
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Hacıbaba Babayev rayonun bir qrup mədəniyyət işçisi ilə görüşüb. Səmimi söhbət şəraitində keçən görüşdə rayonun mədəni həyatındakı yeniliklər, görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub.
Görüş zamanı fəaliyyətində fərqlənən mədəniyyət işçiləri Fəxri Fərmanla təltif ediliblər. Eyni zamanda, RİH başçısı rayonun tanınmış sənətkarı aşıq Əlviz Əsəgərovu 65 illik yubileyi münasibətilə təbrik edib, ona möhkəm cansağlığı və yaradıcılıq uğurları arzulayıb.





