SON DƏQİQƏSON
dunya

Britaniya hökuməti: Rusiyanın dərinliklərini vurmaq üçün Ukraynaya bunları veririk

Britaniya hökuməti: Rusiyanın dərinliklərini vurmaq üçün Ukraynaya bunları veririk


Böyük Britaniya hökuməti Ukraynaya Rusiya ərazisinin dərinliklərinə zərbələr endirmək üçün 1000-dən çox uzunmənzilli dron verəcək.

Məlumat böyük Britaniya Baş naziri Endi Börnemin ofisinin açıqlamasında yer alıb.

Açıqlama bu gün Berlində keçirilməsi planlaşdırılan Ukrayna üzrə "könüllülər koalisiyası"nın iclasından əvvəl yayılıb. Görüşdə çıxış edən Börnemin ağır döyüş başlıqları daşıyan və 1000 kilometrdən çox məsafəni əhatə edə bilən hücum dronlarının təmin ediləcəyini elan etməsi gözlənilir. Bu dronlar 260 milyon funt sterlinqlik (341 milyon dollar) yardım paketinin bir hissəsi olacaq.

London bildirir ki, bu, Ukraynaya "cəbhə xəttindən çox irəlidə yerləşən hərbi istehsal müəssisələrini və digər hədəfləri vurmaq imkanı" verəcək.

Bundan əlavə, bəyanata görə, Böyük Britaniya Ukrayna üçün dəniz, logistika və kəşfiyyat dronlarının istehsalını və təchizatını quracaq.

Börnemin ofisi həmçinin Londonun Ukraynaya Yüngül Çoxməqsədli Raketlər (LMM) tədarük etməyə başladığını elan edib. 2025-ci ilin mart ayında Britaniya sənayesi və Ukrayna Kiyevə 5000-dən çox LMM çatdırılması üçün 1,6 milyard funt sterlinq dəyərində müqavilə imzalayıblar.

Eyni zamanda London 12 Britaniya şirkətinin Ukrayna süni intellekt laboratoriyası olan Avengers AI Labs-ın verilənlər bazasına giriş əldə etdiyini açıqlayıb. Platforma real döyüş şəraitində əldə edilən və süni intellekt modellərinin hazırlanması üçün istifadə edilən məlumatları ehtiva edir. Döyüş meydanı verilənlər bazasına giriş üçün ümumilikdə 92 Britaniya şirkəti müraciət edib.
Xəbəri qiymətləndir:
Səhv tapdınız? Bildirin

ƏLAQƏLİ XƏBƏRLƏR

BUNU DA OXU