• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

SEPAH-dan İrəvanla gizli sövdələşmə

dunya

19-08-2026, 12:30

SEPAH-dan İrəvanla gizli sövdələşmə


Ermənistan yenidən silahlanır; cənub qonşumuz İrəvana silah yox, döyüş meydanının “beyni”ni verir...
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Ermənistanla hərbi əməkdaşlığı ilə bağlı yeni detallar üzə çıxıb. Söhbət Ermənistanın mayın 28-də keçirdiyi hərbi parad zamanı nümayiş etdirilən “Sepehr-110" rəqəmsal taktiki rabitə platformasından gedir.

SEPAH-ın mühəndis-konstruktor qrupu tərəfindən hazırlanan platforma ilk dəfə 2019-cu ilin iyulunda təqdim olunub. Sistem strateji, taktiki və döyüş səviyyələrində məlumat mübadiləsini təmin etmək, müxtəlif hərbi bölmələr arasında informasiyanın ötürülməsini sürətləndirmək və komanda-idarəetmə imkanlarını artırmaq üçün nəzərdə tutulub.
Platformanın səs, rəqəmsal məlumat, telemetriya və görüntüləri real vaxt rejimində ötürə bildiyi bildirilir. Bununla belə, texniki təhlillərdə sistemin imkanları ilə bağlı müəyyən məhdudiyyətlər də qeyd olunur. Sanksiyalar səbəbindən rəqəmsal komponentlərin Çin mənşəli mülki komponentlərə və ya paralel idxal kanallarına əsaslana biləcəyi ehtimal edilir. Bu isə sistemin etibarlılığı ilə bağlı suallar yaradır.

“Sepehr-110" klassik mənada zərbə silahı deyil. Onun əsas funksiyası məlumatların toplanması, emalı, bölmələr arasında ötürülməsi və komanda-idarəetmənin təmin edilməsidir. Başqa sözlə, bu, mobil komanda-idarəetmə və informasiya mübadiləsi platformasıdır. Onun effektivliyi hansı rabitə və informasiya infrastrukturu ilə birləşdirilməsindən asılıdır.

Beləliklə, “Sepehr-110" özü-özlüyündə hədəfi məhv edən silah deyil. Lakin onun Ermənistanda nümayiş etdirilməsi İranla hərbi-texniki əməkdaşlıq barədə suallar yaradır. Məsələ Ermənistanın komanda-idarəetmə və məlumat mübadiləsi imkanlarının modernləşdirilməsi baxımından diqqət çəkir.
Bu silahlanma nəyin hazırlığıdır və Azərbaycan üçün təhlükə yaradırmı?

Milli Məclisin deputatı Azər Badamov “Yeni Müsavat”a bildirib ki, Ermənistanın yenidən silahlanması regionda gərginliyin artmasına səbəb ola biləcək amillərdən biridir:
“Ermənistanın müxtəlif ölkələrdən yeni silah və hərbi texnologiyalar əldə etməsi, bununla yanaşı, İranla hərbi-texniki əməkdaşlığını genişləndirməsi ciddi suallar doğurur. Azərbaycan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdan sonra regionda müharibə səhifəsinin bağlanmasını və münasibətlərin yeni mərhələyə keçməsini təklif edib. Bu gün də Azərbaycan sülh gündəliyinin irəlilədilməsi və regionda davamlı sülhün təmin olunması istiqamətində təşəbbüslər irəli sürür. Lakin Ermənistanın son dövrlərdə həyata keçirdiyi silahlanma siyasəti müəyyən narahatlıqlar yaradır.

Ermənistanın iqtisadi və demoqrafik imkanlarının məhdud olmasına baxmayaraq, hərbi potensialının artırılmasına ciddi vəsait ayırması diqqətdən kənarda qala bilməz. Bu, müdafiə qabiliyyətinin gücləndirilməsi kimi təqdim oluna bilər. Ancaq silahlanmanın miqyası və müxtəlif dövlətlərlə hərbi əməkdaşlıqlar Ermənistanın gələcək məqsədləri barədə suallar yaradır.

Bu baxımdan İranın Ermənistanla hərbi əməkdaşlığı da xüsusi diqqət tələb edir. İranın, xüsusilə SEPAH-ın Ermənistanın hərbi imkanlarının artırılmasına verdiyi dəstək region üçün yeni məsələ deyil. Tehran əvvəllər də Ermənistanın silahlandırılması və keçmiş separatçı rejimin təminatı ilə bağlı müxtəlif formada dəstək göstərməkdə ittiham olunub.
Azərbaycan İranla münasibətlərin qorunub saxlanılmasının və inkişaf etdirilməsinin tərəfdarı olmaqla yanaşı, milli təhlükəsizliyinə və regional maraqlarına təsir edə biləcək prosesləri də izləyir. Bakı münasibətlərin gərginləşməməsi üçün təmkinli yanaşsa da, bu, həmin proseslərin diqqətdən kənarda qalması demək deyil.

SEPAH tərəfindən Ermənistana “Sepehr-110" rəqəmsal taktiki rabitə platformasının verilməsi ilə bağlı məlumatlara da bu kontekstdə baxmaq lazımdır. Əsas məsələ yalnız konkret bir rabitə sisteminin təqdim edilməsi deyil. Söhbət Ermənistanın hərbi infrastrukturunun, komanda-idarəetmə və məlumat mübadiləsi imkanlarının modernləşdirilməsindən gedir.

Ermənistanın yeni silah sistemləri və hərbi texnologiyalar əldə etməsi, müxtəlif dövlətlərlə hərbi əməkdaşlığı genişləndirməsi Azərbaycan tərəfindən nəzərə alınmalıdır. Sülh prosesinin davam etdiyi vaxtda tərəflərdən birinin hərbi imkanlarını artırması regionda etimad mühitinə mənfi təsir göstərə bilər.

Azərbaycan sülhün, sabitliyin və regional əməkdaşlığın tərəfdarıdır. Lakin sülh yalnız siyasi bəyanatlarla deyil, qarşılıqlı etimad və konkret addımlarla möhkəmləndirilə bilər. Ermənistanın silahlanması və bu prosesdə İran kimi regional aktorların iştirakı diqqətlə izlənilməlidir".

ƏHP-nin baş katibi, politoloq Niyaməddin Orduxanlının sözlərinə görə, SEPAH-ın Ermənistanla hərbi əməkdaşlığı Azərbaycan ictimaiyyəti üçün təəccüblü deyil: “35 ildir ki, Ermənistana dəstək verən İranın siyasəti Azərbaycan üçün məlumdur. İranın müxtəlif dövrlərdə Ermənistana silah-sursat, enerji, ərzaq və tikinti materialları ilə bağlı dəstək göstərdiyi barədə iddialar səslənib. Qarabağın işğalı dövründə də İranın Ermənistanla əlaqələri Azərbaycan tərəfindən ciddi narazılıqla qarşılanıb”.

Politoloq deyib ki, Ermənistanın 28 may paradında İran istehsalı olduğu bildirilən hərbi sistemlərin nümayiş etdirilməsi də diqqət çəkdi: “44 günlük Vətən müharibəsindən sonra İranın Ermənistana raketlər verdiyi ilə bağlı müxtəlif açıqlamalar səsləndirilib. Əgər belə silahlar həqiqətən Ermənistana təqdim olunubsa, onların gələcəkdə Azərbaycana qarşı istifadə edilməsi ehtimalı təhlükəsizlik baxımından nəzərə alınmalıdır. Ermənistanın silahlanmasının Azərbaycan üçün risk yaratması təbiidir. Ancaq Azərbaycan da öz müdafiə qabiliyyətini gücləndirir. Prezident İlham Əliyev ordunun müasir silahlarla təchizatının və ordu quruculuğunun prioritet olduğunu bildirib. Azərbaycan Türkiyə ilə əməkdaşlıq çərçivəsində peşəkar ordu quruculuğunu davam etdirir. Ermənistan rəhbərliyi nəzərə almalıdır ki, regionda hərbi balans dəyişdikcə Azərbaycan da öz təhlükəsizlik imkanlarını artırır. Ermənistanın İran və digər dövlətlərlə hərbi əməkdaşlığı isə regionda sülh və sabitlik üçün əlavə risklər yarada bilər”.

Müsahibimiz sonda dedi ki, nəticə etibarilə, “Sepehr-110" məsələsinə yalnız bir rabitə platforması kimi yanaşmaq düzgün olmazdı: "Bu fakt Ermənistanın hərbi potensialının modernləşdirilməsi və yeni hərbi-texniki əlaqələr baxımından qiymətləndirilməlidir. Azərbaycan üçün əsas hədəf yeni müharibənin qarşısını almaq və sülhü möhkəmləndirməkdir. Bununla yanaşı, ölkə təhlükəsizlik risklərini izləməli və milli maraqlarını qorumaq üçün adekvat tədbirlər görməlidir".

Oxunub: 4
Paylaş:
Digər xəbərlər

dunya

10-04-2025, 05:32

SEPAH İran-Ermənistan hərbi təlimlərinin məqsədini açıqladı

dunya

15-09-2022, 07:22

İran Ermənistanla sərhəddəki qoşunlarını tam döyüş hazırlığı vəziyyətinə gətirib

dunya

22-07-2026, 05:18

SEPAH ABŞ-nin radar sistemləri yerləşən bazalara hücum edib

dunya

8-07-2026, 05:31

Yaxın Şərqdə silahlar yenidən işə düşdü: ABŞ və İranın gecə zərbələri

dunya

11-10-2024, 05:50

İran Nəsrullaha sui-qəsdə görə SEPAH komandanı İsmayıl Kaanini dindirir

Şou Biznes
Azərbaycanda müğənnilər 15 min manat qazanıb, 20 manat vergi ödəyirlər
“Tacir bundan da pis günə qalacaq, oğlum öldü, yasına gəlmədi...” – Murad Rzayev
Rusiya rəsmən etiraf etdi - “Hələ belə müsibət görməmişdik”, Moskvanın başına od ələndi
Afra Saraçoğlu da saxlanıldı
ABŞ Ermənistanı döyüşə hazırlayır – Kimə və nəyə qarşı?
Cem Yılmazdan sonra gündəm oldu: Qulaqdakı bu xətt infarkt xəbərçisidir? - ŞOK
Cəmiyyət
Dünən, 15:30
Üzərində bu sözlər olan qidaları heç vaxt almayın
Dünən, 12:29
Bank kartları ilə bağlı komissiyalar azaldılsın - DEPUTATDAN TƏKLİF
Dünən, 12:26
Onlayn alış-veriş edənlərin nəzərinə: Qaydalar dəyişir
Dünən, 12:22
Prokurorlara yeni səlahiyyət verilir
Dünən, 12:19
Azərbaycanda bu hərbçilər cərimələnəcək - MƏBLƏĞLƏR
Dünən, 10:55
Bakıda bağçada təhlükəli vəziyyət - Araşdırma başladı
Kriminal
7-10-2026, 09:54
Bakıda məktəblinin qətlində ŞOK DETAL- VİDEO
20-07-2026, 07:43
Lənkəranda evlərdən oğurluq edən şəxs həbs edildi
6-07-2026, 06:38
Ölənlərdən biri sürücünün 7 yaşlı qızıdır - Dəhşətli qəzanın təfərrüatı
Son xəbərlər
  • Dünən, 16:45
    Qarabağ Milli Parkı yaradılır - Sərəncam
  • Dünən, 16:00
    Alman nəhəngindən 100 min işçiyə ağır zərbə – Maaşlar 2030-cu ilə qədər dondurulur
  • Dünən, 15:30
    Üzərində bu sözlər olan qidaları heç vaxt almayın
  • Dünən, 14:22
    Parisdəki etirazlar İrəvanda da olmalı - Çağırış
  • Dünən, 13:39
    Zəngəzur dəhlizindən Rusiyaya pay?!
  • Dünən, 13:06
    Ərinin qətlini sifariş edən Əzizə Seyidova barədə qərar verildi
  • Dünən, 12:29
    Bank kartları ilə bağlı komissiyalar azaldılsın - DEPUTATDAN TƏKLİF
  • Dünən, 12:26
    Onlayn alış-veriş edənlərin nəzərinə: Qaydalar dəyişir
  • Dünən, 12:22
    Prokurorlara yeni səlahiyyət verilir
  • Dünən, 12:19
    Azərbaycanda bu hərbçilər cərimələnəcək - MƏBLƏĞLƏR
  • Dünən, 10:55
    Bakıda bağçada təhlükəli vəziyyət - Araşdırma başladı
  • Dünən, 10:32
    Gələn il elektrikin 33%-i bu mənbədən olacaq - Nazir açıqladı
  • Dünən, 10:21
    Məişət cihazları artıq qiymətə yox, buna görə alınacaq - Yeni layihə
  • Dünən, 10:17
    Yeni qaydalar hazırlanıb - YANVARIN 1-DƏN TƏTBİQ OLUNACAQ
  • Dünən, 09:57
    Məleykə Abbaszadədən sualların çətinliyi ilə bağlı İDDİALARA CAVAB
  • Dünən, 09:38
    Uşaq meydançasında təhlükəli çökmə - VİDEO
  • Dünən, 09:33
    “Zelenski nə dediyini bilmir, danışıqları başqası aparmalıdır”
  • Dünən, 09:30
    Başladı: Deputatın keçmiş arvadı və “Qalatasaray” rəhbərliyindəki oğlu qandallanır
  • Dünən, 09:29
    “Sabah”ın “Borussiya Dortmund” sınağı - ÇL
  • Dünən, 09:12
    Məktəblərə repetitorluğa son qoyacaq yeni sistem gəlir
  • Dünən, 09:00
    Zəngilanın azad edilməsindən 6 il ötür
  • 19-10-2026, 16:00
    Azərbaycanın dostuna qarşı ağır ittiham – Ölkə başçısı onu ömürlük həbsə göndərir
  • 19-10-2026, 15:30
    İsrail-Rusiya münasibətlərində GƏRGİNLİK BAŞLADI
  • 19-10-2026, 14:22
    Başkənd və Kərkinin taleyi masada - İrəvanda siyasi həyəcan
  • 19-10-2026, 14:08
    Vətəndaşı təhqir edən vəzifəli şəxs işdən çıxarıldı
  • 19-10-2026, 12:38
    Məktəb direktorunun maşınının yandırılmasına görə o da həbs edildi - Video
  • 19-10-2026, 12:31
    Türkiyədəki seldə ölənlərin sayı artdı
  • 19-10-2026, 12:28
    Anar Bayramov səhiyyə naziri oldu - Sərəncam
  • 19-10-2026, 12:24
    Teymur Musayev Baş nazirin müavini təyin olundu
  • 19-10-2026, 12:14
    TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi
  • 19-10-2026, 11:27
    Biletlər daha da bahalaşa bilər - Aviaşirkətlərdən xəbərdarlıq
  • 19-10-2026, 10:45
    Ramiz Mehdiyevin oğlunun ifadəsi yayıldı: "Nə dediyini bilmir"
  • 19-10-2026, 10:41
    Narkotikin təsiri altında avtomobil sürən şəxs həbs edildi
  • 19-10-2026, 10:25
    Pezeşkian yeni nazirdən yazdı: Dünyaya aydın və güclü mesaj verir
  • 19-10-2026, 10:22
    Bu şəxslərin pensiyası artacaq - RƏQƏMLƏR
Daha çox
14-10-2026, 09:00
Qarabağ ermənilərinə gözlənilməz cavab – İrəvandan uzaqda ev axtarın
16-10-2026, 14:22
Xırdalanda Nurlan Həsənovun "mansard izi" - 10 il əvvəl təhvil verilən binada əlavə iki mərtəbə tikilir
18-10-2026, 09:00
Müstəqilliyimizin bərpasından 35 il keçir
14-10-2026, 10:01
Hindistanın XİN rəhbəri Azərbaycana gəldi
14-10-2026, 13:11
Məktəbli formasına görə saxlanılanlar barədə QƏRAR VERİLDİ
Dünən, 09:12
Məktəblərə repetitorluğa son qoyacaq yeni sistem gəlir
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 300 23 10
  • E-mail: ofis@patriot.az
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə