• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

Yeni Suraxanıda, 316 saylı orta məktəbin yanındakı torpaq sahəsinə göz dikən kimlərdi –FOTOLAR

gundem / bolge

16-01-2025, 13:07



Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi Samir Əliyev mərkəzi kucə 9 unvanında, 316 saylı orta məktəbin yanında yerləşən, təxminən 25-30 sot torpaq sahəsində qanunsuz tikinti işlərinin aparılması barədə Suraxanı rayonuna hələ Əziz Əzizov başçııq etdiyi dönəmlərdə yazmışdıq. Burada o zaman hasara alınaraq ticarət məgsədi ilə tikinti işlərinə başlanılması barədə məlumatı ictimaiiyyətə çatdırmışdıq. Bir sıra aidiyyəti dövlət qurumlarına müraciət etmişdik. Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsinə birbaşa cavabdeh olan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi göstərilən ünvanda tikinti işlərinin aparılmasına göz yumdu.
Məlum olduğu kimi Suraxanı rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub. 8 iyul 2024-cü ildən Prezident İlham Əliyevin Sərəncamı ilə başçı vəzifəsinə Adil Əliyev təyin edilib. Əldə etdiyimiz məlumatlara görə Adil Əliyev vəzifə başına keçər-keçməz Suraxanıda qanunsuz tikililərin sayı artıb. Məlumata görə o, başçısı təyin olunanda özü ilə yüzə yaxın adam gətirərək Suraxanıda qanunsuz tikililərin aşkar edilməsini tapşırıb. Hətta onlara qeyri rəsmi maaş da verir. Burada məqsəd qanunsuz tikililərin aşkar edilərək dayandırılıması deyil, qanunsuz tikintilərin başqa yollarla leqallaşdırılmasıdır.
Adil Əliyev Suraxanı rayon İcra Hakimiyyətinə başçı təyin edildikdən sonra Yeni Suraxanı qəsəbəsi Samir Əliyev mərkəzi kucə 9 unvanında, 316 saylı orta məktəbin yanında yerləşən,təxminən 25-30 sot torpaq sahəsində yenə qanunsuz tikinti işlərinə başlanılıb. Yəni. əvvəlki başçının daş qoyduğu torpağa Adil Əliyev də daş qoymağa başlayıb.
Sözügedən ərazidə yaşayan sakinlərin sözlərinə görə bu torpaq sahəsində uşaqların və yaşlıların asudə vaxtlarını keçirməsi üçün kiçik bir park salmaq, 316 saylı orta məktəbin məzunları olmuş şəhidlərin xatirəsini əbədiləşdirmək olar. Məhz bu məqsədlə Suraxanı rayon İcra Hakimiyyətinə müraciət etmişik. Buna icazə vermirlər, amma ticarət məqsədi ilə tikilən obyektə icazə verirlər. Sakinlər bildirir ki, bu torpaq sahəsinə göz dikən çoxdu. Əvvəlki İcra başçısının vaxtında da tikinti aparmaq istəyirdilər. Çoxsaylı müraciətlərimizdən sonra tikinti işləri dayandı. Adil Əliyev Suraxanıya İcra başçısı təyin edildikdən sonra işbazlar bu sahəyə yenə ayaq açdılar.
Aktualinfo.org bir daha xatırladır ki, sözügedən ərazidə qanunsuz tikinti işlərinin aparılmasına bir neçə il əvvəl toxunmuşdu. Bir daha qeyd etmək istərdik ki, tikintiyə sənədləri hansı dövlət qurumunun, Suraxanı rayonu İcra Hakimiyyətinin yoxsa Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin verməsinin bəlli olmadığını qeyd etmiş, əslində isə tikintiyə icazənin adıçəkilən qurumların birgə rəyi əsasında verildiyini oxucuların diqqətinə çatdırmışdıq. Onu da əlavə etmişdik ki, tikinti işləri sözügedən ərazidə istismar müddəti bitmiş neft quyularının üstündə aparılır. SOCAR-ın ərazisində tikintiyə icazənin hansı qurum tərəfindən verildiyinə aydınlıq gətirilməsini istəmişdik.
Sözügedən məqalədə göstərilən ərazidə tikinti işlərinin aparılmasına münasıbət bildirən SOCAR Təhlükəsizlik İdarəsinin rəsmisi redaksiyanın əməkdaşına zəng edərək bildirmişdi ki, həmin ərazinin SOCAR-a heç bir aidiyyatı yoxdur. Ərazi ola bilsin ki, əvvəllər Neft Şirkətinə məxsus olub. Lakin orada çoxsaylı evlər və məktəb tikildiyindən qurum rəsmisinin sözlərinə görə, ərazi artıq İcra Hakimiyyətinin balansına verilib.
Qeyd etdiyimiz kimi ərazi həm istismar müddəti bitmiş neft quyuları ilə əhatə olunub, həm də yaxınlığında orta ümumtəhsil məktəbi yerləşir ki, belə bir ərazidə hər hansı ticarət obyektin tikintisi yalnız şəhərsalma planlarına və normalarına uyğun şəkildə aparılmalıdır. Bunu ötən yazılarda da qeyd etmişdik və bir daha xatırladırıq ki, müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları ilə birlikdə məskunlaşmış ərazilərin mövcud təbii və geoloji şəraitinin yararlı olması nəzərə alınmaqla, onların inkişaf istiqamətlərini və memarlıq-planlaşdırma strukturlarını müəyyən etmək; müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə məskunlaşma ərazilərinin və sistemlərinin təhlükəli təbii proseslərdən və hadisələrdən mühafizəsi üçün tədbirlərin hazırlanmasında iştirak etmək; müvafiq sahədə öz səlahiyyətləri daxilində layihələndirilmə prosesində müəssisə və təşkilatlar arasında baş verən fikir ayrılığını araşdırmaq və müvafiq qərar qəbul etmək Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birbaşa vəzifələrinə aiddir. Lakin proseslərin gedişindən də göründüyü kimi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ərazidə bu qanunsuz tikinti işinin aparılmasına israrlıdır.
Qehyd edək ki, ərazidə qanunsuz tikinti işlərinin kimlər tərəfindən başladıldığını öyrənməyə çalışdıq. Lakin heç bir məlumat əldə edə bilmədik. Yalnız onu öyrənə bildik ki, tikinti işlərinə Adil Əliyevin qeyri rəsmi tapşırığından sonra başlanılıb. Ümid edirik ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi Samir Əliyev mərkəzi kucə 9 unvanında, 316 saylı orta məktəbin yanında yerləşən torpaq sahəsində tikinti işlərinin aparılmasına verilmiş icazəyə aydınlıq gətirilməsi üçün göstəriş verəcək. (Aktualinfo.org)

Oxunub: 1 410
Paylaş:
Digər xəbərlər

gundem / bolge

8-01-2025, 20:49

Adil Əliyev də KÖHNƏ YOLU GEDİR... - İTTİHAM VAR...

gundem / cemiyyet

16-10-2024, 21:57

Arxitektura Komitəsi “Əcəmi Mall”dakı qanunsuz tikilinin qarşısını niyə ala bilmədi - İlginc faktlar

iqtisadiyyat

22-01-2020, 09:31

Bakıda bu yollara asfalt salınır - Fotolar

gundem / iqtisadiyyat

20-03-2019, 17:58

Prezident Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişikliyi təsdiqləyib

gundem / cemiyyet

29-08-2018, 15:57

Bakı şəhər İcra Hakimiyyətinin sərəncamı saxtalaşdırıldı

Şou Biznes
Mustafa Ceceli və digər məşhur simalar saxlanıldı
Türkiyə millisinə yeni himn bəstələyəcək
"Mənim gücüm olsaydı eləsinin nəslini süpürərdim"
Hasan Can Kaya və “Reynmen” saxlanıldı
Azərbaycan şou-biznesində vətənpərvər xanım müğənni
Ağadadaş Ağayev amnistiyaya düşdü - cəzadan azad edilir
Cəmiyyət
Bu gün, 21:31
Azərbaycan estrada musiqisinin pop ulduzu tanınmış jurnalistlə birgə restoran biznesinə başlayır
Bu gün, 15:30
Varlı azərbaycanlıların yeni modası - xaricdə doğuş
Bu gün, 13:12
Bu əşyaları zibilqabıya atsanız 300 manat cərimə OLUNACAQSIZ
Bu gün, 12:37
Köhnə pulları nə etməliyik? - RƏSMİ
Bu gün, 12:27
Azərbaycanda əhalinin təbii artımı təxminən 30 faiz azalıb
Bu gün, 11:25
Elçin Quliyev Hacı Əliyevə rütbə verdi - FOTO
Kriminal
7-04-2026, 09:32
Tovuzda 19 yaşlı qız oğurlandı - 4 nəfər tutuldu
2-04-2026, 09:32
Bakıda ər-arvad bıçaqlandı - 18 yaşlı övladları tutuldu
30-03-2026, 08:40
Doğum zamanı körpə öldü
Son xəbərlər
  • Bu gün, 21:31
    Azərbaycan estrada musiqisinin pop ulduzu tanınmış jurnalistlə birgə restoran biznesinə başlayır
  • Bu gün, 16:00
    Paşinyan hakimiyyətinin sonunun başlanğıcı?
  • Bu gün, 15:30
    Varlı azərbaycanlıların yeni modası - xaricdə doğuş
  • Bu gün, 14:22
    Yaxın Şərq: Hörmüz boğazı, Trampın böyük sövdələşmə axtarışı, Livan-İsrail razılaşaması
  • Bu gün, 13:12
    Bu əşyaları zibilqabıya atsanız 300 manat cərimə OLUNACAQSIZ
  • Bu gün, 12:37
    Köhnə pulları nə etməliyik? - RƏSMİ
  • Bu gün, 12:27
    Azərbaycanda əhalinin təbii artımı təxminən 30 faiz azalıb
  • Bu gün, 11:31
    Leyla Əliyeva və Alyona Əliyeva "Yaddaşa həkk olunan təsvir" adlı sərginin açılışında - FOTO
  • Bu gün, 11:25
    Elçin Quliyev Hacı Əliyevə rütbə verdi - FOTO
  • Bu gün, 11:21
    Bakının məşhur kafesi sökülür? - RƏSMİ AÇIQLAMA
  • Bu gün, 10:51
    Azərbaycanda tədavülə yenilənmiş pul nişanı buraxılır - FOTO
  • Bu gün, 10:37
    Trampdan Putinə gözlənilməz ağır zərbə
  • Bu gün, 09:04
    Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür
  • Bu gün, 09:00
    Xalq artistinin oğlu ABŞ pasportu aldı - FOTO
  • Bu gün, 08:55
    Müharibəni dayandıran adam: Məhəmmədin Şahbaz oğlu
  • Bu gün, 08:49
    Rusiya XİN Azərbaycana TƏŞƏKKÜR ETDİ
  • Bu gün, 08:44
    Bank kartları ilə bağlı YENİ QƏRAR: Tariflər iyunun 1-dən dəyişəcək
  • Bu gün, 08:35
    Son Dəqiqə: Livanın cənubundakı Bint Cbeil şəhəri mühasirəyə alınıb
  • Bu gün, 08:31
    İslamabadda İran rəsmilərinə sui-qəsd cəhdi olub?
  • Bu gün, 08:27
    Bulvarda gülləri əzənlər məşhur bloqerlər imiş
  • Dünən, 16:00
    İran: ABŞ-la danışıqlar baş tuta bilər, amma...
  • Dünən, 15:30
    Putin və Tramp ŞOKDA - Böyük güclərin savaşında “qurban gedən” lider
  • Dünən, 14:22
    Cərimələrlə bağlı yeni qayda tətbiq oluna bilər
  • Dünən, 13:33
    Qadınları Türkiyəyə apararaq cinsi istismara məruz qoyan 2 nəfər həbs edildi - VİDEO
  • Dünən, 13:14
    Türkiyədə məktəbə silahlı hücum - 13 yaralı
  • Dünən, 11:54
    Prezident yeni səfiri qəbul etdi - FOTOLAR
  • Dünən, 11:19
    Füzulidə mina partladı - Ölən var
  • Dünən, 10:43
    Gədəbəydə icra rəisi və icra məmuru aliment, borc pullarını “yeyib”lər – ŞOK CİNAYƏT
  • Dünən, 10:21
    UEFA Çempionlar Liqası: Bu gün ilk yarımfinalçılar bəlli olacaq
  • Dünən, 10:16
    Məkkəyə giriş dayandırıldı - SƏBƏB
  • Dünən, 10:12
    Ermənistana dizel yanacağı və gübrə daşıyan qatar Biləcəridən yola düşüb - YENİLƏNİB
  • Dünən, 10:09
    Tehran: Bu, 5 ölkədən təzminat tələb edirik - SİYAHI
  • Dünən, 09:47
    Mansur Yavaş barəsində araşdırma başladıldı
  • Dünən, 09:32
    İpoteka kreditləri ilə bağlı mübahisələr belə həll olunacaq
  • Dünən, 09:13
    Macar faktoru: regionda güc balansı yenidən qurulur
Daha çox
11-04-2026, 10:59
Hərbçilərimizin Türkiyədə təlimi davam edir - VİDEO
10-04-2026, 19:00
Xəstəxanalarda yeni qayda: həkimi rənginə görə tanıyacaqlar
9-04-2026, 16:00
DİQQƏT! Sabahdan səhhətinizdə bu problemlər yarana bilər
11-04-2026, 10:22
Ağ Evdən Tehrana böyük jest: Dondurulmuş 6 milyard dollar istifadəsinə icazə verdi
11-04-2026, 10:51
Prezident İlham Əliyev Ayazın arzusunu gerçəkləşdirdi: Ailəsinə "KamAZ" hədiyyə etdi - FOTO - VİDEO
11-04-2026, 10:53
Müəllimlər bu fənlərdən imtahan verəcəklər - SİYAHI
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 399 05 04
  • E-mail: ofis@patriot.az
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə