Vaşinqton Səudiyyə Ərəbistanını “Ənsar Allah” tərəfindən artan təhlükə barədə əvvəlcədən xəbərdar edib.
Məlumatı The New York Times (NYT) mənbələrə istinadən yayıb.
Mənbələrə görə, ABŞ hərbi və kəşfiyyat agentlikləri Ər-Riyada Husilərin yaratdığı artan təhlükə barədə "aylardır" məlumat verirdilər.
Eyni zamanda qəzet Vaşinqtonun ABŞ-ın Husi mövqelərinə qarşı hava hücumları keçirməyəcəyini açıq şəkildə bildirdiyini qeyd edib.