• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

Mustafa Kamal Atatürk, İlham Əliyev və Donald Tramp

siyaset

26-01-2026, 09:00



ABŞ lideri Donald Tramp yenə də Azərbaycan Prezidenti İlham Əliyevə və Ermənistanın baş naziri Nikol Paşinyana təşəkkür edib. Əslində bütün təşəkkürlər Azərbaycanın dövlət başçısına ünvanlanıb, bunu təşəkkürdən məhz İlham Əliyevin tarixi sülhməramlı missiyası sayəsində pay götürmək şansı əldə edən Nikol Paşinyan da çox yaxşı bilir. Çünki “Qarabağ Ermənistandır. Nöqtə”-si oğlunu “erməni gənclərə vətənpərvərlik nümunəsi” kimi Qarabağa, başqa ölkənin torpağına hərbi xidmətə yollayan, Azərbaycanın Şuşasında “yallı” gedən Paşinyanın tərcümeyi halına əbədi yazılacaq və başına qaxınc olacaq, özü də anlayır. Amma sülh prosesinə start verilməsindən sonra bunu onun üzünə nə Azərbaycanın dövlət başçısı vurur, nə də Tramp belə məsələlərin fərqindədir.

Azərbaycana, dövlətimizin liderinə minnətdarlıq , təşəkkür mesajları son aylarda həm də torpaqlarımızı 30 il ərzində işğalda saxlayan ölkənin rəhbərlərindən gəlir. Ermənistanın baş naziri Nikol Paşinyan “İlham Əliyevlə tamamilə razıyam”, prezident Vaaqn Xaçaturyan “İlham Əliyedən sonra nəsə demək çətindir”, söyləyir, həmçinin Simonyan, Mirzoyan, Rubinyan...digər rəsmilər də Azərbaycanın taxıl yola açmasından, Ermənistana yanacaq ixrac etməsindən dolayı minnətdarlığını bildirir, hətta daxildə, müxalifətlə söz davasında Azərbaycan və Türkiyə ilə əməkdaşlığın alternativinin olmadığı barədə arqumentlər gətirirlər. Bu reallığı yaradan Azərbaycandır!

Dünyanın ən güclüsü Trampdan...ən zəifi Paşinyanadək, Avropanın 16 firavan dövlətindən vətəndaş müharibəsindən yenicə özünə gəlməyə çalışan Suriyayadək... hər kəs Azərbaycan Prezidentinə təşəkkür edir! Bu, həm də 44 günlük Vətən Müharibəsində, cəmi bir gün çəkən antiterror əməliyyatında tarixi qələbəsini, dövlət suverenliyini, ərazi bütövlüyünü təmin edən ölkənin mükafatıdır. Əvvəlki illərdə də dövlətimiz əmin əllərdə idi, amma münasibət başqa idi. Məsələn, Tramp ilk prezidentliyi dönəmində Azərbaycana indiki qədər yaxın deyildi. Hətta özü etiraf etdi ki, Azərbaycan və Ermənistan 35 il müharibə apardılar, amma dünya bundan xəbərsiz qaldı. Düzdür, bir az şişirtmə də var, amma həqiqətlərə biganə qalanlar sırasında ABŞ-nin olduğunu Azərbaycanın ərazi bütövlüyünə “bitərəf” qalan Vaşinqtonun siyasəti də unudulmayıb. Trampın ilk prezidentliyi dönəmi hara, indiki hara? Deməli, Ali Baş Komandan İlham Əliyevin başçılıq etdiyi Azərbaycan Ordusunun 45 günlük döyüşlərdə qazandığı qələbə dövlətimizin dünya çapında fərqli statusda qəbuluna imkan yaratdı. Bu, həm də dövlət başçımızın “güclü haqlıdır” reallığına yanaşmasında nə qədər haqlı olduğunu bir daha təsdiqləyir. Azərbaycan dövlətini Sülh Şurasında təsisçisi statusunda görənlər buna görə ilk növbədə ərazi bütövlüyümüzün təmin olunmasına şükür etməlidirlər. O cümlədən də Nikol Paşinyan. Azərbaycanın bu qələbələri və İlham Əliyevin sülh təşəbbüslərinin nəticəsində o, Trampın əlini sıxmaq, sağında oturmaq, Sülh Şurasının Nizamnaməsini imzalamaq şansını əldə edib. Torpaqlarımız hələ də işğal altında olsaydı, Paşinyan bu platformalarda iştirakını yuxusunda görərdi. Odur ki, bu reallıqları Azərbaycanın yaratdığını gərək heç vaxt unutmasın və ayağı yer almasın!

O cümlədən bütün Ermənistanın! ABŞ liderinin Davos Ümumdünya İqtisadi Forumu çərçivəsində təkbətək görüşdüyü iki prezidentdən biri Azərbaycanın dövlət başçısı oldu! Bu fakt dünyanın bir saylı ofisinin rəhbərinin Azərbaycana, İlham Əliyev personasına nə qədər böyük diqqət yetirdiyinin növbəti təsdiqidir. Qlobal əhəmiyyətli Zəngəzur yolu – Tramp marşrutu məhz Azərbaycan layihəsidir. Bütün maneələrə baxmayaraq, məhz Azərbaycan Prezidenti “Zəngəzur dəhlizi mütləq açılacaq”, demişdi və artıq məsafənin xeyli hissəsi qət olunub və 42 km-lik Qərbi Zəngəzur hissəsi ilə bağlı prosesdə də dinamika var. 8 avqust 2025-ci ildə Vaşinqtonda əldə olunmuş üçtərəfli razılaşmalara əməl olunması istiqamətində növbəti addımlar atılmaqdadır. ABŞ-nin vitse-prezidenti Jey Di Vens fevralda Vaşinqtonun Cənubi Qafqazda davam edən sülh səylərinin bir hissəsi olaraq Azərbaycan və Ermənistana səfər edəcək. Ağ Evin məsələyə nə qədər böyük önəm verilməsinin növbəti təsdiqi: ABŞ Prezidenti Donald Tramp bu barədə “Truth Social” sosial şəbəkəsinda yazıb. Prezident Tramp bildirib ki, Vensin səfəri Azərbaycan və Ermənistan arasında sülh prosesini daha da irəli aparmağa, eləcə də “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) adlanan yolun həyata keçirilməsinə yönəlib. ABŞ liderinin sözlərinə görə, ABŞ Azərbaycanla strateji tərəfdaşlığını gücləndirmək, Ermənistanla, o cümlədən sülh təşəbbüsləri və iqtisadi layihələr sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir.

Yenə də Azərbaycanın yaratdığı reallıq öz sözünü deyir. 1992-ci ildə ölkəmizə qarşı ABŞ Konqresi tərəfindən qəbul olunan 907-ci düzəliş – sanksiya qərarı dünyanın bir çox ölkələri üçün “sarı vərəqə” funksiyasını yerinə yetirdi, “ağrımayan başlarına dəsmal bağlamamaq üçün” ehtiyatlı davrananlar da az olmadı, ABŞ konqresmenlərinin xoşuna gəlməkdən ötrü ölkəmiz əleyhinə əbləhcəsinə davrananlar da. Artıq ABŞ lideri Azərbaycanla strateji tərəfdaşlığı gücləndirməkdən bəhs edir. Düzdür, Vensin səfəri ABŞ-nin Ermənistanla dinc nüvə enerjisi sahəsində əməkdaşlıq haqqında saziş imzalamağı, Azərbaycanla isə yarımkeçiricilərin və hərbi məhsulların, o cümlədən bronjiletlər və katerlərin, tədarükünə dair müqavilələr bağlamağı planlaşdırması birmənalı qarşılanmayıb. Amma əgər bu səfərin proqramı Tramp-Əliyev görüşündən sonra, özü də Ağ Ev rəhbəri tərəfindən açıqlanıbsa, deməli, burada Azərbaycanın maraqlarından kənar hansısa məsələnin olduğuna şübhə etməyə dəyməz. Demək dövlətimizin başçısı detallardan tam məlumatlıdır, əks halda Vensin səfərə Bakıdan başlaması da mümkün olmazdı. Yeri gəlmişkən, aylar öncə fevral ayında Ermənistana səfərin olacağı xəbəri yayılmışdı, amma ən sonda Azərbaycan ilk yerdə gəldi, bu fakt sizə nəsə demirmi? Bütün yollar Azərbaycandan keçir!

Dövlətimiz üçün təhlükəsizlik prioritetlərdəndir və Prezident bunu dəfələrlə ifadə edib. Dövlət büdcəmizdə hərbi xərclərin mühüm yer tutması xüsusi hərbi birləşmələrin yaradılması, ən müasir silahların alışı də məhz təhlükəsizliyimizin daimiliyi üçün vacibdir. Belə bir durumda ABŞ ilə əməkdaşlıq çərçivəsində məhz təhlükəsizliyimizə yönəlik anlaşmaların əldə olunması tamamilə məntiqəuyğundur. Özü də bu, hələ ilklərdən sayılmalıdır. Unutmayaq ki, bu əməkdaşlıq Trampın dondurduğu “907-ci düzəliş”in Konqresdə ləğvi baxımından da vacibdir. Üstəlik, 8 avqust anlaşmasına uyğun olaraq ABŞ və Azərbaycan arasında Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması üzərində intensiv iş gedir. “907-ci düzəliş”in “donunu açan”, saxta “erməni soqırımı”nı tanıyan Bayden administrasiyası gethagetdə, 2025-ci ilin 14 yanvarında Ermənistanla imzalamışdı strateji tərəfdaşlıq xartiyasını...Görün cənab Prezident Azərbaycanın xeyrinə nə qədər böyük məsafə qət etməyə nail olub!

Rusiya, İran, Fransa başda olmaqla ayrı-ayrı Avropa ölkələri çox çalışdılar...Qarabağın, Şərqi Zəngəzurun azad edilməsinə maneə ola bilmədikdə, Zəngəzur dəhlizinin reallaşmasına əngəl olmaq istədilər. Hətta bəzi hallarda Gürcüstanı da qızışdırıb ortaya salmağa çalışdılar. Amma bütün cəhdlər iflasa uğradı. Elə bu sətirləri yazarkən erməni mediasının manşetlərində bir xəbər gördüm. Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib ki, Zəngəzur dəhlizi ölkəsinin tranzit potensialına təhlükə yaratmır. Yəni Paşinyan erməniləri, Kobaxidze gürcüləri sakitləşdirir. Üstəlik, Məsud Pezeşkian da fars şovinistlərini...

Qardaş Türkiyənin rəhbərliyinin də mövqeyi qəti və stabildir: sülh prosesi Azərbaycanın istəyinə uyğun olaraq reallaşmalı, Zəngəzur dəhlizi Azərbaycanın görmək istədiyi şəkildə reallaşmalıdır!

İlham Əliyev tarix yazmaqda davam edir. Qarabağ Zəfəri ilə kifayətlənmədi, Azərbaycana qarşı 1920-ci ilin dekabrında edilmiş daha bir tarixi pisliyə, ədalətsizliyə qarşı ədaləti bərpa etmə siyasətini uğurla yürütməkdədir. Zəngəzur dəhlizi Turan qapısı olmaqla kifayətlənməyəcək, dünyaya açılacaq. Bu, dünya güclərinin pisliyinə yaxşılıqla cavabdır, kaş ki, sələflərinin etdiklərinə görə utanaydılar 106 il torpaqlarımıza qəsd edib, həm də Türk dünyasını parçalayanlar! Prezident İlham Əliyevin Zəngəzur dəhlizini israrla reallaşdırması mənə Mustafa Kamal Atatürkün 30-cu illərdə İran şahı Pəhləvi ilə apardığı danışıqların yekununda iki ölkə arasındakı ərazi müzakirələrinin məntiqi sonluğunu və nəticədə Naxçıvan bölgəsi ilə Türkiyə Cümhuriyyəti arasındakı 11 km-lik rabitənin, xilas dəhlizinin yaradılmasını xatırladır. Təsəvvür edin, Araz çayı üzərindən, “Ümid körpüsü”ndən keçən həmin ərazi olmasaydı, işğal illərində Naxçıvan bölgəsi hansı acınacaqlı tale ilə üz-üzə qalardı?..İndi artıq Azərbaycanın əsas hissəsi ilə Naxçıvan bölgəsi arasında maneəsiz gediş-gəlişi təmin edəcək Zəngəzur dəhlizi tikilir və bu prosesdə hal şahidi dünyanın superdövlətinin lideridir! Atatürk dövründə olduğu kimi, İlham Əliyev zamanında da tarixi şans üzümüzə gülməkdədir...Qədir-qiymətini bilək! Üstəlik, Tramp da bizim tərəfimizdədir...Elşad Paşasoy

Oxunub: 1 070
Paylaş:
Digər xəbərlər

gundem / siyaset

24-01-2026, 08:49

Tramp Prezident İlham Əliyevə təşəkkür edib

siyaset

17-09-2025, 11:23

Azərbaycan Prezidenti Donald Trampa təşəkkür edib

siyaset

8-08-2025, 08:23

Ağ Ev Əliyev-Tramp-Paşinyan görüşlərinin proqramını açıqlayıb

gundem / siyaset

13-12-2018, 14:52

Paşinyanın qələbəsi Azərbaycanın faydasına da ola bilər – ekspertlər

gundem / dunya

25-04-2018, 12:24

"Ermənistanın baş naziri olmağa hazıram" — Müxalifət lideri Nikol Paşinyan

Şou Biznes
"Arzum"un şikayətinə baxılacaq məhkəmənin vaxtı məlum oldu
Azərbaycanlı gənc model özündən 45 yaş böyük Dubay şeyxi ilə evləndi – “Mənim üçün əsas olan sevgidir”
ABŞ-yə köçən aparıcı restoranda lavaş bişirir - “Bundan utanmıram”-Video
"Sosial şəbəkədə hoqqa verənləri qəhrəman etmisiniz"
Məşhurluqdan həbsxanaya: Azərbaycanda cinayətlə gündəmə gələn qadınlar
“Arzum”un vəkilləri bu addımı atmağa hazırlaşırlar
Cəmiyyət
Bu gün, 10:14
Nazirlikdən 20 min şəxsin pensiyası ilə bağlı VACİB QƏRAR
Bu gün, 10:11
Mənzil alanların ən çox rastlaşdığı saxtakarlıq - Ali Məhkəmə aydınlıq gətirdi
Bu gün, 10:07
Azərbaycanda nə qədər xarici ölkə vətəndaşı yaşayır?
Bu gün, 10:00
AQTA rəsmisindən arıqlama məhsulları ilə bağlı HƏYƏCAN TƏBİLİ
Bu gün, 08:44
Quzu əti niyə fərqli qiymətlərə satılır?
Dünən, 16:00
KOLBASA həvəskarları oxusun! – QİDA mütəxəssisindən SOS
Kriminal
6-07-2026, 09:38
Ölənlərdən biri sürücünün 7 yaşlı qızıdır - Dəhşətli qəzanın təfərrüatı
24-06-2026, 09:46
Ağcabədidə çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkarlanıb
18-05-2026, 09:41
Sabirabadda ağır qəza - 3 ölü, 8 yaralı
Son xəbərlər
  • Bu gün, 14:22
    Türkiyə və Rusiya arasında meyvə müharibəsi!
  • Bu gün, 13:11
    Dünya çempionatının final matçı təxirə salına bilər
  • Bu gün, 11:37
    Azərbaycan Prezidenti İrlandiyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
  • Bu gün, 11:32
    Dövlət başçısı Kamboca səfirinin etimadnaməsini qəbul etdi
  • Bu gün, 11:27
    Azərbaycan Prezidenti Oman səfirinin etimadnaməsini qəbul etdi
  • Bu gün, 11:21
    Baş nazir əhali ilə bağlı vacib qərar imzaladı
  • Bu gün, 11:18
    İlham Əliyev yeni səfirin etimadnaməsini qəbul etdi
  • Bu gün, 11:10
    Paytaxt ərazisində oğurluq edən şəxslər saxlanıldı
  • Bu gün, 10:14
    Nazirlikdən 20 min şəxsin pensiyası ilə bağlı VACİB QƏRAR
  • Bu gün, 10:11
    Mənzil alanların ən çox rastlaşdığı saxtakarlıq - Ali Məhkəmə aydınlıq gətirdi
  • Bu gün, 10:07
    Azərbaycanda nə qədər xarici ölkə vətəndaşı yaşayır?
  • Bu gün, 10:00
    AQTA rəsmisindən arıqlama məhsulları ilə bağlı HƏYƏCAN TƏBİLİ
  • Bu gün, 09:57
    Slovakiya Prezidenti: "İlham Əliyevin təklifi ilə dərhal razılaşdım"
  • Bu gün, 09:45
    Məşhur aparıcı saxlanıldı
  • Bu gün, 09:00
    Ermənistandan etiraf: Azərbaycana satmağa...
  • Bu gün, 08:56
    Mehriban Əliyeva məşhur jurnalistin müalicəsinə dəstək oldu
  • Bu gün, 08:52
    ŞOK SORĞU: Dünya artıq Çinə ABŞ-dan daha çox rəğbət bəsləyir
  • Bu gün, 08:44
    Quzu əti niyə fərqli qiymətlərə satılır?
  • Bu gün, 08:35
    Bank sektoru rekord qırdı: Kredit faizləri enəcək?
  • Bu gün, 08:22
    Tramp DÇ-2026-nın finalına qatılacaq
  • Bu gün, 08:18
    İyulun ortasında şaxta və qar: rekord temperatur qeydə alındı
  • Dünən, 16:00
    KOLBASA həvəskarları oxusun! – QİDA mütəxəssisindən SOS
  • Dünən, 15:30
    Məşhur şəhərdə su tükənir: Yeni qadağalar qüvvəyə mindi
  • Dünən, 14:22
    Qaqauziya Türkiyədən dəstək istədi
  • Dünən, 13:33
    Kütləvi zəhərlənmə olan restoran bu vəzifəli şəxsin imiş
  • Dünən, 12:47
    Kiyevdə tarixi RAZILAŞMA: Türkiyə Ukrayna üçün o kritik missiyanı öz üzərinə götürdü
  • Dünən, 12:31
    Deputatdan AÇIQLAMA - "Azərbaycanda pullu insanlara qarşı çox böyük qısqanclıq, paxıllıq var"
  • Dünən, 12:05
    "Arzum"un şikayətinə baxılacaq məhkəmənin vaxtı məlum oldu
  • Dünən, 12:02
    İrəvan Zəngəzur dəhlizi ilə bağlı sazişi təsdiqlədi
  • Dünən, 11:57
    Donald Tramp İlham Əliyevin Şuşa Forumundakı çıxışı ilə bağlı paylaşım etdi - FOTO
  • Dünən, 11:51
    Fələstinin Baş naziri Bakıda Zəfər parkını ziyarət etdi
  • Dünən, 11:24
    Azərbaycanda 37 fələstinli tələbə təhsil alır
  • Dünən, 11:20
    İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi
  • Dünən, 11:14
    İlham Əliyev "John Deere" şirkətinin nümayəndə heyətini qəbul edib - FOTO
  • Dünən, 09:18
    Neft bazarında SON DURUM – Qiymətlər belə dəyişdi
Daha çox
11-07-2026, 22:02
Prezident: Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir
14-07-2026, 16:00
Ermənistanda pasportlarının Türkiyədə çapı iddiaları - QALMAQAL
13-07-2026, 16:00
Bakı BUNU bacardı: İsrail onları MƏYUS etdi – Revanşistlər ŞOKDA
15-07-2026, 16:00
Tramp: Hücumlar Tehran Ağ Evin şərtlərini qəbul edənədək davam edəcək
14-07-2026, 12:29
IV Şuşa Qlobal Media Forumu başa çatıb
14-07-2026, 14:05
Prezidentlər bir-birinə bunları hədiyyə etdi - Video
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 399 05 04
  • E-mail: ofis@patriot.az
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə