• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

Eldar Yunusov: Azərbaycan əsgəri yeni tarix yazır

gundem / cemiyyet

5-11-2020, 13:01

Eldar Yunusov: Azərbaycan əsgəri yeni tarix yazır


Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəhbəri Eldar Yunusov - Pirallahı rayon İcra Hakimiyyətinin Başçısı Vasif İmanov - Bu gün Azərbaycanda qürur, kədər və sevincin bir birinə qarışdığı bir tarix yaşanır. Qürurumuz Azərbaycan əsgərinin zəfərləri, sevincimiz işğaldan azad olunan torpaqlarımız, xalqımızın milli birliyi, həmrəyliyi, kədərimiz isə hələ də davam edən erməni terroru nəticəsində həlak olan dinc sakinlərimiz, günahsız körpə balalarımız və yaşlı insanlardır. Təsəllimiz isə döyüş meydanında Azərbaycan əsgərinin aldığı qisasdır. Geosiyasi cəhətdən münbit torpaqlara, əlverişli iqlim şəraitinə malik olan ölkəmiz əsrlər boyu yadellilərin hücumuna məruz qalan sülhsevər xalqımız daim əzmkarlığı, döyüş ruhu, vətənpərvərliyi düşmənə layiqincə sinə gərib.
Keçən əsrin sonlarında yenicə müstəqillik qazanan Azərbaycanda daxili çəkişmələrdən, hərc-mərclikdən, vahid rəhbərliyin və güclü ordunun olmamasından istifadə edən ermənilər 10 və 100 illər boyu düşünülmüş siyasətlərini həyata keçirməyə nail oldular. 20 000 soydaşımızın ölümü və 20 % torpaqlarımızın itirilməsi ilə nəticələnən təcavüzə 1994-cü ildə atəşkəs rejimi barədə əldə olunan razılaşma ilə fasilə verildi. Atəşkəs rejimi dövründə öz öhdəliklərinə əməl edən Azərbaycandan fərqli olaraq Ermənistan mütəmadi olaraq hərbi təxribatlar ilə münaqişənin dinc yolla həlli istiqamətində aparılan danışıqları pozmağa çalışdı. Çünki, danışıqlar prosesinin məqsədi Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Qətnamələrinin həyata keçirilməsi və bununla ermənilərin Azərbaycan torpaqlarından hərbi birləşmələrini çıxarması və dünya birliyi tərəfindən qəbul edilmiş ərazi bütövlüyümüzü tanıması idi.



Son vaxtlarda mütəmadi hərbi hücumlarına qarşı adekvat cavab alan ermənilər havadarlarının köməyi ilə daha da azğınlaşaraq yeni ərazi iddiaları üçün hərbi hücumlar və terror əməllərinin sayını artırmağa başlayıb. Sentyabr ayının 27-də hərbi qulluqçular ilə yanaşı mülki şəxslərin həlak olması ilə nəticələnən erməni hücumları son üç ay müddətində Ermənistan tərəfindən Azərbaycana qarşı üçüncü hərbi təxribat idi. Onlar birinci dəfə Qarabağ bölgəsindən uzaqda olan Tovuz istiqamətində Ermənistan-Azərbaycan dövlət sərhədinə hücum etdilər. İkinci olaraq Ermənistan tərəfindən avqustda azərbaycanlılara qarşı terror aktları törətməyi planlaşdıran diversiya qrupu göndərildi və diversiya qrupunun rəhbəri Azərbaycan Ordusu tərəfindən ələ keçirildi.
Sentyabr ayının 27-dən etibarən əks-hücum əməliyyatlarına başlayan Azərbaycan Silahlı Qüvvələri elə ilk gündə 8 kəndi işğaldan azad etməklə erməni hərbi birləşmələrinin darmadağın edilməsinin əsasını qoydu. Hazırda müharibənin başlamasının 40-cı gününə yaxınlaşarkən 4 şəhər, 3 qəsəbə və 192 kənd işğaldan azad edilib. Beləliklə, Azərbaycan Ordusunun aşkar üstünlüyü göz qabağındadır.
Qeyd edək ki, döyüş meydanındakı məğlubiyyətlərinə don geydirmək üçün Ermənistan hökuməti dezinformasiya yaymağa cəhd edir. Onların yaydığı məlumatlara görə guya Azərbaycan tərəfindən döyüşlərdə Türkiyə hərbçiləri iştirak edirlər. Amma bu yalandır və dünya bunu yaxşı bilir. Türkiyə hərbi birləşmələri, Türkiyənin F-16 qırıcı təyyarələri ona görə Azərbaycandadır ki, toqquşmalar başlamadan öncə onlar birgə hərbi təlimdə iştirak edirdilər və həmin F-16-lar yerdədilər, səmada deyillər. Beləliklə, ermənilərin iddialarının altı boşdur. Açıq demək olar ki, bu sadəcə son çırpınma cəhdləridir. Və reallığı dəyişmək üçün yetərsizdir.
Döyüş meydanında darmadağın edilən düşmən canını xilas etmək üçün dünya liderlərinə yalvararaq atəşkəsin əldə olunmasını xahiş edir. Lakin hər dəfə atəşkəs rejimi qüvvəyə mindiyi ilk dəqiqələrdən ermənilər terror əməliiyyatlarını həyata keçirərək cəbhə zonasına aid olmayan yaşayış məntəqələrimizə, şəhər və kəndlərimizə iriçaplı top və raket zərbələri endirirlər. Ermənilər bugün Gəncəyə, Bərdəyə, Tərtərə, Naftalana və digər yaşayış məntəqələrimizə hücumlara və onlarla insanın ölümünə görə əsuliyyət daşıyırlar. Və onlar gec-tez bunun üçün cavab verməli olacaqlar.
Döyüş meydanında üstünlüyə malik olan Azərbaycan hələ də humanistlik edərək bizim təklif etdiyimiz şərtlər əsasında münaqişənin hərbi yoldan danışıqlar prosesinə keçməyə hazır olduğunu dəfələrlə vurğulayıb. Bizim şərtlərimiz isə dünya birliyi tərəfindən və münaqişənin dinc yolla nizamlanması istiqamətində olan təkliflər paketinə uyğundur.
Rusiya, Fransa və Amerika Birləşmiş Ştatları ATƏT-in Minsk qrupu həmsədrləri kimi vasitəçiliyə davam edirlər. ATƏT-in Minsk qrupu həmsədr ölkələri 28 ildir ki, heç bir nəticə olmadan vasitəçilik etməyə və tərəflərə həll yolunu tapmağa “kömək etməyə” çalışırlar. Bu üç ölkə, eyni zamanda, BMT Təhlükəsizlik Şurasının üzvləridir, daimi üzvləridir. Onlar Azərbaycanın istinad etdiyi və erməni qoşunlarının çıxarılmasını tələb edən qətnamələri qəbul etmişdir. Lakin əfsuslar olsun ki, onlar işğal olunmuş əraziləri boşaltmaq və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etmək üçün Ermənistana kifayət qədər beynəlxalq təzyiq göstərməyiblər. Buna görə Ermənistanın hərbi hücumundan sonra Azərbaycan özünü müdafiə etməli və ədaləti güc yolu ilə qorumalı idi. Bunu da uğurla edirik.
Bu gün döyüşməkdə sərhəd tanımayan, lakin öz sərhədini yaxşı tanıyan Azərbaycan əsgəri düşmənə sağalmaz zərbə vurur. Terror nəticəsində həlak olan hər bir şəhidimizi dinc sakinlərimizi, Mübarizi, Poladı, Fəridi, 7 yaşlı balaca Aysunu qarış-qarış gəzdirəcəyik Qarabağda.

Oxunub: 4 150
Paylaş:
Digər xəbərlər

gundem / siyaset

2-03-2019, 15:20

Eldar Əzizov Bakıda mer seçkilərinin keçirilməsi təklifinə münasibət bildirib

gundem / siyaset

9-01-2019, 19:36

Eldar Yunusov: Layihələrimizin uğurla həyata keçirilməsi gələcək nəsillərimizin təhsil nailiyyətlərinə müsbət təsir göstərəcək

gundem / siyaset

16-11-2018, 12:20

Prezident Eldar Əzizovu Bakı şəhərinə icra başçısı təyin etdi

gundem / siyaset

19-09-2018, 13:20

Eldar Əzizovdan onu vəzifəsindən azad etdi

Şou Biznes
Arzum ev dustaqlığına buraxıldı - Yenilənib
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Arzum"un şikayətinə baxılacaq məhkəmənin vaxtı məlum oldu
Azərbaycanlı gənc model özündən 45 yaş böyük Dubay şeyxi ilə evləndi – “Mənim üçün əsas olan sevgidir”
ABŞ-yə köçən aparıcı restoranda lavaş bişirir - “Bundan utanmıram”-Video
"Sosial şəbəkədə hoqqa verənləri qəhrəman etmisiniz"
Cəmiyyət
Dünən, 13:49
Hər kəsin evində var, amma təhlükəsini çoxu bilmir
Dünən, 12:16
Hansı halda yük itirilmiş sayılacaq? - Qaydalarda DƏYİŞİKLİK
Dünən, 10:47
Metroda həyəcanlı anlar - sərnişinlər təcili çıxarıldı
Dünən, 09:19
Vilyam Hacıyevin həyat yoldaşının sürdüyü “BMW” “Prius” qiymətinə satıldı
Dünən, 08:59
Maaş və pensiya kartı olanların nəzərinə - Mərkəzi Bankın sədri açıqladı
Dünən, 08:33
Peşə təhsili alanlara hərbi xidmətdən möhlət veriləcək? - RƏSMİ
Kriminal
20-07-2026, 10:43
Lənkəranda evlərdən oğurluq edən şəxs həbs edildi
6-07-2026, 09:38
Ölənlərdən biri sürücünün 7 yaşlı qızıdır - Dəhşətli qəzanın təfərrüatı
24-06-2026, 09:46
Ağcabədidə çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkarlanıb
Son xəbərlər
  • Dünən, 19:30
    Prezidentlər Qolf Klubun açılışında iştirak etdilər - FOTOLAR
  • Dünən, 19:11
    Prezident İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib
  • Dünən, 16:00
    Ərdoğandan birbaşa savaş mesajı – Kipr döyüş meydanına çevrilir
  • Dünən, 15:30
    Bunu etsələr, Rusiya dayanacaq - Avropada NÜVƏ TƏŞVİŞİ başlandı
  • Dünən, 14:22
    Avqustun 2-də Ermənistan qarışacaq
  • Dünən, 14:00
    Kralın 500 illik məzarı AÇILDI: Arxeoloqlar bir-bir sirli şəkildə ÖLDÜ
  • Dünən, 13:49
    Hər kəsin evində var, amma təhlükəsini çoxu bilmir
  • Dünən, 12:29
    Azərbaycanda bu şəxslərə əlavə imtiyaz verildi - FƏRMAN
  • Dünən, 12:26
    Bu saytlara məhdudiyyət qoyulacaq - Prezident təsdiqlədi
  • Dünən, 12:16
    Hansı halda yük itirilmiş sayılacaq? - Qaydalarda DƏYİŞİKLİK
  • Dünən, 10:47
    Metroda həyəcanlı anlar - sərnişinlər təcili çıxarıldı
  • Dünən, 10:42
    İlham Əliyev Mərakeş Kralını təbrik etdi
  • Dünən, 09:33
    Əhməd Davudoğlu siyasətdən getdi
  • Dünən, 09:19
    Vilyam Hacıyevin həyat yoldaşının sürdüyü “BMW” “Prius” qiymətinə satıldı
  • Dünən, 09:15
    TƏCİLİ: Rusiya raketləri Polşaya DÜŞDÜ - Qırıcılar havaya qaldırıldı
  • Dünən, 09:06
    Qızıl bahalaşdı
  • Dünən, 09:03
    Bakıda dəhşətli qəza: iki futbolçu öldü
  • Dünən, 09:00
    1 ilinə az qaldı...-Bakı və İrəvan o sənədi nə vaxt imzalayacaq?
  • Dünən, 08:59
    Maaş və pensiya kartı olanların nəzərinə - Mərkəzi Bankın sədri açıqladı
  • Dünən, 08:55
    UEFA Avropa Liqası: "Qarabağ" "ÇSKA Sofiya" ilə qarşılaşacaq
  • Dünən, 08:50
    6 ərəb ölkəsi HƏRƏKƏTƏ KEÇDİ: Ordulara TƏCİLİ ƏMR VERİLDİ
  • Dünən, 08:36
    "MasterChef"in qalibi evində ölü tapıldı
  • Dünən, 08:33
    Peşə təhsili alanlara hərbi xidmətdən möhlət veriləcək? - RƏSMİ
  • Dünən, 08:28
    Ankarada ŞOK ƏMƏLİYYAT: Bələdiyyə sədri olan məşhur aktyor SAXLANILDI
  • Dünən, 08:23
    DÇ-dən sonra Argentina ilə bağlı araşdırma başladı
  • Dünən, 08:16
    Azərbaycanda dollar bahalaşacaq? - RƏSMİ
  • Dünən, 08:06
    “Bu gün-sabah doğuş vaxtıdır, amma həkim yoxdur”
  • 29-07-2026, 16:00
    102-ci bazanın taleyi danışıqlar masasında
  • 29-07-2026, 15:30
    Türkiyədə diplomatik korpusun yenilənməsinin pərdəarxası
  • 29-07-2026, 14:22
    “Zəngəzur yolu” və “Putin ittifaqı” üçün referendum hazırlığı
  • 29-07-2026, 14:00
    SEPAH hakimiyyətdə möhkəmləndi - Bakıya yeni risklər
  • 29-07-2026, 13:42
    Qarabağ müharibəsindən sonra ermənilərdən qiymətləndirmə – Ermənistan ordusu güclənir?
  • 29-07-2026, 13:16
    Bu səhvi edənlərin evi əlindən çıxa bilər — Xəbərdarlıq
  • 29-07-2026, 11:42
    Azərbaycanın bu şəhərlərinə metro çəkiləcək
  • 29-07-2026, 11:33
    3990 şəxs Azərbaycana geri qaytarılıb
Daha çox
25-07-2026, 12:11
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
24-07-2026, 16:00
İranın ticarət gəmilərinə vurduğu zərər onun ABŞ-da dondurulmuş pullarından ödəniləcək - Tramp
29-07-2026, 16:00
102-ci bazanın taleyi danışıqlar masasında
28-07-2026, 16:00
Bakıda qız-gəlinləri oynadan dondurmaçı – Rəzalət, yoxsa əyləncə?
27-07-2026, 16:00
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
25-07-2026, 10:17
Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 399 05 04
  • E-mail: ofis@patriot.az
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə