• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

ABŞ Rusiya və Çin üçün yeni “savaş labirinti” yaradır: NATO isə Avropada “hərbi Berlin divarı”nı bərpa edir

dunya

4-11-2025, 09:15

ABŞ Rusiya və Çin üçün yeni “savaş labirinti” yaradır: NATO isə Avropada “hərbi Berlin divarı”nı bərpa edir


ABŞ prezidenti Donald Trampın “biznes və güc siyasəti” beynəlxalq təhlükəsizlik sistemdə tamamilə yeni reallıqlar doğurmağa başlayıb... Rusiya sanksiyaların təzyiqi altında Çinə və Qlobal Cənub ölkələrinə yönəlsə də, rəsmi Pekinin ehtiyatlılıq strategiyası səbəbindən bu istiqamətin davamlılığı hələlik ciddi sual altındadır...

"Yeni Müsavat" xəbər verir ki, dünyanın yenidən bölüşdürülməsinə yönəlik proses həlledici mərhələyə yaxınlaşmış kimi görünür. Ona görə də, hazırda ABŞ, Çin və Rusiya arasında kəskin ziddiyyətlər daha da dərinləşməkdədir. Xüsusilə də, hərbi-siyasi istiqamətlərə paralellik təşkil edən iqtisadi-ticari sövdələşmə cəhdləri maraq toqquşmaları ilə müşayiət olunmaqdadır. Və bu baxımdan, dünyanın üç nəhəng dövləti arasında yaxın gələcəkdə anlaşma ehtimalı o qədər də inandırıcı görünmür.

Onu da qeyd etmək lazımdır ki, ABŞ prezidenti Donald Tramp qlobal düzənin yenidən qurulması prosesinə ilk növbədə iqtisadi-ticari faktirlar üzərindən təmas etməyə üstünlük verir. Onun son vaxtlar Rusiya prezidenti Vladimir Putin barədə açıqlamaları da məhz analoji məzmunlu mesajlarla diqqəti çəkir. Belə ki, Ağ Ev sahibi hesab edir ki, “Putin həqiqətən də ABŞ-la biznes qurmaq və Rusiya üçün çoxlu pul qazanmaq istəyir”. Elə bu fikirlər də prezident Donald Trampın xarici siyasətdə iqtisadi alətlərə və praqmatizmə üstünlük verdiyini təsdiqləyir. Onun Rusiya və Çin liderlərini “sərt və ağıllı liderlər” kimi təsvir etməsi, ABŞ-ın həm Rusiya, həm də Çinlə münasibətlərində realist, eyni zamanda, balanslı siyasət xəttinin ön planda olduğunu göstərir.

Məsələ ondadır ki, Ağ Ev sahibi Donald Trampın qənaətinə görə, “Çin və Rusiya liderləri ilə zarafat etmək olmaz, onlara ciddi yanaşmaq lazımdır”. Belə yanaşma tərzi Tramp administrasiyasının həm təhlükəsizlik baxımından, güc balansını qəbul etməyə, həm də rəqabətə baxmayaraq, dialoq imkanlarının da qorunub, saxlanılmasına daha çox üstünlük verdiyini göstərir. Hər halda, prezident Donald Trampın nüvə silahı ilə bağlı son açıqlamaları Ağ Evin qlobal güc balansının mövcudluğunda maraqlı olduğunu biruzə verir. Belə ki, Ağ Ev sahibi Rusiyanın və digər ölkələrin də nüvə sınaqları keçirdiyini vurğulayaraq, qeyd edib ki, “Biz baxmalıyıq, nüvə silahımız yararlı vəziyyətdədir, ya yox... Çünki ABŞ-ın digər bütün ölkələrdən daha çox nüvə silahı var”.

Maraqlıdır ki, ABŞ prezidenti Donald Tramp təhlükəli nüvə ritorikasına paralel olaraq, enerji bazarlarında da gərginliyi artıran addımlar atmaqdadır. Belə ki, ABŞ-ın Rusiyaya məxsus “Lukoil”, “Rosneft” və onların müştərilərinə qarşı tətbiq etdiyi sanksiyalar Çinin enerji sektorunda real təsirlər doğurub. Qərb mətbuatının məlumatına görə, Çinin neft emalı nəhəngləri olan “Sinopec” və “PetroChina” şirkətləri Rusiya neftinin bir hissəsinin qəbulundan imtina ediblər. Bəzi özəl zavodlar isə ABŞ-ın birbaşa analoji sanksiyalarına məruz qala biləcəklərindən ehtiyat edir.

Təbii ki, bu sanksiya tətbiqi ilə bağlı prosesin nəticəsində Rusiya xam neftinin tanınmış VSTO markasının dünya bazarlarında qiymətləri kəskin aşağı enib. Beynəlxalq analitik şirkət olan “Rystad Energy” hesab edir ki, Çinə göndərilən Rusiya neftinin həcmi təxminən 45 faiz azalıb və bu, Kreml üçün gündəlik 400 min barel həcmində itki deməkdir. Və belə vəziyyət Rusiya üçün həm ixrac gəlirlərinin ciddi şəkildə azalması, həm də öz əsas enerji tərəfdaşı olan Çindən iqtisadi asılılığının daha da mürəkkəbləşməsi ilə nəticələnə bilər.

Onu da qeyd etmək lazımdır ki, Ukrayna prezidenti Volodimir Zelenski ABŞ və Qərbin Rusiyaya qarşı yeni sanksiyalarını Kreml üçün “tarixi zərbə” kimi qiymətləndirib. Onun sözlərinə görə, məhdudiyyətlərin Rusiya üçün iqtisadi təsirləri hər il ən azı 50 milyard dollarlıq vəsaitin itirlməsi ilə müşayiət olunacaq. Ukrayna liderinin bu açıqlaması Rusiyaya qarşı həm iqtisadi-ticari, həm də siyasi-psixoloji təzyiq funksiyasını daşıyır. Yəni, kollektiv Qərb daxilində birliyin qorunması və ümumi ictimai rəyin dəyişməz saxlanması üçün prezident Volodimir Zelenskinin Rusiya ilə bağlı belə neqativ rəqəmləri ön plana çəkməsi qətiyyən təsadüfi deyil. Halbuki, iqtisadi reallıqda sanksiyaların tam təsiri Rusiya-Çin enerji münasibətlərinin gələcək istiqamətlərindən birbaşa asılı olacaq.

Digər tərəfdən isə hərbi müstəvidə NATO rəhbərliyindən verilən bəzi bəyanatlar əslində, kollektiv Qərbin strateji dilemmasını da üzə çıxarır. Belə ki, bu hərbi-siyasi alyansın komitə sədri, admiral Cüzeppe Kavo Draqone BBC-yə müsahibəsində Ukraynada döyüş əməliyyatlarının artıq çıxılmaz vəziyyətə düşdüyünü vurğulayıb. Onun fikrincə, indi danışıqlar masasına oturmaq vaxtıdır, çünki Ukrayna savaşı insanların həyatının mənasız itkisinə səbəb olur”. Eyni zamanda, admiral Dragone onu da vurğulayıb ki, NATO Ukraynanı “dayanıqlı sülhün təmin olunacağı günə qədər” dəstəkləməkdə davam edəcək. Və bu, alyansın mövqeyində “hərbi dəstək və diplomatiya” tandeminin daha ön plana çıxdığını göstərir.

Maraqlıdır ki, admiral Dragone NATO-nun əsas prioritetlərindən birinin məhz hava hücumundan müdafiə (HHM) və şərq sərhədlərində “dron divarı”nın qurulması olduğunu bildirib. NATO-nun Transformasiya üzrə Birləşmiş Komandanlığının artıq bu istiqamətdə fəaliyyət göstərməsi isə Avropanın indi öz hərbi infrastrukturunu müstəqil şəkildə gücləndirməyə hazırlaşdığını göstərir. Və bu hərbi-strateji addımlar həm Rusiya ilə uzunmüddətli qarşıdurma ehtimalına hazırlıq, həm də ABŞ-dan asılılığın tədricən azaldılması məqsədi daşıyır.

Bu baxımdan, qlobal geopolitik proseslərin əsasən üç vektor üzrə inkişaf etdiyi müşahidə olunur. Birincisi, hazırda ABŞ-Rusiya-Çin münasibətləri mümkün “biznes diplomatiyası”nın bərpasını gündəmə gətirir, ancaq bu, sanksiyaların sərt reallığı ilə toqquşur. İkincisi, Kreml üçün enerji bazarının daraldılması, xüsusilə də, Çin şirkətlərinin ehtiyatlı davranmaq məcburiyyətində buraxılması Rusiyanın ixrac gəlirlərinə birbaşa və sarsıdıcı zərbələr vurur. Nəhayət, NATO-nun “hava qalxanı” və “dron səddi” konsepsiyaları – yeni “hərbi Berlin divarı” Avropanın özünümüdafiə potensialının ciddi şəkildə artmaqda olduğunu göstərir. Bu üç vektorun bir-birinə qarşılıqlı təsiri isə inkaredilməz reallıqdır. Çünki iqtisadi təzyiqlər Rusiyanın siyasi mövqeyini sərtləşdirir, siyasi gərginlik hərbi riskləri artırır, hərbi risklər isə enerji bazarlarında qeyri-sabitliyə səbəb olur.

Göründüyü kimi, müasir dünya artıq yeni geopolitik balansın formalaşma mərhələsinə daxil olub. ABŞ prezidenti Donald Trampın “biznes və güc siyasəti” beynəlxalq sistemdə yeni reallıqlar doğurur. Rusiya beynəlxalq sanksiyaların təzyiqi altında Çinə və Qlobal Cənub ölkələrinə daha çox yönəlir. Ancaq bu istiqamətin davamlılığı Çinin ehtiyatlı strategiyası səbəbindən hələlik ciddi sual altındadır. NATO isə Ukrayna savaşında hərbi əməliyyatların dalana dirəndiyi mərhələdə Avropanın ümumi təhlükəsizlik infrastrukturunu möhkəmləndirməyə çalışır. Və bu, həm Ukrayna savaşının nəticələri, həm də qlobal enerji balansı baxımından, yeni strateji dövrün başlanğıcını göstərir.

Oxunub: 600
Paylaş:
Digər xəbərlər

dunya

26-09-2025, 09:00

Ərdoğan-Tramp tandeminə qarşı “gizli güc” faktoru: Türkiyə və ABŞ-ın maraqları məhz Yaxın Şərqdə toqquşur

dunya

9-09-2025, 09:00

Tramp-Putin savaşı “qlobal enerji zəlzələsi” törədir: Rusiya Qlobal Cənubu da ABŞ-la toqquşmaya sürükləyir

dunya

9-08-2025, 09:00

Tramp-Putin görüşü dəhşətli hərbi-siyasi ssenarilər vəd edir: Sülh ehtimalı real deyil, qlobal "soyuq savaş" isə qaçılmazdır

siyaset

30-05-2025, 09:11

ABŞ Qafqazda yenə Rusiya ilə savaşa başlayır: Azərbaycan hər iki nəhəngin məğlub olmasında maraqlıdır

siyaset

7-05-2025, 09:11

Tramp Putinlə deyil, Ərdoğanla strateji tandem qurur: Türkiyə və ABŞ yeni qlobal qütb yaradır

Şou Biznes
"Arzum"un şikayətinə baxılacaq məhkəmənin vaxtı məlum oldu
Azərbaycanlı gənc model özündən 45 yaş böyük Dubay şeyxi ilə evləndi – “Mənim üçün əsas olan sevgidir”
ABŞ-yə köçən aparıcı restoranda lavaş bişirir - “Bundan utanmıram”-Video
"Sosial şəbəkədə hoqqa verənləri qəhrəman etmisiniz"
Məşhurluqdan həbsxanaya: Azərbaycanda cinayətlə gündəmə gələn qadınlar
“Arzum”un vəkilləri bu addımı atmağa hazırlaşırlar
Cəmiyyət
Bu gün, 10:14
Nazirlikdən 20 min şəxsin pensiyası ilə bağlı VACİB QƏRAR
Bu gün, 10:11
Mənzil alanların ən çox rastlaşdığı saxtakarlıq - Ali Məhkəmə aydınlıq gətirdi
Bu gün, 10:07
Azərbaycanda nə qədər xarici ölkə vətəndaşı yaşayır?
Bu gün, 10:00
AQTA rəsmisindən arıqlama məhsulları ilə bağlı HƏYƏCAN TƏBİLİ
Bu gün, 08:44
Quzu əti niyə fərqli qiymətlərə satılır?
Dünən, 16:00
KOLBASA həvəskarları oxusun! – QİDA mütəxəssisindən SOS
Kriminal
6-07-2026, 09:38
Ölənlərdən biri sürücünün 7 yaşlı qızıdır - Dəhşətli qəzanın təfərrüatı
24-06-2026, 09:46
Ağcabədidə çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkarlanıb
18-05-2026, 09:41
Sabirabadda ağır qəza - 3 ölü, 8 yaralı
Son xəbərlər
  • Bu gün, 15:30
    Bəşəriyyət məhv olsa... -Dünyanın "qara qutusu" burada tikilir
  • Bu gün, 14:22
    Türkiyə və Rusiya arasında meyvə müharibəsi!
  • Bu gün, 13:11
    Dünya çempionatının final matçı təxirə salına bilər
  • Bu gün, 11:37
    Azərbaycan Prezidenti İrlandiyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
  • Bu gün, 11:32
    Dövlət başçısı Kamboca səfirinin etimadnaməsini qəbul etdi
  • Bu gün, 11:27
    Azərbaycan Prezidenti Oman səfirinin etimadnaməsini qəbul etdi
  • Bu gün, 11:21
    Baş nazir əhali ilə bağlı vacib qərar imzaladı
  • Bu gün, 11:18
    İlham Əliyev yeni səfirin etimadnaməsini qəbul etdi
  • Bu gün, 11:10
    Paytaxt ərazisində oğurluq edən şəxslər saxlanıldı
  • Bu gün, 10:14
    Nazirlikdən 20 min şəxsin pensiyası ilə bağlı VACİB QƏRAR
  • Bu gün, 10:11
    Mənzil alanların ən çox rastlaşdığı saxtakarlıq - Ali Məhkəmə aydınlıq gətirdi
  • Bu gün, 10:07
    Azərbaycanda nə qədər xarici ölkə vətəndaşı yaşayır?
  • Bu gün, 10:00
    AQTA rəsmisindən arıqlama məhsulları ilə bağlı HƏYƏCAN TƏBİLİ
  • Bu gün, 09:57
    Slovakiya Prezidenti: "İlham Əliyevin təklifi ilə dərhal razılaşdım"
  • Bu gün, 09:45
    Məşhur aparıcı saxlanıldı
  • Bu gün, 09:00
    Ermənistandan etiraf: Azərbaycana satmağa...
  • Bu gün, 08:56
    Mehriban Əliyeva məşhur jurnalistin müalicəsinə dəstək oldu
  • Bu gün, 08:52
    ŞOK SORĞU: Dünya artıq Çinə ABŞ-dan daha çox rəğbət bəsləyir
  • Bu gün, 08:44
    Quzu əti niyə fərqli qiymətlərə satılır?
  • Bu gün, 08:35
    Bank sektoru rekord qırdı: Kredit faizləri enəcək?
  • Bu gün, 08:22
    Tramp DÇ-2026-nın finalına qatılacaq
  • Bu gün, 08:18
    İyulun ortasında şaxta və qar: rekord temperatur qeydə alındı
  • Dünən, 16:00
    KOLBASA həvəskarları oxusun! – QİDA mütəxəssisindən SOS
  • Dünən, 15:30
    Məşhur şəhərdə su tükənir: Yeni qadağalar qüvvəyə mindi
  • Dünən, 14:22
    Qaqauziya Türkiyədən dəstək istədi
  • Dünən, 13:33
    Kütləvi zəhərlənmə olan restoran bu vəzifəli şəxsin imiş
  • Dünən, 12:47
    Kiyevdə tarixi RAZILAŞMA: Türkiyə Ukrayna üçün o kritik missiyanı öz üzərinə götürdü
  • Dünən, 12:31
    Deputatdan AÇIQLAMA - "Azərbaycanda pullu insanlara qarşı çox böyük qısqanclıq, paxıllıq var"
  • Dünən, 12:05
    "Arzum"un şikayətinə baxılacaq məhkəmənin vaxtı məlum oldu
  • Dünən, 12:02
    İrəvan Zəngəzur dəhlizi ilə bağlı sazişi təsdiqlədi
  • Dünən, 11:57
    Donald Tramp İlham Əliyevin Şuşa Forumundakı çıxışı ilə bağlı paylaşım etdi - FOTO
  • Dünən, 11:51
    Fələstinin Baş naziri Bakıda Zəfər parkını ziyarət etdi
  • Dünən, 11:24
    Azərbaycanda 37 fələstinli tələbə təhsil alır
  • Dünən, 11:20
    İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi
  • Dünən, 11:14
    İlham Əliyev "John Deere" şirkətinin nümayəndə heyətini qəbul edib - FOTO
Daha çox
11-07-2026, 22:02
Prezident: Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir
14-07-2026, 16:00
Ermənistanda pasportlarının Türkiyədə çapı iddiaları - QALMAQAL
13-07-2026, 16:00
Bakı BUNU bacardı: İsrail onları MƏYUS etdi – Revanşistlər ŞOKDA
15-07-2026, 16:00
Tramp: Hücumlar Tehran Ağ Evin şərtlərini qəbul edənədək davam edəcək
14-07-2026, 12:29
IV Şuşa Qlobal Media Forumu başa çatıb
14-07-2026, 14:05
Prezidentlər bir-birinə bunları hədiyyə etdi - Video
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 399 05 04
  • E-mail: ofis@patriot.az
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə