SON DƏQİQƏSON
dunya

Bakı və İrəvan üçün KRİTİK 2027: Gələn ilin yazı...

Bakı və İrəvan üçün KRİTİK 2027: Gələn ilin yazı...


Ermənistanın Baş nazir Nikol Paşinyan ötən gün yenə yeni konstitusiyanın vacibliyindən danışıb.

Deyib ki, “Əsas Qanun”un təzə mətni yaxın zamanda dərc olunacaq və vətəndaşların, parlamentin iştirakı ilə ictimai müzakirələr başlanacaq. Baş nazir eyni zamanda, xatırladıb ki, yeni konstitusiyanın qəbulu hakim partiyanın seçki platformasına daxildir və hökumətin proqramının bir hissəsidir. Yəni ki, mütləq reallaşdırılmalı olan prioritet hədəflər sırasındadır.

“Əlbəttə, bundan sonra növbəti bir neçə ay ərzində ictimai müzakirə olacaq, sonra isə qalan proseslər müəyyən edilmiş qaydada davam edəcək”, – Paşinyan vurğulayıb və Ermənistanın konstitusiya məsələlərini xarici tərəflərlə müzakirə etmək niyyətində olmadığını söyləyib. Sitat: “Bizim öz strategiyamız var və strategiyamız çərçivəsində də irəliləyirik. Bəli, biz Azərbaycana da deyirik ki, konstitusiya bizim daxili işimizdir”.

Maraqlıdır ki, eyni gündə ədliyyə naziri Srbuhi Qalyan jurnalistlərə açıqlamasında konstitusiyanın təzə mətninin gələn ay – noyabrda ictimaiyyətə təqdim ediləcəyini söyləyib. “Yaxın vaxtlarda, növbəti ay ərzində bu olacaq. Fövqəladə bir şey baş verməzsə, gələn ay konstitusiyanın mətninin dərc olunması planlaşdırılır”, - nazir əlavə edib.

Xatırladaq ki, Qalyan eyni sözü mart ayı üçün də söyləmişdi.

Odur ki, sual yaranır: yenə nəsə “fövqəladə” bir şey baş verməyəcək ki? Gələn ilin əvvəli nəhayət, referendum və ardınca sülh müqaviləsinin imzalanması mümkündürmü?

Siyasi ekspert Züriyə Qarayevanın sözlərinə görə, Ermənistanın siyasi gündəmində bu məsələ artıq konkret müzakirə olunur.

Musavat.com-a gözləntilərini bölüşən təhlilçi qeyd edib ki, hakimiyyət referenduma getməkdə israrlı görünür. Paşinyan bildirib ki, sülh müqaviləsi 2027–2028-ci illərdə imzalana bilər. Bu, yaz aylarında imzalanma ehtimalını tam istisna etmir, amma Ermənistan hökumətinin hazırda konkret olaraq 2027-ci ilin yazını hədəf göstərmədiyini də nəzərə almaq lazımdır.

Baş nazir onu da etiraf edib ki, Müstəqillik bəyannaməsi dövlətçilik əleyhinədir. Demək istəyir ki, pleambura hissəsində ərazi iddiaları var. O baxımdan 2027-ci ilin yazında sülh müqaviləsinin imzalanmasını mümkün hesab edirəm, amma bunu ən yüksək ehtimallı ssenari kimi də təqdim etməzdim. Əgər Ermənistan hakimiyyəti referendumun keçirilmə mexanizmini həll edə bilsə və Azərbaycanla bu məsələdə ortaq mövqe əldə olunsa, sülh müqaviləsinin 2027-ci ilin yazında və ya yayında imzalanması da mümkün olar. Amma bir məqamı vurğulamaq istəyirəm: sülh müqaviləsinin imzalanması ilə regionda bütün problemlərin həlli eyni şey deyil. Sərhədlərin delimitasiyası, nəqliyyat əlaqələri və digər məsələlər ayrıca proseslər olaraq qala bilər".

Ekspertin fikrincə, Ermənistanın referenduma indi getməməsinin əsas səbəbi odur ki, Paşinyan istəyir, amma bunun üçün həm hüquqi, həm də siyasi maneələri aradan qaldırmağa çalışır: “Əslində, burada maraqlı məqam var: Ermənistan hökuməti referendumun 2027-ci ildə keçirilməsini planlaşdırsa da, 2026-cı ilin oktyabrında Paşinyan artıq müxalifətin razılığını almaq üçün yeni siyasi təşəbbüslər irəli sürüb. 2026-cı il iyunun 7-də keçirilən parlament seçkilərində Paşinyanın partiyası 105 yerdən 64-nü qazanıb. Konstitusiya dəyişikliyini referenduma çıxarmaq üçün isə parlamentdə 70 səs tələb olunur.

O deməkdir ki, Paşinyanın hazırda müxalifətin dəstəyinə ehtiyacı var. Ermənistanda referendumun nəticəsinin etibarlı sayılması üçün yalnız səs çoxluğu kifayət etmir. Seçici siyahısında olan vətəndaşların ən azı 25%-nin referendumda iştirak etməsi də tələb olunur. Müxalifət referendumu boykot etməyə çağırsa, iştirak səviyyəsi aşağı düşə bilər. Bu isə Paşinyan üçün ciddi siyasi zərbə olardı.

Paşinyan artıq sadəcə referendumun keçirilməsini gözləmir. O, siyasi maneəni aradan qaldırmaq üçün yeni mexanizm axtarır. Paşinyan referendumun yalnız Azərbaycanın tələbi kimi görünməsini istəmir. O, yeni Konstitusiyanı Ermənistanın dövlətçilik və siyasi islahatları çərçivəsində təqdim edir. Əgər Paşinyan müxalifətin dəstəyini ala bilməsə, 2027-ci ildə referendumun keçirilməsi üçün növbədənkənar seçki variantı da gündəmə gələ bilər”.
Xəbəri qiymətləndir:
Səhv tapdınız? Bildirin

ƏLAQƏLİ XƏBƏRLƏR

BUNU DA OXU