
2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 33 569,6 mln manat təşkil edib.
Dövlət Statistika Komitəsi xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,1% çoxdur.
Sözügedən dövrə dövlət büdcəsinin xərcləri 28 761,4 mln manat olub ki, bu da illik müqayisədə 2,8% artım deməkdir.
Qeyd edək ki, cari ilin ilk on ayında dövlət büdcəsində 4 808,2 mln manat profisit yaranıb. Bu, ötən ayın profisit göstəriciləri ilə müqayisədə 21,2% çoxdur.
