Bir neçə gündür artıq müstəqil media nümayəndələrinə və onların idarə etdikləri xəbər saytlarına vəzifələrindən qovulmuş Ramiz Mehtiyev, Vasif Talıbov, Əli Həsənov və onların hazırda vəzifədə olan nökərlərinin sifarişi ilə hücumlar davam edir.
Bu şər-böhtan kampaniyasına qollarını çırmalayıb bəh-bəhlə dəstək verən, dövlər büdcəsindən yüzminlərlə vəsait alan amma heç bir işə yaramayan bəzi dırnağarası xəbər portalları da var.
Bununla kifayətlənməyib hələ "Real Tv" adlı televiziya və onun rəhbəri Mirşahin müəllim də ağalarının xoşuna gəlmək üçün dəridən qabıqdan çıxıb. Bu şəxs haqqında uzun-uzadı yazmağa gərək yoxdur çünki bu adama rəhmətlik akademik Cəlal Əliyev kifayət qədər ad qoyub.
"Mirşahin Ağayev JURNALİSTLƏRƏ!" adlı yazdıqı statusunu bir az araşdırma aparsaq keçəl baxar güzgüyə adını qoyar özgəyə düşüncəsindən başqa heçnəyə lazım deyil. adam sanki özünü hüquq-muhafizə orqanlarının yüksək rütbəli şəxsi kimi aparır.
Azərbaycanda söyüş simvolu kimi tanınan Seyid indi bizi söyüşcül olmaqda ittiham edir, daha sonra bizə reket deyir. Vallah pişmiş toyuğun belə gülməyi gəlir.
Hüquq-muhafizə orqanları araşdırmalar aparsın görək dəyəri millyonlarla ölçülən ev, mülklər və maşınlar səndədir yoxsa bizdə? Vüqar Səfərli kimi zamanla səndən də bunların hesabı sorulacaq, o gün heç də uzaqda deyil.
Hələ bu azmış kimi müstəqil media nümayəndələrinə dələduzluq kimi damğa da vurur. Vallah çox uzağa gedmədən yaxın tarixə baxsaq sənin Mirəddin Ağayev adlı qardaşın 4 vətəndaşa qarşı ümumilikdə 86 min manat məbləğində dələduzluq ittihamı ilə həbsxana həyatı yaşayıb.
Seyid bildirir ki, "Mənim cavabım mütləq olacaq! Çox sərt və çox amansız olacaq!" İndi baxın görün şantaj hədə-qorxu lekskonu ilə danışan bizik yoxsa seyid sən?
Seyd bildirir ki, iynələməli, mediamızı, mətbuatımızı şəxsən təmizləməli olacağam. Gözləyin! yenə təhdiq yenə hədə-qorxu yenə şantaj adama deyərlər bu şəxslər qorxulu və təhlükəlidirsə ölkənin hüquq-muhafizə orqanı var sən kimsən? Özünü nə hesab edirsən?
Seyid kimi media kapitanlarının bu tonda danışıqına görə ölkənin bir çox rəhbər şəxsləri fəsadın görür. Zamanla akademik bunların cavabın verib, həqiqətən söz qəhrəmanlarda var ki onlara dəyərli sözlərinə görə milli qəhrəman adı verilməldir. Allah sənə rəhmət etsin söz qəhrəmanı Cəlal Əliyev