Çeçenistanın hazırkı rəhbəri Ramzan Kadırov Rusiyada keçirilən seçkilərdə bülletenlərin 100 faizinin hesablanmasının nəticələrinə əsasən, yenidən həmin regionun başçısı seçilib.
“Bu barədə məlumatı Rusiyanın Mərkəzi Seçki Komissiyası yayıb.
2011-ci ildən Çeçenistana rəhbərlik edən R.Kadırov səslərin 99,85 faizini toplayaraq qalib gəlib.
Xatırladaq ki, sentyabrın 18-dən 20-dək Rusiyada doqquzuncu çağırış Dövlət Dumasına deputat seçkiləri, habelə regional və bələdiyyə seçkiləri keçirilib. Çeçenistanın rəhbəri seçkilərində isə üç namizəd iştirak edib: Ramzan Kadırov (“Vahid Rusiya”), Çeçenistan Respublikası İctimai Palatasının sədri İsmayıl Denilxanov (“Ədalətli Rusiya”) və region parlamentinin deputatı Xalid Nakayev. Digər iki namizədin hər biri 0,05% səs toplayıb.