• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

Yəhudi dindarların Bakıya toplaşmaq səbəbi - MƏQSƏD NƏDİR?

siyaset

8-08-2025, 08:51



Avropalı ravvinlərin ölkəmizə gəlməsi “İbrahim sazişi”nə qoşulmağımızı sürətləndirə bilər; Azərbaycan yeni üçlükdə...

Avropalı ravvinlər bu payızda Azərbaycanda toplanaraq, “İbrahim sazişi”nə Azərbaycanın da daxil olmasını müzakirə edəcəklər. Bildirilir ki, payızda Bakıda Avropa ravvinlərinin növbəti yubiley konfransına qitənin hər yerindən 500-dən çox ravvinin iştirakı gözlənilir. “Yeni Müsavat” xəbər verir ki, forumun gündəliyinə İsrailin dörd ərəb ölkəsi ilə sülh müqavilələri imzaladığı “İbrahim sazişi”nin genişləndirilməsi də var. Bu dəfə müzakirə Azərbaycanın onlara qoşulmasının mümkünlüyü, eləcə də dini etiqad azadlığının təşviqi və Avropada artan antisemitizmlə mübarizəyə həsr olunacaq.

Modern.az xəbər verir ki, beynəlxalq tədbir noyabrın 12-15-də Bakıda təşkil olunacaq və konfransda Prezident İlham Əliyevin iştirakı gözlənilir. Avropalı ravvinlər həmçinin dağ yəhudilərinin böyük icmasının əsrlər boyu kompakt şəkildə yaşadığı Qubaya səfər edəcək. Bu ilin əvvəlində Prezident İlham Əliyevlə görüşən Avropa Ravvinləri Konfransının prezidenti ravvin Pinças Qoldşmidt deyib: “Azərbaycan yəhudi xalqı üçün xüsusi yaddaşı olan yerdir və dünyada ən nadir yəhudi icmalarından birinə ev sahibliyi edir”.

Qeyd edək ki, Avropada əsas pravoslav ravvinlər ittifaqı olan təşkilat Avropadakı icmalardan 700-dən çox dini lideri birləşdirir. 1956-cı ildə qurulan təşkilat Avropadakı yəhudilərin hüquqlarını müdafiə etmək üçün çalışır, din azadlığı və yəhudi icmaları ilə bağlı məsələləri müzakirə edir.

“İbrahim sazişi”nə gəlincə, bəllidir ki, 2020-ci ildə rəsmi olaraq tətbiq olunmağa başlamış ərəb dövlətləri və İsrail arasında barışığı ehtiva edən plandır. Planın iki əsas hissəsi var, birincisi, Fələstin münaqişəsinin həlli və yeni Fələstin dövlətinin yaradılması, mövcud torpaqların BMT qərarlarından fərqli şəkildə, daha çox İsrailin xeyrinə bölüşdürülməsidir. İkinci hissəsi isə ərəb region ölkələri ilə İsrail arasında barışıq prosesidir. Azərbaycanın bu sazişə qoşulacağı barədə iddialar təsadüfi deyil.

Bakı ilə Tel-Əviv arasında uzun illərdir enerji, hərbi və texnoloji sahələrdə sıx əməkdaşlıq mövcuddur. Ona görə də İsraillə diplomatik münasibətlərin rəsmi şəkildə tam tanınması əslində artıq mövcud reallığın hüquqi çərçivəyə salınması ola bilər. Sazişə qoşulacağı təqdirdə 1992-ci ildə ABŞ Konqresi tərəfindən qəbul edilən və Birləşmiş Ştatların Azərbaycana birbaşa yardım göstərməsinə məhdudiyyətlər qoyan “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin aradan qaldırılmasının mümkünlüyü haqda da danışılırdı.

Lakin bu məsələ təkcə Azərbaycan-İsrail münasibətləri ilə yekunlaşmır. Burada İranla bağlı bir sıra regional amillər də var. Uzun müddətdir ki, Tel-Əvivlə Ankara arasındakı münasibətlər soyuqdur. Hətta iki ölkə arasındakı əlaqələrdə müəyyən kəskin ritorika, söz döyüşü bir-birini əvəzləyir. Əgər payızadək Ankara-Tel-Əviv münasibətləri normallaşmasa, Bakının “İbrahim sazişi”nə “hə” deyəcəyini gözləməyə dəyməz. Amma istənilən halda, Avropa ravvinlərinin yubiley konfransını paytaxtımızda keçirmək qərarı Azərbaycana olan etimadın göstəricisi olacaq.

Bəs Türkiyə və İranın mövqeyi Azərbaycanın qərarına təsir edə bilərmi? Bu, qardaş ölkə ilə münasibətləri soyudacaqmı, yoxsa Ankara Bakını anlayışla qarşılayacaq?

Siyasi analitik Qədir Aslan “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, hələ 2022-ci ildə Avrasiya regionunda olan İsrail səfirləri Azərbaycanda toplaşmışdı. Onun sözlərinə görə, o zaman 50-yə yaxın yəhudi diplomatın Bakıya gəlməsi ölkəmizə olan etimadın göstəricisi idi: “Bu da Azərbaycanın təhlükəsiz məkan olması ilə bağlı inam idi. Eyni zamanda onların gəlişi ölkəmizin nüfuzunun artmasına səbəb olmuşdu. Təsadüfi deyil ki, son həftələr İsrail-Suriya, İsrail-Türkiyə danışıqları da Bakıda keçirilib. Halbuki körfəz ölkələrinin birində də görüşə bilərdilər. Bu sadalanan nüanslar Azərbaycanın İsrailin olduğu sivil, qüdrətli düşərgədə beynəlxalq imicinin artmasına töhfə verir. Həmçinin zəmin yaradır ki, Azərbaycan "İbrahim sazişi"nə qoşulsun".

Ekspertin fikrincə, istər bu təmaslar, yəni İsrailin Suriya və Türkiyə ilə Bakıda müzakirələri, istərsə ravvinlərin ABŞ liderinə müraciəti, istərsə də onların payızda gəlişi gözləntisi Azərbaycanı sürətlə Yaxın və Orta Şərq regionlarına inteqrasiya etdirir: “Azərbaycan həmin bölgədən uzaqda olsa da, o regiona inteqrasiya olunmaqdadır. Buna da Türkiyədən və İrandan etirazlar var. Amma beynəlxalq münasibətlərdə daşlar yerindən elə oynayıb ki, yeni birliklər yaranır. Bu birliklər isə ənənəvi olmaya da bilər. Yəni tarixi, dini və etnik bağlılıq üzərindən yaranması şərt deyil. Ona görə tamamilə rəngarəng siyasi-hərbi, diplomatik palitra yaranır. Azərbaycanın "İbrahim sazişi"nə qoşulması prosesini də məhz Trampın tətikləməsi kontekstində dəyərləndirmək lazımdır. ABŞ lideri bu işi sürətləndirmək istəyir".

Q.Aslan avqustun 8-də təmaslar zamanı “İbrahim sazişi” məsələsinə də toxunulacağını ehtimal edir: “Sadəcə, buna qədər görüləcək işlər var. Türkiyənin və İranın yanaşması isə nəyisə dəyişməyəcək. Çünki Azərbaycan birliyi möhkəm təməllər üzərində qurub. Söhbət Azərbaycan, İsrail və Birləşmiş Ştatlar üçbucağından gedir. Bu üçlük regionda bir neçə problemin həllinə nail olub. Ötən il Azərbaycan Prezidenti keçmiş Ağ Ev rəhbəri Baydenə məktubunda qeyd etmişdi ki, bizim birgə səylərimiz regional məsələlərin həllində rol oynayıb. İndi də Azərbaycan güclü aktor kimi həmin üçlükdə iştirak etməlidir ki, dünyanın yeni nizamında yer alsın və bunu dəstəkləməyin tərəfdarıyam”.

Xatırladaq ki, bundan əvvəl Bakıda Qafqaz yəhudilərinin irsinə həsr olunmuş beynəlxalq konfrans keçirilib. Tədbirdə Azərbaycan, İsrail, ABŞ, Fransa və digər ölkələrdən 60-dan çox alim-tədqiqatçı iştirak edib. Bundan əlavə, ravvinlər türk dövlətlərindən Azərbaycan, Qazaxıstan və Özbəkistanın bu razılaşmaya daxil edilməsini istəyirlər. Proseslərin gedişatı göstərir ki, bu ilin sonuna qədər ölkəmiz sözügedən sazişə qoşula bilər.

Oxunub: 680
Paylaş:
Digər xəbərlər

siyaset

6-06-2024, 14:22

"Tərəflər arasında sülh sazişinin imzalanması tezləşə bilər" - GƏLİŞMƏ

siyaset

4-10-2023, 10:02

Azərbaycan və Ermənistan liderlərinin 5 oktyabr görüşü tam dəqiqləşməyib - Avropalı diplomat

dunya

24-08-2023, 13:12

Paşinyan: “Azərbaycana sülh sazişi ilə bağlı yeni təkliflər vermişik”

dunya

26-04-2023, 13:20

İbrahim Kalın: Bakı Qarabağda yaşayan ermənilərə bu təminatı verir

iqtisadiyyat

2-03-2021, 09:07

Ərdoğan Azərbaycanla ticarət sahəsində əməkdaşlığı asanlaşdıran sazişi təsdiqlədi

Şou Biznes
"Arzum"un şikayətinə baxılacaq məhkəmənin vaxtı məlum oldu
Azərbaycanlı gənc model özündən 45 yaş böyük Dubay şeyxi ilə evləndi – “Mənim üçün əsas olan sevgidir”
ABŞ-yə köçən aparıcı restoranda lavaş bişirir - “Bundan utanmıram”-Video
"Sosial şəbəkədə hoqqa verənləri qəhrəman etmisiniz"
Məşhurluqdan həbsxanaya: Azərbaycanda cinayətlə gündəmə gələn qadınlar
“Arzum”un vəkilləri bu addımı atmağa hazırlaşırlar
Cəmiyyət
Dünən, 18:50
115 nömrəli məktəblə bağlı ciddi iddialar: Məktəbdə qızıl alveri və müəllimlər arasında 50 min manatlıq qalmaqal
Dünən, 10:14
Nazirlikdən 20 min şəxsin pensiyası ilə bağlı VACİB QƏRAR
Dünən, 10:11
Mənzil alanların ən çox rastlaşdığı saxtakarlıq - Ali Məhkəmə aydınlıq gətirdi
Dünən, 10:07
Azərbaycanda nə qədər xarici ölkə vətəndaşı yaşayır?
Dünən, 10:00
AQTA rəsmisindən arıqlama məhsulları ilə bağlı HƏYƏCAN TƏBİLİ
Dünən, 08:44
Quzu əti niyə fərqli qiymətlərə satılır?
Kriminal
6-07-2026, 09:38
Ölənlərdən biri sürücünün 7 yaşlı qızıdır - Dəhşətli qəzanın təfərrüatı
24-06-2026, 09:46
Ağcabədidə çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkarlanıb
18-05-2026, 09:41
Sabirabadda ağır qəza - 3 ölü, 8 yaralı
Son xəbərlər
  • Dünən, 18:50
    115 nömrəli məktəblə bağlı ciddi iddialar: Məktəbdə qızıl alveri və müəllimlər arasında 50 min manatlıq qalmaqal
  • Dünən, 16:35
    Prezident gömrük rüsumu ilə bağlı qərarı təsdiqlədi
  • Dünən, 16:00
    Rusiya bazarı Ermənistan üçün bağlanır - 600 milyon dollar da batır
  • Dünən, 15:30
    Bəşəriyyət məhv olsa... -Dünyanın "qara qutusu" burada tikilir
  • Dünən, 14:22
    Türkiyə və Rusiya arasında meyvə müharibəsi!
  • Dünən, 13:11
    Dünya çempionatının final matçı təxirə salına bilər
  • Dünən, 11:37
    Azərbaycan Prezidenti İrlandiyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
  • Dünən, 11:32
    Dövlət başçısı Kamboca səfirinin etimadnaməsini qəbul etdi
  • Dünən, 11:27
    Azərbaycan Prezidenti Oman səfirinin etimadnaməsini qəbul etdi
  • Dünən, 11:21
    Baş nazir əhali ilə bağlı vacib qərar imzaladı
  • Dünən, 11:18
    İlham Əliyev yeni səfirin etimadnaməsini qəbul etdi
  • Dünən, 11:10
    Paytaxt ərazisində oğurluq edən şəxslər saxlanıldı
  • Dünən, 10:14
    Nazirlikdən 20 min şəxsin pensiyası ilə bağlı VACİB QƏRAR
  • Dünən, 10:11
    Mənzil alanların ən çox rastlaşdığı saxtakarlıq - Ali Məhkəmə aydınlıq gətirdi
  • Dünən, 10:07
    Azərbaycanda nə qədər xarici ölkə vətəndaşı yaşayır?
  • Dünən, 10:00
    AQTA rəsmisindən arıqlama məhsulları ilə bağlı HƏYƏCAN TƏBİLİ
  • Dünən, 09:57
    Slovakiya Prezidenti: "İlham Əliyevin təklifi ilə dərhal razılaşdım"
  • Dünən, 09:45
    Məşhur aparıcı saxlanıldı
  • Dünən, 09:00
    Ermənistandan etiraf: Azərbaycana satmağa...
  • Dünən, 08:56
    Mehriban Əliyeva məşhur jurnalistin müalicəsinə dəstək oldu
  • Dünən, 08:52
    ŞOK SORĞU: Dünya artıq Çinə ABŞ-dan daha çox rəğbət bəsləyir
  • Dünən, 08:44
    Quzu əti niyə fərqli qiymətlərə satılır?
  • Dünən, 08:35
    Bank sektoru rekord qırdı: Kredit faizləri enəcək?
  • Dünən, 08:22
    Tramp DÇ-2026-nın finalına qatılacaq
  • Dünən, 08:18
    İyulun ortasında şaxta və qar: rekord temperatur qeydə alındı
  • 16-07-2026, 16:00
    KOLBASA həvəskarları oxusun! – QİDA mütəxəssisindən SOS
  • 16-07-2026, 15:30
    Məşhur şəhərdə su tükənir: Yeni qadağalar qüvvəyə mindi
  • 16-07-2026, 14:22
    Qaqauziya Türkiyədən dəstək istədi
  • 16-07-2026, 13:33
    Kütləvi zəhərlənmə olan restoran bu vəzifəli şəxsin imiş
  • 16-07-2026, 12:47
    Kiyevdə tarixi RAZILAŞMA: Türkiyə Ukrayna üçün o kritik missiyanı öz üzərinə götürdü
  • 16-07-2026, 12:31
    Deputatdan AÇIQLAMA - "Azərbaycanda pullu insanlara qarşı çox böyük qısqanclıq, paxıllıq var"
  • 16-07-2026, 12:05
    "Arzum"un şikayətinə baxılacaq məhkəmənin vaxtı məlum oldu
  • 16-07-2026, 12:02
    İrəvan Zəngəzur dəhlizi ilə bağlı sazişi təsdiqlədi
  • 16-07-2026, 11:57
    Donald Tramp İlham Əliyevin Şuşa Forumundakı çıxışı ilə bağlı paylaşım etdi - FOTO
  • 16-07-2026, 11:51
    Fələstinin Baş naziri Bakıda Zəfər parkını ziyarət etdi
Daha çox
11-07-2026, 22:02
Prezident: Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir
14-07-2026, 16:00
Ermənistanda pasportlarının Türkiyədə çapı iddiaları - QALMAQAL
13-07-2026, 16:00
Bakı BUNU bacardı: İsrail onları MƏYUS etdi – Revanşistlər ŞOKDA
15-07-2026, 16:00
Tramp: Hücumlar Tehran Ağ Evin şərtlərini qəbul edənədək davam edəcək
14-07-2026, 12:29
IV Şuşa Qlobal Media Forumu başa çatıb
14-07-2026, 14:05
Prezidentlər bir-birinə bunları hədiyyə etdi - Video
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 399 05 04
  • E-mail: ofis@patriot.az
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə