• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

Ukrayna üçün Qarabağ ssenarisi - İlham Əliyevin tarixi çağırışı

siyaset

7-08-2025, 10:04




Azərbaycan Prezidenti işğalla barışmamağı tövsiyə edir, çex həmkarı isə..; ekspert: “Qərbin strateji hədəfi odur ki, nə Rusiya qalib gəlsin, nə Ukrayna məğlub olsun”
“Suverenlik naminə Ukrayna müvəqqəti işğalı qəbul edə bilər”. Bunu BBC-yə müsahibəsində Çexiya Prezidenti Petr Pavel deyib. Dövlət başçısı qeyd edib ki, işğal olunmuş ərazilər heç vaxt Rusiya kimi tanınmayacaq. “İndi Ukrayna Qərbin bütün dəstəyi ilə işğal etdiyi əraziləri qısa müddət ərzində böyük insan itkiləri olmadan azad edə bilmir. Biz onun müstəqil suveren ölkə kimi yaşamasını istəyirik. Əgər onun yaşamasının əvəzi ərazisinin bir hissəsinin müvəqqəti olaraq işğal altında qalmasıdırsa, deməli, belə olacaq. Biz bunları heç vaxt qanuni olaraq tanımayacağıq”, - prezident əlavə edib.

Yada salaq ki, Xankəndidəki media forumda çıxışı zamanı Azərbaycan lideri İlham Əliyev Ukrayna xalqını bir daha işğalla barışmamağa çağırıb.

Bəs Ukrayna üçün Qarabağ ssenarisi mümkündürmü?

Siyasi ekspert Ramiyə Məmmədova Ukrayna böhranının uzanacağını proqnozlaşdırır. Onun sözlərinə görə, keçmiş Qarabağ münaqişəsindən fərqli olaraq, bu müharibə qlobal mahiyyət daşıyır: “Təbii ki, Ukrayna hələlik ərazilərini geri almaq gücündə görünmür. Kollektiv Qərbin verdiyi dəstəyə baxmayaraq, Ukrayna müdafiə olunur. Doğrudur, Rusiya ərazilərinə dron zərbələri endirir, amma işğal edilmiş əraziləri azad etmək bu gün mümkün deyil. Çünki ABŞ və koalisiya müdafiə silahları verir. Bu da əks-hücum üçün yetərli deyil. O nöqteyi-nəzərdən təxmin etmək olar ki, Ukrayna üçün Qarabağ presedenti istisna deyil. Yəni yaxın illərdə torpaqlar işğal altında qalacaq. Əgər ABŞ işğalçı qüvvələri bombardman etməyə köməklik göstərsə, tezliklə Ukrayna ərazi bütövlüyünü bərpa edə bilər. Lakin bu savaşda Qərbin strateji hədəfi odur ki, nə Rusiya qalib gəlsin, nə Ukrayna məğlub olsun”.

Analitikin fikrincə, Ukrayna üçün Gürcüstan variantı da var: “Söhbət Avropaya inteqrasiyadan gedir. Gürcüstan Rusiyanın himayə etdiyi Abxaziya və Cənubi Osetiya problemini gündəlikdə saxlamır, əvəzində mövcud əraziləri ilə Avropa Birliyinə üzvlüyü hədəfləyib. Ukrayna da şərq və cənub ərazilərini, yəni 20 faiz torpağını itirsə də, avrointeqrasiyanı sürətləndirə, inkişaf yolunu tuta bilər. Sadəcə, atəşkəs üçün ləyaqətli şərtlər olmalıdır ki, Ukrayna razılaşsın. Bu da olmadıqca hərbi əməliyyatlar davam edəcək. Şübhəsiz ki, 4 ildir döyüşən, təslim olmayan Ukrayna işğalla barışmadığını sübut edir. Azərbaycan da işğalla barışmadı və nəticə qazandı. Ukraynanın isə qarşısında birbaşa Rusiyadır və bu, vəziyyəti daha da ağırlaşdırır. Hər halda, indiki reallıqlar atəşkəsi şərtləndirir, döyüşə davam heç bir tərəfə qazandırmır”.

Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədlinin sözlərinə görə, Rusiyanın müttəfiqləri də işğal olunan əraziləri “Yeni Rusiya” kimi tanımır: “Dünya bu işğalla barışmır, eləcə də Ukrayna. Ukrayna ərazi bütövlüyünü bərpa etməli və Rusiya ordusu 1991-ci ilin sərhədlərinə qayıtmalıdır. Bu olmadıqca, müharibə davam edəcək, atəşkəs pozulacaq, işğal edilən ərazilərdə sabitlik bərqərar olmayacaq, Putin o regionlara əhali köçürə bilməyəcək. Azərbaycan Prezidentinin tövsiyəsi də təcrübədən irəli gələn bəyanat idi. Biz xalq olaraq işğala boyun əymədik və gücləndik, ən əlverişli şəraitdə torpaqların azad olunması əməliyyatlarına başladıq. Məncə, Ukrayna da torpaqlarını azad edəcək. Sadəcə, bu gün olmaya bilər”.

S.Əsədli hazırda silahların susmasını vacib sayır, onun fikrincə, tökülən qanlar artıq dayandırılmalıdır: “Hər gün dinc insanlar qətlə yetirilir. Rusiya isə 4-cü ildir ki, davam edən savaşda itirdiklərinə baxsa, qazandıqlarına dəyməz”.

Qeyd edək ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Moskvaya gedib. TASS mənbələrə istinadən məlumat yayıb. Uitkoffu Vnukovo hava limanında Rusiyanın Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev qarşılayıb.

Məlumata görə, bu gün, ABŞ prezidentinin ultimatumunun bitməsinə iki gün qalmış Uitkoff ilə Rusiya nümayəndələri arasında danışıqlar aparılmalıdır.

Yeri gəlmişkən, Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ lideri Donald Tramp arasında telefon danışığı olub. Ukraynanın dövlət başçısı Telegram hesabında yazıb. O, söhbət zamanı Ağ Ev rəhbərinə sülh istiqamətində göstərdiyi səylərə görə təşəkkür edib. Zelenski insan ölümlərinin mümkün qədər tez dayandırılmalı olduğunu açıqlayıb: “Həqiqətən də qətllərin qarşısını tez bir zamanda almaq lazımdır. Biz bunu dəstəkləyirik. Müharibə aylardır davam edir. Bu müddət savaş olmadan da keçə bilərdi”.

Ukrayna Prezidenti amerikalı həmkarı ilə ölkələr arasındakı mövqelərin koordinasiyasını həyata keçirdiyini, eləcə də Rusiyaya qarşı sanksiyaların tətbiqi məsələsini müzakirə etdiyini açıqlayıb. Tramp Rusiyanın Kiyevə zərbələri barədə də məlumatlandırılıb. Gündəmdə Niderland, İsveç, Norveç və Danimarkanın Ukraynaya silah yardımı üzrə qərarı, habelə ABŞ ilə müdafiə sahəsində əməkdaşlıq kimi məsələlər də olub. Zelenski rəsmi Vaşinqtonla müdafiə sektorunda tərəfdaşlığa dair sazişin mətninin hazır olduğunu da bildirib.

Oxunub: 820
Paylaş:
Digər xəbərlər

dunya

12-12-2024, 10:31

Zelenskidən ŞOK: "Ukrayna bu torpaqları Rusiya ərazisi kimi tanıyırsa..."

dunya

24-02-2024, 08:55

Rusiya 2 ildə Ukraynanın nə qədər ərazisini işğal edib?

dunya

18-12-2023, 09:17

Ukrayna B planına keçir: Qərbin dəstəyi gəlməsə...

dunya

9-12-2022, 09:46

Aİ Ukrayna və Gürcüstanın işğal olunmuş ərazilərində verilən Rusiya pasportlarını tanımayacaq

dunya

3-06-2022, 09:30

Zelenski açıqladı: "Ərazilərimizin 20%-i..."

Şou Biznes
"Arzum"un şikayətinə baxılacaq məhkəmənin vaxtı məlum oldu
Azərbaycanlı gənc model özündən 45 yaş böyük Dubay şeyxi ilə evləndi – “Mənim üçün əsas olan sevgidir”
ABŞ-yə köçən aparıcı restoranda lavaş bişirir - “Bundan utanmıram”-Video
"Sosial şəbəkədə hoqqa verənləri qəhrəman etmisiniz"
Məşhurluqdan həbsxanaya: Azərbaycanda cinayətlə gündəmə gələn qadınlar
“Arzum”un vəkilləri bu addımı atmağa hazırlaşırlar
Cəmiyyət
Dünən, 18:50
115 nömrəli məktəblə bağlı ciddi iddialar: Məktəbdə qızıl alveri və müəllimlər arasında 50 min manatlıq qalmaqal
Dünən, 10:14
Nazirlikdən 20 min şəxsin pensiyası ilə bağlı VACİB QƏRAR
Dünən, 10:11
Mənzil alanların ən çox rastlaşdığı saxtakarlıq - Ali Məhkəmə aydınlıq gətirdi
Dünən, 10:07
Azərbaycanda nə qədər xarici ölkə vətəndaşı yaşayır?
Dünən, 10:00
AQTA rəsmisindən arıqlama məhsulları ilə bağlı HƏYƏCAN TƏBİLİ
Dünən, 08:44
Quzu əti niyə fərqli qiymətlərə satılır?
Kriminal
6-07-2026, 09:38
Ölənlərdən biri sürücünün 7 yaşlı qızıdır - Dəhşətli qəzanın təfərrüatı
24-06-2026, 09:46
Ağcabədidə çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkarlanıb
18-05-2026, 09:41
Sabirabadda ağır qəza - 3 ölü, 8 yaralı
Son xəbərlər
  • Dünən, 18:50
    115 nömrəli məktəblə bağlı ciddi iddialar: Məktəbdə qızıl alveri və müəllimlər arasında 50 min manatlıq qalmaqal
  • Dünən, 16:35
    Prezident gömrük rüsumu ilə bağlı qərarı təsdiqlədi
  • Dünən, 16:00
    Rusiya bazarı Ermənistan üçün bağlanır - 600 milyon dollar da batır
  • Dünən, 15:30
    Bəşəriyyət məhv olsa... -Dünyanın "qara qutusu" burada tikilir
  • Dünən, 14:22
    Türkiyə və Rusiya arasında meyvə müharibəsi!
  • Dünən, 13:11
    Dünya çempionatının final matçı təxirə salına bilər
  • Dünən, 11:37
    Azərbaycan Prezidenti İrlandiyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
  • Dünən, 11:32
    Dövlət başçısı Kamboca səfirinin etimadnaməsini qəbul etdi
  • Dünən, 11:27
    Azərbaycan Prezidenti Oman səfirinin etimadnaməsini qəbul etdi
  • Dünən, 11:21
    Baş nazir əhali ilə bağlı vacib qərar imzaladı
  • Dünən, 11:18
    İlham Əliyev yeni səfirin etimadnaməsini qəbul etdi
  • Dünən, 11:10
    Paytaxt ərazisində oğurluq edən şəxslər saxlanıldı
  • Dünən, 10:14
    Nazirlikdən 20 min şəxsin pensiyası ilə bağlı VACİB QƏRAR
  • Dünən, 10:11
    Mənzil alanların ən çox rastlaşdığı saxtakarlıq - Ali Məhkəmə aydınlıq gətirdi
  • Dünən, 10:07
    Azərbaycanda nə qədər xarici ölkə vətəndaşı yaşayır?
  • Dünən, 10:00
    AQTA rəsmisindən arıqlama məhsulları ilə bağlı HƏYƏCAN TƏBİLİ
  • Dünən, 09:57
    Slovakiya Prezidenti: "İlham Əliyevin təklifi ilə dərhal razılaşdım"
  • Dünən, 09:45
    Məşhur aparıcı saxlanıldı
  • Dünən, 09:00
    Ermənistandan etiraf: Azərbaycana satmağa...
  • Dünən, 08:56
    Mehriban Əliyeva məşhur jurnalistin müalicəsinə dəstək oldu
  • Dünən, 08:52
    ŞOK SORĞU: Dünya artıq Çinə ABŞ-dan daha çox rəğbət bəsləyir
  • Dünən, 08:44
    Quzu əti niyə fərqli qiymətlərə satılır?
  • Dünən, 08:35
    Bank sektoru rekord qırdı: Kredit faizləri enəcək?
  • Dünən, 08:22
    Tramp DÇ-2026-nın finalına qatılacaq
  • Dünən, 08:18
    İyulun ortasında şaxta və qar: rekord temperatur qeydə alındı
  • 16-07-2026, 16:00
    KOLBASA həvəskarları oxusun! – QİDA mütəxəssisindən SOS
  • 16-07-2026, 15:30
    Məşhur şəhərdə su tükənir: Yeni qadağalar qüvvəyə mindi
  • 16-07-2026, 14:22
    Qaqauziya Türkiyədən dəstək istədi
  • 16-07-2026, 13:33
    Kütləvi zəhərlənmə olan restoran bu vəzifəli şəxsin imiş
  • 16-07-2026, 12:47
    Kiyevdə tarixi RAZILAŞMA: Türkiyə Ukrayna üçün o kritik missiyanı öz üzərinə götürdü
  • 16-07-2026, 12:31
    Deputatdan AÇIQLAMA - "Azərbaycanda pullu insanlara qarşı çox böyük qısqanclıq, paxıllıq var"
  • 16-07-2026, 12:05
    "Arzum"un şikayətinə baxılacaq məhkəmənin vaxtı məlum oldu
  • 16-07-2026, 12:02
    İrəvan Zəngəzur dəhlizi ilə bağlı sazişi təsdiqlədi
  • 16-07-2026, 11:57
    Donald Tramp İlham Əliyevin Şuşa Forumundakı çıxışı ilə bağlı paylaşım etdi - FOTO
  • 16-07-2026, 11:51
    Fələstinin Baş naziri Bakıda Zəfər parkını ziyarət etdi
Daha çox
11-07-2026, 22:02
Prezident: Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir
14-07-2026, 16:00
Ermənistanda pasportlarının Türkiyədə çapı iddiaları - QALMAQAL
13-07-2026, 16:00
Bakı BUNU bacardı: İsrail onları MƏYUS etdi – Revanşistlər ŞOKDA
15-07-2026, 16:00
Tramp: Hücumlar Tehran Ağ Evin şərtlərini qəbul edənədək davam edəcək
14-07-2026, 12:29
IV Şuşa Qlobal Media Forumu başa çatıb
14-07-2026, 14:05
Prezidentlər bir-birinə bunları hədiyyə etdi - Video
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 399 05 04
  • E-mail: ofis@patriot.az
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə