• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

Hind okeanından Cənubi Qafqaza qədər alov xətti - Müharibə qapıda

dunya

19-02-2026, 11:23

Hind okeanından Cənubi Qafqaza qədər alov xətti - Müharibə qapıda


Bölgəmiz “barıt çəlləyi”ni xatırladır
Bu gün Yaxın Şərqdən Hind okeanına, Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər uzanan nəhəng geosiyasi xəritə getdikcə vahid təhlükəsizlik böhranına çevrilir. ABŞ–İran qarşıdurması artıq regional gərginlik səviyyəsini aşaraq qlobal güclərin birbaşa və dolayı iştirak etdiyi çoxqatlı hərbi-siyasi böhrana transformasiya olunur. Diplomatik danışıqların iki raundunun keçirilməsinə baxmayaraq, hadisələrin inkişaf trayektoriyası açıq şəkildə göstərir ki, tərəflər paralel olaraq hərbi ssenarini əsas plan kimi masada saxlayırlar.

Diplomatiya pərdə, hərbi hazırlıq reallıq
Vaşinqtonun rəsmi açıqlamaları diplomatiyanın “birinci seçim” olduğunu vurğulasa da, verilən mesajların alt qatında açıq hərbi ritorika dayanır.
Ağ Evin mətbuat katibi Kerolin Livitin “İrana zərbə endirmək üçün bir çox səbəb və arqument var” mesajını səsləndirir. Bu isə diplomatiyanın paralel olaraq hərbi təzyiq alətinə çevrildiyini göstərir.

ABŞ vitse-prezidenti C.D. Vensin sözləri faktiki olaraq hərbi variantın legitimləşdirilməsidir. Vens bildirib ki, Vaşinqton Tehranla danışıqların uğursuzluğa düçar olacağı təqdirdə güc tətbiq etmək ehtimalını istisna etmir. Onun "Düşünürəm ki, prezidentin bir çox seçimi var. Bizim çox bacarıqlı ordumuz var. Prezident bundan istifadə etməyə hazır olduğunu nümayiş etdirib" deməsi hər şeyi ifadə edir.

ABŞ ordusunun istifadəsinin istisna olunmaması və qərarın yalnız prezidentin siyasi qərarına bağlı olması Vaşinqtonun “son qərar mərhələsinə” yaxınlaşdığını göstərir.
Eyni zamanda CBS News mənbələrinin məlumatı – ordunun mümkün zərbələrə hazır olması diplomatiyanın vaxt qazanmaq üçün istifadə edilən taktiki mərhələ olduğunu göstərir.

Regiona görünməmiş hərbi yığım
Hadisələrin ən real indikatoru sözlər deyil, hərbi logistika və qüvvələrin yerləşdirilməsidir. ABŞ-ın regiona 40 mindən çox hərbçi, 50-dən artıq qırıcı təyyarə və gücləndirilmiş raketdən müdafiə sistemləri göndərməsi faktiki olaraq “müharibə hazırlığı” səviyyəsinə bərabərdir.
Bölgədə təyyarədaşıyan zərbə qrupları, F-35 və F-15E hücum təyyarələri, Patriot və THAAD raketdən müdafiə sistemləri, Arleigh Burke sinifli esmineslər, strateji logistika aviasiyası və digər hərbi texnika yerləşdirilib.
Bu miqyaslı hərbi yerləşdirmə yalnız çəkindirmə deyil, sürətli hücum və genişmiqyaslı əməliyyat planının hazır olduğunu göstərir.


İranın cavabı: Hörmüz və Hind okeanı mesajı
Tehran da qarşı tərəfin siqnallarını açıq şəkildə oxuyur və cavab olaraq Hörmüz boğazında Oman dənizi və Hind okeanında Rusiya ilə birgə hərbi təlimlərə başlayır.
İranlı kontr-admiral Həsən Məqsudlu bildirib ki, təlimlərin əsas məqsədi Oman dənizində və Şimali Hind okeanında təhlükəsizliyi və davamlı dəniz əməkdaşlığını gücləndirməkdir. O əlavə edib ki, təlimin əsas hədəflərindən biri də dəniz təhlükəsizliyini təhdid edən fəaliyyətlərə, xüsusən də ticarət gəmilərinin və neft tankerlərinin qorunmasına, eləcə də dəniz terrorizminə qarşı mübarizəyə qarşı birgə tədbirləri əlaqələndirməkdir.
Bu təlimlərin ABŞ təyyarədaşıyan gəmisinin yaxınlığında baş tutması sadəcə təsadüf deyil, açıq güc nümayişidir.


Bu addımların strateji mesajı aydındır:
Müharibə yalnız İran ərazisində qalmayacaq, dünya enerji arteriyası olan Hörmüz boğazı risk altına düşəcək.

Rusiya faktoru: Nüvə təhlükəsi kartı
Rusiya xarici işlər naziri Sergey Lavrovun xəbərdarlığı böhranın qlobal təhlükə səviyyəsinə çatdığını göstərir. Onun sözlərinə görə, İranın nüvə obyektlərinə zərbələr “dəhşətli nəticələr” doğura bilər. O hesab edir ki, nüvə hadisəsi riski realdır və bu böhranın kökü Birgə Hərtərəfli Fəaliyyət Planından (JCPOA) çıxmasına dayanır
Bu açıqlama Moskvanın İranın yanında siyasi mövqe tutduğunu və böhranın NATO–Rusiya qarşıdurmasına çevrilmə ehtimalını göstərir.

Türkiyənin mövqeyi: Müharibəyə qarşı strateji xəbərdarlıq
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bölgənin yeni müharibəni qaldıra bilməyəcəyini açıq bəyan edib. Ərdoğan açıq şəkildə bəyan edib ki, İrana qarşı yeni müharibə heç kimə heç bir qazanc gətirməyəcək, əksinə, bölgəmiz yalnız uduzacaq.
Onun mesajı regional güclərin qorxusunu əks etdirir. Yeni müharibə regionun hamısına zərər verəcək və qeyri-müəyyənliyi dərinləşdirəcək.
Bu mövqe Türkiyənin balans siyasətini qorumağa çalışdığını göstərir.

Hindistanın hərbi aktivləşməsi: Böhran qlobal xarakter alır
Böhranın yalnız Yaxın Şərqlə məhdudlaşmadığını Hindistanın addımları sübut edir.
MILAN 2026 təlimlərinə 74 ölkə, 80-dən artıq döyüş gəmisi qatılıb. Ən maraqlısı isə odur ki, təlimlərdə ABŞ, Rusiya və İranın eyni platformada iştirak edib.
Bu, Hind okeanının da böyük güclərin rəqabət meydanına çevrildiyini göstərir.

Böhranın geosiyasi nəticəsi: Yeni bloklaşma
Hazırkı vəziyyət aşağıdakı yeni güc xəritəsini formalaşdırır. ABŞ tərəfini- İsrail və Qərb müttəfiqləri.
İran tərəfini isə Rusiya və qismən də Çin faktoru.
Balans güclər rolunda isə Türkiyə, Hindistan və Körfəz ölkələri çıxış edir.
Bu isə klassik regional böhran deyil, böyük güclərin qlobal rəqabət mərhələsidir.

Müharibə ehtimalı niyə artır?
Bütün göstəricilər onu deməyə əsas verir ki, diplomatiya nəticə vermir, bölgəyə maksimum səviyyədə hərbi qüvvələr yerləşdirilib, enerji yolları risk altındadır və qlobal güclər prosesə daxil olub.
Bu səbəbdən ABŞ–İran gərginliyi artıq “regional böhran” deyil, qlobal təhlükəsizlik sisteminin sınağına çevrilir.
Əgər diplomatik pəncərə qısa müddətdə bağlanarsa, bölgə yeni böyük müharibənin astanasına daxil ola bilər.

Oxunub: 770
Paylaş:
Digər xəbərlər

dunya

18-02-2026, 13:39

Qırmızı xətt keçilir: Vaşinqton qırıcılar göndərir-Tehran meydan oxuyur

siyaset

16-02-2026, 09:16

İrəvan "rus dünyası"nı dağıdır, Qafqazın "barıt çəlləyi" partlayır: Rusiyanın "cənub qapısı" bağlanır, Ermənistanda seçki yox, savaş başlayır

dunya

23-01-2026, 12:10

Hədəf birbaşa İrandır: ABŞ təyyarədaşıyanları və Britaniya “Tayfun”ları hərəkətdə

siyaset

27-08-2025, 09:11

Rusiya Zəngəzur dəhlizinə "zərbə aləti" yaratmaq istəyir: Cənubi Qafqaz qlobal güclərin yeni "savaş məkanı"na çevrilir

dunya

1-04-2025, 08:40

ABŞ İrana qarşı hərbi əməliyyat üçün son hazırlıqlara başladı

Şou Biznes
"Arzum"un şikayətinə baxılacaq məhkəmənin vaxtı məlum oldu
Azərbaycanlı gənc model özündən 45 yaş böyük Dubay şeyxi ilə evləndi – “Mənim üçün əsas olan sevgidir”
ABŞ-yə köçən aparıcı restoranda lavaş bişirir - “Bundan utanmıram”-Video
"Sosial şəbəkədə hoqqa verənləri qəhrəman etmisiniz"
Məşhurluqdan həbsxanaya: Azərbaycanda cinayətlə gündəmə gələn qadınlar
“Arzum”un vəkilləri bu addımı atmağa hazırlaşırlar
Cəmiyyət
Bu gün, 10:14
Nazirlikdən 20 min şəxsin pensiyası ilə bağlı VACİB QƏRAR
Bu gün, 10:11
Mənzil alanların ən çox rastlaşdığı saxtakarlıq - Ali Məhkəmə aydınlıq gətirdi
Bu gün, 10:07
Azərbaycanda nə qədər xarici ölkə vətəndaşı yaşayır?
Bu gün, 10:00
AQTA rəsmisindən arıqlama məhsulları ilə bağlı HƏYƏCAN TƏBİLİ
Bu gün, 08:44
Quzu əti niyə fərqli qiymətlərə satılır?
Dünən, 16:00
KOLBASA həvəskarları oxusun! – QİDA mütəxəssisindən SOS
Kriminal
6-07-2026, 09:38
Ölənlərdən biri sürücünün 7 yaşlı qızıdır - Dəhşətli qəzanın təfərrüatı
24-06-2026, 09:46
Ağcabədidə çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkarlanıb
18-05-2026, 09:41
Sabirabadda ağır qəza - 3 ölü, 8 yaralı
Son xəbərlər
  • Bu gün, 16:35
    Prezident gömrük rüsumu ilə bağlı qərarı təsdiqlədi
  • Bu gün, 16:00
    Rusiya bazarı Ermənistan üçün bağlanır - 600 milyon dollar da batır
  • Bu gün, 15:30
    Bəşəriyyət məhv olsa... -Dünyanın "qara qutusu" burada tikilir
  • Bu gün, 14:22
    Türkiyə və Rusiya arasında meyvə müharibəsi!
  • Bu gün, 13:11
    Dünya çempionatının final matçı təxirə salına bilər
  • Bu gün, 11:37
    Azərbaycan Prezidenti İrlandiyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
  • Bu gün, 11:32
    Dövlət başçısı Kamboca səfirinin etimadnaməsini qəbul etdi
  • Bu gün, 11:27
    Azərbaycan Prezidenti Oman səfirinin etimadnaməsini qəbul etdi
  • Bu gün, 11:21
    Baş nazir əhali ilə bağlı vacib qərar imzaladı
  • Bu gün, 11:18
    İlham Əliyev yeni səfirin etimadnaməsini qəbul etdi
  • Bu gün, 11:10
    Paytaxt ərazisində oğurluq edən şəxslər saxlanıldı
  • Bu gün, 10:14
    Nazirlikdən 20 min şəxsin pensiyası ilə bağlı VACİB QƏRAR
  • Bu gün, 10:11
    Mənzil alanların ən çox rastlaşdığı saxtakarlıq - Ali Məhkəmə aydınlıq gətirdi
  • Bu gün, 10:07
    Azərbaycanda nə qədər xarici ölkə vətəndaşı yaşayır?
  • Bu gün, 10:00
    AQTA rəsmisindən arıqlama məhsulları ilə bağlı HƏYƏCAN TƏBİLİ
  • Bu gün, 09:57
    Slovakiya Prezidenti: "İlham Əliyevin təklifi ilə dərhal razılaşdım"
  • Bu gün, 09:45
    Məşhur aparıcı saxlanıldı
  • Bu gün, 09:00
    Ermənistandan etiraf: Azərbaycana satmağa...
  • Bu gün, 08:56
    Mehriban Əliyeva məşhur jurnalistin müalicəsinə dəstək oldu
  • Bu gün, 08:52
    ŞOK SORĞU: Dünya artıq Çinə ABŞ-dan daha çox rəğbət bəsləyir
  • Bu gün, 08:44
    Quzu əti niyə fərqli qiymətlərə satılır?
  • Bu gün, 08:35
    Bank sektoru rekord qırdı: Kredit faizləri enəcək?
  • Bu gün, 08:22
    Tramp DÇ-2026-nın finalına qatılacaq
  • Bu gün, 08:18
    İyulun ortasında şaxta və qar: rekord temperatur qeydə alındı
  • Dünən, 16:00
    KOLBASA həvəskarları oxusun! – QİDA mütəxəssisindən SOS
  • Dünən, 15:30
    Məşhur şəhərdə su tükənir: Yeni qadağalar qüvvəyə mindi
  • Dünən, 14:22
    Qaqauziya Türkiyədən dəstək istədi
  • Dünən, 13:33
    Kütləvi zəhərlənmə olan restoran bu vəzifəli şəxsin imiş
  • Dünən, 12:47
    Kiyevdə tarixi RAZILAŞMA: Türkiyə Ukrayna üçün o kritik missiyanı öz üzərinə götürdü
  • Dünən, 12:31
    Deputatdan AÇIQLAMA - "Azərbaycanda pullu insanlara qarşı çox böyük qısqanclıq, paxıllıq var"
  • Dünən, 12:05
    "Arzum"un şikayətinə baxılacaq məhkəmənin vaxtı məlum oldu
  • Dünən, 12:02
    İrəvan Zəngəzur dəhlizi ilə bağlı sazişi təsdiqlədi
  • Dünən, 11:57
    Donald Tramp İlham Əliyevin Şuşa Forumundakı çıxışı ilə bağlı paylaşım etdi - FOTO
  • Dünən, 11:51
    Fələstinin Baş naziri Bakıda Zəfər parkını ziyarət etdi
  • Dünən, 11:24
    Azərbaycanda 37 fələstinli tələbə təhsil alır
Daha çox
11-07-2026, 22:02
Prezident: Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir
14-07-2026, 16:00
Ermənistanda pasportlarının Türkiyədə çapı iddiaları - QALMAQAL
13-07-2026, 16:00
Bakı BUNU bacardı: İsrail onları MƏYUS etdi – Revanşistlər ŞOKDA
15-07-2026, 16:00
Tramp: Hücumlar Tehran Ağ Evin şərtlərini qəbul edənədək davam edəcək
14-07-2026, 12:29
IV Şuşa Qlobal Media Forumu başa çatıb
14-07-2026, 14:05
Prezidentlər bir-birinə bunları hədiyyə etdi - Video
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 399 05 04
  • E-mail: ofis@patriot.az
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə