• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

Paşinyan seçkini qazandı: Əsas döyüş isə indi başlayır

dunya

8-06-2026, 09:40

Paşinyan seçkini qazandı: Əsas döyüş isə indi başlayır


Ermənistanda keçirilən parlament seçkilərinin ilkin nəticələri göstərir ki, baş nazir Nikol Paşinyan növbəti dəfə hakimiyyətdə qalmağı bacarıb. Hakim Vətəndaş Müqaviləsi Partiyası təxminən 51 faiz səslə birinci olub və hökuməti formalaşdırmaq hüququ əldə edib. İlk baxışdan bu nəticə Paşinyanın qələbəsi kimi görünür. Lakin rəqəmlərin arxasında gizlənən siyasi reallıq tamamilə fərqlidir.

Əslində Paşinyan seçkidə qalib gəlsə də, siyasi baxımdan əvvəlkindən daha zəif vəziyyətə düşüb. Paşinyan İkinci Qarabağ savaşından sonra 2021-ci ildə keçirilən parlament seçkilərində 72 mandat əldə etmişdi və Ermənistanın siyasi sistemində faktiki olaraq rəqibsiz mövqeyə malik idi. Müxalifət isə ümumlikdə 36 deputat yeri qazanmışdı. “Ermənistan” bloku 29 səs, Serj Sərkisyan və Artur Vanesyanaın lideri olduğu “Mənim şərəfim” bloku 7 yer qazanmışdı.

Bu gün isə vəziyyət dəyişib. İlkin nəticələrə görə, 7 iyunda keçirilən seçkilərdən sonra mandatlar aşağıdakı kimi paylanır: Hakim "Vətəndaş Müqaviləsi" Partyası -64 mandat; Samvel Karapertyanın lideri olduğu “Güclü Ermənistan” bloku - 29 mandat; Robert Köçəryanaın lideri olduğu “Ermənistan” bloku - 12 mandat. Müxalifət ümumilikdə 41 yer qazanıb.

Bu, Paşinyana və "Vətənadaş Müqaviləsi"nə təkbaşına hökuməti formalaşdırmağa, baş naziri seçməyə, bir sıra mühüm vəzifəli şəxsləri seçməyə və qanunları qəbul imkan verir. Lakin Paşinyan ümumi deputat sayının üçdə ikisinin dəstəyini qazanmadığından Konstitusiyaya dəyişiklik etmək üçün lazım olan konstitusiya çoxluğuna malik deyil. Bunun üçün Paşinyana altı səs çatışmır. Beləliklə, hakim partiya parlamentdə sadə çoxluğa malik olsa da, ölkənin gələcəyini müəyyən edəcək strateji qərarları təkbaşına qəbul etmək imkanından hələ ki, uzaqdır.

Seçkidən əvvəl həm Ermənistanın daxili siyasi gündəmində, həm də Azərbaycan-Ermənistan münasibətlərində əsas məsələ Konstitusiya islahatı idi. Çünki Bakı yekun sülh sazişinin imzalanmasının vacib şərtlərindən biri kimi Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını özündə ehtiva edən müddəaların dəyişdirilməsini tələb edir.
Bu vəziyyətdə müxalifət parçalanmış olsa da, parlamentdə daha geniş təmsilçilik qazanıb və hakimiyyətin qərarlarına təsir göstərə biləcək imkanlar əldə edib. Bu isə Paşinyanın qarşıdakı beş ildə əvvəlki kimi rahat manevr edə bilməyəcəyini göstərir.

Seçkilərin ən diqqətçəkən tərəfi erməni cəmiyyətinin növbəti dəfə revanşist qüvvələrə tam etimad göstərməməsi oldu. Ermənistan seçicisi yenidən müharibə ritorikasını deyil, sülh və sabitlik vədlərini üstün tutdu. Ancaq burada vacib bir məqam var: Paşinyana verilən səs onun siyasətinə sonsuz etimad deyil, alternativlərin zəifliyinin nəticəsidir.

Çünki Ermənistan cəmiyyəti yaxşı anlayır ki, ölkə iqtisadi, siyasi və təhlükəsizlik baxımından dərin böhran içərisindədir. Regionda yaranmış yeni geosiyasi reallıqlar fonunda İrəvanın əvvəlki siyasətlə davam etməsi mümkün deyil. Məhz buna görə seçici Paşinyanı seçdi. Lakin bu, ona ağ vərəq vermək anlamına gəlmir.
Paşinyanın qarşısında duran əsas məsələ hökumət qurmaq deyil. O bunu artıq edib. Əsas məsələ Azərbaycanla yekun sülh sazişinə nail olmaqdır.

Burada isə Ermənistan hakimiyyətinin indiyədək yerinə yetirmədiyi öhdəliklər ortaya çıxır.
Bu günə qədər Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları qalmaqdadır. İrəvan müxtəlif bəyanatlar versə də, hüquqi müstəvidə heç bir ciddi dəyişiklik etməyib. Konstitusiya islahatı ilə bağlı konkret mexanizm və ya tarix yoxdur.

Eyni vəziyyət Zəngəzur istiqamətində kommunikasiya xətlərinin açılması məsələsində də müşahidə olunur. İllərdir bu mövzu gündəmdə olsa da, ortada nə yekun razılaşdırılmış layihə, nə hüquqi mexanizm, nə də icra planı var. Yəni Ermənistanın sülh gündəliyi daha çox bəyanatlar üzərində qurulub, praktik addımlar isə son dərəcə məhduddur.
Məhz buna görə Paşinyanın sülhə nə qədər sadiq olduğunu seçkilərdəki qələbəsi deyil, seçkilərdən sonrakı addımları göstərəcək.

Digər tərəfdən, seçkilərin nəticələri Moskva üçün də müəyyən imkanlar yaradıb. Kremlin əsas məqsədi regionda təsir imkanlarını qorumaqdır. Azərbaycan-Ermənistan arasında yekun sülh sazişinin imzalanması isə Rusiyanın Cənubi Qafqazdakı ən mühüm təsir alətlərindən birinin zəifləməsi deməkdir.

Bu səbəbdən Moskva seçkidə qalib gəlməsə də, tam da məğlub olmayıb. Əksinə, parlamentdə təmsil olunan müxalif qüvvələr vasitəsilə sülh prosesinə təsir göstərmək imkanlarını saxlayıb. Xüsusilə Robert Köçəryan və Samvel Karapetyan ətrafında formalaşan siyasi düşərgələr gələcəkdə Paşinyanın hər addımını daxildən təzyiq altında saxlamağa çalışacaqlar.
Seçkilərin ən vacib nəticələrindən biri də budur ki, Paşinyan artıq əvvəlki kimi siyasi monopoliyaya malik deyil. O, hökuməti formalaşdıra bilər, lakin Ermənistanın gələcəyini müəyyən edəcək strateji qərarları qəbul etmək üçün ciddi müqavimətlə üzləşəcək.
Əgər Paşinyan Konstitusiyanın dəyişdirilməsi, Azərbaycanla sülh sazişinin imzalanması və regional kommunikasiyaların açılması istiqamətində real addımlar atarsa, həm parlamentdə, həm küçədə, həm də xarici təsir mərkəzləri tərəfindən ciddi təzyiqlərlə üzləşəcək.
Əgər bu addımları atmazsa, onda Ermənistan yenidən geosiyasi qeyri-müəyyənlik, iqtisadi durğunluq və təhlükəsizlik riskləri içərisində qalacaq.

Başqa sözlə, Paşinyan seçkini qazanıb, amma əsas döyüşü hələ başlamayıb.
Bu gün Ermənistan parlamentində rəqəmlər sadəcə mandat bölgüsü deyil, həm də geosiyasi qüvvələr nisbətidir.

Bu seçkinin əsas nəticəsi hakimiyyət dəyişikliyi deyil. Əsas nəticə ondan ibarətdir ki, Ermənistan cəmiyyəti Paşinyana sonuncu böyük siyasi şansı verib. Bu şansın məqsədi hakimiyyəti qorumaq deyil, ölkəni regional təcriddən çıxarmaq, Azərbaycanla münasibətləri normallaşdırmaq və yeni geosiyasi reallığa uyğunlaşdırmaqdır.
Əgər Paşinyan bu mandatdan istifadə edə bilməsə, növbəti seçkilərdə onun qarşısında təkcə Köçəryan və ya digər müxalif qüvvələr deyil, nəticə görmək istəyən və artıq gözləməkdən yorulan Ermənistan cəmiyyəti dayanacaq. Bu baxımdan 2026-cı il seçkiləri Paşinyanın qələbəsi kimi yox, onun siyasi taleyini müəyyən edəcək son mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.

Amma onu da unutmaq lazım deyil ki, Paşinyan verdiyi vədin üzərində duracaq, ya yox? Moskva ilə hər hansı bir anlaşma içərisindədirmi? Pərdəarxası hər hansı bir oyunu varmı? Bunu zaman göstərəcək. Çünki Ermənistan bu gün rusiyadan iqtisadi, təhlükəsizlik baxımdan hələ də Rusiyadan çox asılı vəziyyətdədir. Ermənistan sərhədlərini rus sərhədçiləri qoruyur, ölkədə rus hərbi bazası mövcuddur. Enerji sektoru, dəmiryolu və digər strateji iqtisadi sektor Moskvanın nəzarətindədir.

Təbii ki, Bakı və Ankara üçün bu seçki bölgədə dayanıqlı sülhün, sabitliyin, təhlükəsizliyin və sıx inteqrasiya olunmuş əməkdaşlıq formatının yaranması baxımdan mühüm əhəmiyyət kəsb edir. Bakı və Ankara bölgədə dayanqılı sülh və əməkdaşılıq üçün ilkin real addımlar atsa da, ehtiyatı əldən vermir. Çünki hələ də İrəvanın verdiyi bəyanatları yekun sülh üçün yetərli saymır. Yekun sülüh üçünsə şərtlər bəllidir. İndi top irəvanın meydanındadır. Bakı cavab reaksiyanı gözləyəcək. İrəvan sülhdə maraqlıdırsa, o zaman real addımlar atmalıdır.
Bakı isə istənilən varianta hazırdır.

Oxunub: 1 351
Paylaş:
Digər xəbərlər

dunya

8-06-2026, 05:50

"96 faiz" açıqlaması: Paşinyan qalibdir, ermənilər Moskvanın kursunu rədd etdi

gundem / dunya

10-12-2018, 14:11

Paşinyan seçkilərdə qalib gəldi

dunya

8-06-2026, 05:23

Səslərin 90%-i hesablanıb, Paşinyanın partiyası liderdir

dunya

16-05-2024, 06:39

Paşinyan yenə qalib oldu: aksiyalar işə yaramadı - SORĞU

dunya

24-10-2024, 05:34

Paşinyan hakimiyyətdən gedir?

Şou Biznes
Rusiya rəsmən etiraf etdi - “Hələ belə müsibət görməmişdik”, Moskvanın başına od ələndi
Afra Saraçoğlu da saxlanıldı
ABŞ Ermənistanı döyüşə hazırlayır – Kimə və nəyə qarşı?
Cem Yılmazdan sonra gündəm oldu: Qulaqdakı bu xətt infarkt xəbərçisidir? - ŞOK
Son Dəqiqə: "Ehdiparfum"un videosunu yayanları bu cəza gözləyir - ŞOK
“Nikosayağı” buna görə qol transplantasiyası etdirməyib
Cəmiyyət
Dünən, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Dünən, 12:28
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Dünən, 11:34
Azərbaycan buna görə müdafiə xərclərini yüksək səviyyədə saxlayır
Dünən, 09:45
Bəzi məktəblər bu gündən distant təhsilə keçdi – SİYAHI
21-09-2026, 10:47
“Aidiyyəti qurumlara müraciət etdik, amma özüm də utandım”
21-09-2026, 10:29
Paytaxt sakinlərinə XƏBƏRDARLIQ! - Bu yollar artıq bağlıdır
Kriminal
20-07-2026, 07:43
Lənkəranda evlərdən oğurluq edən şəxs həbs edildi
6-07-2026, 06:38
Ölənlərdən biri sürücünün 7 yaşlı qızıdır - Dəhşətli qəzanın təfərrüatı
24-06-2026, 06:46
Ağcabədidə çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkarlanıb
Son xəbərlər
  • Dünən, 16:00
    Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
  • Dünən, 15:30
    Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
  • Dünən, 14:22
    Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
  • Dünən, 13:39
    Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
  • Dünən, 13:14
    Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
  • Dünən, 13:03
    Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
  • Dünən, 13:00
    Dövlət başçısı: Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir
  • Dünən, 12:32
    DYP kənd texnikası sürücülərinə müraciət etdi
  • Dünən, 12:28
    Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
  • Dünən, 12:24
    Prezident müşavirə keçirdi - FOTOLAR
  • Dünən, 12:01
    Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?
  • Dünən, 11:55
    Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
  • Dünən, 11:34
    Azərbaycan buna görə müdafiə xərclərini yüksək səviyyədə saxlayır
  • Dünən, 11:23
    Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı
  • Dünən, 10:33
    İki uşaq anası qısqanclıq zəminində öldürüldü - Hadisə yerindən görüntülər
  • Dünən, 10:21
    Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salındı
  • Dünən, 09:51
    TƏCİLİ! Türkiyədə məktəbə silahlı hücum - Yaralananlar var
  • Dünən, 09:45
    Bəzi məktəblər bu gündən distant təhsilə keçdi – SİYAHI
  • Dünən, 09:34
    Bakıda partlayış - Xəsarət alanlar var - VİDEO
  • Dünən, 09:29
    Tehrandan Vaşinqtona sərt mesaj
  • Dünən, 09:25
    Qaxda kafedə bıçaqlanma - Saxlanılan var
  • Dünən, 09:00
    Ali tribunadan Qafqaz mesajı - Hakan Fidan Azərbaycandan danışdı
  • 21-09-2026, 16:00
    “Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
  • 21-09-2026, 15:30
    İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır
  • 21-09-2026, 14:22
    İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri
  • 21-09-2026, 13:39
    Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə...
  • 21-09-2026, 13:16
    Trampın ŞOK Güney Qafqaz planı – Sırada Tiflis?
  • 21-09-2026, 11:53
    ABŞ Ermənistana ordu qurur? - Bakıdan REAKSİYA
  • 21-09-2026, 11:43
    Kəlbəcərdə ayı avtomobillərin hərəkət etdiyi tunelə girib – maraqlı görüntülər
  • 21-09-2026, 11:10
    Ağdərədə 2 su elektrik stansiyası tikilir: 40 milyon ayrıldı
  • 21-09-2026, 11:05
    Yenidən Çeçenistanın rəhbəri seçildi
  • 21-09-2026, 10:59
    Qisas üçün öldürüb meyitini quyuya atmışdı - 7 il sonra üstü açıldı
  • 21-09-2026, 10:54
    Zakir Həsənovla Kərim Vəliyev hərbi polisin fəaliyyəti ilə tanış oldu - Video - Fotolar
  • 21-09-2026, 10:47
    “Aidiyyəti qurumlara müraciət etdik, amma özüm də utandım”
  • 21-09-2026, 10:29
    Paytaxt sakinlərinə XƏBƏRDARLIQ! - Bu yollar artıq bağlıdır
Daha çox
16-09-2026, 12:30
Trampın sərvəti 7 milyard dollara çatdı
16-09-2026, 13:19
Taksi sürücüləri sabah imtahan verəcəklər
16-09-2026, 14:10
İcra başçısı dama qalxdı - VİDEO
16-09-2026, 11:13
“Daş abidə” parkının yerini kim alıb? - Bu tikintiyə kim icazə verib?... - VİDEO
18-09-2026, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
16-09-2026, 11:22
Azərbaycan dost, İsrail düşmən siyahısında
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 399 05 04
  • E-mail: ofis@patriot.az
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə