• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

QHT Agentliyinin “Məlahətli Ana” seçimi -Dövlət suverenliyi necə təhlil edilir?

cemiyyet

21-01-2026, 10:00

QHT Agentliyinin “Məlahətli Ana” seçimi -Dövlət suverenliyi necə təhlil edilir?


Əgər açıq qrant layihəsidirsə və dövlət vəsaiti hesabına maliyyələşibsə, nəticələr haradadır və kim üçündür?

Yenixeber.org: QHT-lərə Dövlət Dəstəyi Agentliyinin 2025-ci il qrant müsabiqəsi bir daha göstərdi ki, qurumun səsləndirdiyi pafoslu bəyanatlarla real qərarları arasında dərin uçurum mövcuddur. Agentlik rəsmiləri hər fürsətdə Nazirlər Kabinetinin təsdiq etdiyi qrant qaydalarına istinad edərək iddia edirlər ki, qrantlar yalnız QHT-lərin məqsəd və vəzifələrinə uyğun, onların əvvəlki təcrübəsi və digər tələblər nəzərə alınmaqla verilir. Lakin müsabiqənin nəticələri bu iddiaların ən yaxşı halda formal, ən pis halda isə ictimaiyyəti aldatmağa hesablandığını göstərir.

Adı ilə məzmunu uyğun gəlməyən layihələr – sistemli problem

2025-ci il qrant siyahısına nəzər salmaq kifayətdir ki, Agentliyin “ciddi təhlil” iddialarının nə qədər boş olduğu üzə çıxsın. Onlarla QHT var ki, nə təşkilatın adı, nə nizamnamə məqsədi, nə də əvvəlki fəaliyyəti maliyyələşdirilən layihənin mövzusu ilə uyğun gəlir. Bu isə artıq təsadüf yox, sistemli səriştəsizliyin göstəricisidir.

Absurd nümunə: Uşaq təşkilatına “ərazi bütövlüyünün təhlili”

Bu mənzərənin ən bariz nümunələrindən biri “Məlahətli Ana” Uşaqlara Yardım İctimai Birliyidir. QHT-lərə Dövlət Dəstəyi Agentliyi bu təşkilatın “Ərazi bütövlüyünün və suverenliyinin bərpası prosesinin təhlili” adlı layihəsinə 8 000 manat qrant ayırıb.

Əvvəlcə layihənin adına baxaq. Layihənin adı birbaşa natamamdır, qeyri-müəyyəndir və peşəkar redaktədən keçmədiyi açıq-aşkar görünür. Hansı ərazi? Hansı suverenlik? Hansı bərpa prosesi? Sözsüz ki, biz bilirik söhbət ölkəmizdən gedir. Amma kənar bir şəxs oxuduqda söhbətin nədən getdiyini anlamayacaq. Agentlik bu qədər strateji mövzuda olan bir layihənin adını belə dəqiqləşdirməyə ehtiyac duymayıbsa, layihənin məzmunu necə qiymətləndirilib?

Daha ciddi sual: bu layihəni kim, hansı səriştə ilə icra edəcək?

“Məlahətli Ana” Uşaqlara Yardım İctimai Birliyi uzun illərdir uşaqlarla bağlı sosial və humanitar layihələrlə məşğul olur. Bu fakt açıq mənbələrdə də təsdiqini tapır. İndi isə birdən-birə təşkilat dövlətin ərazi bütövlüyü və suverenliyinin bərpası kimi son dərəcə mürəkkəb, siyasi-hüquqi və analitik yanaşma tələb edən bir mövzunun “təhlili” ilə məşğul olur(?)

Haqlı suallar ortaya çıxır:

Təşkilatın bu sahədə nə təcrübəsi var?
Layihəni icra edən şəxslər hansı elmi, hüquqi və ya analitik bazaya malikdir?
QHT-lərə Dövlət Dəstəyi Agentliyi bu uyğunluğu necə və kim vasitəsilə yoxlayıb? Yoxsa, ümumiyyətlə yoxlamayıb?
Bəyanatlarla reallıq arasında rüsvayçı ziddiyyət!

Agentlik rəsmiləri tədbirlərdə “layihələrin təşkilatların məqsədlərinə uyğunluğu ciddi yoxlanılır” deməkdən yorulmurlar. Lakin faktlar göstərir ki, bu yoxlama ya kağız üzərində aparılır, ya da ümumiyyətlə aparılmır. Əks halda uşaq təşkilatına “suverenlik prosesinin təhlili” kimi bir layihə necə keçə bilərdi?

Bu vəziyyətdə artıq söhbət təkcə təcrübəsizlikdən getmir. Bu, ya qeyri-peşəkar ekspert qiymətləndirməsinin, ya formalist yanaşmanın, ya da məsuliyyətsiz qərarvermənin nəticəsidir.

Məsuliyyəti kim daşıyır?

Ən narahatedici məqam isə budur: bu cür qərarların arxasında konkret məsul şəxslər var, lakin məsuliyyət anlayışı Agentliyin qrant siyasətində görünmür. Ekspertlər kimdir? Onların səriştəsi necə müəyyən edilir? Bu uyğunluq meyarlarını kim nəzarətdə saxlayır?

Bu suallar cavabsız qaldıqca, QHT sektorunda şəffaflıqdan, ədalətli rəqabətdən danışmaq sadəlövhlükdür.

QHT-nin təhlili hardadır?
Yenixeber.org olaraq sözügedən layihənin nəticələri ilə tanış olmaq üçün geniş araşdırma apardıq. Açıq mənbələr, media, Agentliyin saytı, sosial platformalar - heç bir yerdə hər hansı materiala rast gəlinmədi. Nə hesabat var, nə təqdimat, nə də ictimai müzakirə.

Bu zaman məntiqi və son dərəcə ciddi suallar yaranır:

· Bu “təhlil” ümumiyyətlə aparılıbmı?

· Aparılıbsa, niyə ictimaiyyətə açıqlanmayıb?

· Bu layihə məxfi xarakter daşıyırmı?

· Əgər açıq qrant layihəsidirsə və dövlət vəsaiti hesabına maliyyələşibsə, nəticələr haradadır və kim üçündür?

Problem QHT-də yox, Agentliyin özündədir!

Bir daha vurğulayaq: məsələ “Məlahətli Ana” Uşaqlara Yardım İctimai Birliyində deyil. Problem QHT-lərə Dövlət Dəstəyi Agentliyinin öz funksiyasını necə yerinə yetirməsindədir. Agentlik bu cür qərarlarla həm dövlət vəsaitinin səmərəliliyinə kölgə salır, həm də QHT sektorunu ictimaiyyət qarşısında gözdən salır.

Əgər QHT-lərə Dövlət Dəstəyi Agentliyi bu yanaşmanı davam etdirəcəksə, onda verdiyi bütün bəyanatlar sadəcə pərdə, qrant müsabiqələri isə formallıq təsiri bağışlayacaq.

İctimai vəsaitin taleyi bu qədər məsuliyyətsiz yanaşmaya qurban verilə bilməz. Cəmiyyətin Agentlikdən tələb etdiyi tək şey var: şəffaflıq, peşəkarlıq və cavabdehlik. Bunlar olmadıqda isə tənqid qaçılmazdır.(Yenixeber.org)

Yazıda adları hallanan tərəflərin cavab haqqını tanıyırıq.


Oxunub: 480
Paylaş:
Digər xəbərlər

cemiyyet

24-11-2025, 12:30

63 özəl bağçada ödənişə güzəşt ediləcək - SİYAHI

siyaset

19-04-2021, 12:20

İlham Əliyev fərman imzaladı: Yeni agentlik yaradılır

iqtisadiyyat

11-01-2021, 10:29

SOCAR Türkiyə NEFERTITI layihəsi üzrə qrant müqaviləsini mart ayında imzalayacaq

gundem / cemiyyet

29-08-2019, 11:51

Azərbaycanda bu dövlət idarələri LƏĞV EDİLİR

gundem / siyaset

6-05-2019, 16:33

Elçin Şıxlı: “Əgər dedikləri düz olsa, istefa ərizəmi yazıb gedərəm”

Şou Biznes
“Maşın” şou yenidən başlayır - Foto
Rəşad Dağlı azadlığa buraxılıb? - AÇIQLAMA
Mustafa Ceceli və digər məşhur simalar saxlanıldı
Türkiyə millisinə yeni himn bəstələyəcək
"Mənim gücüm olsaydı eləsinin nəslini süpürərdim"
Hasan Can Kaya və “Reynmen” saxlanıldı
Cəmiyyət
Dünən, 10:12
Piyada günahkardırsa, sürücü niyə cəzalanır? — AÇIQLAMA
Dünən, 08:24
Pulda və eşqdə bəxtləri gətirəcək BÜRCLƏR
5-06-2026, 14:22
İşıqpulu çox gəlirsə, bu cihaza diqqət edin
5-06-2026, 13:11
Onlar belə maaş alacaqlar
5-06-2026, 11:36
Bu şəxslər hərbi xidmətə çağırılan zaman imtiyazlar veriləcək
5-06-2026, 11:21
Əmlak sığortasının yenidən məcburi fazaya keçirilməsi vacibdir-deputat
Kriminal
18-05-2026, 09:41
Sabirabadda ağır qəza - 3 ölü, 8 yaralı
7-04-2026, 09:32
Tovuzda 19 yaşlı qız oğurlandı - 4 nəfər tutuldu
2-04-2026, 09:32
Bakıda ər-arvad bıçaqlandı - 18 yaşlı övladları tutuldu
Son xəbərlər
  • Dünən, 10:12
    Piyada günahkardırsa, sürücü niyə cəzalanır? — AÇIQLAMA
  • Dünən, 08:53
    Zelenskinin Putinə yazdığı o məktub - TAM MƏTN
  • Dünən, 08:48
    Ermənistan MSK Karapetyanın seçki bloku ilə bağlı qərar verdi
  • Dünən, 08:37
    Tesla xidmətə cəlb olundu
  • Dünən, 08:33
    Kilsə ilə separatçılar birləşdi – TƏHLÜKƏ
  • Dünən, 08:24
    Pulda və eşqdə bəxtləri gətirəcək BÜRCLƏR
  • Dünən, 08:16
    İran ABŞ bazalarını hədəf aldı
  • Dünən, 08:11
    Süni intellekt “super peyvənd” hazırladı
  • 5-06-2026, 20:17
    AAYDA-nın sədr müavinləri işdən çıxarıldı - Sərəncam
  • 5-06-2026, 16:00
    Dünyanı lərzəyə gətirən terror zərbəsi: Omanın nəhəng neft terminalında dəhşətli partlayış
  • 5-06-2026, 15:30
    Marketlərdə satılan bu UCUZ MƏHSUL ciddi problemin dərmanı imiş
  • 5-06-2026, 15:28
    Vətəndaşlarımızın öldüyü gəminin - Videosu
  • 5-06-2026, 15:23
    Su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib - SƏRƏNCAM
  • 5-06-2026, 14:29
    Prezidentdən Azərbaycan Minifutbol Federasiyası ilə bağlı Sərəncam
  • 5-06-2026, 14:22
    İşıqpulu çox gəlirsə, bu cihaza diqqət edin
  • 5-06-2026, 13:11
    Onlar belə maaş alacaqlar
  • 5-06-2026, 12:48
    Prezidentin sosial şəbəkə hesablarında Ümumdünya Ətraf Mühit Günü ilə bağlı paylaşım edilib
  • 5-06-2026, 11:36
    Bu şəxslər hərbi xidmətə çağırılan zaman imtiyazlar veriləcək
  • 5-06-2026, 11:21
    Əmlak sığortasının yenidən məcburi fazaya keçirilməsi vacibdir-deputat
  • 5-06-2026, 11:17
    Son DƏQİQƏ! İsrail Livanda tutduğu mühüm məntəqəni Livan ordusuna təhvil verdi
  • 5-06-2026, 11:13
    Sürücülərin 20 bal problemi parlamentə çıxdı
  • 5-06-2026, 10:39
    Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası başlayıb
  • 5-06-2026, 10:29
    Paşinyandan şok etiraf: ATƏT MQ yaradılmışdı ki, Qarabağ münaqişəsi həll edilməsin
  • 5-06-2026, 10:13
    Paşinyan: KTMT-dən çıxacağıq, Lukaşenkoya bir daha imkan vermərik ki...
  • 5-06-2026, 10:07
    Azərbaycan yığması yoldaşlıq matçında Malta ilə üz-üzə gələcək
  • 5-06-2026, 09:51
    Zeynəb Cavadlı eks-ərinin şikayəti əsasında saxlanılıbmış
  • 5-06-2026, 09:24
    Prezident millimizi qələbə münasibətilə təbrik etdi
  • 5-06-2026, 09:00
    Avtobus və metrodan istifadə edənlərə ŞAD XƏBƏR
  • 5-06-2026, 08:53
    Tokayev Qazaxıstan prezidenti haqqında qanunu imzaladı
  • 5-06-2026, 08:48
    DTX-də kibertəhqiqat istiqaməti fəaliyyətə başladı
  • 5-06-2026, 08:41
    "Bitcoin" kəskin ucuzlaşdı
  • 5-06-2026, 08:35
    Bu gündən Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri başlayır
  • 5-06-2026, 08:28
    Azərbaycanın minifutbol millisi Avropa çempionu olub
  • 4-06-2026, 16:00
    Atəş açılıb, PUA qaldırılıb, ölən var - DSX SƏRHƏDLƏ BAĞLI MƏLUMAT YAYDI
  • 4-06-2026, 15:30
    Vaşinqtonun yeni Bakı strategiyası - sülhdən əvvəl investisiya
Daha çox
1-06-2026, 07:03
Cgg
Dünən, 10:12
Piyada günahkardırsa, sürücü niyə cəzalanır? — AÇIQLAMA
2-06-2026, 16:00
Kremlin kabusu reallaşır: Nüvə aviasiyası Rusiyaya YAXINLAŞIR
3-06-2026, 16:00
Sabah 31 dərəcə isti olacaq
1-06-2026, 20:47
Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıb
5-06-2026, 20:17
AAYDA-nın sədr müavinləri işdən çıxarıldı - Sərəncam
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 399 05 04
  • E-mail: ofis@patriot.az
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə