• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

Fateh bey: Milli Qurtuluş Günü - müasir dövrümüzün qürur səlnaməsi

cemiyyet

13-06-2026, 10:40

Fateh bey: Milli Qurtuluş Günü - müasir dövrümüzün qürur səlnaməsi


Kargocan şirkətinin sahibi, Türkiyəli iş adamı Fateh bey - 15 İyun – Milli Qurtuluş Günü Azərbaycan tarixinin ən əlamətdar və möhtəşəm hadisələrindən biridir. Qətiyyətlə demək olar ki, Milli Qurtuluş Günü müasir dövrümüzün qürur səlnaməsidir. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan məhv olmaq təhlükəsindən xilas oldu, dərin ictimai-siyasi və iqtisadi böhran aradan qaldırıldı, ölkəmiz inkişaf yoluna çıxdı. Məhz həmin tarixin, yəni 15 iyunun 1997-ci ildə Milli Məclis tərəfindən Milli Qurtuluş Günü elan olunması haqqında qərar qəbul edilib. 1990-cı illərin əvvəlində müstəqilliyini elan etmiş Azərbaycanda dərin böhran hökm sürürdü. Bir tərəfdən Ermənistan tərəfindən torpaqlarımızın işğal edilməsi, digər tərəfdən ölkə daxilində siyasi böhran, xaosun hökm sürməsi Azərbaycanı ciddi təhlükələrə doğru sürükləyirdi. Bu proses 1993-cü ilin iyun ayında özünün kulminasiya nöqtəsinə çatdı və ovaxtkı hakimiyyətin səriştəsiz siyasəti nəticəsində Azərbaycan parçalanmaq, məhv olmaq təhlükəsi ilə üz-üzə qaldı. Azərbaycanı bu təhlükəli vəziyyətdən yalnız böyük dövlət xadimi, dahi şəxsiyyət Heydər Əliyev xilas edə bilərdi. Məhz belə bir zamanda xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyev Naxçıvandan Bakıya gəldi və iyunun 15-də Azərbaycan Respublikası Ali Məclisinin sədri seçildi. Ulu Öndər Heydər Əliyev xilaskarlıq missiyasını yerinə yetirərək bütün təhlükələri dəf etdi və müstəqilliyimizin dönməzliyi təmin olundu. Bu səbəbdən də 15 iyun tarixi haqlı olaraq tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Ulu Öndər Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Həmin il “olum, ya ölüm” ayrıcında qalmış Azərbaycan Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevrildi.

1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması və onun gerçəkləşdirilməsi də məhz Ulu Öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanan və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasının əsasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. Heydər Əliyevin rəhbərliyi ilə respublikamız qədim İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin çəkilişi kimi qlobal layihələrin fəal iştirakçısına və təşəbbüskarına çevrildi. Həyatın bütün sahələrində tərəqqi və dirçəliş baş verdi. Heydər Əliyev dühasının bəhrələri olan bu nailiyyətlər Azərbaycanı məhv olmaqdan qurtardı, müstəqilliyimizi daimi, əbədi, sarsılmaz, dönməz etdi. Məlum olduğu kimi, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəylik və bütövlüyü təmin edən azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı, Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir. Ulu öndərin həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan müstəsna işlər görülüb. Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz sosial-iqtisadi, siyasi və mənəvi tədbirlərin nəticəsi kimi, bir tərəfdən Azərbaycanın milli mənafelərini qorumağa qadir olan nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmağa başlandı, digər tərəfdən, bütün siyasi və diplomatik vasitələrin işə salınması ilə 1994-cü ilin may ayında cəbhədə atəşkəs əldə edildi. Atəşkəsin əhəmiyyəti onda idi ki, məhz bu sazişdən sonra ölkəmizin dünya birliyinə inteqrasiyası sürətləndi, öz iqtisadi potensialından səmərəli istifadə edərək dünya bazarına daxil olmağa şərait yaradan beynəlxalq müqavilələr, razılaşmalar və s. əldə edildi. Təbii ki, bu uzaqgörən siyasətin reallaşması nəticəsində Azərbaycan sürətli inkişaf yoluna qədəm qoydu və tezliklə regionun lider dövlətinə çevrildi.

Ümummilli lider Heydər Əliyevin siyasi kursunun bu gün cənab Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirildiyi və onun yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan regionda lider ölkəyə çevrilib. Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş hüquqi dövlət quruculuğunun Azərbaycan modeli və siyasi kursu, həmçinin ölkəmizin davamlı tərəqqisinin təmin edilməsi üçün bütün sahələrdə həyata keçirilən islahatlar Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir. Ulu Öndərin layiqli davamçısı cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ötən illər ərzində daha da güclənib, dünyada nüfuzlu dövlətə çevrilib. Beləliklə, Ulu Öndər Heydər Əliyevin xaos və anarxiyadan, dövlətçiliyin itirilməsi təhlükəsindən xilas edib dinamik islahatlar yoluna çıxardığı Azərbaycan hazırda onun layiqli davamçısı – Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilib. Bəli, bütün bunların əsas mənbəyi isə məhz 15 iyun tarixindən doğan reallıqlardır. Bir sözlə, bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək.

Oxunub: 5 961
Paylaş:
Digər xəbərlər

gundem / siyaset

15-06-2025, 03:54

Azərbaycanda Milli Qurtuluş Günüdür

gundem / siyaset

15-06-2021, 06:42

Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur

gundem / siyaset

15-06-2022, 06:00

Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur

gundem / siyaset

15-06-2024, 05:34

Azərbaycanda Milli Qurtuluş Günüdür

gundem / siyaset

15-06-2018, 09:05

Azərbaycanda Milli Qurtuluş günüdür

Şou Biznes
Rusiya rəsmən etiraf etdi - “Hələ belə müsibət görməmişdik”, Moskvanın başına od ələndi
Afra Saraçoğlu da saxlanıldı
ABŞ Ermənistanı döyüşə hazırlayır – Kimə və nəyə qarşı?
Cem Yılmazdan sonra gündəm oldu: Qulaqdakı bu xətt infarkt xəbərçisidir? - ŞOK
Son Dəqiqə: "Ehdiparfum"un videosunu yayanları bu cəza gözləyir - ŞOK
“Nikosayağı” buna görə qol transplantasiyası etdirməyib
Cəmiyyət
Bu gün, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
Bu gün, 11:25
Nazirlikdən 124 min adamı SEVİNDİRƏCƏK QƏRAR
Bu gün, 11:16
Formula-1-lə bağlı sürücülərə XƏBƏRDARLIQ
Bu gün, 09:45
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Dünən, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Dünən, 12:28
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Kriminal
20-07-2026, 07:43
Lənkəranda evlərdən oğurluq edən şəxs həbs edildi
6-07-2026, 06:38
Ölənlərdən biri sürücünün 7 yaşlı qızıdır - Dəhşətli qəzanın təfərrüatı
24-06-2026, 06:46
Ağcabədidə çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkarlanıb
Son xəbərlər
  • Bu gün, 16:00
    Paşinyanın qarşısında üç böyük məsələ: Bakı, Ankara və Moskva- İrəvan hansı yolu seçir?
  • Bu gün, 15:30
    Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
  • Bu gün, 14:22
    Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
  • Bu gün, 13:39
    Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
  • Bu gün, 13:00
    İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi
  • Bu gün, 12:55
    Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
  • Bu gün, 12:29
    Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
  • Bu gün, 12:19
    Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
  • Bu gün, 12:15
    Prezident əfv Sərəncamı imzaladı
  • Bu gün, 12:11
    Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
  • Bu gün, 12:05
    Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
  • Bu gün, 11:54
    İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
  • Bu gün, 11:50
    Mərkəzi Bank manatla bağlı qərar verdi
  • Bu gün, 11:46
    Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
  • Bu gün, 11:28
    Azərbaycanda 5 mindən çox yeni iş yerləri açılacaq
  • Bu gün, 11:25
    Nazirlikdən 124 min adamı SEVİNDİRƏCƏK QƏRAR
  • Bu gün, 11:21
    XİN Səudiyyə Ərəbistanını Milli Günü münasibətilə təbrik edib
  • Bu gün, 11:16
    Formula-1-lə bağlı sürücülərə XƏBƏRDARLIQ
  • Bu gün, 11:07
    Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı
  • Bu gün, 11:03
    Prezident mühüm SƏRƏNCAM İMZALADI
  • Bu gün, 10:17
    Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
  • Bu gün, 09:45
    Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
  • Bu gün, 09:00
    Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
  • Dünən, 16:00
    Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
  • Dünən, 15:30
    Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
  • Dünən, 14:22
    Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
  • Dünən, 13:39
    Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
  • Dünən, 13:14
    Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
  • Dünən, 13:03
    Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
  • Dünən, 13:00
    Dövlət başçısı: Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir
  • Dünən, 12:32
    DYP kənd texnikası sürücülərinə müraciət etdi
  • Dünən, 12:28
    Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
  • Dünən, 12:24
    Prezident müşavirə keçirdi - FOTOLAR
  • Dünən, 12:01
    Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?
  • Dünən, 11:55
    Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
Daha çox
18-09-2026, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
Dünən, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
17-09-2026, 17:59
Suraxanıda “Daş abidə”nin yerindəki tikinti dayandırıldı - İcra hakimiyyəti və qurumlar hara baxırdı? - VİDEO
18-09-2026, 12:12
Tahir Gözel bu bankın rəhbəri oldu
18-09-2026, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
19-09-2026, 10:18
“Bitcoin”in yenidən bahalaşdı
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 399 05 04
  • E-mail: ofis@patriot.az
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə