Suraxanı rayon Yeni Raman qəsəbəsində qanunsuz obyekt? - İcazəni başçı verib?
gundem / bolge
3-06-2025, 09:11
Samr Əliyev 19 ünvanında inşa edilən obyektin tikintisi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən rəsmi icazənin olmadığı bildirilir Son illər ölkə ərazisində qanunsuz tikililərin qarşısının alınması üçün dövlət qurumları tərəfindən aparılan tədbirlərə baxmayaraq, hələ də bu problem qalmaqda davam edir. Qanunsuz tikililərinin gizli yayıldığı ərazilərdən biri də Bakı şəhəri Surxanı rayonu olması barədə mətbuatda dəfələrlə məlumatlar dərc edilir. Patriot.az-a daxil olan məlumata görə Suraxanı rayon Yeni Raman qəsəbəsi Samir Əliyev 19 ünvanında heç bir rəsmi icazə olmadan və müvafiq sənədləşmə işləri aparılmadan obyekt tikilir. Tikintiyə Ramil adlı qazinin rəhbərlik etdiyi, ancaq obyektin əsl sahibinin başqa sahibkar olduğu bildirilir. Məlumata görə Yeni Raman qəsəbəsi Samir Əliyev 19 ünvanında inşa edilən obyektin tikintisi üçün icazəni Suraxanı rayon icra başçısı Adil Əliyev verib.