xəbərdarlığı etdi: Ermənistanda "müharibə partiyası"nı kim hakimiyyətə gətirir

dunya

23-03-2026, 09:00

Paşinyan niyə "qorxunc təhlükə" xəbərdarlığı etdi: Ermənistanda "müharibə partiyası"nı kim hakimiyyətə gətirir


Erməni müxalifəti Rusiyanın Cənubi Qafqazda yenidən hegemon geopolitik aktor kimi, Ermənistanı himayə etməsi ilə bağlı "xəyallar" qurmaqda bir az gecikib... Çünki ABŞ son illərdə bu regionda aktivliyini xeyli artırıb, uzunmüddətli sülhü və sabitliyi təmin etməklə yanaşı, yeni iqtisadi-ticari və logistik layihələrə də dəstək verir...
Cənubi Qafqazda geopolitik balansın sürətlə dəyişdiyi bir mərhələdə Ermənistanda baş verən siyasi qarşıdurma artıq yalnız ölkədaxili hakimiyyət uğrunda mübarizə deyil. Bu proses, əslində, Ermənistanı gələcək təhlükəsizlik modelini və geopolitik istiqaməti müəyyən edəcək geostrateji seçimə məcbur buraxır. Və indi rəsmi İrəvan böyük güclərin kölgəsində sülh, yoxsa yeni münaqişə təhlükəsi ilə barışmaq ətrafında qəliz suallara cavab tapmalı olacaq.

Onu da qeyd etmək lazımdır ki, hazırda Paşinyan hakimiyyəti və müxalif düşərgədə daha çox önə çıxan Rusiyaya bağlı milyarder Samvel Karapetyanın siyasi komandası arasında kəskin qarşıdurma yaşanmaqdadır. Hakimiyyət uğrunda mübarizə aparan bu iki siyasi qüvvə arasındakı fikir ayrılığı isə Ermənistanın qarşısında duran əsas sualı yenidən aktuallaşdırır. Yəni, Ermənistan cəmiyyəti sülhü qorumaq, yoxsa onu növbəti dəfə danışıqlar predmetinə çevirmək arasında prinsipial seçim etməyə məhkumdur.

Məsələ ondadır ki, hazırda indiki qəliz situasiyada Paşinyan hakimiyyətinin mövqeyi kifayət qədər aydındır. Belə ki, baş nazir Nikol Paşinyan mövcud sülh vəziyyətinin mütləq qorunmasını Ermənistanın milli təhlükəsizliyinin əsas təminatı hesab edir. Və onun fikrincə, Azərbaycanla artıq əldə olunmuş sülhə bağlı razılaşmaların yenidən "nəzərdən keçirilməsi"nə yönəlik cəhdlər Ermənistan üçün olduqca ciddi təhlükəsizlik riskləri doğura bilər.

Ona görə də, erməni baş nazir bu cəhdləri açıq şəkildə “ölümcül təhlükə” kimi qiymətləndirərək, onun mümkün nəticələrinə yönəlik ciddi xəbərdarlıq da edir. Belə ki, baş nazir Nikol Paşinyanın fikrincə, ötən ilin avqustunda Vaşinqtonda paraflanmış yekun sülh sazişinin yenidən təftiş edilməsi tərəflər arasında danışıqlar prosesinin çökməsinə, hərbi eskalasiyanın yenidən başlaması və regional sabitliyin pozulmasına səbəb ola bilər.

Digər tərəfdən, onu da nəzərə almaq lazımdır ki, baş nazir Nikol Paşinyanın bu yanaşma tərzi əslində, elə məhz Cənubi Qafqazdakı mövcud geopolitik reallıqlardan qaynaqlanır. Belə ki, Azərbaycan ilə müqayisədə hərbi güc balansı qətiyyən Ermənistanın xeyrinə deyil. Və bu önəmli hərbi-siyasi faktoru da qabarıq şəkildə ön plana çəkən Paşinyan hakimiyyəti sülh prosesi ilə bağlı mövzularda daha ehtiyatlı davranmağın vacib olduğunu vurğulayır.

Ancaq erməni müxalifətinin indiki siyasi çağırışları isə daha çox mövcud cüc balansının dəyişdirilməsi və yeni təhlükəsizlik modelinin yaradılması üzərində qurulub. Belə ki, müxalif düşərgə mövcud regional vəziyyəti daha fərqli faktorlar üzərindən qiymətləndirir. Və Ermənistanın məcburi şəkildə “zəif sülh” sistemi içinə daxil olduğunu iddia edir.

Maraqlıdır ki, erməni müxalifətinin yanaşmasına görə, Ermənistanın təhlükəsizliyi yalnız siyasi-diplomatik razılaşmalarla deyil, həm də real hərbi güc balansı ilə təmin oluna bilər. Ona görə də, növbəti parlament seçkilərində hakimiyyətə iddialı olan müxalifət düşərgəsi iki əsas istiqaməti - Ermənistan ordusunun texnoloji transformasiyasını (minlərlə pilotsuz uçuş aparatının əldə olunmasını) və ölkənin hava hücumundan müdafiə sisteminin yenidən qurulmasını ön plana çıxartmağa çalışır.

Bununla yanaşı, erməni müxalifəti diplomatiyanın rolunu isə ilk növbədə çoxtərəfli təhlükəsizlik zəmanətləri sisteminin qurulmasına bağlamağa üstünlük verir. Bu düşərgədə hökm sürən əsas qənaət odur ki, Ermənistanın real təhlükəsizliyi üçün mütləq regional aktorların prosesə cəlb edilməsi vacibdir. Və bu məsələdə isə dolayısı ilə Rusiyanın yenidən Ermənistanın təhlükəsizliyində əsas qarantor rolunda iştirakının qaçılmaz olduğuna eyham vurulur.

Bütün bunlara paralel olaraq, erməni müxalifətinin ən çox diqqət çəkən arqumentlərindən biri də Ermənistan və Azərbaycan arasındakı hərbi güc fərqinin kəskin şəkildə artması ilə bağlıdır. Rusiyanın "agentura şəbəkəsi"nin tərkibinə daxil olan erməni müxalifəti bu tezisdən Paşinyan hakimiyyətinin siyasətini hədəfə almaq üçün istifadə edir. Və digər tərəfdən isə bu, həm də Ermənistan üçün Rusiyanın himayəsi altında yeni təhlükəsizlik strategiyasının zəruriliyini əsaslandırmaq məqsədi daşıyır.

Halbuki, müşahidələr onu göstərir ki, erməni müxalifəti Rusiyanın Cənubi Qafqazda yenidən hegemon geopolitik aktor kimi, Ermənistanı himayə etməsi ilə bağlı "xəyallar" qurmaqda bir az gecikib. Çünki bu regionda geopolitik maraqları olan ABŞ son illərdə Cənubi Qafqazda aktivliyini xeyli artırıb. Ağ Evin əsas məqsədi isə bu regionda uzunmüddətli sülhü və sabitliyi təmin etməklə yanaşı, həm də yeni iqtisadi-ticari, eləcə də nəqliyyat-kommunikasiya layihələrini reallaşdırmaqdır.

Məsələ ondadır ki, Rusiyadan fərqli olaraq, ABŞ Azərbaycan-Ermənistan sülh prosesini himayə edir və regional nəqliyyat-kommunikasiya xətlərinin açılması ilə bağlı təşəbbüslərə genişmiqyaslı dəstək verir. Üstəlik, ABŞ bu mövqeyi ilə həm də Ermənistanın daha etibarlı təhlükəsizlik sisteminə inteqrasiyası üçün münbit şərait yaratmış olur. Və bu baxımdan, Paşinyan hakimiyyətinin sülh vəziyyətini qoruma siyasəti, əslində, Ağ Evin geostrateji maraqları ilə üst-üstə düşür.

Rusiya üçün isə Cənubi Qafqaz ənənəvi olaraq, həmişə əsas geopolitik təsir zonalarından biri olub. Ancaq son proseslər nəticəsində Kremlin bu regiondakı mövqelərinin ciddi şəkildə zəiflədiyi müşahidə edilir. Ona görə də, indi Ermənistanın Qərbə yaxınlaşma cəhdləri və alternativ təhlükəsizlik mexanizmləri axtarması Kremlin ciddi narahatlığına səbəb olur.

Ancaq bununla belə, Rusiya Cənubi Qafqazdan tamamilə çəkilmiş də deyil və Kreml hələ də bu regionda müəyyən təsir imkanlarını qoruyur. Rusiya üçün hazırda əsas geopolitik prioritetlərdən biri kimi, Cənubi Qafqazda hərbi-siyasi balansın nəzarətdə saxlanılması böyük önəm daşıyır. Eyni zamanda, Kreml Ermənistanın tam şəkildə Qərb orbitinə keçməsinin qarşısının alınmasına da cəhd göstərir. Və regional nəqliyyat-kommunikasiya layihələrində Rusiyanın iştirakının təmin olunmasına can atır.

Nəhayət, son illərdə Cənubi Qafqazda əsas geopolitik aktorların sırasında yer alan Türkiyə üçün də Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması geostrateji əhəmiyyət daşıyır. Rəsmi Ankara bu regionda sülhün və sabitliyin bərqərar olmasını həm geopolitik, həm də geoiqtisadi baxımdan, olduqca vacib hesab edir. Türkiyə ilk növbədə bu regionda nəqliyyat və enerji dəhlizlərinin açılmasında, iqtisadi-ticari imkanların genişlənməsində, eləcə də, Cənubi Qafqazın qlobal iqtisadi sistemə inteqrasiyasında maraqlıdır. Və bu baxımdan, regionun “ticarət-logistika qovşağına çevrilməsi” ilə bağlı ideya rəsmi Ankara üçün də cəlbedici perspektivdir.

Göründüyü kimi, Cənubi Qafqazda sülhün-sabitliyin hökm sürməsi indi yalnız Kremlə və Rusiyaya bağlı erməni müxalifətinə sərfəli deyil. Ona görə də, Ermənistanda ölkədaxili siyasi mübarizə əslində, üç fərqli geopolitik modelin rəqabəti kimi də qəbul oluna bilər. Yəni, Qərb yönümlü sülh və inteqrasiya modeli, balanslaşdırılmış və hərbi gücə bağlı təhlükəsizlik yanaşması və ənənəvi Rusiyanin himayəsi altındakı təhlükəsizlik sistemi ətrafında fikir ayrılıqları kəskin ziddiyyətlər yaradır. Və bu modellər arasında prinsipial seçim Ermənistanın gələcək taleyini müəyyən edə bilər.

Belə anlaşılır ki, mövcud situasiyada Ermənistanın qarşısında duran seçim olduqca qəliz xarakter daşıyır. Çünki Ermənistanın gələcək taleyi indi yalnız ölkədaxili siyasi proseslərin nəticələrinə bağlı deyil. Və bu baxımdan, Cənubi Qafqazda geopolitik maraqları olan böyük güclərin arasındakı geostrateji regional qarşıdurmanın doğura biləcəyi qəliz situasiyanın qaçılmaz təsirləri də böyük önəm daşıyır.(musavat.com)

Oxunub: 970
Paylaş:
Digər xəbərlər

dunya

20-02-2026, 09:00

Paşinyan erməni toplumunun “rus gözü”nü bağlayır: Ermənistan Rusiya üçün “geopolitik bataqlığa” çevrilir

siyaset

16-02-2026, 09:16

İrəvan "rus dünyası"nı dağıdır, Qafqazın "barıt çəlləyi" partlayır: Rusiyanın "cənub qapısı" bağlanır, Ermənistanda seçki yox, savaş başlayır

dunya

20-11-2025, 09:00

ABŞ Qafqazın yenidən dizayn edilməsində israrlıdır: Ağ Ev Rusiyanın Türk İttifaqı ilə əvəzlənməsini dəstəkləyir

siyaset

30-05-2025, 09:11

ABŞ Qafqazda yenə Rusiya ilə savaşa başlayır: Azərbaycan hər iki nəhəngin məğlub olmasında maraqlıdır

siyaset

25-09-2024, 09:00

Qərbin Qafqazda dağıdıcı "xaos planı" son mərhələyə keçirilib: Kreml İrəvanın "ipini çəkməzsə", Rusiya regionu itirəcək

Şou Biznes
Arzum ev dustaqlığına buraxıldı - Yenilənib
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Arzum"un şikayətinə baxılacaq məhkəmənin vaxtı məlum oldu
Azərbaycanlı gənc model özündən 45 yaş böyük Dubay şeyxi ilə evləndi – “Mənim üçün əsas olan sevgidir”
ABŞ-yə köçən aparıcı restoranda lavaş bişirir - “Bundan utanmıram”-Video
"Sosial şəbəkədə hoqqa verənləri qəhrəman etmisiniz"
Cəmiyyət
Bu gün, 14:00
Şəhid oğlunun iddiaları ilə bağlı - Rəsmi açıqlama
Bu gün, 11:12
Bakı və Abşeronun bu qəsəbələrində 2 gün su olmayacaq
Bu gün, 09:51
Yol idarəsində KÜTLƏVİ İXTİSARLAR - Nə baş verir?
Bu gün, 09:21
Pulsuz çimərlikdə “yemək-içmək qadağası” - qanun nə deyir?
Bu gün, 09:00
Soyuducunu bu temperaturda işlədəndə daha az işıq pulu yazır
Bu gün, 08:55
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq — VİDEO
Kriminal
20-07-2026, 10:43
Lənkəranda evlərdən oğurluq edən şəxs həbs edildi
6-07-2026, 09:38
Ölənlərdən biri sürücünün 7 yaşlı qızıdır - Dəhşətli qəzanın təfərrüatı
24-06-2026, 09:46
Ağcabədidə çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkarlanıb
Son xəbərlər
  • Bu gün, 14:22
    Türkiyə İsrailə müdaxiləyə hazırlaşır – Təl-Əvivdə Ankara qorxusu
  • Bu gün, 14:10
    Tacikistandan geri çağırıldı - Qazaxıstana səfir təyin edildi
  • Bu gün, 14:00
    Şəhid oğlunun iddiaları ilə bağlı - Rəsmi açıqlama
  • Bu gün, 12:00
    Əliyevlə Putin telefonla danışdı
  • Bu gün, 11:52
    Dini inanclı şəxslərlə bağlı paylaşım edən şəxs SAXLANILDI
  • Bu gün, 11:47
    Ədliyyə Nazirliyi DİN-lə birgə əməliyyat keçirdi, məhkuma aid tapança tapıldı
  • Bu gün, 11:21
    Rusiyanın yanacaq böhranı Azərbaycana bunları vəd edir
  • Bu gün, 11:12
    Bakı və Abşeronun bu qəsəbələrində 2 gün su olmayacaq
  • Bu gün, 10:40
    Əli Əsədov hərbi xidmətə çağırış üzrə komissiya ilə bağlı qərarı dəyişdi
  • Bu gün, 10:26
    Prezident təsdiq etdi: Bu şəxslərə hər ay müavinət ödəniləcək
  • Bu gün, 09:51
    Yol idarəsində KÜTLƏVİ İXTİSARLAR - Nə baş verir?
  • Bu gün, 09:37
    “Həmin vaxt maşını 220 ilə sürürdü” - 21 yaşlı qız həbs edildi
  • Bu gün, 09:27
    Türkiyə F-16-ları bu ölkəyə yerləşir - Ermənistanda panika
  • Bu gün, 09:21
    Pulsuz çimərlikdə “yemək-içmək qadağası” - qanun nə deyir?
  • Bu gün, 09:13
    Ermənistan çöküş həddində – Moskva bunu da dayandırdı
  • Bu gün, 09:04
    Qara hicab geyinənlər və saqqal saxlayanlar CƏRİMƏLƏNƏCƏK - Bu ölkədə ŞOK QƏRAR
  • Bu gün, 09:00
    "Azərbaycana torpaq verməyə hazırlaşırlar" – İrəvanda çalxalanma başladı
  • Bu gün, 09:00
    Soyuducunu bu temperaturda işlədəndə daha az işıq pulu yazır
  • Bu gün, 08:55
    "B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq — VİDEO
  • Bu gün, 08:50
    ABŞ və İran arasında danışıqlar bərpa olundu
  • Bu gün, 08:23
    SOS: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı
  • Dünən, 16:00
    Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
  • Dünən, 15:30
    Putin postsovet ölkələrini YENƏ hədələdi: "Torpaqlarınız..." – Şüşəli evdən atılan DAŞ...
  • Dünən, 13:00
    U-15 dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM
  • Dünən, 12:56
    İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
  • Dünən, 12:52
    Prezident mühüm Fərman imzaladı
  • Dünən, 12:49
    Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı
  • Dünən, 11:46
    Traktor dirəyə çırpıldı - Pilləkəndəki şəxs yıxılıb öldü
  • Dünən, 11:41
    Bakıda sınan ağaclar yollardan götürüldü - Fotolar
  • Dünən, 11:35
    Binəqədidə obyekt yanır
  • Dünən, 11:31
    Küləyin aşırdığı ağacın altında qalan şəxs xəsarət alıb - RƏSMİ
  • Dünən, 11:24
    Kreditini qaytara bilməyənlərə şad xəbər: Bu halda borcunuz bağlanacaq
  • Dünən, 11:16
    18 hərbçi ölüb, 624-ü yaralanıb - Statistika yeniləndi
  • Dünən, 11:11
    Güclü küləklə bağlı əhaliyə növbəti XƏBƏRDARLIQ
  • Dünən, 11:00
    Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır — Həkimlər xəbərdarlıq edir
Daha çox
25-07-2026, 12:11
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
22-07-2026, 16:00
Paşinyanın referendum XOFU
23-07-2026, 16:00
Rusiya və erməni mediası Prezident Əliyevə qarşı birləşdi
24-07-2026, 16:00
İranın ticarət gəmilərinə vurduğu zərər onun ABŞ-da dondurulmuş pullarından ödəniləcək - Tramp
21-07-2026, 18:19
“Vətənə xəyanət edənlərə yazığım gəlir” - Hikmət Hacıyevdən Tural Sadıqlıya
25-07-2026, 10:17
Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 399 05 04
  • E-mail: ofis@patriot.az
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə