
Ortamüddətli dövrdə illik inflyasiyanın hədəf daxilində olacağı proqnozlaşdırılır.
Bu barədə Azərbaycan Mərkəzi Bankının açıqlamasında qeyd olunub.
Bildirilib ki, baza ssenarisi üzrə oktyabr proqnozlarına görə illik inflyasiyanın həm 2026-cı ilin, həm də 2027-ci ilin sonunda 5,9% olacağı gözlənilir.
İyul proqnozu ilə müqayisədə inflyasiya proqnozu 2026-cı ilə 0,2 faiz bəndi aşağı, 2027-ci ilə isə 0,1 faiz bəndi yuxarı dəyişdirilib. Qeyd edək ki, baza ssenari üzrə proqnozlar dövlət tərəfindən tənzimlənən qiymət və tariflərin sabit qalmasını nəzərdə tutur.
