SON DƏQİQƏSON
dunya

Paşinyandan sensasiyalı bəyanat: "Yeni Konstitusiya qəbul olunmasa, istefa verib gedəcəyəm"

Paşinyandan sensasiyalı bəyanat: "Yeni Konstitusiya qəbul olunmasa, istefa verib gedəcəyəm"


Ermənistanın baş naziri Nikol Paşinyan yeni Konstitusiyanın qəbul edilməyəcəyi təqdirdə istefa verəcəyini, referendumda "lehinə" səs veriləcəyi halda isə növbəti seçkilərdə baş nazir postuna namizəd olmayacağını bəyan edib.

O, bu fikirləri canlı yayım zamanı müraciətində səsləndirib. Paşinyan çıxışında bildirib:

"Yeni Konstitusiya qəbul olunmasa, istefa verib gedəcəyəm, xalq "lehinə" səs versə isə növbəti seçkilərdə baş nazirliyə namizədliyimi irəli sürməyəcəyəm".

Qeyd edək ki, Paşinyan daha əvvəl də Konstitusiya dəyişikliklərini dövlətçiliyin və uzunmüddətli sabitliyin yenilənməsi üçün zəruri addım kimi təqdim edib.

Eyni zamanda, bu bəyanat hakim komandanın daxilində referendum ssenarisinin uğur qazanmaması halında mümkün siyasi gedişlərin və növbədənkənar seçki ehtimalının müzakirə olunduğu bir vaxtda ictimaiyyətə ünvanlanmış kəskin siyasi ultimatum kimi diqqət çəkir.
Xəbəri qiymətləndir:
Səhv tapdınız? Bildirin

ƏLAQƏLİ XƏBƏRLƏR

BUNU DA OXU