• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

Kreml İrəvana erməni kilsəsindən hücuma keçib: Rusiya Cənubi Qafqaz üçün yeni xaos ssenarisi yazır

dunya

10-12-2025, 09:00

Kreml İrəvana erməni kilsəsindən hücuma keçib: Rusiya Cənubi Qafqaz üçün yeni xaos ssenarisi yazır


Cənubi Qafqazda hazırda taleyüklü proseslər tədricən həlledici mərhələyə yaxınlaşır, Bakı-İrəvan dialoqu yenidən formatlanır, Ermənistan daxilində siyasi-ideoloji təsir qüvvələri parçalanır və Rusiyanın ənənəvi regional manipulyasiya mexanizmləri öz əhəmiyyətini itirir... Ona görə də, Cənubi Qafqaz hazırda yeni tarixi dövrün “qapı”sındadır, bu proseslər regionu ya uzunmüddətli sabitliyə aparacaq, ya da Ermənistan daxilindəki siyasi-ictimai böhranlar bölgədə yeni qeyri-sabitlik dövrünü başladacaq...
Cənubi Qafqazda güc balansının ciddi şəkildə dəyişməsi Azərbaycan və Ermənistan arasında ənənəvi xarakter daşıyan hərbi-siyasi qarşıdurmanın nicbətən yumşalmasına yol açıb. Ümumiyyətlə isə hazırda bu regionda eyni vaxtda üç paralel prosesin cərəyan etdiyi müşahidə olunur. Belə ki, Azərbaycan-Ermənistan münasibətləri normallaşmaya doğru yönəlib, Ermənistanda erməni kilsəsi-dövlət böhranı dərinləşməkdə davam edir və Kreml Cənubi Qafqazda Rusiyanın ciddi şəkildə zəifləmiş mövqelərini bərpa etmək üçün cəhdlər göstərir.

Onu da qeyd etmək lazımdır ki, hazırda Cənubi Qafqazda Azərbaycan və Ermənistanın oxşar narrativləri ön plana çıxartmağa başlaması regionda yeni geopolitik reallığı yarandığını biruzə verir. Belə ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın açıqlaması məzmun etibarilə Cənubi Qafqazda müşahidə edilən geopolitik transformasiyanın əsas konturlarını ortaya çıxarır. Erməni siyasətçi açıq şəkildə etiraf edir ki, əgər, cəmisi bir-iki il əvvəl Azərbaycan və Ermənistan kəskin ziddiyyətlərə bağlı narrativləri müzakirə edirdilərsə, indi artıq çox sayda oxşar geopolitik tezislərə mailkdirlər.

Əslində, Armen Qriqoryanın bu açıqlaması formal diplomatik mövqedən daha çox konkret reallığa bağlı məqamlara işarə edir. Yəni, Ermənistan artıq Azərbaycanla ənənəvi qarşıdurmadan imtina edərək, tədricən Qərbə inteqrasiya strategiyasına uyğun praqmatik siyasi xəttə keçib. Üstəlik, bu praqmatik siyasi xətt rəsmi İrəvana Ermənistanı Rusiyanın təsir dairəsindən uzaqlaşdıraraq, yeni siyasi-diplomatik hədəflərə yönəlmək imkanları açıq. Və Kreml üçün əlavə geopolitik itkilərlə müşayiət olunan prosesə çevrilməkdədir.

Məsələ ondadır ki, Paşinyan hakimiyyəti son vaxtlar Ermənistanın KTMT-də fəaliyyətini faktiki olaraq, dayandırıb, rəsmi İrəvan Rusiya ilə hərbi-siyasi koordinasiyanı azaldıb, yaxın gələcək üçün real nəticə göslənilməsə belə, Avropa Birliyinə üzvlük prosesinə start verib, ABŞ və Fransa ilə təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirib. Bu xarici siyasət kursu isə istənilən halda, Ermənistanı təməli olmayan “maksimalist ritorika”dan uzaqlaşdıraraq, Azərbaycanla sülh danışıqlarında daha realist və mövcud situasiyaya uyğun mövqe tutmağa məcbur edir. İkinci Qarabağ savaşının nəticələrinə bağlı regional situasiyanın geopolitik reallığı isə tərəfləri bir çox məsələdə paralel mövqeyə yaxınlaşdırır. İndi hər iki tərəf üçün sərhədlərin delimitasiyası, nəqliyyat-kommunikasiya xətlərinin açılması və regionda uzunmüddətli sabitlik axtarışları əsas prioritetlər sayılır.

Maraqlıdır ki, hazırda rəsmi İrəvan üçün əsas problemlər və təhlükə qaynaqları məhz Ermənistan daxilində cəmləşib. Hər halda, Paşinyan hakimiyyəti növbəti parlament seçkilərinə qədər erməni kilsəsi ilə “soyuq müharibə”ni öz xeyrinə olan nəticələrlə yekunlaşdırmağa çalışmalı olacaq. Çünki Ermənistan daxilində gedən siyasi-ictimai proseslər regional sülh gündəmi üçün də ən həssas problemə çevrilib. Ermənistan baş naziri Nikol Paşinyanın Şirak bölgəsinə səfəri zamanı erməni kilsəsinin icazəsi olmadan keçirilən “alternativ ayin” mərasimi ölkədə onsuz da gərgin olan münasibətləri artıq “qırılma həddi”nə gətirib.

Məsələ ondadır ki, Eçmiədzin Paşinyan hakimiyyətinin erməni keşişlər arasında artıq parçalanmaya nail olmasına sərt reaksiya verir, müqavimət göstərməyə çalışır. Belə ki, erməni kilsəsi dini ayinlərinin Paşinyan hakimiyyəti tərəfindən manipulyasiya edilməsini yolverilməz davranış kimi pisləyib, erməni keşişlərə “nizam-intizama qayıtmaq” çağırışı edib. Baş nazir Nikol Paşinyana yaxın kilsə qruplarının aktivləşməsini “paralel struktur” yaratmaq cəhdi kimi dəyərləndirib.

Təbii ki, erməni kilsəsi bu çağırışlarla, Paşinyan hakimiyyətinə açıq şəkildə qarşıdurma mesajı göndərir. Xüsusilə də, dövlətin dini sferaya müdaxiləsinin yalnız kanonik qaydaların pozulması deyil, həm də milli kimliyə qarşı təhdid olduğunu qabartmağa çalışır. Yəni, bu, sadəcə, siyasi-ideoloji münaqişə deyil. Çünki kilsə həmişə erməni toplumu üçün əsas terror istiqamətli ideoloji yönləndirmə mərkəzi rolunu oynayıb. Və indi Paşinyan hakimiyyətinin erməni kilsəsinə açıq hücumları faktiki olaraq, erməni toplumunu yönləndirmə sisteminin yenidən qurulması deməkdir.

Onu da qeyd etmək lazımdır ki, uzun müddət davam edən bu “soyuq savaş”da erməni kilsəsinin niyə məhz bu mərhələdə kəskin şəkildə hərəkətə keçməsi müəyyən suallar doğurmaqdadır. Cavabların isə birmənalı şəkildə Kremli işarə etməsi qətiyyən təsadüfi deyil. Belə ki, Ermənistan Rusiyanın nəzarət dairəsindən uzaqlaşdıqca, Kreml rəsmi İrəvana qarşı alternativ “təsir alətləri” axtarır. Onların sırasındasa, erməni kilsəsi, radikal-revanşist müxalifət düşərgəsi, erməni oliqarxiyası və xüsusi xidmət servislərindəki köhnə elita yer alır.

Ermənistanın 2023-2025 illər dövründə strateji cəhətdən Rusiyadan sürətlə uzaqlaşması Kremli ciddi şəkildə narahat edir. Belə ki, Kreml Azərbaycana qarşı əsas təsir mexanizmi olan “Qarabağ mövzusu” məhrum qalıb, “sülhməramlıları oyunu” boşa çıxıb və regiondakı vasitəçilik rolunu tamamilə itirib. Ona görə də, indi Kreml bu itkiləri kompensasiya etmək üçün Rusiyanın Ermənistandakı ənənəvi daxili dayaqları üzərindən öz təsir mexanizmlərini bərpa etməyə çalışır. Bu baxımdan, son vaxtlar Kremlin Ermənistanda kilsə-dövlət böhranını məhz Qərbin regionda yerləşmək üçün fəallaşdığı, Bakı-İrəvan sülh danışıqlarında ciddi irəliləyişlərin olduğu dövrdə kəskinləşdirməsi qətiyyən təsadüfi deyil. Bu, həm Ermənistanın Qərb kursuna, həm də Cənubi Qafqazda yeni sülh modelinə qarşı Rusiyanın “yumşaq əks-hücum” taktikasıdır.

Məsələ ondadır ki, Kreml Azərbaycan-Ermənistan sülh sazişi imzalanarsa, regionda tamamilə yeni və Rusiya üçün əlverişsiz geopolitik arxitekturanın formalaşacağını anlayır. Belə ki, Ermənistan öz təhlükəsizlik maraqlarını Rusiyaya deyil, məhz Qərbə bağlayacaq, Kremlin bu regionda vasitəçilik monopoliyası bitəcək, Cənubi Qafqazda Rusiyanın “nəzarət xəritəsi” daralacaq, Bakı-İrəvan münasibətlərində “üçüncü tərəfə” ehtiyac qalmayacaq. Bu səbəbdən də Kreml sülh prosesini sürətləndirən hər bir addımı Rusiya üçün ciddi geopolitik risk olaraq görür. Və Ermənistan daxilində gərginliyi artıracaq siyasi-ideoloji faktorları aktivləşdirir, erməni kilsəsi üzərindən oynanılması isə Rusiyanın ənənəvi, sınaqdan çıxmış təsir metodudur.

Göründüyü kimi, Cənubi Qafqazda hazırda taleyüklü proseslər tədricən həlledici mərhələyə yaxınlaşır. Bakı-İrəvan dialoqu yenidən formatlanır, Ermənistan daxilində siyasi-ideoloji təsir qüvvələri parçalanır və Rusiyanın ənənəvi manipulyasiya mexanizmləri öz əhəmiyyətini itirir. Ona görə də, Cənubi Qafqaz hazırda yeni tarixi mərhələnin “qapı”sındadır. Və bu mərhələ Cənubi Qafqazı ya uzunmüddətli sabitliyə aparacaq, ya da Ermənistan daxilindəki siyasi-ictimai böhranlar regionda yeni qeyri-sabitlik dövrü başladacaq.(musavat.com)

Oxunub: 650
Paylaş:
Digər xəbərlər

dunya

20-11-2025, 09:00

ABŞ Qafqazın yenidən dizayn edilməsində israrlıdır: Ağ Ev Rusiyanın Türk İttifaqı ilə əvəzlənməsini dəstəkləyir

siyaset

2-09-2025, 09:00

Azərbaycan Minsk Qrupunu birdəfəlik dəfn etdi: Ancaq Rusiya yeni “Qafqaz yürüşü” planı qurur

siyaset

8-08-2025, 11:14

"Sülh gəlsə, Cənubi Qafqaz pul yağışına düşəcək"

siyaset

1-07-2025, 09:00

Rusiya Cənubi Qafqazdan tamamilə çıxarılır: Regionun hər üç “qapı”sı Kremlin üzünə qapadılır

siyaset

25-09-2024, 09:00

Qərbin Qafqazda dağıdıcı "xaos planı" son mərhələyə keçirilib: Kreml İrəvanın "ipini çəkməzsə", Rusiya regionu itirəcək

Şou Biznes
"Hər toydan-şabaşdan pul ayırıb Rəşad Dağlıya göndəririk"
“Maşın” şou yenidən başlayır - Foto
Rəşad Dağlı azadlığa buraxılıb? - AÇIQLAMA
Mustafa Ceceli və digər məşhur simalar saxlanıldı
Türkiyə millisinə yeni himn bəstələyəcək
"Mənim gücüm olsaydı eləsinin nəslini süpürərdim"
Cəmiyyət
Bu gün, 13:11
Pensiyalar nə vaxt ödəniləcək?
Bu gün, 13:04
Azərbaycan və İran Araz çayının su ehtiyatları ilə bağlı razılığa gəldi - FOTO
Bu gün, 09:20
Eldar Əzizov yola salınır?
Bu gün, 08:46
Azərbaycanda gələn ildən yeni xidmət tətbiq edilə bilər
Dünən, 10:11
Tbilisiyə yeni biletlər satışa çıxarıldı
Dünən, 09:37
Dövlət qurumları üçün xidməti parklanma ilə bağlı - Qərar
Kriminal
18-05-2026, 09:41
Sabirabadda ağır qəza - 3 ölü, 8 yaralı
7-04-2026, 09:32
Tovuzda 19 yaşlı qız oğurlandı - 4 nəfər tutuldu
2-04-2026, 09:32
Bakıda ər-arvad bıçaqlandı - 18 yaşlı övladları tutuldu
Son xəbərlər
  • Bu gün, 16:00
    Ermənistana böyük ZƏRBƏ: Rusiya İrəvanı bu iki ölkə ilə əvəzlədi
  • Bu gün, 15:30
    Tramp: “Hörmüz boğazına ABŞ nəzarət edir, İran uduzub”
  • Bu gün, 14:22
    Ermənistanda seçkidən sonra təmizləmə ƏMƏLİYYATI BAŞLADI
  • Bu gün, 13:11
    Pensiyalar nə vaxt ödəniləcək?
  • Bu gün, 13:04
    Azərbaycan və İran Araz çayının su ehtiyatları ilə bağlı razılığa gəldi - FOTO
  • Bu gün, 11:49
    Nərimanovda baş verən yanğın söndürülüb - YENİLƏNİB
  • Bu gün, 11:44
    Prezident Vuçiç istefaya hazırlaşır
  • Bu gün, 10:48
    Rusiyada miqrantlar üçün rüsumlar 5-12 dəfə artırıldı
  • Bu gün, 10:44
    70 minlik qızıl oğurladığı evin sahibinin gödəkçəsini geyinib qaçdı - Video
  • Bu gün, 10:38
    17 il sonra İLK - Bakı GÜNDOĞAN ölkəni yenidən “kəşf edir”
  • Bu gün, 10:31
    Əsgərin ölüm işində yeni fakt üzə çıxdı–Xəstə olduğundan andiçmə mərasiminə belə qatılmayıbmış
  • Bu gün, 10:25
    TƏCİLİ: Ermənistanda zəlzələ oldu, Naxçıvanda hiss edildi
  • Bu gün, 09:20
    Eldar Əzizov yola salınır?
  • Bu gün, 09:15
    Bakı-Qəbələ-Bakı qatarı Ucarda da dayanacaq
  • Bu gün, 09:11
    SON DƏQİQƏ! ŞOK ƏMƏLİYYAT: Bu məşhurlar SAXLANILDI
  • Bu gün, 09:00
    “Galendewagen”lə insident törədən sürücüyə cəza verildi
  • Bu gün, 08:59
    Bakıda dəyişkən iş qrafikinə keçiləcək
  • Bu gün, 08:55
    Xərçəngə qarşı dünyada bir ilk - Yeni peyvənd hazırlandı
  • Bu gün, 08:50
    Bir aydan çox daha erkən oyanacağıq... - DÇ başlayır
  • Bu gün, 08:46
    Azərbaycanda gələn ildən yeni xidmət tətbiq edilə bilər
  • Bu gün, 08:40
    Zakir Həsənov Pakistana başsağlığı verib
  • Bu gün, 08:36
    Gəncədə kütləvi dava - Xəsarət alanlar var
  • Bu gün, 08:32
    Tramp: ABŞ İrandan milyonlarla barel neft çıxarıb
  • Bu gün, 08:28
    39 yaşlı ulduz dayanmaq bilmir - 1957-ci ildən qalan rekordu təzələdi
  • Bu gün, 08:23
    Dənizkənarı istirahət mərkəzləri soyuq havalara görə boş qalıb
  • Dünən, 20:33
    "Vətəndaşların müraciətləri haqqında" Qanuna dəyişiklik edilib
  • Dünən, 20:29
    Bu institut ləğv edilir - Qərar
  • Dünən, 19:00
    Türkiyədən yeni addım: Ermənistanla bağlı bəyanat dəyişdirildi
  • Dünən, 15:30
    Ermənistanı zəncirdən xilas etmək istəyən erməni
  • Dünən, 14:22
    Sülh sazişinə “ev sahibliyi” uğrunda rəqabət qızışır
  • Dünən, 12:29
    “Qarabağ”ın rəqiblərinin adları bəlli oldu - “Ferentsvaroş”la qarşılaşacaq
  • Dünən, 12:25
    Zakir Həsənov Serbiyadadır - Fotolar
  • Dünən, 12:20
    Yaponiya hərbi büdcəni artırır, Cənubi Qafqaza yaxınlaşır – Bakı üçün yeni imkanlar
  • Dünən, 11:21
    Prezident portuqaliyalı həmkarını təbrik edib
  • Dünən, 11:17
    İran türkmən şəhəri Ərbili vurdu
Daha çox
6-06-2026, 10:12
Piyada günahkardırsa, sürücü niyə cəzalanır? — AÇIQLAMA
8-06-2026, 16:00
Fransa Cənubi Kiprdə qoşun yerləşdirəcək - Saziş bu gün imzalanır
6-06-2026, 08:11
Süni intellekt “super peyvənd” hazırladı
6-06-2026, 08:16
İran ABŞ bazalarını hədəf aldı
5-06-2026, 20:17
AAYDA-nın sədr müavinləri işdən çıxarıldı - Sərəncam
6-06-2026, 08:24
Pulda və eşqdə bəxtləri gətirəcək BÜRCLƏR
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 399 05 04
  • E-mail: ofis@patriot.az
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə