• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

Nar Mobile vətəndaşları necə aldadır?

gundem / siyaset

15-03-2018, 17:45

Nar Mobile vətəndaşları necə aldadır?












Azərbaycan mobil operatorların sahiblərinin öz müştərilərinə qətiyyən hörmət etmədiyi çoxdan məlumdur. Çünki mobil operatorlar hər addımda bunu isbat edirlər. Söhbət Azərbaycandakı müştəri kontingentindən getdiyinə görə bunu əslində normal qəbul etmək olar. Hər halda Azərbaycandakı müştəri kontingentinə heç bir sahədə seçmək hüququ tanınmır və bizim istehlakçı hüquqlarımız da sıfırın altından boylanır.
Ancaq mobil operatorların rəhbərləri olan işgüzar zatlar müştərilərinə hörmət etmədiklərii kimi, özlərinə və öz işgüzar nüfuzunlarına da azacıq da olsun hörmət etmirlər. Çünki dünyanın heç bir yerində öz işgüzar nüfuzuna azacıq sayğı duyan biri bu qədər sırtıqcasına öz müştərisinin cibinə girməz və bu açıq cibgirliyini bu qədər müdafiə də etməz. Realliqinfo.org dəfələrlə mobil operatorların vətəndaşları aldatmasından bəhs edib. Lakin...

Əslində mobil operatorların rəhbərlərinin özlərinə hörmət etməmələri də başa düşüləndir. Çünki bu işgüzar zatlar özlərinin işgüzar imiclərinə sayğı nümayiş etdirmək istəsələr, avtomatik olaraq bizlərə, yəni müştərilərə də sayğı nümayiş etdirmiş olarlar. Bu, yəni mobil operatorların özlərinə və müştərilərinə hörməti, onlara müştəri məmnuniyyətinə hesablanan sivil biznes qaydaları ilə xidmət göstərmək üçün normal şərait yaratsa da, etiraf etməliyik ki, cibgirlik yolu ilə pul qazanmaları üçün heç də normal şərait yaratmır… Ona görə də onlar nə özlərinə, nə də bizlərə hörmət qoymurlar.

Nar Mobile vətəndaşları necə aldadır?


Cibgirlik öz yerində, məsələ ondadır ki, bizim şarlatan mobil operatorlarımız öz müştərilərindən xəbərsiz cibgirliklərinin hüquqi bazasını belə yaradıblar. Dəyərli oxucular, bu yazımızı məhz mobil operatorların cibgirliklərinin hüquqi bazasına həsr edəcəyik və bu dəfə Nar Mobile operatorundan bəhs edəcəyik. Obyektivlik naminə qeyd edim ki, digər mobil operatorlar Nar Mobile-dən heç də geri qalmır. Əksinə insaflı və ədalətli olduğumu isbat etmək naminə deməliyəm ki, Nar Mobile digər mobil operatorlardan daha insaflı və daha az cibgirdir. Və müştərilərinə digər operatorlardan fərqli olaraq, azacıq hörmət nümayiş etdirir. Amma bütün hallarda onlar da cibgirdir…
Niyə məhz Nar Mobile? Açığı deyim ki, bu şənbə məhz Nar Mobile məni hövsələdən çıxartdı. Öncə baş verənləri danışım…

Deməli şənbə günü oturmuşdum evdə və sükut içində istirahətlə məşğuldum. Birdən telefonuma 6230-dan mesaj gəldi. Mesajı oxuduğum zaman bəlli oldu ki, kimlərsə mənə lütf edib və hansısa xidmətə abunə ediblər. Bu lütfə görə də mən hər gün bilmədiyim və nə üçün var olduğu da bəlli olmayan həmin xidmətə 1.18 manat abunə haqqı ödəməliyəm. Yəni tam bir şarlatanlıq mücəssəməsi…

Buyurun, həmin SMS-lə tanış olun: “Siz sharefiles.mobi xidmetine abune oldunuz. Xidmet haqqi: gundelik 1.18 AZN. Xidmeti dayandirmaq ucun STOP 0152 sozunu 6230 nomresine gonderin. Sizin link: http://sharefiles.mobi/ Elave melumat uchun (012)404 1200 ”.
Lənət şeytana dedim və ərinməyib STOP 0152 sözünü 6230-a göndərdim. Və düşündüm ki, məsələ bitdi. Cəhənnəm olsun 1.18 manat… Amma yanılmışdım. Məsələ bitmədi…
Tamı-tamına 15 dəqiqədən sonra telefonuma daha bir SMS gəldi. Bu SMS-i də olduğu kimi təqdim edirəm: “Siz az.optimumb.com xidmetine abune oldunuz. Xidmet haqqi: gundelik 1.18 AZN. Xidmeti dayandirmaq ucun STOP 1245 sozunu 6230 nomresine gonderin. Sizin link: http://az.optimumb.com/ Elave melumat uchun (012)404 1200”.

Bu SMS-i də oxuduqdan sonra başa düşdüm ki, artıq istirahət filan qalmadı. Anlaşıldı ki, Nar Mobile doğurdan və sözün bütün mənalarında cibgirlik yolunda öz cığırlarından çıxıb və onlar daha cığır filan tanımırlar. Yəni tam sürətlə cibgirliyin və şarlatanlığın ana yolunda şütüyürlər. Və aldım əlimə telefonu… Hardasa 10-12 dəqiqədən sonra Nar Mobile-nin operatoru ilə əlaqə saxlamağa müfəffəq olum. Səsi çox lətafətli olan xanım operator məni dinlədikdən sonra bildirdi ki, mən hansısa sayta girmişəm. Dedim xanım vallah-billah, bu qollarım Əbəlfəz ağanın qolları kimi kəsilsin, mən heç bir sayta-filana girməmişəm və sizin birinci SMS-niz mənə gələndə sadəcə sükutu dinləyərək mürgüləyirdim. Xanım operator da dedi ki, yox ola bilməz…

Və mən onda əsəbiləşdim və dedim ki, ay xanım lap tutaq ki, mən hansısa sayta səhvən ya da elə bilərəkdən girmişəm. Bir, adlarını ilk dəfə eşitdiyim iki ayrı-ayrı sayta mürgülədiyim halda girməyim imkansızdır. İki, niyə mənim hansısa sayta girməyimə görə sizin mobil operator mənə SMS yollamalı və harasa sayta və bilinməyən xidmətə abunə olduğumu elan edib, 1.18 manat mənim hesabımdan silməlidir? Bunun məntiqli açıqlaması varmı? Heç olmasa o abunə olduğum xidmətin nəmənə olduğunu mənə anlada bilərsinizmi?

Xanım deyir ki, var. Yəni məntiqli açıqlaması var… Çünki Nar Mobile həmin fırıldaqçılarla (təbii ki, fırıldaqçı sözü xanım operatora aid deyil, mənə aiddir), müqavilə əsasında əməkdaşlıq edir. Dedim anlamadım, sizin əməkdaşlığınızdan mənə nə? Və nəyə görə mən sizin əməkdaşlığınıza görə pul ödəməliyəm? Və xanım operatorun cavabı məni lap özümdən çıxartı… (Allah bizim mobil operatorlarının bütün istifadəçilərinə səbr versin).
Xanım operator Nar Mobile-nin sözçüsü olaraq mənə bildirdi ki, bizim də sizinlə müqaviləmiz var və həmin müqaviləyə əsasən də biz həmin SMS-i sizə göndərir və hesabınızdan pul tuturuq. Dedim xanım, Allaha bax, Tanrıya bax, Boqa, Yəhvaya bax… Heç olmasa Buddaya ya da Krişnaya bax… Mən sizinlə heç bir müqavilə-filan imzalamamışam. Xanım dedi, xeyir. Nömrəni alanda imzalamısız.

İsrar etdim ki, mən sizin nömrəni alanda heç bir kağız-filan imzalamamışam. Sadəcə şəxsiyyət vəsiqəmi göstərib nömrə almışam. Həə, əgər sizin nömrəni satan satıcı mənim əvəzimə nəyisə imzalayıbsa, bu onun problemidir. Və məni əlaqədar eləməz. Amma kimə deyirsən…
Nə isə, bazar günü yenə ərinmədim, özümə bir az zəhmət verdim və getdim bir nar nömrə almağa. Nömrəni almamışdan əvvəl satıcıdan müqaviləni istədim, verdi. Aldım baxdım. Sonra dedim ki, bu müqavilədən filan-filan bəndləri çıxarın. Çünki mən o bəndlərlə razı deyiləm. O bəndlər mənim ən adi təbii hüquqlarımıheçə sayir. Qardaş baxdı üzümə və elə bildi ki, mən Aydan, Marsdan filandan gəlmişəm. Baxdı, baxdı… və dedi ki, o, deyilən bəndləri çıxara bilməz. Onlara da müqavilə hazır gəlir. O heç bilmir ki, orda nə yazılıb, niyə yazılıb. Heç baxan da olmur müqaviləyə və onlar da bu müqavilələri nəinki oxuyub alığıcılara başa salmırlar, heç göstərmirlər də…
Dedim mən bu şərtlərlə bu nömrəni ala bilmərəm. Müqavilə dəyişməlidi. Qardaş qayıtdı ki, almırsan alma…

Onda mən neyniyim? Telefonsuz qalım? Gördüm mənim bu sualım satıcının heç vecinə deyil. Çıxıb getdim…
İndi üzümü Nar Mobile qarışıq bütün mobil operatorların rəhbərlərinə tutub soruşuram. Siz mənim cibimə girərərkən əsaslandığınız müqaviləni kiminlə bağlamısız? Müqavilənin şərtləri mənimlə müzakirə olunubmu? Sizin müqavilə dediyinz və orda nə yazıldığı sizdən başqa heç kimə məlum olmayan o kağız parçasının hansı hüquqi əsası var? Niyə sizin bu qanunsuzluğunuza və şarlatanlığınıza dövlət və əlaqədar qurumlar göz yumur?
Sonuncu iki sualım təkcə mobil operatorlara deyil. Həm də dövlətə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə, Baş Prokurorluğa, məhkəmə instansiyalarına, hətta Konstitutsiya Məhkəməsinədir. Çünki Azərbaycanda fəaliyyət göstərən mobil operatorlar vətəndaşların əsas konstitutsion hüququnu pozur və vətəndaşın xəbəri olmadan onu hansısa şarlatanın və cibgirlərin mənfəətləri qarşısında mükəlləfiyyətli edir. Üstəlik mobil operatorların cibgirliyini hüquqiləşdirən müqaviləni qəbul etməyən vətəndaş nömrə almaqdan da məhrum edilir.

İndi bu şarlatanlığın qarşısını kim alacaq? Yəqin ki, heç kim. Çünki bu məsələ ən çox “çeynənilən” məsələdir. Hətta Milli Məclisdə də bir neçə dəfə “çeynənilib”. Nazirlik də bir neçə dəfə məsələyə açıqlıq gətirmək istəyib, amma “çeynədikləri” qara-qır saqqızı nə uda biliblər, nə yerə tüpürə…
Bir dəfə də biz “çeynədik”. Amma udmadıq…

P. S. Bir daha mobil operatorların rəhbərlərindən xahiş edirəm, əgər cibimizə girib bizləri abunə elədikləri xidmətlərin nəmənə olduğunu bilirlərsə, bizə də anlatsınlar… Ən azından az.optimumb.com, sharefiles.mobi xidmətlərinin nəyə yararlı olduğunu anlatsınlar… Lütfən…
Pərvin KAZIMOĞLU
Realliqinfo.org
Ardı var...

Oxunub: 4 071
Paylaş:
Digər xəbərlər
Şou Biznes
Mustafa Ceceli və digər məşhur simalar saxlanıldı
Türkiyə millisinə yeni himn bəstələyəcək
"Mənim gücüm olsaydı eləsinin nəslini süpürərdim"
Hasan Can Kaya və “Reynmen” saxlanıldı
Azərbaycan şou-biznesində vətənpərvər xanım müğənni
Ağadadaş Ağayev amnistiyaya düşdü - cəzadan azad edilir
Cəmiyyət
Dünən, 11:18
10 ildən köhnə maşınlara QADAĞA: Bazarda son vəziyyət
Dünən, 11:10
Bakı–Kürdəmir qatarında gediş haqqı bəlli oldu
Dünən, 09:48
Bağça müdirindən ağlasığmaz hərəkət: O görüntülər araşdırılır
Dünən, 09:00
Sosial ödəniş alanlarla bağlı YENİ XƏBƏR
Dünən, 08:37
Bakıdan Kürdəmirə rəmzi qatar yola salındı
Dünən, 08:28
Zakir Həsənov azad olunmuş ərazilərdə xidmət edən şəxsi heyətlə görüşüb
Kriminal
7-04-2026, 09:32
Tovuzda 19 yaşlı qız oğurlandı - 4 nəfər tutuldu
2-04-2026, 09:32
Bakıda ər-arvad bıçaqlandı - 18 yaşlı övladları tutuldu
30-03-2026, 08:40
Doğum zamanı körpə öldü
Son xəbərlər
  • Bu gün, 11:11
    Trampın paylaşımı İsrail rəhbərliyini şoka salıb
  • Bu gün, 09:40
    Lənkəranda ağır QƏZA - 7 nəfər yaralandı
  • Bu gün, 09:30
    Premyer Liqa: "Şamaxı" "Karvan-Yevlax"la, "Qarabağ" "Sabah"la üz-üzə gələcək
  • Bu gün, 09:25
    Türkiyədə məktəbə yeni hücum planı: 8 şagirdə qəfil əməliyyat - DETALLAR
  • Bu gün, 09:20
    Azərbaycanla Aİ arasında yeni ikitərəfli saziş üzrə növbəti müzakirələr aparılıb
  • Bu gün, 09:16
    Azərbaycan neftinin qiyməti azalıb
  • Bu gün, 09:12
    Karapetyanın ev dustaqlığı daha 3 ay artırıldı
  • Bu gün, 09:04
    Əhaliyə ŞAD XƏBƏR - Bu gün giriş pulsuz olacaq
  • Bu gün, 09:00
    Banklar hansı müştərilərə kredit vermir?
  • Bu gün, 08:59
    Başlıbel qətliamından 33 il ötür
  • Dünən, 18:10
    Əli Əsədovun biznes və tikinti imperiyası...
  • Dünən, 16:00
    İlham Əliyev Antalyada - Bakı-Ankara xətti güc nümayişinə çevrilir
  • Dünən, 15:30
    Dəməşqdən tarixi sülh həmləsi: Əş-Şaraa İsrail ilə saziş imzalamağa hazır olduğunu açıqladı
  • Dünən, 14:22
    Xankəndi Dəmir Yolunun açılış vaxtı açıqlandı
  • Dünən, 12:07
    ADY açıqladı: 2030-cu ilə qədər...
  • Dünən, 12:00
    Rusiya İran taktikasına keçir? – NATO-ya ilginc HƏDƏ
  • Dünən, 11:18
    10 ildən köhnə maşınlara QADAĞA: Bazarda son vəziyyət
  • Dünən, 11:10
    Bakı–Kürdəmir qatarında gediş haqqı bəlli oldu
  • Dünən, 11:04
    İlham Əliyev Antalyada Moldova Prezidenti ilə görüşüb
  • Dünən, 10:45
    Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin görüşü başlayıb - YENİLƏNİB
  • Dünən, 10:40
    Dövlət başçısı Antalyada Şimali Kipr Prezidenti ilə görüşüb
  • Dünən, 10:36
    İlham Əliyev Antalyada Əhməd Əl Şaraa ilə görüşüb
  • Dünən, 10:31
    Tramp İrana güzəştə getməli olacaq - “Politico” danışıqların təfərrüatlarını açıqladı
  • Dünən, 10:18
    Şirvan şəhər kollecində Xatirə Məlikovanin özbaşnalığı
  • Dünən, 10:10
    Paşinyan: Metastaz veriblər, cərrəhi əmaliyyat lazımdı, ya da Nuhun gəmisinə mindirib…
  • Dünən, 09:52
    Azərbaycan XİN Suriyanı Milli Günü münasibətilə təbrik edib
  • Dünən, 09:48
    Bağça müdirindən ağlasığmaz hərəkət: O görüntülər araşdırılır
  • Dünən, 09:14
    Amerikalı nazir açıqladı: ABŞ İrana qarşı yeni əməliyyata başladı
  • Dünən, 09:03
    Avropa çempionatı: Hidayət Heydərov bu gün mübarizəyə başlayır
  • Dünən, 09:00
    Sosial ödəniş alanlarla bağlı YENİ XƏBƏR
  • Dünən, 08:40
    Sahibə Qafarova bu gün Alen Simonyanla görüşəcək
  • Dünən, 08:37
    Bakıdan Kürdəmirə rəmzi qatar yola salındı
  • Dünən, 08:28
    Zakir Həsənov azad olunmuş ərazilərdə xidmət edən şəxsi heyətlə görüşüb
  • Dünən, 08:24
    Rusiyada kriptobirja sındırıldı, istifadəçilərin milyonlarla pulu oğurlandı
  • Dünən, 08:20
    Azərbaycanda ev almaq niyə getdikcə çətinləşir? — AÇIQLAMA
Daha çox
Dünən, 10:18
Şirvan şəhər kollecində Xatirə Məlikovanin özbaşnalığı
13-04-2026, 14:16
Zakir Quliyev hansı xidmətlərinə görə 14 ildir Məzahir Əzizova Qusarda arxa durur - İLGİNC FAKTLAR...
13-04-2026, 13:59
Orxan Səttarov Prezidentin Mətbuat katibi təyin edildi
13-04-2026, 15:30
Hər evdə var: İşıq pulunu çox yazan cihaz
13-04-2026, 16:00
Tramp niyə İranla atəşkəs elan etdi? - ŞOK SƏBƏBLƏR
13-04-2026, 12:50
Antalya Diplomatiya Forumu çərçivəsində TDT XİN Şurasının qeyri-rəsmi toplantısı keçiriləcək
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 399 05 04
  • E-mail: ofis@patriot.az
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə