2026-cı ilin yanvar-iyun ayları ərzində 20 247 şəxsə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
Onların 54,64%-ni kişilər, 45,36%-ni isə qadınlar təşkil edib.