SON DƏQİQƏSON
gundem / siyaset

“Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb”

“Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb”


“Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir. Bizim hər hansı bir beynəlxalq yardımımız olmayıb”.

Bu sözləri Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı deyib.

Dövlət başçısı vurğulayıb ki, biz dağıdılmadan, işğaldan, hər yerə yayılmış yoxsulluqdan irəliləyişə, inkişafa, uğura doğru gəlib çatmışıq.

***

Prezident bildirib: “Bu gün ölkəmizin xarici siyasətinə, iqtisadi göstəricilərinə, roluna, qlobal enerji və daşımalar bazarlarında fəaliyyətimizə baxsanız, görə bilərsiniz ki, Azərbaycanın rolu çox böyük dərəcədə artıb”.

Dövlət başçısı qeyd edib ki, bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür.

***

Azərbaycan Prezidenti vurğulayıb: “Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb”.

“Beynəlxalq təmaslarımız göstərir ki, biz özümüzü beynəlxalq icmanın etibar, inam, hörmət qazanan bir tərəfi kimi göstəririk”, - deyə dövlət başçısı əlavə edib.

***

“Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq”, - Prezident İlham Əliyev bildirib.

Dövlət başçısı deyib ki, xüsusilə bağlantılar baxımından həmin məsələ ən mühüm beynəlxalq gündəlik məsələlərdən birinə çevrilir. Əgər xəritəyə nəzər salsaq, Azərbaycandan yan keçmək çətindir.
Xəbəri qiymətləndir:
Səhv tapdınız? Bildirin

ƏLAQƏLİ XƏBƏRLƏR

BUNU DA OXU