SON DƏQİQƏSON
cemiyyet

Deputatdan çağırış: Bu avtomobillərin qiyməti artacaq

Deputatdan çağırış: Bu avtomobillərin qiyməti artacaq


Elektrikli avtomobillərə tətbiq edilən vergi və gömrük rüsumunun tətbiqinin nəzərdə tutulması bahalaşmaya səbəb olacaq.
Bunu deputat Fazil Mustafa parlamentdə Vergi Məcəlləsinə dəyişikliyin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, avtomobil istehsal edən ölkələr daxili bazarı qorumaq məqsədi ilə xaricdən idxal olunan avtomobillərə vergi tətbiq edir.

“Amma Azərbaycanda elektrikli avtomobillərin istehsalı olmadığından verginin tətbiqi həm elektrikli avtomobillərin idxalının azalmasına, həm də bahalaşmasına səbəbə olacaq, artıq bu hiss olunmaqdadır”, - o qeyd edib.

Fazil Mustafa onu da əlavə edib ki, bu da öz növbəsində ölkə iqtisadiyyatına öz təsirini göstərəcək.
Xəbəri qiymətləndir:
Səhv tapdınız? Bildirin

ƏLAQƏLİ XƏBƏRLƏR

BUNU DA OXU