• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

Ermənistandan İrana yeni tunel - Zəngəzur bəhanəsi bitəcəkmi?

dunya

29-06-2026, 12:30

Ermənistandan İrana yeni tunel - Zəngəzur bəhanəsi bitəcəkmi?


Ötən həftə Ermənistandan İran sərhədinədək uzanan tunelin tikintisinə start verilib. Musavat.com bildirir ki, Ermənistanda İran sərhədinə yaxın ərazidə yerləşən və beynəlxalq Şimal-Cənub nəqliyyat marşrutunun əsas hissələrindən biri olacaq 7,2 kilometrlik Kacaran tunelinin tikintisinə rəsmi olaraq başlanılıb. Məlumata görə, mərasimdə İran prezidenti Məsud Pezeşkianın müavini Seyid Həmid Purməhəmmədi, Ermənistanın baş nazirinin müavini Mher Qriqoryan, Ərazi İdarəetmə və İnfrastruktur naziri David Xudatyan, diplomatik korpusun nümayəndələri, parlament deputatları və digər qonaqlar iştirak ediblər.

Yayılan məlumata görə, açılış mərasimində İranın vitse-prezidenti Həmid Purməhəmmədi, Şərqi Azərbaycan əyalətinin valisi Bəhram Sərmast, İran XİN-nin müavini və Ermənistandakı keçmiş səfir Mehdi Sübhani, Ermənistanın baş nazirinin müavini Mher Qriqoryan, Regional İdarəetmə və İnfrastruktur naziri Davit Xudatyan, eləcə də hər iki ölkənin səfirləri iştirak ediblər. ISNA-nın yaydığı məlumata görə, təxminən 400 milyon dollar dəyərində olan layihə Avrasiya Sabitləşdirmə və İnkişaf Fondunun (EFSD) ayırdığı 200 milyon dollarlıq kredit və Ermənistan hökumətinin maliyyə vəsaiti hesabına həyata keçirilir. Yeni tunelin istifadəyə verilməsi İran sərhədi ilə Kacaran şəhəri arasındakı marşrutu 14 kilometr qısaldacaq, səyahət müddətini təxminən 40 dəqiqə azaldacaq. Bildirilir ki, 2026-cı ildən tikintisinə başlanılan layihənin 6 il ərzində tamamlanması planlaşdırılır.

Bir sıra ekspertlər hesab edirlər ki, çətin relyefli əraziyə böyük vəsait xərclənməsinin arxasında iqtisadiyyatdan daha çox, siyasi və geopolitik maraqlar dayanır. Tunelin tikilməsi həm də o deməkdir ki, Zəngəzur dəhlizi İranla əlaqələrə hər hansı problem yaratmayacaq. Üstəlik, Şərqi Azərbaycan əyalətinin rəhbərliyinin də tədbirə qatılması xüsusi vurğulanmalıdır. Ehtimal olunur ki, Azərbaycanla İran arasında əldə olunmuş razılaşmaya uyğun olaraq reallaşdırılan Araz dəhlizinin sürətli şəkildə reallaşmasına da əlavə imkanlar yaranacaq. Bundan sonra Tehrandan nə gözləyək? Maraqlıdır, Ermənistan və İran arasında həyata keçirilən bu layihə Zəngəzur dəhlizinə maneəni aradan qaldırmağa xidmət edəcəkmi?

Deputat Tahir Mirkişili hesab edir ki, Kacaran tuneli və Araz dəhlizi birlikdə İranın geosiyasi narahatlıqlarını əhəmiyyətli dərəcədə azaldır: “Bu isə Tehranın Zəngəzur dəhlizinə emosional və təhlükəsizlik prizmasından deyil, daha çox iqtisadi və tranzit maraqları baxımından yanaşmasına şərait yarada bilər. Hazırkı şərait İranın öz siyasətini qarşıdurmadan daha çox, balanslaşdırma üzərində qurmasını tələb edir”.

Milli Məclis üzvünün fikrincə, hazırda İran iqtisadiyyatının inkişafı üçün bu, əsas şərtlərdən biridir: “Aydın görünür ki, İran Ermənistanla Şimal - Cənub magistralını inkişaf etdirməyə davam edəcək, Azərbaycanla Araz dəhlizi və Şimal - Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə əməkdaşlığı genişləndirəcək. Nəticədə regionda bir-birinə rəqib olan deyil, bir - birini tamamlayan nəqliyyat dəhlizləri şəbəkəsi formalaşa bilər. Bu model həm Azərbaycan, həm İran, həm də Ermənistan üçün tranzit gəlirlərini artırmaq potensialına malikdir. Azərbaycanın məqsədi də məhz bu çoxşaxəli nəqliyyat arxitekturasının əsas qovşaqlarından birinə çevrilməkdir və biz bu istiqamətdə xeyli məsafə də qət etmişik”.

Hüquqşünas Sahib Məmmədov isə Musavat.com-a bildirdi ki, Zəngəzur dəhlizində tikintisi planlaşdırılan dəmiryolu və avtomobil yolları heç bir halda Ermənistanla İran arasıda kommunikasiya əlaqələrinə mane olmur: “Yol kəsişmələri adi mühəndis qurğuları - körpü, tunel və sair - vasitəsi ilə həyata keçirilir. Sadəcə Zəngəzur dəhlizinin tikintisinə mane olmaq istəyənlərin ciddi olmayan “arqumentləri”ndən biri də bu idi ki, Zəngəzur dəhlizi Azərbaycan üçün eksterrotorial yurisdiksiya imkanı verəcək və İranla Ermənistan arasında birbaşa əlaqə olmayacaq. Primitiv təbliğat idi və TRİPP adlanan layihə barədə ilk açıqlamalar da onu göstərdi ki, Azərbaycan üçün vacib olan kommunikasiyanın açılmasıdır”.

S.Məmmədov digər mühüm məqamlara da diqqət çəkdi: “Bizə vacib olan Ermənistan ərazisinin kiçik bir hissəsindən - təxminən 43 km - keçəcək bu yollardan Azərbaycanın bir hissəsindən digərinə, yəni Naxçıvana və geriyə vətəndaşlarımız, yüklərimiz və nəqliyyat vasitələrimiz maneəsiz, yəni yollanılmadan - sərhər və gömrük prosedurları keçmədən - gedib - gələ bilməsidir. Əlbəttə, bu hissənin bərpası Orta dəhlizin imkanlarını genişlədirəcək və region ölkələrinin, o cümlədən Ermənistanın logistika imkanlarını artıracaq. O ki qaldı Agarak - Kajaran marşrutuna, bu, avtomobil yoludur və bu yolun mövcudluğu heç bir halda Şimal-Cənub dəhlizi və Orta dəhlizin üçün alternativ ola bilməyəcək, baxmayaraq ki, layihəni reallaşdıranların niyyəti həm də budur. İqtisadi baxımdan o qədər də səmərəli görünməyən bu layihədə siyasi məsələlərin olması istisna deyil. Bu yol Hindistan və İrana Azərbaycandan keçmədən avtomobillə daşınan yüklərin Ermənistan üzərindən Gürcüstanın Batumu və Poti limanlarına çıxış imkanı verəcək”.

Ekspert vurğuladı ki, maraq doğuran məsələ həm də bu layihənin Avrasiya Sabitləşdirmə və İnkişaf Fondu (EFSD) tərəfindən maliyyələşməsidir: “Bu fondun əsas kapitalı Rusiya Federasiyasına məxsudu. Ermənistanın bir tərəfdən Gömrük ittifaqı ilə əlaqələrini zəiflətmək (görüntü belədir) və Avropa İttifaqı ilə əlaqələri genişləndirmək xətti tutduğu halda bu maliyyələşmə bir qədər müammalı görünür fikrimcə. Əlbəttə, əgər Zəngəzur dəhlizində nəzərdə tutulan avtomagstral reallaşarsa bu yolu da Orta dəhlizə inteqrasiya etmək mümkündür, amma fikrimcə, layihənin icraçılarının əsas məqsədi bu deyil”.

Oxunub: 1 411
Paylaş:
Digər xəbərlər

dunya

23-08-2025, 09:14

Ermənistan Azərbaycanın iqtisadi əməkdaşlığa hazırdır - Xudatyan

siyaset

28-04-2025, 09:07

Pezeşkian Bakıdadır - Yenilənib

siyaset

10-04-2025, 08:17

Azərbaycan və İran nümayəndə heyətləri Araz dəhlizində görülən işlərlə tanış olacaqlar

siyaset

9-09-2022, 08:45

Bakıda Azərbaycan, Rusiya və İran rəsmiləri arasında mühüm görüş

Şou Biznes
Rusiya rəsmən etiraf etdi - “Hələ belə müsibət görməmişdik”, Moskvanın başına od ələndi
Afra Saraçoğlu da saxlanıldı
ABŞ Ermənistanı döyüşə hazırlayır – Kimə və nəyə qarşı?
Cem Yılmazdan sonra gündəm oldu: Qulaqdakı bu xətt infarkt xəbərçisidir? - ŞOK
Son Dəqiqə: "Ehdiparfum"un videosunu yayanları bu cəza gözləyir - ŞOK
“Nikosayağı” buna görə qol transplantasiyası etdirməyib
Cəmiyyət
Bu gün, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
Bu gün, 11:25
Nazirlikdən 124 min adamı SEVİNDİRƏCƏK QƏRAR
Bu gün, 11:16
Formula-1-lə bağlı sürücülərə XƏBƏRDARLIQ
Bu gün, 09:45
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Dünən, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Dünən, 12:28
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Kriminal
20-07-2026, 07:43
Lənkəranda evlərdən oğurluq edən şəxs həbs edildi
6-07-2026, 06:38
Ölənlərdən biri sürücünün 7 yaşlı qızıdır - Dəhşətli qəzanın təfərrüatı
24-06-2026, 06:46
Ağcabədidə çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkarlanıb
Son xəbərlər
  • Bu gün, 16:00
    Paşinyanın qarşısında üç böyük məsələ: Bakı, Ankara və Moskva- İrəvan hansı yolu seçir?
  • Bu gün, 15:30
    Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
  • Bu gün, 14:22
    Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
  • Bu gün, 13:39
    Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
  • Bu gün, 13:00
    İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi
  • Bu gün, 12:55
    Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
  • Bu gün, 12:29
    Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
  • Bu gün, 12:19
    Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
  • Bu gün, 12:15
    Prezident əfv Sərəncamı imzaladı
  • Bu gün, 12:11
    Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
  • Bu gün, 12:05
    Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
  • Bu gün, 11:54
    İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
  • Bu gün, 11:50
    Mərkəzi Bank manatla bağlı qərar verdi
  • Bu gün, 11:46
    Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
  • Bu gün, 11:28
    Azərbaycanda 5 mindən çox yeni iş yerləri açılacaq
  • Bu gün, 11:25
    Nazirlikdən 124 min adamı SEVİNDİRƏCƏK QƏRAR
  • Bu gün, 11:21
    XİN Səudiyyə Ərəbistanını Milli Günü münasibətilə təbrik edib
  • Bu gün, 11:16
    Formula-1-lə bağlı sürücülərə XƏBƏRDARLIQ
  • Bu gün, 11:07
    Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı
  • Bu gün, 11:03
    Prezident mühüm SƏRƏNCAM İMZALADI
  • Bu gün, 10:17
    Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
  • Bu gün, 09:45
    Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
  • Bu gün, 09:00
    Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
  • Dünən, 16:00
    Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
  • Dünən, 15:30
    Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
  • Dünən, 14:22
    Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
  • Dünən, 13:39
    Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
  • Dünən, 13:14
    Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
  • Dünən, 13:03
    Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
  • Dünən, 13:00
    Dövlət başçısı: Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir
  • Dünən, 12:32
    DYP kənd texnikası sürücülərinə müraciət etdi
  • Dünən, 12:28
    Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
  • Dünən, 12:24
    Prezident müşavirə keçirdi - FOTOLAR
  • Dünən, 12:01
    Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?
  • Dünən, 11:55
    Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
Daha çox
18-09-2026, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
Dünən, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
17-09-2026, 17:59
Suraxanıda “Daş abidə”nin yerindəki tikinti dayandırıldı - İcra hakimiyyəti və qurumlar hara baxırdı? - VİDEO
18-09-2026, 12:12
Tahir Gözel bu bankın rəhbəri oldu
18-09-2026, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
19-09-2026, 10:18
“Bitcoin”in yenidən bahalaşdı
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 399 05 04
  • E-mail: ofis@patriot.az
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə