• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

Prezident İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair fikirləri dünya mediasının diqqət mərkəzindədir

gundem / siyaset

6-03-2026, 09:00



Dünyanın bir sıra media qurumları İranın pilotsuz uçuş aparatları (PUA) vasitəsilə Azərbaycanın Naxçıvan Muxtar Respublikasına hücumları ilə bağlı Prezident İlham Əliyevin sərt reaksiyasını geniş işıqlandırıb.

AZƏRTAC xəbər verir ki, bir sıra nüfuzlu beynəlxalq informasiya agentlikləri və qəzetlər, xəbər saytları və portallar Azərbaycan rəhbərinin hadisəni “terror aktı” kimi qiymətləndirdiyini və rəsmi Bakının cavab tədbirləri hazırladığını diqqətə çatdırıblar.

“Reuters” agentliyi yazır ki, İran istiqamətindən buraxıldığı bildirilən pilotsuz uçuş aparatlarından biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasına, digəri isə kənd məktəbinin yaxınlığına düşüb. Agentliyin məlumatına görə, Azərbaycan rəsmiləri hadisə ilə bağlı araşdırma aparır və təhlükəsizlik tədbirləri gücləndirilib. Həmçinin qeyd edilib ki, hücum nəticəsində mülki infrastruktura ziyan dəyib və yaralılar var. Yazıda Prezident İlham Əliyevdən sitatlar yer alıb. “Biz Azərbaycana qarşı törədilmiş bu əsassız terror aktı ilə, təcavüzlə barışmayacağıq. Silahlı Qüvvələrimizə təlimat verildi ki, cavab tədbirləri hazırlansın və həyata keçirilsin”, - deyə Azərbaycan Prezidenti bildirib.

Almaniyanın “Spiegel”, “Zeit”, “Handelsblatt”, “Tagesspiegel”, “Bild”, “Berliner Zeitung” qəzet və jurnalları, “Tagesschau” və “Welt” telekanalları, eləcə də digər media qurumları bu barədə silsilə xəbərlər yayımlayıb. Xəbərlərdə Azərbaycanın Naxçıvan Muxtar Respublikasında aeroportun, məktəb binasının və digər mülki obyektlərin dron hücuma məruz qaldığı vurğulanaraq, bu hücumun Azərbaycan tərəfindən sərt şəkildə pisləndiyi, İran səfirinin Azərbaycan Xarici İşlər Nazirliyinə çağırıldığı bildirilib. Məsələ ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclasının keçirildiyi, dövlətimizin başçısının göstərişi ilə Azərbaycan Silahlı Qüvvələrinin yüksək döyüş hazırlığına gətirildiyi bildirilib.

“Tagesspiegel” qəzeti İran müharibəsinin getdikcə daha çox ölkəyə yayıldığını qeyd edərək, PUA-ların Azərbaycanın Naxçıvan Muxtar Respublikasının ərazisində hava limanı yaxınlığında və bir məktəbin yaxınlığında düşdüyünü yazıb. Azərbaycanın bu iyrənc terror aktına görə cavab tədbirləri görəcəyini açıqladığı, Prezident İlham Əliyevin göstərişi ilə Silahlı Qüvvələrin döyüş hazırlığı vəziyyətinə gətirildiyi qeyd olunub.

“Zeit” nəşrinin yaydığı xəbərdə Azərbaycan Prezidenti İlham Əliyevin pilotsuz uçuş aparatlarının Naxçıvan Muxtar Respublikasına hücumundan sonra ölkənin Silahlı Qüvvələrini döyüş hazırlığı vəziyyətinə gətirdiyini qeyd edərək, Azərbaycan Prezidentinin ordumuzun istənilən əməliyyata hazır olması barədə fikrini diqqətə çatdırıb.

Türkiyənin aparıcı televiziya kanalları, informasiya agentlikləri, çap mediası və xəbər saytları, o cümlədən “TRTHaber”, “CNNTürk”, “Habertürk”, “HaberGlobal”, “Sabah”, “Hürriyyet”, “Milliyyet”, “Star” və digər media qurumları Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışını və İran tərəfindən Azərbaycana qarşı törədilmiş terror aktını geniş işıqlandırıb. Qardaş ölkənin mediası Prezident İlham Əliyevin fikirlərindən sitat gətirib. Qeyd olunur ki, Azərbaycan Prezidenti atəşin hədəflərinin mülki obyektlər olduğunu bildirib. Həmçinin vurğulanır ki, Azərbaycan Prezidenti İrandan rəsmi üzr tələb edib və orduya cavab tədbirləri hazırlamaq tapşırığı verib.

“Biz Azərbaycana qarşı törədilmiş bu əsassız terror aktı ilə, təcavüzlə barışmayacağıq. Silahlı Qüvvələrimizə təlimat verildi ki, cavab tədbirləri hazırlansın və həyata keçirilsin”, – deyə Türkiyə mediası Prezident İlham Əliyevin sözlərindən sitat gətirib.

Çin mediası İran İslam Respublikası tərəfindən Naxçıvan Muxtar Respublikasına edilən dron hücumu və Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasında söylədiyi fikirlər barədə xəbərlər yayıb. Çinin milli xəbər agentliyi “Sinxua”nın, Çin Mərkəzi Televiziyasının, Çin Xəbər Xidmətinin internet səhifələrində, digər xəbər portallarında mövzu ilə bağlı informasiyalar yerləşdirilib.

Çin mediası yazır ki, Azərbaycan Prezidenti İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında İranın dronlar vasitəsilə Azərbaycana qarşı terror aktı törətdiyini deyib. “Əliyev vurğulayıb ki, İran rəsmiləri Azərbaycana izahat verməli və üzr istəməlidir. Prezident Əliyev bildirib ki, Azərbaycan İrana qarşı əməliyyatlarda heç vaxt iştirak etməyib və etməyəcək. Çünki bizim mövqeyimiz bundan ibarətdir. Azərbaycanın qonşu ölkələrə qarşı hər hansı bir əməliyyat keçirməyə nə marağı var, nə də siyasəti buna imkan verir”, - deyə Çin mediası yazır.

ABŞ-nin aparıcı media orqanları da İrana məxsus dronların Naxçıvana hücumu və Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasında səsləndirdiyi fikirlərə geniş yer verib. CNN yazıb ki, Azərbaycan Prezidenti İlham Əliyev dron hücumlarını terror aktı və çirkin əməl adlandırıb.

“Bunu törədənlər dərhal məsuliyyətə cəlb edilməlidir. Azərbaycan tərəfinə İran rəsmiləri tərəfindən izahat verilməlidir, üzr istənilməlidir və bu terror aktını törədənlər cinayət məsuliyyətinə cəlb edilməlidir” - deyə CNN Prezident İlham Əliyevin fikirlərinə istinad edərək yazıb.

Qeyd olunub ki, Azərbaycan Prezidentinin göstərişi ilə Silahlı Qüvvələrə təlimat verilib ki, cavab tədbirləri hazırlansın və həyata keçirilsin.

“Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirmək?! Bu ləkə onların çirkin və eybəcər simasından heç vaxt silinməyəcək” - deyə yazıda Prezident İlham Əliyevin fikirləri qeyd olunub.

“Associated Press” Prezident İlham Əliyevin İranı terrorda və təcavüz aktında günahlandırdığını yazıb. Qeyd olunub ki, Azərbaycan Ordusuna cavab tədbirləri görməyə hazırlaşmaq əmri verilib.

“ABC News”, “CBS News”, “Fox News” və digər aparıcı media orqanları mövzunu günün əsas xəbəri kimi işıqlandırıb.

Fransanın “France24”, “Le Monde” və digər media qurumları Azərbaycan Prezidenti İlham Əliyevin hadisə ilə bağlı bəyanatını geniş işıqlandırıblar.

Həmin nəşrlərin məlumatına görə, Prezident İlham Əliyev İranın bu addımını “Azərbaycan dövlətinə qarşı terror aktı” adlandırıb və Tehranın bu hadisəyə görə məsuliyyət daşıdığını bildirib. “Bu gün İran tərəfindən Azərbaycan ərazisinə qarşı, Azərbaycan dövlətinə qarşı terror aktı törədilmişdir”, - deyə Azərbaycan Prezidentinin fikirlərindən sitat gətirilib. Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələrinə cavab tədbirləri hazırlamaq və onları həyata keçirmək barədə göstəriş verilib. Prezident İlham Əliyev deyib ki, Azərbaycan Silahlı Qüvvələri bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib və istənilən əməliyyatı həyata keçirməyə hazır olmalıdır.

Bəzi beynəlxalq media qurumları dövlətimizin başçısının digər mühüm sitatlarına yer veriblər. Prezident İlham Əliyev qeyd edib ki, İran bu hücuma görə rəsmi şəkildə üzr istəməli və məsul şəxslər məsuliyyətə cəlb olunmalıdır.

“Channel News Asia”, “UPI”, “The Canberra Times”, “Eurasianet”, “Devdiscourse” və digər beynəlxalq media qurumları Azərbaycan Prezidenti İlham Əliyevin Təhlükəsizlik Şurasında səsləndirdiyi bəyanatını geniş işıqlandırıblar.

“Intellinews”, “OC Media”, “Times of Israel”, “Middle East Eye”, “News24”, “Daily Mail”, “The New Region” və digər media platformaları da Prezident İlham Əliyevin çıxışına istinad edərək Azərbaycanın təhlükəsizlik qüvvələrinin yüksək hazırlıq vəziyyətinə gətirildiyini yazıblar.

Bəzi nəşrlər, o cümlədən “TimesCA”, “Orlando Sentinel”, “20 Minutos” və “Independent” hadisənin regionda gərginliyi artırdığını qeyd edərək Azərbaycanın mümkün cavab addımları üzərində işlədiyini bildiriblər.

Rusiyanın “RBC”, “Vedomosti”, “RIA Novosti”, “Interfax”, “Komsomolskaya Pravda”, “Lenta.ru”, “Meduza”, “Rossijskaya qazeta” və digər informasiya resursları da Prezident İlham Əliyevin bəyanatına geniş yer ayıraraq onun İranın hücumunu terror aktı kimi qiymətləndirdiyini və Azərbaycan Ordusunun yüksək hazırlıq vəziyyətinə gətirildiyini qeyd ediblər.

Rumıniyanın bir sıra aparıcı media orqanları Azərbaycan Prezidenti İlham Əliyevin İranın dron hücumları ilə bağlı Təhlükəsizlik Şurasının iclasındakı çıxışını və regionda yaranmış təhlükəsizlik vəziyyətini geniş şəkildə işıqlandırıb. Nəşrlərdə Prezident İlham Əliyevin Azərbaycanın suverenliyinə qarşı yönəlmiş hər hansı təhdidə qəti cavab veriləcəyi barədə mövqeyi xüsusi vurğulanıb. “News.ro” Azərbaycan Prezidenti İlham Əliyevin ölkəyə qarşı pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücumu terror aktı kimi qiymətləndirdiyini və bu hadisəyə görə Tehranın məsuliyyət daşıdığını bildirdiyini yazıb. Rumıniyanın analitik nəşrlərindən olan “Newsweek Romania” isə yazır ki, Azərbaycan rəhbərliyi ölkənin təhlükəsizliyini təmin etmək üçün zəruri addımlar atmağa hazır olduğunu bildirib. Rumıniyanın dövlət radiosuna bağlı analitik platforma olan “Rador” xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan dövlətinin təhlükəsizliyinə qarşı yönəlmiş istənilən addıma adekvat cavab veriləcəyini bildirib. “Gandul” xəbər prtalı isə yazır ki, Prezident İlham Əliyev İranı Azərbaycan dövlətinə qarşı terror aktı törətməkdə ittiham edib.

“Euronews Romania” isə dron hücumu nəticəsində bir neçə nəfərin yaralandığını və pilotsuz aparatların birinin aeroport yaxınlığında partladığına vurğulayıb. Nəşrin məlumatına görə, Prezident İlham Əliyev bu hücumu Azərbaycan dövlətinə qarşı düşmənçilik aktı kimi qiymətləndirib və məsul şəxslərin müəyyən edilərək cavab verməli olduğunu bildirib.

Bir sıra beynəlxalq media qurumları Prezident İlham Əliyevin digər mühüm mesajını da diqqətə çatdırıblar. Dövlətimizin başçısı bildirib ki, Azərbaycan heç vaxt İran əleyhinə hərbi əməliyyatlarda iştirak etməyib və etməyəcək, lakin ölkənin suverenliyinə və təhlükəsizliyinə qarşı hər hansı hücum qətiyyətlə cavablandırılacaq.

Yunanıstan mediası da Prezident İlham Əliyevin fikirlərinə geniş yer ayırıb.

Yunanıstanın dövlət televiziya və xəbər platforması "ERT News" yazır ki, Prezident İlham Əliyev Azərbaycanın ərazisinə edilən dron hücumunu İran tərəfindən həyata keçirilmiş terror aktı kimi qiymətləndirib.

Nəşr qeyd edir ki, pilotsuz uçuş aparatlarından biri Azərbaycan ərazisində yerləşən obyektlərdən birinə düşüb və hadisə nəticəsində bir neçə nəfər yaralanıb. Məqalədə Prezident İlham Əliyevin bu hadisənin ciddi təhlükəsizlik insidenti olduğunu bildirdiyi və İranın məsuliyyət daşımalı olduğunu vurğuladığı qeyd edilir.

"SKAI" yazır ki, Prezident İlham Əliyev İranın Azərbaycana qarşı terror aktı törətdiyini bəyan edib. Azərbaycan lideri rəsmi Tehranın baş verən hadisə ilə bağlı izahat verməli olduğunu bildirib və belə hücumların regionda sabitliyə ciddi təhlükə yaratdığını qeyd edib.

"CNN Greece" qeyd edir ki, Prezident İlham Əliyev İranın bu terror aktının ciddi nəticələrinin ola biləcəyini bildirib. Rəsmi Bakı hadisə ilə bağlı İran tərəfinin məsuliyyətini gündəmə gətirib və Tehrandan rəsmi açıqlama tələb edib.

"Capital.gr" portalında yayımlanan xəbərdə qeyd olunur ki, hadisədən sonra Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycan Silahlı Qüvvələri yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. Azərbaycan rəhbərliyi ölkənin təhlükəsizliyinə qarşı yönəlmiş hər hansı təhdidə operativ cavab verməyə hazırdır və vəziyyət diqqətlə izlənilir.

"Liberal.gr" bildirir ki, Prezident İlham Əliyev Azərbaycan Ordusuna mümkün cavab tədbirlərinə hazırlaşmaq barədə göstəriş verib. Nəşr qeyd edir ki, Azərbaycan rəhbərliyi baş verən hadisəni ölkənin təhlükəsizliyinə qarşı ciddi təhdid kimi qiymətləndirir və vəziyyətin inkişafını diqqətlə izləyir.

"Kanaliena" yazır ki, Azərbaycan tərəfi bu məsələ ilə bağlı İranın rəsmi izahat verməli olduğunu və hadisənin bütün təfərrüatlarının araşdırılacağını bildirib.

Dövlətimizin başçısının çıxışı Gürcüstan mediasının da diqqət mərkəzində olub.

“interpressnews.ge”, “imedinews.ge”, “bpn.ge”, “1tv.ge”, “radiotavisupleba.ge”, “qafqazturk.com”, “aktual.ge”, “interpress.ge”, “24news.ge”, “rustavi2.ge”, “palitranews.ge” informasiya portalları, radio və televiziyaları Prezident İlham Əliyevin İran tərəfindən Naxçıvan Muxtar Respublikasının ərazisinə dron hücumlarını qətiyyətlə pislədiyi bildirilir.

Azərbaycan Prezidentinin çıxışından gətirlən sitatda deyilir: “Bu gün İran tərəfindən Azərbaycan ərazisinə qarşı, Azərbaycan dövlətinə qarşı terror aktı törədilmişdir. Naxçıvan Muxtar Respublikasının ərazisini İran dövləti pilotsuz uçuş aparatları ilə atəş altına salmışdır. Atəşin hədəfləri mülki obyektlər idi. Naxçıvan Beynəlxalq Hava Limanı, onun terminal binası, məktəb və digər istiqamətlər İran tərəfindən namərd atəşə məruz qalmışdır. Azərbaycan dövləti bu çirkin terror aktını qətiyyətlə pisləyir, bunu törədənlər dərhal məsuliyyətə cəlb edilməlidir”.

Oxunub: 500
Paylaş:
Digər xəbərlər

hadise

5-03-2026, 16:00

Dron hücumunda xəsarət alanların vəziyyəti - Açıqlandı

siyaset

5-03-2026, 13:17

“Bu hücum cavabsız qalmayacaq” - Müdafiə Nazirliyi

hadise

5-03-2026, 14:00

Vurulan Naxçıvan aeroportunun içindən - Video - Fotolar

kriminal

5-03-2026, 12:07

İki nəfər mülki şəxs yaralanıb - Rəsmi açıqlama

iqtisadiyyat

10-05-2021, 10:44

Prezident Naxçıvanda Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağının təqdimatında iştirak edib

Şou Biznes
Mustafa Ceceli və digər məşhur simalar saxlanıldı
Türkiyə millisinə yeni himn bəstələyəcək
"Mənim gücüm olsaydı eləsinin nəslini süpürərdim"
Hasan Can Kaya və “Reynmen” saxlanıldı
Azərbaycan şou-biznesində vətənpərvər xanım müğənni
Ağadadaş Ağayev amnistiyaya düşdü - cəzadan azad edilir
Cəmiyyət
17-04-2026, 11:18
10 ildən köhnə maşınlara QADAĞA: Bazarda son vəziyyət
17-04-2026, 11:10
Bakı–Kürdəmir qatarında gediş haqqı bəlli oldu
17-04-2026, 09:48
Bağça müdirindən ağlasığmaz hərəkət: O görüntülər araşdırılır
17-04-2026, 09:00
Sosial ödəniş alanlarla bağlı YENİ XƏBƏR
17-04-2026, 08:37
Bakıdan Kürdəmirə rəmzi qatar yola salındı
17-04-2026, 08:28
Zakir Həsənov azad olunmuş ərazilərdə xidmət edən şəxsi heyətlə görüşüb
Kriminal
7-04-2026, 09:32
Tovuzda 19 yaşlı qız oğurlandı - 4 nəfər tutuldu
2-04-2026, 09:32
Bakıda ər-arvad bıçaqlandı - 18 yaşlı övladları tutuldu
30-03-2026, 08:40
Doğum zamanı körpə öldü
Son xəbərlər
  • Dünən, 11:11
    Trampın paylaşımı İsrail rəhbərliyini şoka salıb
  • Dünən, 09:40
    Lənkəranda ağır QƏZA - 7 nəfər yaralandı
  • Dünən, 09:30
    Premyer Liqa: "Şamaxı" "Karvan-Yevlax"la, "Qarabağ" "Sabah"la üz-üzə gələcək
  • Dünən, 09:25
    Türkiyədə məktəbə yeni hücum planı: 8 şagirdə qəfil əməliyyat - DETALLAR
  • Dünən, 09:20
    Azərbaycanla Aİ arasında yeni ikitərəfli saziş üzrə növbəti müzakirələr aparılıb
  • Dünən, 09:16
    Azərbaycan neftinin qiyməti azalıb
  • Dünən, 09:12
    Karapetyanın ev dustaqlığı daha 3 ay artırıldı
  • Dünən, 09:04
    Əhaliyə ŞAD XƏBƏR - Bu gün giriş pulsuz olacaq
  • Dünən, 09:00
    Banklar hansı müştərilərə kredit vermir?
  • Dünən, 08:59
    Başlıbel qətliamından 33 il ötür
  • 17-04-2026, 18:10
    Əli Əsədovun biznes və tikinti imperiyası...
  • 17-04-2026, 16:00
    İlham Əliyev Antalyada - Bakı-Ankara xətti güc nümayişinə çevrilir
  • 17-04-2026, 15:30
    Dəməşqdən tarixi sülh həmləsi: Əş-Şaraa İsrail ilə saziş imzalamağa hazır olduğunu açıqladı
  • 17-04-2026, 14:22
    Xankəndi Dəmir Yolunun açılış vaxtı açıqlandı
  • 17-04-2026, 12:07
    ADY açıqladı: 2030-cu ilə qədər...
  • 17-04-2026, 12:00
    Rusiya İran taktikasına keçir? – NATO-ya ilginc HƏDƏ
  • 17-04-2026, 11:18
    10 ildən köhnə maşınlara QADAĞA: Bazarda son vəziyyət
  • 17-04-2026, 11:10
    Bakı–Kürdəmir qatarında gediş haqqı bəlli oldu
  • 17-04-2026, 11:04
    İlham Əliyev Antalyada Moldova Prezidenti ilə görüşüb
  • 17-04-2026, 10:45
    Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin görüşü başlayıb - YENİLƏNİB
  • 17-04-2026, 10:40
    Dövlət başçısı Antalyada Şimali Kipr Prezidenti ilə görüşüb
  • 17-04-2026, 10:36
    İlham Əliyev Antalyada Əhməd Əl Şaraa ilə görüşüb
  • 17-04-2026, 10:31
    Tramp İrana güzəştə getməli olacaq - “Politico” danışıqların təfərrüatlarını açıqladı
  • 17-04-2026, 10:18
    Şirvan şəhər kollecində Xatirə Məlikovanin özbaşnalığı
  • 17-04-2026, 10:10
    Paşinyan: Metastaz veriblər, cərrəhi əmaliyyat lazımdı, ya da Nuhun gəmisinə mindirib…
  • 17-04-2026, 09:52
    Azərbaycan XİN Suriyanı Milli Günü münasibətilə təbrik edib
  • 17-04-2026, 09:48
    Bağça müdirindən ağlasığmaz hərəkət: O görüntülər araşdırılır
  • 17-04-2026, 09:14
    Amerikalı nazir açıqladı: ABŞ İrana qarşı yeni əməliyyata başladı
  • 17-04-2026, 09:03
    Avropa çempionatı: Hidayət Heydərov bu gün mübarizəyə başlayır
  • 17-04-2026, 09:00
    Sosial ödəniş alanlarla bağlı YENİ XƏBƏR
  • 17-04-2026, 08:40
    Sahibə Qafarova bu gün Alen Simonyanla görüşəcək
  • 17-04-2026, 08:37
    Bakıdan Kürdəmirə rəmzi qatar yola salındı
  • 17-04-2026, 08:28
    Zakir Həsənov azad olunmuş ərazilərdə xidmət edən şəxsi heyətlə görüşüb
  • 17-04-2026, 08:24
    Rusiyada kriptobirja sındırıldı, istifadəçilərin milyonlarla pulu oğurlandı
  • 17-04-2026, 08:20
    Azərbaycanda ev almaq niyə getdikcə çətinləşir? — AÇIQLAMA
Daha çox
17-04-2026, 10:18
Şirvan şəhər kollecində Xatirə Məlikovanin özbaşnalığı
13-04-2026, 14:16
Zakir Quliyev hansı xidmətlərinə görə 14 ildir Məzahir Əzizova Qusarda arxa durur - İLGİNC FAKTLAR...
13-04-2026, 13:59
Orxan Səttarov Prezidentin Mətbuat katibi təyin edildi
13-04-2026, 15:30
Hər evdə var: İşıq pulunu çox yazan cihaz
13-04-2026, 16:00
Tramp niyə İranla atəşkəs elan etdi? - ŞOK SƏBƏBLƏR
13-04-2026, 12:50
Antalya Diplomatiya Forumu çərçivəsində TDT XİN Şurasının qeyri-rəsmi toplantısı keçiriləcək
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 399 05 04
  • E-mail: ofis@patriot.az
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə