SON DƏQİQƏSON
gundem / bolge

Gədəbəydə Möhtəşəm Zəfər Coşqusu: Qürur və Şərəf Günü Təntənə ilə Qeyd Olundu!

Gədəbəydə Möhtəşəm Zəfər Coşqusu: Qürur və Şərəf Günü Təntənə ilə Qeyd Olundu!



Xalqımızın çoxəsrlik tarixində qürur və şərəf salnaməsinə çevrilən, milli birliyimizin, dövlətimizin qüdrətinin və sarsılmaz iradəsinin təcəssümü olan 8 Noyabr – Zəfər Günü münasibətilə Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə bayram tədbiri keçirilib. Böyük coşqu və yüksək bayram əhval-ruhiyyəsi ilə keçirilən tədbirdə şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun xatirəsinə çəkilmiş film nümayiş olunub, daha sonra tanınmış mədəniyyət və incəsənət nümayəndələrinin ifasında təqdim olunan vətənpərvərlik ruhlu mahnılar və rəngarəng musiqi nömrələri iştirakçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb. Konsert proqramından sonra şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və qonaqların iştirakı ilə bayram süfrəsi təşkil olunub.
Tədbir möhtəşəm atəşfəşanlıqla başa çatıb.



















Xəbəri qiymətləndir:
Səhv tapdınız? Bildirin

ƏLAQƏLİ XƏBƏRLƏR

BUNU DA OXU